16
Buxovları qıran
olmaq əvəzinə İsa gələnə qədər sabit qalmağa çalışaraq bütün
həyatları boyunca dumanda sürünə-sürünə gəzirlər. Bunların
bəziləri, şübhəsiz, əqli tərbiyənin çatışmazlığı və cismani təbiətin
tərzlərindən irəli gəlir, amma bu, eləcə də düşməndən gələn al-
danmanı əks etdirə bilər. Mən belə əqli əzabdan minlərlə insanın
azad olduğunu görmüşəm.
Ə
sarət haqqında geniş yayılmış səhv anlayışlar
Bu «səslər» haradan gəlir və bir çox həyatları bezdirən əqli
çaşqınlıqlara səbəb nədir? Əsarətdə olan insanlara xidmətimin
erkən dövrlərində bacarıqsızlığıma və uğursuzluğa düçar olmağıma
əsas səbəblərdən biri bu sualların cavabını bilməməyim idi. Qərb
dünyagörüşümdən Müqəddəs Kitaba uyğun dünyagörüşünə
keçməyim düşüncələrimdə bir neçə böyük dəyişikliklər tələb edib.
Ruhani aləm haqqında çoxlu dağıdılası səhv anlayışlara inanırdım.
Ola bilsin ki, məsihçiləri qaranlıqda saxlayan bu eyni yanlış
ideyalar sizə də mane olur.
1. Məsih yer üzündə olanda cinlər fəal idilər, amma onların
fəaliyyəti azalıb. Bu nöqteyi-nəzərlə razılaşan məsihçilər Allahın
Kəlamında aşkarlanan hikməti qəbul etmirlər, onlar gerçəkliklə də
üzləşmirlər. Əhdi-Cədid aydın bildirir ki, imanlılar ruhani qüvvələrə
qarşı vuruşacaqlar: «Çünki mübarizəmiz qandan və ətdən ibarət
olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qa-
ranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qar-
şıdır» (Efes. 6:12). Paul «şər olanın bütün yanar oxlarından» özü-
müzü müdafiə etmək üçün geyinməli olduğumuz ruhani zirehlərin
hissələrini göstərməklə davam edir (13-17-ci ayələr). 2 Kor. 10:3-
5-də Paul yenə də dəqiq bildirir ki, imanlılar Allahın biliyinə qarşı
dayanan qüvvələrin əleyhinə ruhani döyüşə giriblər. Əgər ruhani
qara qüvvələr imanlılara artıq hücum etməsəydilər, onda Paul niyə
onlardan ehtiyatlı olmağı və onlara qarşı silahlanmağı əmr edirdi?
Şübhəsiz ki, Allahın zirehi imansız üçün deyil, imanlı üçündür.
Siz kölgələrdə yaşamaya bilərsiniz
17
Paulun birinci əsrdə haqqında yazdığı hökmranların və qüvvələrin
hələ də iyirmi birinci əsrin başlanğıcında mövcud olduğu aydındır.
Bizdə hələ də həmişəki kultlar və okkultik fəaliyyətlər var, amma
« New Age» hərəkatının güclənməsinə fikir verin. Əlbəttə, «New
Age» haqqında yeni heç bir şey yoxdur. İnsanlar Əhdi-Ətiqdə xa-
tırlanan köhnə spiritizmlə məşğul olurlar. Onlar yalnız medium
terminini kanala, cin terminini isə ruh bələdçisinə çeviriblər.
Allahın padşahlığı Müqəddəs Kitabda əsas mövzudur, amma
bu, qaranlığın padşahlığı ilə ziddiyyətdə başa düşülməlidir. Ya-
radılışdan Vəhyə qədər olan döyüş həmin iki padşahlıq, Məsih
və Məsihin əleyhdarı, Həqiqət Ruhu ilə yalanlar atası, Allahın
peyğəmbərləri ilə yalançı peyğəmbərlər, buğda (Padşahlığın oğul-
ları) ilə dəlicələr (şər olanın oğulları – Matta 13:38-ə baxın) ara-
sında gedir. Ruhani qara qüvvələrə qarşı mübarizə yalnız birin-
ci əsrdə baş verən bir şey deyil və bu günün məsihçiləri üçün,
sadəcə, könüllü bir iş deyil. Qaranlığın padşahlığı hələ də var və
şeytan hələ də «nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi
dolaşır» (1 Peter 5:8). Buna görə də Peter belə öyrədir: «Ayıq
durun, oyaq olun…Möhkəm imanla ona qarşı durun. Bilin ki, bü-
tün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər» (1 Peter
5:8, 9). Əgər sizin Müqəddəs Kitaba uyğun olan dünyagörüşünüzə
qaranlığın padşahlığı daxil deyilsə, onda şeytanın sizə və dünyaya
etdiyi pisliklərə görə ya Allah, ya da siz məsuliyyəti üzərinizə
götürməlisiniz.
