98
Buxovları qıran
vəzə qulaq asanda və ya Müqəddəs Kitab dərslərində iştirak
edəndə siz Allah haqqında biliyinizi artırırsınız və iman qalxanını
genişləndirirsiniz.
Xilas dəbilqəsi. Sizin iman qalxanınızda deşiklər varsa və
gündəlik qələbəniz çətin əldə olunursa, arxayın olun ki, xilas
dəbilqəniz əbədi qələbəni təmin edir. Zireh metaforasında, dəbilqə
həm də sizin bədəninizin ən əsas hissəsini, ruhani döyüşlərdə ya
zəfər çalındığı, ya da məğlubiyyət qazanıldığı yeri, ağlınızı müdafiə
edir. Siz gündəlik həyatda dünya, cismani təbiət və şeytan ilə
mübarizə apardıqca xilasınızın yaxşı əməllərinizə deyil, Məsihin
yaxşı əməllərinə əsaslandığını bilərək möhkəm durun. Siz Allahın
övladısınız və Məsihin məhəbbətindən sizi heç nə ayıra bilməz
(Rom. 8:35).
Sövqolunma o deməkdir ki, biz hücuma məruz qalarkən xila-
sımıza şübhə edirik. Amma məsihçi döyüşçünün xilas dəbilqəsini
taxması bu mənanı daşıyır: o, xilası qəbul edib və ona malikdir,
İsa Məsihin qələbəsini geyinib və silahlanıb. Rəbb İsa Məsihə
birləşdiyimizə görə şeytanın bizdən heç bir qanuni iddiası yoxdur,
çünki Allah «bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli
Oğlunun Padşahlığına köçürtdü» (Kolos. 1:13). Xilasınıza əmin
olun. «Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz
Allahın övladlarıyıq» (Rom. 8:16).
Ruhun qılıncı. Allahın Kəlamı Allahın zirehində yeganə hücum-
edici silahdır. Paul Efes. 6:17-də «Kəlam» üçün logos sözünün
əvəzinə rhema sözündən istifadə edir. Çünki o, Allah Kəlamının
iqrar olunmasını vurğulamaq istəyir. Yalnız bir Allah Kəlamı var,
amma rhema yunan sözü bəyanetmə ideyasını gətirir. Məsələn,
Paul Rom. 10:17-də deyir: «Beləliklə, iman eşitməkdən, eşitmək
də Məsihin kəlamı (rhema) vasitəsilə yaranır.» Bu kontekstdə
rhema sözündən istifadə etmək müvafiqdir, çünki vurğu xoş xəbəri
vəz etməyə və onu eşitməyə düşür.
Şər tərəfdən edilən hücumlara qarşı bizim müdafiəmiz Allahın
həqiqətini ucadan söyləməkdir. Allahın Kəlamına inanmaqdan və
İsa sizi qoruyur
99
onu düşünməkdən əlavə söyləmək niyə belə vacibdir? Çünki şey-
tan hər şeyi bilmir və o, sizin nə fikirləşdiyinizi dəqiq bilmir. İn-
san davranışını tədqiq edən bir şəxs kimi sizi müşahidə etməklə
şeytan sizin nə düşündüyünüzü yaxşı hiss edə bilər. Amma siz
nəyisə etməzdən əvvəl şeytan həmin hərəkəti edəcəyinizi bilmir.
Əgər siz aldadıcı ruha diqqət yetirirsinizsə (1 Timotey 4:1), o,
ağlınıza fikirlər qoyacaq və davranışınıza baxaraq onun yalanını
qəbul edib-etmədiyinizi biləcək. Əgər o, sizə fikir veribsə, onun
üçün sizin nə düşündüyünüzü bilmək çətin deyil.
Əgər siz bu kitabı oxumusunuzsa, mən sizin ağlınıza fikirlər
qoymuşam. Amma mən sizin fikirlərinizi oxuya bilmərəm.
