Nil T. Anderson
BUXOVLARI
QIRAN
Fərdlərin məxfiliyini qorumaq məqsədilə bu kitabda qeyd edilən müəyyən
insanların adları dəyişdirilib.
Ayələr Müqəddəs Kitabdan götürülüb.
Müqəddəs Kitab © MKŞ 2009
Bütün hüquqlar qorunur. Naşirin yazılı icazəsi olmadan bu kitabın heç bir
hissəsi yenidən işlənib hazırlanmamalıdır.
Originally published as:
THE BONDAGE BREAKER
Copyright © 2000 by Neil T. Anderson
Published by Harvest House Publishers
Eugene, Oregon 97402
© 2010 for the Azeri edition.
All rights reserved. Used by permission of Harvest House Publishers
Minnətdarlıqlar
«Harvest House» nəşriyyatının bu kitabın onuncu
ildönümündə ikinci nəşrinə razılıq verdiyinə görə mən çox
minnətdaram. On il bundan əvvəl ilk dəfə «Buxovları qıran»
kitabı nəşr edildikdən sonra həyat təcrübəmə çox şeylər əlavə
olunub. Mən bilmirdim ki, bu kitab və «Qaranlıq üzərində
qələbə» («Regal Books») beynəlxalq bir xidməti yaradacaq və
otuzdan çox kitabın, gənc nəşrlər və təlim dərslikləri buraya
daxil olmaqla, yazılmasına təkan verəcək, əslində mən heç vaxt
kitab yazmaq istəməmişəm!
Həmin bu on il ərzində mən çox təcrübə əldə etmişəm və ümid
edirəm ki, Rəbdə yetkinliyə doğru inkişaf etmişəm. Bu səbəbdən
də ikinci nəşrin birinci nəşrdən daha yaxşı olduğuna inanıram.
Əsas mahiyyəti eynidir, amma indi onu daha yaxşı ifadə edə
bilirəm, çünki yüzlərlə aspirant və xidmət yoldaşlarım bu kitab
haqqında öz təkliflərini irəli sürüblər.
Bu sahədə mənə əziz həmkarım Dr. Robert Sausi kimi kömək
edən olmayıb. Mən dərk edirəm ki, başqalarına sadəcə əxlaqi
səbəblərə görə deyil, eləcə də mahiyyətin etibarlılığına və xidmətin
saflığına görə cavabdeh olmalıyam. Bob, sən ruhani münaqişələr
dənizində mənim sükanım olmusan (və bəzən mən düşünmədən
addım atmaq istəyəndə mənim lövbərim olmusan). Mən, eləcə də
Məsihin bədəni sənə borcluyuq. Səninlə «God’s Power at Work
in You» («Allhin gücü səndə iş görür») («Harvest House»)
4
Buxovları qıran
kitabına müəlliflik etməkdən böyük məmnunluq duyuram. Bu,
mənim müqəddəsləşmə haqqında düşüncələrimi aydınlaşdırmağa
kömək etdi.
Mən həmçinin, bu mövzu ilə əlaqəli beş kitabımı oxumağa
sevə-sevə razılaşan Dr. Brus Uer, Dr. Millard Erikson və Dr. Brus
Demarestə minnətdaram. Onlar «Məsihdə azadlıq» haqda olan möv-
zumu saflaşdırmağa kömək məqsədilə vacib təkliflər irəli sürdülər.
Mən həyatlarını mənimlə bölüşmüş bütün insanlara minnətdaram.
Mən Allahın Məsihdə sizi azad etməsini görməkdən məmnunluq
duyuram. Sizin keçirdiyiniz ağrını və əzabı yada salan çoxlu
həyəcanlı anlar olub. Siz mənə ruhani səyahətləriniz haqqında da-
nışdıqca hər birinizdən nəsə öyrənmişəm. Allahın həyatlarınızda
Öz zəngin lütfünü nümayiş etdirməsini görmək necə də gözəldir!
Talbot Teologiya Məktəbinin tələbəsi olan Karolina orijinal
əlyazmanı diskə yığdı və birinci nəşrdə Ed Stüard böyük kömək
etdi. «Harvest House» da redaksiya heyəti bu kitabın, eləcə də
bütün kitablarımın nəşrində çox yardım ediblər və mənə dəstək
olublar.