2. Erkən məbədin şeytani fəaliyyət adlandırdığını biz indi
psixoloji xəstəlik kimi başa düşürük. Belə fikirlər Kəlamın
həqiqətə uyğun olmamasını bildirir. İlahi vəhy qüsursuzdur. Şey-
tanın hücumlarından təngə gəlmiş mənim ilk məsləhət verdiyim
məsihçiyə həkimlər şizofreniyanın paranoyya formasını diaqnoz
qoymuşdular. Bir neçə dəfə müalicə etdikdən və xəstəxanada
yatdıqdan sonra tibb müəssisələri ondan əl çəkdilər. Diaqnoz
onun simptomlarına əsaslanmışdı. O, demək olar ki, qorxudan
iflic olmuşdu və ruhani hücuma məruz qalan istənilən adam kimi
mühakimə edən fikirlərdən təngə gəlmişdi.
18
Buxovları qıran
Müşahidə edilən və ya xəstənin aşkar edilmiş simptomlarına
əsaslanmış istənilən diaqnoz özlüyündə problemin səbəbi üçün
heç bir izah vermir. Şizofreniya, paranoyya, psixoz və s. kimi
terminlər sadəcə simptomları təsnif edən adlardır. Amma bəs
simptomlara səbəb olan nədir və ya kimdir? Səbəb ruhani, psi-
xoloji, hormonal və ya nevroloji kimyəvi funksiya pozğunluğu-
durmu? Əlbəttə, bütün bu seçimlər tədqiq edilməlidir. Yaxşı, əgər
fiziki və ya psixoloji səbəb tapılmasa, onda necə?
Təbii dünyagörüşünü məhdudlaşdırmış dünyəvi psixoloqların
ruhani problemlər üçün təbii izahlar verməsinə təəccüblənməməliyik.
Onların dünyagörüşlərinə Allah və ya bu dünyanın allahı daxil deyil.
Hətta növlərin mənşəyi üçün bütün elmi izahları uca səslə rədd
edən bir çox məsihçilər ruhi xəstəliklər üçün dünyəvi psixoloqların
izahını sadəlövhlüklə qəbul edirlər. İnsanın ruhani problemlərinin
elmi metodla araşdırılması səhv deyil; bu, sadəcə, natamamdır.
Bu, ruhani aləmin təsirini nəzərə almır, çünki nə Allah, nə də
şeytan bizim araşdırma metodlarımıza tabe ola bilməz. Effektli
məsihçi məsləhətçisi olmaq üçün təbii və ya psixoloji ruhi xəstəliyi
beyindəki ruhani döyüşdən fərqləndirməyi öyrənməliyik. Mən ruh
düşkünlüyü haqqında təzəliklə yazdığım «Finding Hope Again»
(«Yenidən ümid tapmaq») (Regal Books) kitabında bunu etməyə
çalışmışam. Ruh düşkünlüyü bədən, qəlb və ruh problemidir, bu
problemi həll edərkən hər üç şey nəzərə alınmalıdır.
3. Bəzi problemlər psixolojidir və bəziləri isə ruhanidir. Mən
inanıram ki, belə düşüncə yanlış ikiyə bölünməni yaradır, bu, in-
san qəlbi ilə ruhu arasında kəskin fərqi bildirir. Psixoloji olmayan
daxili münaqişə yoxdur, çünki heç vaxt ağlınızın, emosiyalarınızın
və iradənizin iştirak etmədiyi elə bir vaxt yoxdur. Buna bənzər
olaraq ruhani olmayan problem yoxdur. Allahın iştirak etmədiyi
bir vaxt yoxdur. «O, hər şeyi qüdrətli Kəlamı ilə saxlayır» (İbr.