Buna oxşar olaraq, şeytan ağlınızda fikirlər əkməklə sizə təsir
göstərməyə çalışa bilər, amma düşüncələrinizi dəqiq oxuya bilməz.
Əgər onun ağlınızı dəqiq oxumağı bacardığını və gələcəyinizi bil-
diyini düşünürsünüzsə, siz şeytanın həddən artıq güclü olduğunu
deyirsiniz. Okkultik olan hər bir fəaliyyət ağlı oxuduğunu (və ya
ona təsir göstərdiyini) və ya gələcəyi qabaqcadan xəbər verdiyini
iddia edir. Lakin yalnız Allah sizin ağlınızda olan düşüncələri və
niyyətləri görür və yalnız O, gələcəyi bilir. Siz heç vaxt Allahın
ilahi xüsusiyyətlərini şeytana aid etməməlisiniz.
Siz ağlınızda və ruhunuzda Allah ilə dinməzcə danışa bilərsiniz,
çünki O, ürəyinizdəki düşüncələri və niyyətləri bilir (İbr. 4:12).
Siz göylərdəki Atanızla danışıqsız ünsiyyət qura bilərsiniz. Amma
şeytanın birbaşa hücumuna məruz qalanda, məsələn, gecə ota-
ğınızda, şər olanın sizin bütün düşüncələrinizi tamamilə bilməsi
üçün gücü olmadığına görə siz Məsihdə olan səlahiyyətinizi uca-
dan söyləməklə tətbiq etməlisiniz. Yaxşı xəbər budur ki, birbaşa
hücumların əksəriyyəti gecələr siz tək olanda baş verir, ona görə
də şifahi surətdə şeytana qarşı durmaq camaat qarşısında ediləsi
bir iş deyil.
Paul deyir: «İnsan ürəkdən iman etməklə saleh sayılır və dili ilə
iqrar etməklə xilas olur» (Rom. 10:10). Əgər siz öz düşüncələrinizi
bilirsinizsə, Allah da onları bilirsə, onda niyə dil ilə iqrar etməklə
xilas oluruq? Paul, ola bilsin ki, xilas edən imanın iradə tətbiq
olunmayınca tamamlanmadığını söyləyirdi. Amma bu da müm-
100
Buxovları qıran
kündür ki, o, bu dünyanın allahının bizim qərarımızı eşitməli ol-
duğunu bildirirdi.
Konfransı apararkən iştirakçılardan aşağıdakı sualları soruşu-
ram: «Sizlərdən nə qədər adam gecə böyük qorxu hissi ilə qəfildən
oyanıb? Siz, ola bilsin ki, döş qəfəsinizdə təzyiq və ya nəyinsə
boğazınızdan yapışdığını hiss etmisiniz. Siz fiziki olaraq cavab
verməyə çalışmısınız, amma heç nə deyə bilməmisiniz.» Mən
həmişə insanların ən azı üçdə birinin belə ruhani hücuma məruz
qaldıqlarını göstərmək üçün əllərini qaldıran görmüşəm.
Əgər biz danışa bilmiriksə, onda belə hücuma qarşı necə daya-
naq? Birinci, hücuma qarşı dayanmaq bizim tərəfimizdən fiziki səy
tələb etmir, çünki «döyüş silahlarımız cisimdən düzəldilən silahlar
deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır» (2 Kor.
10:4). Belə hücuma məruz qalan bədənin ilkin cavabı, adətən,
qorxudur – amma bu, Allah qorxusu deyil. Siz bundan özünüz
çıxmağa çalışa bilərsiniz, amma yəqin ki, bir müddət orada qalıb
əzab çəkəcəksiniz. İkinci isə Yaqubun məktubunda əmrin ardıcıllı-
ğına fikir verin: «Buna görə də Allaha tabe olun. İblisə qarşı durun
və o, sizdən qaçacaq» (4:7). Siz həmişə bütün ürəyinizlə və bütün
ağlınızla Allaha tərəf çevrilə bilərsiniz, çünki sizin göylərdəki Ata-
nız hər şeyi biləndir və O, sizin ürəyinizi və düşüncələrinizi bilir.