Cerri və Selli Fraysen kimi mənə kömək edən başqaları olma-
yıb. Siz xidmətdə mənim həmkarlarımsınız və mən bu kitabı sizə
həsr edirəm. Mənə inandığınıza və Məsihdə azadlıq xidmətinə
belə sadiq qalmağınıza görə minnətdaram. Hər ikinizi sevirəm.
Nil T. Anderson
Təlim və əlavə vəsaitlər ilə əlaqədar
məlumat üçün aşağıdakı ünvana yazın:
Freedom in Christ Ministries
491 East Lambert Road
La Habra, CA 90631
(562) 691-9128
E-mail: info@fıcm.org
Website: www.fıcm.org
Nəhayət azad!
Bir neçə il bundan əvvəl Cənubi Kaliforniyadakı məbəddə
«New Age»
1
(«Yeni dövr») hərəkatı mövzusunda danışırdım.
Mənim mətnim 1Timotey 4:1-dən idi: «Ruh aydın şəkildə deyir ki,
gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin
təlimlərinə qulaq asacaqlar.» Bu çıxışdan sonra səhnənin qarşısın-
da mənim əhatəmə incimiş insanlar toplaşdılar.
Təxminən məbədin ortasında, toplantı bitən vaxtdan bəri da-
yanmadan ağlayan 22 yaşlı bir qadın oturmuşdu. Bir neçə insan
onu sakitləşdirməyə çalışmışdılar, amma o, heç kimi yaxına bu-
raxmırdı. Nəhayət, məbəd rəhbərlərindən biri ətrafımdakı izdiha-
mı yarıb dedi: «Camaat, məni bağışlayın, amma Dr. Anderson
bizə təcili lazımdır.»
Mən cavan qadına yaxınlaşarkən onun ağlaya-ağlaya: «O başa
düşür! O başa düşür!» sözlərini eşitdim. Biz onu məbəddən çıxara
bildik və şəxsi ofisə gətirdik. O, sakitləşəndən sonra gələn həftə
onunla görüşmək üçün görüş təyin etdim.
Nensi görüşə gələndə onun sifətində eybəcər cırmaq yaraları
var idi. «Mən keçən həftədən bəri üzümü cırmaqlamışam, özümü
ələ ala bilmirəm» — deyə, o, utancaqlıqla etiraf etdi.
Nensi qara magiya ilə məşğul olmuş cadugər kimi özünü tanı-
dan nənəsinin və onu döyən atasının iştirak etdiyi dəhşətli uşaq-
1
Başqa əşyalara, astrologiyaya, spiritizmə və s. şeylərə inam ilə əlaqəli 1980-ci
ilin sonlarında yaranmış dini cərəyan.
6
Buxovları qıran
lığını təsvir etdi. «Mənim üç yaşım olanda bələdçilərimi – ruh
bələdçilərini əldə etdim», o davam etdi. «Onlar mənim yoldaş-
larım idi, mənə necə yaşamağı və nə söyləyəcəyimi deyirdilər.
Anam məni məbəddə uşaqlar üçün olan dərsə aparana qədər mən
həmişə ruh bələdçilərinin adi bir şey olduğunu düşünürdüm. Sonra
ruh bələdçilərimin mənim üçün yaxşı olmadığından şübhələnməyə
başladım. Atamdan bu haqda soruşanda, atam məni döydü. Mən
daha bir də soruşmadım!»
Ruh bələdçilərinin həyatına gətirdiyi artan əzaba qalib gəlmək
üçün Nensi sərt şəxsi intizama üz tutdu. O, yuxarı siniflərdə
oxuyarkən Məsihə öz Xilaskarı kimi etibar etdi. Amma çıxıb
getmək əvəzinə, «ruh bələdçiləri» onu narahat etməkdə davam
etdilər.