1:3). Müqəddəs Kitab gözlərimizlə gördüyümüz təbii aləm kimi
görünməyən ruhani aləmin də gerçək olduğunu təqdim edir.
«Çünki görünənlər gəldi-gedər, görünməyənlər isə əbədidir» (2
Kor. 4:18). Müqəddəs Kitab Allahın zirehini çıxarmaq üçün hansı-
Siz kölgələrdə yaşamaya bilərsiniz
19
sa bir təhlükəsiz vaxtın olduğunu heç vaxt qeyd etmir. Nə qədər
ki biz yer üzündə yaşayırıq, sınağa çəkilmək, ittiham edilmək,
aldanmaq imkanı həmişə var. Əgər biz bu fikirləri qəbul etsək, biz
cavabların yalnız tibb sahəsindən, yalnız psixologiya sahəsindən,
yaxud yalnız ruhani sahədən olduğunu daha fikirləşməyəcəyik.
«Trinity Evangelical Divinity» İnstitutunda müəllimlik edən
Dr. Paul söyləyir: «Müasir məsihçilər iki mərtəbəli dünyagörüşünə
meyil edirlər. Allah fövqəltəbii mərtəbədə məhdudlaşır və təbii
mərtəbə müstəqil elmi qanunlara uyğun şəkildə fəaliyyət göstərir.
Əgər məsihçilər belə düşünməkdə davam etsələr, məsihçilik dün-
yanı dünyəviləşdirən qüvvə olmaqda davam edəcək.»
4. Məsihçilər cinlərin təsirinə məruz qala bilməz. Bəzi
məsihçilər inanırlar ki, məsihçilərə cinlər təsir edə bilməz. Hətta
şeytani təsirin problemin bir hissəsi olduğuna eyham edərkən
cəld imtina edirlər: «Mümkün deyil! Mən məsihçiyəm!» Bu cür
düşüncələr məbədi münasib cavab verməkdən və hücuma məruz
qalanlara kömək etməkdən məhrum edir və belə insanlar ümidsiz
qalırlar, çünki yalnız bizlər onlara kömək edə bilərik.
Ruhani problemlərə diaqnoz qoymağa bu yalandan başqa heç nə
belə böyük zərər vurmayıb. Əgər şeytan məbədə toxuna bilməzsə,
onda niyə Müqəddəs Kitabda Allahın zirehlərini geyinmək, şey-
tana qarşı durmaq, möhkəm durmaq və ayıq olmaq göstərişləri
var? Əgər bizim şeytanın tələsinə düşməyə, yaralanmağa imkan
verən zəif yerlərimiz yoxdursa, Paul niyə qara qüvvələrə qarşı
münasibətimizi mübarizə kimi təsvir edir? Düşmənin dağıtma po-
tensialını inkar edənlər ən çox təsirə məruz qalanlardır. (Bizim
şeytanın müdaxiləsinə və təsirinə məruz qalmağımız bu kitabın
ikinci hissəsinin mövzusudur).
5. Şeytani təsir yalnız hiddətli, yaxud azğın davranışda
və böyük günahda görünə bilər. Mən pastor olanda illərlə belə
düşünürdüm və ona görə də bir çox məsihçiləri bəhrəsiz edən
incə aldanmaları sezmirdim. Düzdür, bu günlərdə Luka 8-dəki
«Legion» adlı azğın, cinə tutulmuş adamlara hərdənbir rast
20
Buxovları qıran
gəlinir, amma aldanmış məsihçilərin çoxu səbəbi və həlli tapıl-
mayan şəxsi və şəxslərarası problemlər yaşayarkən nisbi nor-
mal həyat keçirirlər. Onlar şeytani müdaxiləni yalnız qatillərə
və ya dəhşətli seks cinayətlərinə aid etdiklərinə görə bu sadə,
problemdən təngə gəlmiş fərdlər daxillərində nə baş verdiyini və
niyə «yaxşılaşa» bilmədiklərini başa düşə bilmirlər.