Siz Rəbbin adını çağırdığınız andan şeytana qarşı durmaqda azad
olacaqsınız. Bircə «İsa» deməlisiniz. Belə vaxtlar bizim Allahdan
necə asılı olduğumuzu aşkar edir.
D
uanın qoruyucu gücü
Seminariyadakı tələbələrimdən birinin anası falçı idi. O, oğlun-
dan soruşdu: «Mənim üçün dua edirsənmi?»
Oğlan dedi: «Əlbəttə, edirəm, anacan.»
«Eləmə»- deyə, o, təkid etdi: «Çünki sən mənim işimi pozursan».
Mən: «Bu, çox yaxşıdır, duada davam elə!» — dedim. Ola bilsin
ki, biz heç vaxt dualarımızın təsirini bilmərik, amma Öz padşahlı-
ğını qurması üçün strategiyasının bir hissəsi kimi Allahın duaları-
İsa sizi qoruyur
101
mızdan istifadə etdiyini bilirik. Mən satanizmin yuxarı təbəqəsində
özünü baş kahin kimi qələmə verən bir kişiyə məsləhət verirdim.
Onun tövbəsi həyatda gördüyüm ən dramatik tövbə idi. Məsihə
iman edəndən altı ay sonra o, məbəddə öz şəhadətliyini danışdı.
Mən ondan soruşdum: «'Düşmən tərəfdə' olan həyat təcrübənə
əsasən, məsihçilərdə şeytani təsirlərə qarşı ilkin müdafiə nədir?»
«Dua»- deyə, o, inamla söylədi. «Siz dua edəndə böyük səylə
dua edin. Alovlu dualar kimi şeytanın fəaliyyətini dağıdan heç bir
şey yoxdur.»
Dua nədir? Bu, Allahla ünsiyyətdir. Allah qaranlıq qüvvələri ilə
döyüşdə nəyə ehtiyacımızın olduğunu bilir və O, bizi xilas etməyi
və ehtiyaclarımızı ödəməyi çox istəyir. Duada bizim münasibətimiz
«Sən Rəbsən? mən yox. Nəyin ən yaxşı olduğunu Sən bilirsən;
mən bilmirəm. Mən Sənə nə etmək lazım olduğunu demirəm;
mən xahiş edirəm. Mən Səndən tamamilə asılıyam» olmalıdır.
Allahın bizə verdiyi zirehləri geyinməyi Paul öyrədəndən sonra
yazır: «Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua
edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün
müqəddəslər üçün dua edin» (Efes. 6:18). Biz dualarımızda Ruhla
idarə olunmalıyıq, çünki Allahdan kənarda biz nə üçün və necə
dua etdiyimizi bilmirik. «Beləcə, Ruh da bizə zəif olarkən kömək
edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik,
lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir» (Roma.
8:26). Bu ayədə «kömək edir» feili ( sunantilambano) Müqəddəs
Ruhun necə yanımıza gəlməsini, bizi qaldırmasını və lütfkar tax-
tına aparmasını çox gözəl təsvir edir. Ruhda dua etmək keçməyi
bacarmadığımız ehtiyacın dərinliklərindən keçməyə kömək edir.
Allah olan Müqəddəs Ruhun bizi dua etməyə oyatdığı istənilən
dua göylərdəki Atamız Allahın həmişə cavab verdiyi duadır.
Ruhani görmə üçün dua etmək
Ruhani döyüşdə dua üçün hədəflər kimi diqqət yetirilməli olan
bir neçə xüsusi ehtiyaclar var. Bir ehtiyac şeytanın imansızlara
verdiyi korazehinliklə əlaqədardır (2 Kor. 4:3,4). İnsanlar ruhani
102
Buxovları qıran
gözləri açılmadan Məsihə gələ bilməzlər. Teodor Ep yazırdı: «Əgər
şeytan kişi və qadınları kor edib bağlayıbsa, onda canların xilasını
necə görə bilərik? Bu, mənim və sizin mənzərəyə daxil olduğumuz
yerdir. Güclü adamın malını qarət etmək şeytanın kor etdiyi və
bağlı saxladığı insanları azad etməkdir…Dua bu məqsəd üçündür.»