Məktəbi bitirdikdən sonra Nensi ən ciddi nizam-intizamın oldu-
ğu «Marinlər» hərbi qüvvələrinə (Amerikanın ən çətin qaydalara
məxsus olan hərbi qüvvələri (tərcüməçinin qeydi)) qoşuldu. Bu-
ranın ən dözümlü qadın üzvü olmaq qərarına gəlib öz intizamı-
na görə mükafatlar qazandı. Amma onun ruhani əzabı ağlına və
hisslərinə həddən çox təsir edirdi. O, dəli damğasının vurulmasın-
dan qorxaraq, öz əqli mübarizəsi haqqında kiməsə söyləməkdən
imtina etdi. Nəhayət, təzyiq ona qalib gəldi və onda tutmalar baş
verdi. Nensi tibbi səbəblərə görə «Marinlər»dən tərxis olunmağı
sakitcə qəbul etdi və daxili çaxnaşma və ağrı-acı ilə dolu tənhalığa
qapıldı. Nensi məbədə gəlib mənim aldadıcı ruhlar haqqında da-
nışmağımı eşidəndə belə vəziyyətdə idi.
«Axır ki, kimsə məni başa düşür!» — deyə, Nensi göz yaşları
axıdaraq fikrini tamamladı.
Mən: «Sən ruh bələdçilərindən azad olmaq istərdinmi?» —
deyə, soruşdum.
Bu zaman uzun sükut çökdü. «Onlar həqiqətən çıxıb
gedəcəklərmi, yoxsa evə qayıdanda yenə onlarla döyüşəcəyəm?»
«Sən azad olacaqsan» — mən onu əmin etdim.
İki saatdan sonra Nensi azad idi və özünün heç vaxt bilmədiyi
açıq ürəklə bizi qucaqladı. «İndi mən insanları evimə qonaq çağıra
bilərəm!» — o, sevinclə nida etdi.
Nəhayət azad!
7
Qaranlıq tərəfin həqiqətən mövcud olması
Bir vaxtlar mən Nensinin başına gələnlərin qeyri-adi, müstəsna
hal olduğunu düşünürdüm. Onun probleminin dərəcəsi qismən
qeyri-adi olsa da, mən indi başa düşürəm ki, Paul: «Çünki
mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər
başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranları-
na, səmadakı ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12) yazarkən
fikrində hər bir imanlını nəzərdə tutmuşdu. Pastor, seminariya
professoru və konfrans spikeri kimi 30 ildən artıq xidmətdən son-
ra mən dünyanın hər yerində aldanan və uğursuz həyat yaşayan
minlərlə məsihçiyə xidmət etmişəm. Bu, həqiqətən, faciədir, çünki
onların Göylərdəki Atası Məsihdə azad və məhsuldar həyat yaşa-
malarını arzu edir.
Mənim bu xidmət sahəsinə səyahətim seçimimdən asılı ol-
mayıb. Allah məni xidmətə çağırmazdan əvvəl mən çox məntiqi
düşünən, təyyarə modelini tərtib edən bir mühəndis idim. Hətta
adi məsihçi olanda belə, cinlərin fəaliyyəti və ya okkultizmlə heç
vaxt maraqlanmamışdım. Sirli bilik və okkultik güc məni heç vaxt
şirnikləndirməyib. Mən nə onlarla maraqlanmışdım, nə də onları
təcrübədən keçirmişdim.
Digər tərəfdən, mən həmişə Qərb rasionalizminə və
naturalizminə zidd olsa da, Müqəddəs Kitabın ruhani aləm haq-
qında dediklərinə inanmağa meyilli olmuşam. Nəticədə 25 il
ərzində Rəbb Nensi kimi məsihçiləri yanıma gətirib. Həmin in-
sanları Məsihdə azad və məhsuldar həyat yaşamaqdan saxlayan
düşünmə tərzləri, vərdişləri və davranışları onları əsarət altına
salmışdı. Onlara kömək etməyim üçün seminariya təlimim məni
kifayət qədər hazırlamamışdı. Onlara xidmət etmək üçün erkən
səylərimdə çoxlu uğursuzluqlar ilə üzləşirdim, amma hər cəhddə
yeni duyum əldə edirdim. Mən onları azad edəcək həqiqəti axtar-
maq üçün yenə də Kəlama üz tuturdum.