Şeytanın birinci və qabaqcıl strategiyası aldatmadır. Paul
xəbərdarlıq etdi: «…çünki şeytan da işıq mələyi cildinə girir. Şey-
tana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi
qəribə deyil» (2 Kor. 11:14, 15). Məbədin gücsüz olmasına səbəb
bir neçə azğın cinə tutulmuş adamlar deyil, «normal» imanlıla-
rın həyatlarında şeytanın incə aldatması və müdaxiləsidir. Mənim
«Məsihdə azad yaşamaq» konfransıma gələn bir məsihçi psixote-
rapevt demişdi: «Mən 15 illik məsləhətvermə işimdə sizin kon-
fransa gələnə qədər cinə tutulmanın əlamətlərini görməmişdim.
Mən öz işimə qayıdanda məsləhət üçün yanıma gələnlərin üçdə
ikisinin, eləcə də özümün əqlən aldandığımı aşkar etdim.»
6. Ruhani əsarətdən azadlıq şeytani qüvvələrin daha böyük
qüvvə ilə toqquşmasının nəticəsidir. Ruhani münaqişələrdən
və əsarətdən azadlıq böyük qüvvə ilə toqquşmadan gəlmir; bu,
həqiqətlə üzləşmədir. Şeytan aldadandır və o, nəyin bahasına
olursa-olsun, gizlicə işləyəcək. Amma Allah Kəlamının həqiqəti
onu və onun yalanlarını ifşa edir. Onun cinləri işıq görən kimi
kölgəyə qaçan tarakanlara bənzəyir. Şeytanın gücü yalandadır və
onun yalanları həqiqətlə ifşa ediləndə, planları pozulur.
Mən uşaqlıqda fermada yaşayanda atam və qardaşımla məhsulu
bölüşmək və kömək etmək üçün qonşumuzun fermasına gedərdik.
Qonşunun bərkdən hürən balaca iti var idi, bu it məni yaman
qorxudurdu. İt tindən qəfil çıxıb hürəndə atam və qardaşım öz
yerlərində dayanırdılar, amma mən qaçırdım. Sizcə it kimin dalın-
ca düşərdi! Balaca it yerdən mənə hürərkən kiçik yük maşınımızın
üstünə çıxıb canımı qurtarırdım.
Hamı bilirdi ki, özümün itə verdiyim səlahiyyətdən başqa itin
üzərimdə heç bir səlahiyyəti yox idi. Bundan başqa, itin məni
Siz kölgələrdə yaşamaya bilərsiniz
21
maşının üstünə tullamağa əsas gücü yox idi; məni ora çıxaran
mənim inandıqlarım idi. Mən yalana inanmağı seçdiyimə görə
itə icazə verdim ki, ağlımı, emosiyalarımı, iradəmi və əzələlərimi
istifadə etsin, bunların hamısı qorxudan irəli gəlmişdi. Nəhayət,
mən cəsarətimi topladım, maşından tullandım və tulaya balaca
daş atdım. Aaa… görürsən, necə qaçdı!
Şeytan həmin bərkdən hürən balaca itə bənzəyir: Allahdan daha
çox ondan qorxmaqla insanları aldadır. Onun gücü yalandadır. O,
bütün dünyanı aldadan (Vəhy 12:9) yalanın atasıdır (Yəhya 8:44)
və bunun nəticəsində bütün dünya şər olanın hakimiyyəti altın-
dadır (1 Yəhya 5:19). O, sizin Məsihdə olan mövqeyinizə heç nə
edə bilməz, amma sizi Allah və özünüz haqqında yalanlara inan-
dıra bilərsə, onda siz yük maşınının üzərində çox oturacaqsınız!
Onun təsirini əlindən almaq üçün sizə ondan bərk qışqırmaq və ya
ondan güclü olmaq lazım deyil. Siz, sadəcə, həqiqəti bilməlisiniz.
Allahın Kəlamına inanın, bəyan edin və siz şeytanın strategiya-
sını dağıdacaqsınız.
Bu anlayış mənim məsləhətvermə işimə güclü təsir bağışladı.