Dua ruhani korluqla döyüşdə əsas silahdır. Həvari Yəhya ya-
zırdı: «Onun iradəsinə uyğun nəsə dilədikdə O, bizi eşidir. Bili-
rik ki, nə diləyiriksə, O, bizi eşidir; beləcə də bilirik ki, Ondan
dilədiklərimizi alırıq» (1 Yəhya 5:14,15). Sonra o, imanlıların
imansızlar üçün Allahdan sağ qalmalarını diləməklə bu prinsipin
tətbiq olunmasında onları həvəsləndirir (16-cı ayə). Allahın nuru-
nun şeytani korluğa nüfuz etməsinə görə bizim müjdəçi strategi-
yamıza səlahiyyətli dua daxil olmalıdır.
Biz eləcə də Efes. 1:18,19-da Paulun dua etdiyi kimi dua
etməliyik ki, imanlıların gözləri Məsihdə bizim mirasımız olan
ruhani qüdrəti, səlahiyyəti və müdafiəni başa düşmək üçün nur-
lansın. Şeytan Məsihdə olan mövqeyimiz və səlahiyyətimiz
barəsində bizi qaranlıqda saxlayana qədər artımımızı ləngidə bilər,
şəhadətliyimizdə və xidmətimizdə səmərəsiz edə bilər. Şeytanın
yalanlar pərdəsinin çəkilməsinə və görüntümüzün büllur tək aydın
olmasına görə bir-birimiz üçün daim dua etməliyik.
Güclü adamı bağlamaq
Səlahiyyətli dua üçün digər hədəf Matta 12:29-da xatırlanan
«güclü adam»dır. İsa bunu şeytana və onun cinlərinə aid edərək
dedi: «Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu
bağlamadan onun malını necə qarət edə bilər?» O deyirdi ki, bi-
rinci siz əsir alanı məğlub etməsəniz, insanları ruhani korluğun və
ya şeytani təsirlərin bağlarından xilas edə bilməzsiniz. Şeytanın
gücü artıq itib, amma özümüz Rəbb İsa Məsih tərəfindən bizə
tapşırılan səlahiyyəti tətbiq etməyincə o, saxlaya biləcəyi hər bir
şeyi əldən buraxmayacaq.
Biz dua edərkən Ona olan xidmətimizdə Allahı bizə qo-
şulması üçün həvəsləndirmirik; dua Onun xidmətində Allaha
İsa sizi qoruyur
103
qoşulmaq hərəkətidir. İman ilə şeytanın caynaqlarında olan,
əslində isə Allaha məxsus olan şeyləri şeytan buraxana qədər
tutub saxlayırıq. Neçə illər Mudi Müqəddəs Kitab İnstitutun-
da sistematik teologiyadan dərs keçən C. Fred Dikason cinlər
tərəfindən incidilən insanlar üçün necə dua etmək haqqında fay-
dalı məsləhətlər verir:
1. Dua edin ki, cinlərin şeytandan və başqa cinlərdən
bütün ünsiyyətləri və köməkləri kəsilib atılsın.
2. Dua edin ki, cinlər insanı tutub saxlamaqlarında çaş-
sınlar və zəifləsinlər.
3. Dua edin ki, insan Məsihdə öz mövqeyini anlamaq,
Onun Kəlamına etibar etmək və itaət etmək üçün
imanında möhkəmlənsin.
4. Dua edin ki, insan öz fikirləri ilə şeytanın hissləri
arasında fərq qoymağı bacarsın.
5. Dua edin ki, insan cinin hüzurunu tanısın, çaşmasın
və yaxşı məsləhəti və köməyi könüllü axtarsın.
6. Dua edin ki, Allah Öz balasını qorusun və idarə etsin,
düşmənin hər cür planlarını pozmaq üçün mələklərini
göndərsin.