İllər boyunca öyrənməyimin və xidmətimin sayəsində həqiqətin
bizi necə azad etdiyini və Allaha tabe olmaqla bərabər iblisə qarşı
durmalı olduğumuzu (Yaqub 4:7) daha yaxşı başa düşürəm. Nə
8
Buxovları qıran
ruhani aləmin həqiqiliyini rədd edən psixoterapevtik xidmətlərin,
nə də problemə yalnız ruhani bir şey kimi baxan cinləri qovma
xidmətlərinin yetərli cavabı yoxdur. Allah həqiqətdə mövcuddur,
O, bütün varlığımızla ünsiyyətdədir – və Onun Kəlamı bu güna-
ha batmış dünyada yaşayan bütün insanlar üçün hərtərəfli cavabı
təmin edir.
Allah sizin azad olmağınızı və Məsihdə böyüməyinizi istəyir
Bu kitabın ilk nəşrindən bəri mən « God’s Power at Work in
You» («Allahın gücü səndə iş görür») ( Harvest House) adlı
müqəddəsləşmə haqqında kitaba (Dr. Robert Sausi ilə) müəlliflik
etmişəm. Allahın iradəsi bizim həyatlarımız üçün müqəddəslik
olduğundan (1 Salonik. 4:3) müqəddəsləşmə prosesini anlamaq
həddən artıq vacibdir. «…bədənin Başı olan Məsihə bənzəmək
üçün hərtərəfli böyüyək…kamil insan səviyyəsinə, Məsihin tam
yetkinliyi həddinə çatacağıq» (Efes. 4:15, 13). Əgər Allah bizə
Məsihdə yetkin olmaq üçün hər şey veribsə (2 Peter 1:3), onda
niyə bir çox məsihçi Məsihdə böyümür? Onların bəziləri indi də
20 il bundan əvvəl olduqları kimi Məsihə bənzəmirlər. Paul de-
yir: «Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riya-
sız imandan gələn məhəbbətdir» (1 Timotey 1:5). Biz məsihçi
həyatımızın hər bir ilində: «Mən imanımda böyümüşəm və indi
Allahı və başqalarını keçən il sevdiyimdən daha çox sevirəm»
deyə bilməliyik. Əgər bunu deyə bilmiriksə, onda biz böyümürük.
Belə cismaniliyə səbəbin bir hissəsi 1 Kor. 3:2, 3-də verilib:
«Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk
yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. Çünki siz hələ
də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda
siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüz-
mü?» Paulun dediyinə əsasən, bəzi məsihçilər həyatlarında olan
həll edilməmiş münaqişələrə görə Müqəddəs Kitaba uyğun yaxşı
təlimi qəbul edə bilmirlər. Bu şəxsi və ruhani münaqişələri əsl
tövbə və Allaha imanla həll etmək üçün bir yol lazımdır. Kitabın
məqsədi budur; amma problemin ruhani tərəfinə daha çox toxunur.
Nəhayət azad!
9
Mənim ilk «Qaranlıq üzərində qələbə» («Regal Books») ki-
tabım məsihçinin Məsihdə olan həyatının imana görə yaşanma-
sının şəxsi tərəfinə diqqəti cəmləyir. Kitab sizin Məsihdə kimli-
yiniz barəsindəki əsas məsələlərə toxunur və bu şeyləri etmək
üçün əməli addımları təsvir edir: imanla yaşamaq, Ruhda addım-
lamaq, əqlən yeniləşmək, hissləri idarə etmək, iman və bağış-
lanma vasitəsilə keçmişin emosional yaralarından sağalmaq. Tam
mənzərəni görmək üçün sizə çox məsləhət görərdim ki, bu ki-
tabdan başqa «Qaranlıq üzərində qələbə»nin ikinci nəşrini də
oxuyasınız. Hər iki kitabı «Resolving Personal and Spiritual
Conflicts» («Şəxsi və ruhani münaqişələri həll etmək») adlı
video və ya audio kasetlərlə birlikdə istifadə edə bilərsiniz, bunları
məsihçi kitabxanalarından və ya «Freedom in Christ Ministries»
ofislərindən əldə etmək olar.