Əvvəllər məsləhətvermə işimdə şeytani təsiri ifşa edəndə bu, bö-
yük qüvvə ilə toqquşmaya çevrilirdi. Belə proseslə, mən məsləhətə
gəlmiş insanların keyləşməsini, otaqdan qaçıb getməsini və ya
qəfildən karıxdığını görürdüm. Mən cinlərin üzərində səlahiyyəti
öz üstümə götürməyə çalışırdım. Mənim ilkin yanaşmam cinin
özünü göstərməsinə nail olmaq idi; sonra mən ona çıxıb getməyi
əmr edirdim. Bu hadisə çox vaxt məsləhətə gələn adamlarda əqli
iztirab ilə nəticələnirdi. Bəzi irəliləyişlər olsa da, proses, adətən,
təkrarlanmalı idi.
Amma mən Kəlamdan öyrənmişəm ki, həqiqət azad edən
amildir və bunun hər uğurlu məsləhətvermə görüşündə həqiqi
olduğu sübut edildi. İsa Həqiqətdir və əsirləri azad edən təkcə
Odur. İmanlı üçün güc həqiqəti bilməkdən və seçməkdən irəli
gəlir. Biz həqiqəti axtarıb izləməliyik, çünki Məsihdə bizə lazım
olan bütün qüdrət artıq bizdə var (Efes. 1:18, 19-a baxın). Bun-
dan əlavə, əsarətdə olan insanlar mənim pastor və ya məsləhətçi
kimi gördüyüm işlərə görə deyil, inanmağı, etiraf etməyi, inkar
22
Buxovları qıran
etməyi və bağışlamağı seçmələrinə görə azad olurlar. Kəlamda
bunun izahına diqqət yetirin:
Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad
edəcək (Yəhya 8:32).
Yol, həqiqət və həyat Mənəm (Yəhya 14:6).
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol
göstərəcək (Yəhya 16:13).
Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı
Səndən xahiş edirəm…Onları həqiqətlə təqdis et. Sənin
sözün həqiqətdir (Yəhya 17:15, 17).
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış…olaraq
yerinizdə durun (Efes. 6:14).
Nəhayət, qardaşlar, doğru…bunları düşünün (Filip. 4:8).
Həvarilərin işləri 5-ci fəsildə Allah ilk dəfə erkən məbədi
tərbiyələndirərkən bunu çox güclü surətdə etmişdi. Məsələ nədə
idi: narkotikdəmi, seksdəmi? Yox, məsələ həqiqətdə, daha doğru-
su, onun çatışmazlığında idi. Peter Xananya və Sapfira ilə üzləşdi:
«Niyə ürəyinə şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək
torpağın pulunun bir hissəsini özünə götürdün?» (3-cü ayə). Əgər
aldadan şeytan insanı yalana inandıra və həmin yalana əsasən
yaşada bilsə, bizi məhv edə bilər. Allah istəyirdi ki, məbəd bunu
bilsin. Ona görə də bizim «hər bir düşüncəni əsir edərək Məsihə
itaət etdirməyimiz» çox vacibdir (2 Kor. 10:5). Əgər mən xəlvətcə
məbədə, təşkilata və ya insana soxula bilərəmsə və onları yalana
inandıra bilərəmsə, onda həyatlarını hansısa ölçüdə nəzarət altına
sala bilərəm!
Yaxşı məsihçi aldana bilər? Həvva aldanmazdan və yalana inan-
mazdan qabaq heç vaxt günah etməmişdi. Müqəddəs Kitabın so-
Siz kölgələrdə yaşamaya bilərsiniz
23
nuncu kitabı son günlərdəki döyüşləri təsvir edir. Bu, zədələnmiş
ailələr, seksə qurşanma, narkotikə aludə, cinayət və ya başqa əxlaq
pozğunluqları haqqında kitab deyil. Əslində Vəhy kitabında hətta
günah sözü qarşıya çıxmır. Məsih və Məsihin əleyhdarı (şeytan)
arasında döyüş yenə də aşkara çıxır və aldatma şər olanın aparıcı
strategiyasıdır. Tarixin bu iki dövrü arasında «həqiqətin dirəyi və
bünövrəsi olan Allahın cəmiyyəti» (1 Timotey 3:15) var və Allahın
cəmiyyəti olan bizlər xoş xəbəri təbliğ etməyə və həqiqəti yerinə
yetirməyə çağırılmışıq (Efes. 4:15).