Bir neçə il bundan əvvəl şər qüvvənin caynaqlarında olan in-
sanlarla işləməkdə duanın gücünü şəxsi təcrübəm mənə vurğula-
dı. Həmin vaxtlar mən böyük bir məbədin idarə heyətində idim.
Bir gün nahardan gəlirdim və məbəd idarəsinin yaxınlığındakı
dəhlizdə bir neçə işçimizin və süpürgəçilərin qəhvə içib söhbət
etdiklərini gördüm. Otağın o biri başında iyirmi yaşlarında olan
bir hündür oğlan gördüm, mənə çox yad bir insan idi, o, lövhədə
xırda sözlər yazıb sonra isə pozurdu. «Bu, kimdir?»- deyə, iş yol-
daşlarımdan soruşdum.
Onlar dedilər: «Biz onu tanımırıq. O, içəri elə indicə girdi.»
Hələ heç kimin oğlanla salamlaşmadığına təəccüblənərək ona
yaxınlaşıb dedim: «Salam, mənim adım Nildir. Sizə kömək edə
bilərəm?»
104
Buxovları qıran
«A, bilmirəm»- deyə, tabaşiri qoyaraq çaşqın tərzdə cavab ver-
di. Sanki narkotik maddələr onun ağlına təsir etmişdi, ona görə də
onu binadan çıxarmağa və bir az onunla danışmağa qərar verdim.
Mən onun adının Bill olduğunu və ərazidə maşın yumaqla məşğul
olduğunu öyrəndim. Mən onu məbədə dəvət etdim. Bir saat onun-
la söhbət etdikdən sonra o getdi.
Bir neçə gündən sonra Bill yenə gəldi və yenə də bir az söhbət
etdik. İki həftədən sonra bazar günü mən günorta idarədə axşam
toplantısına hazırlaşarkən daxili telefonum zəng çaldı. «Burada
Bill adlı bir oğlan sizi görmək istəyir.»
«Deyin gəlsin»- deyə, cavab verdim.
Mənim Billə vaxt keçirməyə, həqiqətən, çox vaxtım yox idi,
amma ona etinasızlıq da göstərmək istəmədim. Beləliklə, mən tez
mətləbə keçdim.
«Mən sənin burada olmağına çox şadam, Bill»- deyə, mən da-
nışmağa başladım.
Mən: «Sənə şəxsi sual verə bilərəmmi?»- deyə, ondan soruşdum.
Bill başı ilə razılığını bildirdi.
Mən: «Heç Rəbbin və Xilaskarın olması üçün Məsihə etibar
etmisənmi?»- deyə, ona sual verdim.
O dedi: «Xeyr.»
Mən soruşdum: «İstərdinmi?»
«Bilmirəm»- deyə, Bill bir az narahatcasına cavab verdi.
Mən xilas haqqında kitabçanı götürdüm və onunla birlikdə oxu-
dum.
«Bill, bunu başa düşürsən?»- deyərək ona sual verdim.
O cavab verdi: «Bəli.»
Mən: «İndi Məsihi qəbul etmək istəyirsənmi?»- deyə, ondan
soruşdum.
O dedi: «Bəli.»
Mən onun oxuya bildiyinə əmin deyildim, ona görə də dedim:
«Mən sadə tövbə duasını söyləyəcəyəm və sən mənim ardımca
sözbəsöz təkrar et, oldumu?»
O cavab verdi: «Oldu.»
«Rəbb İsa, Sən mənə lazımsan»- deyə, mən başladım.
İsa sizi qoruyur
105
Bill «R-r-rəbb…» söyləməyə başladı. Sonra o, dayanıb qaldı.
Mən otaqda düşmənin təzyiqini hiss edirdim.
«Bill, sənin ağlında döyüş gedir»- deyə, söylədim. «Mən
Kəlamdan bəzi ayələri oxuyacağam və ucadan sənin üçün dua
edəcəyəm. Mən düşməni bağlayacağam və ona qarşı duracağam.