Biz Məsihi qəbul etməzdən əvvəl günaha qul idik. İndi Məsihin
çarmıxda gördüyü işə görə üzərimizdə günahın gücü dağılıb. Şey-
tanın bizim üzərimizdə sahiblik etməyə və səlahiyyəti olmağa heç
bir hüququ yoxdur. O, məğlub edilmiş düşməndir, amma o, bizi
bunu dərk etməkdən saxlamağa çalışır. Yalanın atası keçmişinizin
törəməsindən başqa bir şey olmadığınıza (günaha təslim, uğur-
suzluğa meyilli olduğunuza və vərdişlərinizlə idarə edildiyinizə)
sizi inandıraraq aldada bilsə, məsihçi kimi sizin məhsuldarlığınızın
qarşısını ala bilər.
Paul dedi: «Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə
də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olma-
yın» (Qal. 5:1). Siz Məsihdə azadsınız, amma şeytan sizi keçmi-
şinizin günahlı törəməsindən başqa bir şey olmadığınıza inandıra-
raq aldada bilsə, siz məğlub olacaqsınız. Şeytan sizin Məsihdəki
mövqeyinizə də heç bir şey edə bilməz, amma o, Kəlamın doğru
olmadığına sizi inandıraraq aldada bilsə, siz sanki bu, doğru de-
yilmiş kimi yaşayacaqsınız. İnsanlar inandıqları yalanlara görə
əsarətdədirlər. Ona görə də İsa dedi: «Siz həqiqəti biləcəksiniz və
həqiqət sizi azad edəcək» (Yəhya 8:32).
Mən bir anda yetkinliyə çatmağa inanmıram. Ağlımızın
yeniləşməsi və Allahın surətinə uyğunlaşmağımız bütün həyatımız
10
Buxovları qıran
boyu sürəcək. Amma insanlara şəxsi və ruhani problemlərinin
həllində və Məsihdə azadlıq tapmalarında yardım göstərmək çox
vaxt aparır. Məsihdə diri və azad olmaq mövqedən asılı olan
müqəddəsləşmənin
2
bir hissəsidir, bu, inkişaf edən müqəddəsləşmə
üçün əsasdır. Başqa sözlə, biz Allahın övladları olmağa çalışmırıq,
biz Məsihə uyğunlaşan Allahın övladlarıyıq. İnsanlar əsl tövbə
və Allaha iman vasitəsilə Məsihdə azad olduqdan və canlandıqdan
sonra onların böyüməyinə fikir verin! Onların Allahın Kəlamı üçün
yeni yanğıları var və onlar Məsihdə kim olduqlarını bilirlər, çünki:
«Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın
övladlarıyıq» (Rom. 8:16).
Bu kitabda ruhani münaqişələrin təbiətini aydınlaşdırmağa və
onların Məsihdə necə həll edilməsini təsvir etməyə çalışmışam.
Birinci hissə sizin Məsihdə olan azadlığınızın, müdafiənizin və
səlahiyyətinizin mövqeyini izah edir. İkinci hissə sövq olunmalara,
ittihamlara və yalanlara qarşı zəifliyinizi sizə xəbərdarlıq edir. Üçün-
cü hissə sizə Allaha tabe olmağa və iblisə qarşı durmağa (Yaqub
4:7) imkan verən Məsihdə Azadlıq Addımlarını təqdim edir.
İmanlı həyatında əsarət və azadlıq arasında ziddiyyət aşağı-
da savadlı bir adamın məktubunda güclü surətdə təsvir edilib.
Nensidən fərqli olaraq, xarici görünüşdən bu kişi normal, məbədə
gedən məsihçi idi, onun həm ailəsində, həm də karyerasında çox
uğurlu həyat yaşadığı görünürdü. Amma o, Məsihdə öz azadlığını
hiss etmirdi.
Əziz Nil,
Mən «psixologiya ilə əlaqəli» çoxlu izah olunmaz
hücumlara məruz qaldığıma görə sizinlə ünsiyyət
qurdum. Mənim emosional çətinliklərim, yəqin ki,
2
Biz Allahdan doğulanda əbədi olaraq Allah üçün «təqdis olunuruq».
Biz «Məsihdə» olan mövqeyimizə görə artıq müqəddəs hesab edilirik.
Bu, mövqedən asılı olan müqəddəsləşmə adlanır. Bundan başqa inkişaf
edən müqəddəsləşmə də var, bu prosesdə ruhani yeniləşmə və artım
vasitəsilə Müqəddəs Ruh bizi Məsihin surətinə uyğun dəyişdirir.