Ə
sirləri azad etmək
İsanın və həvarilərinin əsirləri azad etmək xidmətinə qarşı olan
ən çox yayılmış etirazlardan biri həvarilərin məktublarında bu
mövzu haqqında danışılmamasıdır. Bildiyimə görə, məktublarda
kimdənsə cinləri qovmaq barəsində xüsusi təlimlər yoxdur. Gəlin,
məsələni aydınlaşdırmağa kömək edə bilən öz baxışlarımı sizinlə
bölüşüm. İcazə verin, sizə həyatlarımızda şeytani təsirlə necə
üzləşməli olmağımız və əsarətdə olan başqa adamlara necə xidmət
etməyimiz barəsində məsləhət verim.
Çarmıxdan əvvəl, ilahi qüdrəti almış insanların (məsələn: İsanın
və Onun xüsusi təyin edilmiş həvarilərinin) dünyadakı şeytani
qüvvələr üzərində səlahiyyəti öz üzərlərinə götürməsi lazım idi.
İsa On İkilərə Müjdəni təbliğ etməyi tapşırarkən onlara dediyi
birinci şeyə fikir verin. «İsa On İki şagirdi yanına çağırıb bütün
cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və
səlahiyyət verdi» (Luka 9:1). Həmin vaxt şeytan məğlub edilmiş
düşmən deyildi və imanlılar da hələ göylərdə Məsihlə oturmamış-
dılar.
Amma çarmıxda və dirilmədə ruhani münaqişələrin təbiətini
əbədiyyən dəyişdirən əsaslı bir şey baş verdi. Birincisi, İsanın ölü-
mü və dirilməsi qaranlıq padşahlığının başçılarını və hakimlərini
tərki-silah etdi və onlara qələbə çaldı (Kolos. 2:15). İsa bəyan
etdi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir»
24
Buxovları qıran
(Matta 28:18). Çarmıxa görə şeytan məğlub edilmiş düşməndir
və Məsihlə birlikdə sağ olanların və Onunla səmada oturanların
üzərində səlahiyyəti yoxdur (Efes. 2:5, 6). Məsihin qələbəsinin
həqiqətini və şeytanın məğlubiyyətini təsdiqləmək, düşmənin sizi
qorxutmaq cəhdlərinə qarşı uğurla dayanmağın ilkin addımıdır.
İkincisi, Məsihlə birlikdə sağ olduğunuza və səmada Onunla
oturduğunuza görə artıq səlahiyyəti icra etmək üçün sizə başqa
vasitəçi lazım deyil. Siz indi bütün səlahiyyətləri olan «Məsihdə»
yaşayırsınız. Şeytana qarşı durmaq üçün siz Məsihdə kimliyinizi,
mövqeyinizi və səlahiyyətinizi başa düşməli və mənimsəməlisiniz.
Məsihdə azadlıq bir məsihçi kimi sizin mirasınızdır. Ona görə də
Paul yazırdı:
Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun ça-
ğırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə
verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun
böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə
sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğu-
nu görəsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət
göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz
sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan,
yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər
addan Onu çox yüksəltdi (Efes. 1:18-21).
Məsihçinin şeytanı məğlub etməsinə ehtiyac yoxdur. Məsih
artıq onu edib. Biz, sadəcə, buna inanmalıyıq. Həvarilərin
məktublarını oxuduqca aydın görürük ki, İsa artıq bizi şeytan-
dan və günahdan xilas edib. Bu, Paulun öz duasında ifadə etdiyi
xoş xəbərdir. Allah Məsihdə bizim yenilməz həyat yaşamağımız
üçün lazım olan hər bir şeyi edib – indi biz məsuliyyətlərimizi öz
üzərimizə götürməliyik.
Bir imanlı kimi tövbə etmək və sizi azad edəcək həqiqətə iman
etmək sizin şəxsi məsuliyyətinizdir. Başqa heç kim bunu sizin
üçün edə bilməz. Mən sizin üçün Allahın zirehlərini geyinə, inana,
tövbə edə, başqalarını bağışlaya və hər bir düşüncəni əsir edərək
Siz kölgələrdə yaşamaya bilərsiniz
25
Məsihə itaət etdirə bilmərəm, amma sizə kömək edə bilərəm.