Sən bu şeydən azad olan kimi nəyə inandığını İsaya söylə.»
Onun gözləri döyüşün getdiyini təsdiqlədi. Mən Kəlamı oxuma-
ğa və düşünə bildiyim hər bir duanı etməyə başladım. Mən həmin
vaxtlar hələ də şeytani qüvvələri dəf etməkdə yeni idim, ona görə
də mən saman çöpündən yapışmışdım.
Kəlam və duadan təxminən 15 dəqiqə sonra Bill qəfildən zarıdı:
«Rəbb İsa, Sən mənə lazımsan.» Sonra o, dünyanın ən ağır çəkili
çempionu ilə on dəfə dövrə vurmuş adam kimi ağır-ağır öz stulu-
na oturdu. O, gözüyaşlı mənə baxdı və dedi: «Mən azadam.» Mən
onunla olanda heç vaxt «azadlıq» sözündən istifadə etməmişdim;
bu, onun ifadəsi idi. Amma o, azad olduğunu bilirdi və mən də
bunu görürdüm.
Bizim dünyamızın ruhani təbiətini anlamaq müjdəçilik stra-
tegiyamıza dərin təsir etməlidir. Çox vaxt bizim imansızla-
ra məsihçiliyin dəyərini bəyan etməyimiz kiminsə həbsxananın
kənarında dayanıb bayırdakı dünyada yaşamağın dəyərlərini
dustaqlara bəyan etməsinə bənzəyir. Amma kimsə həbsxananın
mühafizəçilərinə qalib gəlib darvazaları açmasa, haqqında danışdı-
ğımız azadlığı dustaqlar necə hiss edə bilərlər?
Dünyada olan imansızlar üçün dörd şey barəsində dua etmək
lazımdır. Birinci, tarlalar ağardığına görə biz işçilər üçün dua
etməliyik (Matta 9:37,38). Paul soruşur: «Vəz edən olmasa, necə
eşidəcəklər?» (Roma. 10:14). Onlarla xoş xəbəri bölüşmək üçün
Allahın kimisə göndərməsini xahiş edin. İkinci, imansızlar qanun-
suzluqlarına və günahlarına görə ölüdürlər və İsanın gəlməkdə
məqsədi onlara həyat vermək idi (Yəhya 10:10). Allahın onlara
həyat verməsi üçün dua edin (1 Yəhya 5:16). Üçüncü, Allahın
biliyinə qarşı çıxan fikirlərin uzaqlaşması və şeytanın zəncirlənməsi
üçün dua edin. Nəhayət, imansız insanların gözlərinin Məsihdə
onları azad edəcək həqiqətə açılması üçün dua edin.
106
Buxovları qıran
Buxovları qıran
2
2
Möhkəm dur!
7
Ruhları idarə etmək
Mən Şeron Bikmənlə ilk dəfə konfranslarımdan birində tanış
olmuşdum. Bizim görüşümüzdən bir neçə il əvvəl Şeron nor-
mal həyat tərzi yaşayan mütəxəssisləşmiş peşəkar məsləhətçi
idi. O, evli idi və bir övladı var idi və Denverin kənarında olan
dağətəyində rahat yaşayırdı. Amma o, həyatında ruhani boşluğu
hiss edirdi. Əfsus olsun ki, « New Age» cərəyanına düşmüşdü
və növbəti yeddi il ruh bələdçilərinin onun bədəni vasitəsilə da-
nışması üçün öyrədilmişdi. Onun bu şeyləri öyrənməsi axırda
onu boşanmağa gətirib çıxardı və onun həyat tərzi korlanmağa
başladı.