Nəhayət azad!
11
uşaqlıqdakı həyat təcrübələrimdən — dəhşətli kinolar,
«Ouija boards» (cinlərlə əlaqə saxlanılan bir oyun,
(tərcüməçinin qeydi)) oyunu və sairədən irəli gəlirdi.
Mən «Drakulanın qanı» adlı filmə baxdıqdan sonra
şeytani qüvvələrin mənimlə görüşəcəyindən qorxdu-
ğumu yaxşı xatırlayıram.
Mənim atam tünd xasiyyət, əsəbi insan idi və
özündən tez çıxırdı. Onu məyus etdiyimə görə özü-
mü günahlandırmağım və susmağım vəziyyətdən çıxış
yolu idi. İçərimdə emosiyalarımı gizləyib saxlamaq
mənim həyat tərzimə çevrildi. Mən böyüyərkən bü-
tün şəxsi çatışmazlıqlarıma və uğursuzluqlarıma görə
özümü günahlandırmaqda davam edirdim.
Sonra mən Məsihi öz şəxsi Rəbbim və Xilaskarım
kimi qəbul etdim. Mən növbəti bir neçə il ərzində
ruhani inkişaf etdim, amma heç vaxt kamil sül-
hü hiss etmədim. Uzaq və sərt hiss etdiyim Allahla
ünsiyyətim haqqında daxilimdə həmişə şübhə var idi.
Dua etməkdə, Müqəddəs Kitab oxumaqda və pastorun
vəzinə diqqət yetirməkdə çətinlik çəkirdim. Mənim
həyat məqsədi haqqında ciddi şübhələrim var idi.
Mən dəhşətli qarabasmalar görüb qışqıraraq yuxudan
oyanırdım.
Mən sizinlə dua edən müddətdə, nəhayət ki, Məsihdə
azadlıq tapdım. Mən dərk etdim ki, Allah tələbkar,
xırdaçı deyil, əksinə, nailiyyətlərimdə sevinən sevimli
Atadır. Mən axırıncı addıma qədər dua etdikdə böyük
sərbəstlik əldə etdim.
Siz inanmazsınız ki, mən indi Allahın Kəlamını
necə anlayıram. Mən müsbət düşüncələri inki-
şaf etdirmişəm və Allahla olan bütün ünsiyyətim
tamamilə dəyişib. Bizim görüşümüzdən bəri heç bir
qarabasma olmayıb.
Nil, qorxuram ki, şeytani qüvvələrin hücumuna
görə «gizli əzabla» həyat yaşayan mənim kimi bir
12
Buxovları qıran
çox məsihçilər olar. Əgər mən belə qüvvələrin qurba-
nı olduğum halda hər şeyin yaxşı olduğu görünübsə,
başqalarında da belə ola bilər.
Siz azad ola bilmədiyiniz qorxunun, ruh düşkünlüyünün, vərdişlərin,
uzaqlaşa bilmədiyiniz fikirlərin və ya daxili səslərin, yaxud yaxa
qurtara bilmədiyiniz günahlı davranışların əsarəti altında yaşayan
məsihçilərdən birisinizmi? Allah sizin Məsihdə diri qalmağınız və
azad olmağınız üçün hər bir şeyi təmin edib. Bu səhifələr boyunca
mən artıq qaranlığa qalib gəlmiş və azadlığı əldə etmiş bir Nəfərlə
sizi tanış etmək istəyirəm: İsa Məsih — buxovları qıran Odur!
Buxovları qıran
1
1
Cəsarətli olun!