Sizin Məsihdə öz azadlığınızı tapmağınız, eləcə də başqalarına
da tapmaqda kömək etməyiniz haqda kitabın üçüncü hissəsində
danışılır.
Özünü «İtmiş quzu» adlandıran qadın, nəhayət, hansısa ölçüdə
azadlıq əldə etdi. Ümidsiz məktubundan dörd il sonra o, bir bazar
günü məbəddə oturmuşdu və hiss etdi ki, Allah ona belə cavab
verir:
Mənim əziz İtmiş quzum,
Sən məndən harada olduğumu soruşdun. Mənim
balam, Mən səninləyəm və həmişə səninlə olacağam.
Sən zəifsən, amma Məndə güclüsən, Mən səni o qədər
çox sevirəm ki, sənin ölməyinə icazə verə bilmərəm.
Mən o qədər yaxınam ki, sənin hiss etdiyin hər bir
şeyi hiss edirəm.
Mən sənin nələrdən keçdiyini bilirəm, çünki Mən də
səninlə birlikdə keçirəm. Amma Mən səni azad etmişəm
və sən möhkəm durmalısan. Mənim düşmənlərimin
yox olması üçün sən fiziki olaraq ölməli deyilsən,
Mənimlə çarmıxa çəkilməlisən və Mən səndə yaşaya-
cağam, sən də Mənimlə yaşayacaqsan. Mən səni sa-
lehlik yolu ilə aparacağam. Mənim balam, Mən səni
sevirəm və heç vaxt səni tərk etməyəcəyəm, çünki sən
həqiqətən mənimsən.
- Sevgi ilə, Allah.
2
Dünyada öz yolunuzu
tapmaq
Mən keçən bir neçə il ərzində Birləşmiş Ştatlar və Kanada-
dakı bir çox universitetlərdə çıxış etmişəm. «Bu gün dünyada
şeytani təsirlər» mövzusu üzrə keçiriləcək toplantılarda iştirak
etmək üçün tələbələrə dəvətnamələr paylandı. Sonuncu məqsəd
Məsihin özü haqqında söylədiklərini bölüşmək idi. Hər auditori-
yada bir neçə yüz tələbənin olduğuna təəccübləndim. Bunlar yeni
sensasiya axtaran və ya yerdən atmacalar ataraq mübahisə etmək
istəyən yeniyetmələr deyildilər (Düzdür, toplantıların birində bir
qrup Satanistlər çöldə mahnı oxumaq üçün yığışmışdılar). Onlar
heç Nil Andersonu dinləməyə də gəlməmişdilər, çünki onlar məni
tanımırdılar. Bu insanları şeytani təsirlər maraqlandırırdı.
Qərb dünyası öz dünyagörüşündə böyük dəyişikliyi yaşayır, bu,
«New Age» hərəkatının yüksəlməsində, parapsixologiyanın elm
kimi qəbul edilməsində, fövqəltəbiiliyin artan məşhurluğunda və
mədəniyyətimizdə satanizmin qabarıq cəhətində daha yaxşı görü-
nür. Öz gücünü ən çox 1960-cı illərdə Şərqi dinlərdən toplayan
«New Age» mistisizmi çoxlu sayda tanınmış ulduzlar tərəfindən
məşhurlaşıb. Gecə televizoru yandırın və falçıların elanlarının şahi-
di olun. Onlar günahların bağışlanması və Məsihdə yeni həyatdan
başqa, məsihçiliyin vəd etdiyi hər bir şeyi vəd edirlər.
«New Age» hərəkatı, sadəcə olaraq, ulduzların maraqlandığı bir
şey deyil. Bizim ölkəmizdə «New Age» fəlsəfəsi biznesə, təhsilə,
hətta dinə də güclü surətdə nüfuz edir. Seminariyanın iki tələbəsi
Biola Universitetindən iki tin aralıda «New Age» konfransa (araş-
Dünyada öz yolunuzu tapmaq
Dostları ilə paylaş: |