Nəhayət, o, qərara gəldi ki, öz ağlını itirib. O, artıq başında
olan səsləri dilinə gətirmək istəmirdi. Lakin «dostyana» balaca
ruh bələdçiləri ilə əlbir olmayanda onlar ona qarşı durdular. O, ev
xəstəsinə çevrildi və heç bir iş görə bilmədi. Hardansa o bilirdi
ki, səslərdən azad olmağın yeganə yolu məsihçi olmaqdır. Amma
o, öz kitabında « Enticed by the Light» («Nurla şirniklənmiş»)
( Zondervan) yazdığı kimi, Amerika məbədləri ona kömək etməyə
hazır deyildilər. O, məsihçi olması üçün heç bir məbəd tapa
bilməmişdi. Onun başına gələn əhvalatı eşidən bir pastor ona
məbədində özünü rahat hiss etməyəcəyini söyləmişdi.
O, nəhayət, yaxşı pastor tapdı və həmin pastor ona Rəbbi qəbul
etməkdə yardım etdi, amma həmin pastor onu təngə gətirməkdə
davam edən ruhani münaqişələrin həllində kömək edə bilmədi. O,
ruhani döyüşdə ixtisaslaşmış başqa bir məbəd tapdı və onlar iki
Ruhları idarə etmək
109
il bu işdə ona kömək etdilər. Onlar ruhları çağırıb onlarla dialoq
aparırdılar və öz səlahiyyətlərini onların üzərində tətbiq etməyə
çalışırdılar. Onlar bir müddət çıxıb gedirdilər, amma heç vaxt tam
azadlıq hiss olunmurdu.
Bir gün Şeron qəfildən hiss etdi ki, bu xoş məramlı məsihçilər
onlara aid olmayan işi görməyə, ruhları idarə etməyə çalışırlar –
belə işi o, fərqli məqsədlərə görə olsa da, spiritist olanda etməyə
çalışırdı. Qısa bir müddətdən sonra o, mənim konfranslarıma gəldi
və şəxsi, eləcə də ruhani münaqişələrin həlli üçün tamamilə fərqli
üsulu öyrəndi. Mənə onun kitabı üçün ön söz yazmaq imkanı
veriləndə böyük sevinc duydum.
Şeron kimi insanlara kömək etmək üçün çox məbədlər lazımi
biliklərlə təmin olunmayıblar, amma məncə, biz çoxlu xahişlər
üçün hazır olmalıyıq. « New Age» cərəyanının ağlagəlməz dərəcədə
inkişaf etməsi bir çox insanları bu dünyanın allahının əsarəti altı-
na salacaq.
Ü
syan qaldıran hökmdar
Allah əslində Adəmi və onun nəslini səmadakı quşların, çöldəki
heyvanların, dənizdəki balıqların üzərində və bütün yer kürəsində
hökmranlıq etmək üçün yaratmışdı (Yaradılış 1:26). Amma Adəm
günah edəndə səlahiyyətli mövqeyindən məhrum oldu və İsanın
«bu dünyanın hökmdarı» adlandırdığı şeytan səlahiyyətin üsyançı
sahibkarı oldu (Yəhya 12:31; 14:30; 16:11). Sınağa çəkərkən şey-
tan İsanın ona səcdə qılmasının müqabilində Ona «dünyanın bütün
padşahlıqlarını və şan-şöhrətini» təklif etdi (Matta 4:8). Şeytan
iddia edirdi ki, yer üzü «mənə verilib və mən kimə istəsəm, ona
verə bilərəm» (Luka 4:6). Adəm günah edərək Allahın yaratdıqla-
rının üzərində olan hökmranlığından əl çəkəndə şeytan səlahiyyəti
üzərinə götürdü. Şeytan Adəmin günaha batmasından çarmıxa
qədər hökmranlıq edib. Məsihin ölümü, dirilməsi və göylərə qalx-
ması İsa üçün sonuncu səlahiyyəti əbədi olaraq təmin etdi (Matta
28:18). İsa göylərə qalxmazdan əvvəl həmin səlahiyyəti bütün
110
Buxovları qıran
imanlılara yaydı ki, iblisin əməllərini puça çıxarmaqda Onun işini
davam etdirək (1 Yəhya 3:8).