1
Siz kölgələrdə
yaşamaya bilərsiniz
Bu şeyləri anlamağımın ilkin dövrlərində yerli məsihçi
məsləhətçisi məndən xahiş etdi ki, yanına məsləhətə gəlmiş qadı-
nın ruhani vəziyyətini başa düşməkdə ona kömək edim. O, qadına
bir neçə psixoloji test vermişdi, amma problemin kökünə gedib
çıxa bilməmişdi. Dörd il nəticə verməyən psixoloji terapiyadan
sonra o, nəhayət, qadının hansısa bir ruhani əsarətdə olduğu-
nu hiss etdi. Terapiyanın ilkin dövrlərində qadın Allaha aşağıda-
kı məktubu yazmış, on dəqiqə sonra isə böyük dozada dərman
içməklə həyatına qəsd etməyə çalışmışdı:
Əziz Allah,
Sən haradasan? Sən məni görmürsən? Bu qədər də
biganəlik olarmı? Mən ruhən çox əzilmişəm və bu,
heç sənin vecinə də deyil. Əgər sənin vecinə olsay-
dı, bunu dayandırardın və ya mənim ölməyimə icazə
verərdin. Mən səni sevirəm, amma sən çox uzaqda
dayanmısan. Mən səni nə eşidirəm, nə hiss edirəm,
nə də görürəm, amma istəyirsən ki, Sənin yanım-
da olduğunu bilim. Rəbb, mən onları hiss edirəm və
eşidirəm. Onlar buradadırlar. Ay Allah, mən bilirəm
ki, Sən, doğrudan da, mövcudsan, amma indi onların
varlığı mənə daha həqiqi görünür. Rəbb, xahiş edirəm,
qoy kimsə mənə inansın. Sən niyə bunu dayandırmır-
Siz kölgələrdə yaşamaya bilərsiniz
15
san? Xahiş edirəm, Rəbb, xahiş edirəm! Əgər məni
sevirsənsə, mənim ölməyimə icazə verəcəksən.
İtmiş quzu
Qaranlığın padşahlığı onun üçün Allahın hüzurundan daha canlı
və gerçək görünürdü. Mən 20 il ərzində belə ürək ağrıdan məktub
yazmış qadına bənzər yüzlərlə məsihçilərlə görüşmüşəm. Onla-
rın çoxu sui-qəsd etməyə çalışmamışdılar, amma belə fikirlərin
onlara gəldiyini deyirdilər. Demək olar ki, hamısı «onlar»ın hüzu-
runu hiss edirdi – onları vadar edən, qıcıqlandıran, sınağa çəkən,
əzab verən, ittiham edən və ya hədələyən daxili meyillər, yaxud
səslər. Çox vaxt mənimlə görüş təyin edən insanlara xəbərdarlıq
edərək deyirəm ki, onlar: «Getmə, o sənə kömək edə bilməz» —
kimi sözlər «eşidəcəklər», — yaxud, birinci şəxsin təkində: «Mən
getmək istəmirəm» və ya: «Bunu əvvəl etmişəm, heç bir xeyri
olmayıb» – kimi dağıdıcı fikirlər düşünəcəklər. Bir nəfər yazır-
dı: «Hər dəfə sizinlə danışmağa çalışanda, hətta sizinlə danışma-
ğı düşünəndə mən tamamilə qapanırdım. Daxilimdə olan səslər,
həqiqətən, mənim üstümə qışqırırdılar: 'Yox!' Mən hətta içərimdə
gedən bu dəhşətli döyüşə son qoymaq üçün özümü öldürməyi dü-
şünürdüm. Mənə kömək lazımdır!»
Mənim görüşdüyüm bir çox başqa məsihçilər belə səslər
eşitməkdən şikayətlənmirlər, amma onların beyinləri elə çaşqın-
lıqlarla dolub ki, Məsihlə gündəlik həyatları boş, bəhrəsizdir. On-
lar dua etməyə çalışanda etməli olduqları milyonlarla başqa şeylər
haqqında düşünməyə başlayırlar. Onlar oturub Müqəddəs Kitab
və ya yaxşı məsihçi kitabı oxuyanda fikirlərini toplaya bilmirlər,
yaxud bir neçə dəqiqə oxuyurlar və qəfildən fikirlərinin milyon
kilometrlər uzaqda olduğunu görürlər. Rəbbə hansısa yolla xidmət
etmək üçün imkan yarananda ruhdan salan özünə-şübhə fikirləri
ilə maneçilik törənirdi: «Mən güclü məsihçi deyiləm»; «Mən
Müqəddəs Kitab haqqında kifayət qədər bilmirəm»; «Mən hələ
də günahlı fikirlərdən yaxa qurtarmamışam» və ya: «Məndə ru-
hani ənamlar çox deyil». Yenilməz, bəhrəli, sevinc dolu məsihçi
Dostları ilə paylaş: |