Biz hamımız ruhən ölü və Paulun «havada olan hakimiyyətin
hökmdarı» (Efes. 2:2) adlandırdığı bu dünyanın hakiminə tabe
olmuş halda doğulmuşuq. Amma biz Məsihi qəbul edəndə Allah
«bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun
Padşahlığına köçürtdü» (Kolos. 1:13). Bizim vətəndaşlığımız
dəyişilərək yer üzündən göylərə keçib (Filip 3:20). Şeytan bu
dünyanın hökmdarıdır, amma o, artıq bizim hökmdarımız deyil,
çünki Məsih bizim Rəbbimizdir.
Amma biz yer üzündə yaşadığımıza görə hələ də şeytanın
ərazisindəyik. O, bizi hələ də onun səlahiyyəti altında olduğumu-
za inandırmaqla həyatlarımızı idarə etməyə çalışır. Düşmən dün-
yasında yaşayan qəriblər kimi, bu şər hökmdardan bizə müdafiə
İttiham
Aldatm
a
Sövq olunma
Təsir edilən
(çox hallarda olan)
1Peter 5:8
İdarə olunan
(mümkün olan)
Həv. İş. 5:3
Sahib olan
(heç vaxt)
1 Peter
1:18, 19
Diaqram 7a.
Ruhları idarə etmək
111
gərəkdir. Məsih yalnız müdafiəni təmin etmədi, eləcə də bizə
qaranlıq padşahlığı üzərində səlahiyyət verdi. Həmçinin, bizdə
həqiqət Ruhu olan Müqəddəs Ruh yaşayır (Yəhya 14:7) və O,
bizə hər həqiqətə yol göstərəcək (Yəhya 16:13).
Şeytanın təsirlərinə məruz qalmanın dərəcələri
Biz Məsihdə hətta təhlükəsiz olub və bütün qoruyucu silahlara
malik olsaq belə, hələ də şeytanın ittihamlarına, sövq olunmala-
rına və aldatmalarına məruz qalırıq (Diaqram 7a). Bizə Allahın
zirehlərini geyinmək tapşırığının verilməsi aydın ifadə edir ki, biz
hansısa dərəcədə şeytanın təsirlərinə məruz qalırıq. Ona görə də
bu dünyanın allahı çox hallarda hər bir imanlıya təsir edir. Əgər al-
dansaq və onun yalanlarına inansaq, o, həyatımızı idarə edə bilər.
Mən onun yalanları tərəfindən demək olar ki, iflic olmuş saysız
sayda imanlı görmüşəm. Təzyiq o qədər güclüdür ki, bəziləri düz-
gün seçimlər edə və məsuliyyətli həyat yaşaya bilmirlər. Onlar
əslində seçimlər edə bilərlər, amma onlar düşünürlər ki, bacarmaz-
lar, ona görə də etmirlər.
Amma sahib olma heç vaxt risk altında deyil. Biz Allaha
məxsusuq və şeytan bizim Məsihdə olan kimliyimizə toxuna
bilməz. Əslində biz cinə tutulmuş olmuruq, sadəcə, sıxışdırıla
bilərik, amma biz həmişə «Müqəddəs Ruha tutulmuşuq». Amma
nə qədər ki bu korlanmış dünyada təbii bədənlərimizdə yaşayırıq,
biz şeytanın yanar oxları üçün hədəfik. Buna cavab olaraq başla-
rımızı dəvəquşu kimi quma salmamalıyıq, çünki belə etsək, hədəf
cinlərin gözü qarşısında qalmış olacaq.
Mövcud olan güclər
Məbəd həmişə inanıb ki, şeytan bir şəxsdir. Amma bu, o demək
deyil ki, hər bir kəsin daxilində öz şeytanı var, şeytan sadəcə şəxs
olmayan güc deyil, həqiqətən, şəxsdir. Bizim mədəniyyətimizin
ənənəsi onu şəxs olmaqdan uzaqlaşdırmaqdır. Kiminsə başqa
birisinə «Onun öz şəxsi cinləri var» söyləməsini tez-tez eşitmək
|