Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   2   3   4   5   6   7   8   9   ...   23

50
Buxovları qıran
lar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi 
diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim 
edin; bu, sizin ağılla etdiyiniz ibadətdir» (Rom. 12:1). Məsih gü-
nah üzərində qələbə çaldığına görə siz günah etməməyi seçməkdə 
azadsınız.  Fani  bədəninizdə  günahın  hökm  sürməsinə  icazə 
verməmək sizin məsuliyyətinizdir.
Gəlin,  bunu  bir  çoxlarının  cinsi  əxlaqsızlıq  günahı  ilə  olan 
mübarizəsinə  tətbiq  edək.  Öz  bədəninizi  haqsızlıq  aləti  kimi 
istifadə etmədən belə günah edə bilərsinizmi? Mən bilmirəm siz 
bunu necə edə bilərsiniz. Ona görə də cinsi günah işlətmisinizsə
siz bədəninizi haqsızlıq aləti kimi istifadə etmisiniz və beləliklə, 
siz  fani  bədəninizdə  günahın  hökm  sürməsinə  yol  vermisiniz. 
Əgər biz başqa insanla cinsi günah ediriksə, 1 Kor. 6:15, 16-ya 
əsasən hər ikimiz bir bədən oluruq. Adi etiraf, yəqin ki, bunu həll 
etməyəcək. Biz bədənlərimizdən istifadə etdiyimizə görə bundan 
imtina etməliyik, Allaha diri qurbanlar kimi təqdim etməliyik və 
sonra ağlımızı yeniləşdirərək dəyişməliyik. Rom. 12:1, 2-ci ayə bu 
ardıcıllığı dəqiq göstərir (Seksual problemlərə necə qalib gəlmək 
üzrə tam müzakirə üçün Harvest House tərəfindən nəşr edilmiş 
«A Way of Escape» – «Çıxış Yolu» kitabıma baxın.). 
S
iz günahın gücündən azad ola bilərsiniz 
Ola bilsin ki: «Nil, bədənimdə günahın hökm sürməsinə icazə 
verməmək  gözəl  səslənir,  amma  siz  mənim  günahla  necə  ağır 
mübarizə  apardığımı  bilmirsiniz»  —  deyə,  düşünürsünüz.  «Mən 
istəmədiyim pis şeyi edirəm, amma istədiyim yaxşı şeyi etmirəm. 
Bu, daimi mübarizədir.»
İnanın  mənə,  mübarizənin  necə  çətin  olduğunu  bilirəm;  Mən 
özüm  onunla  üzləşmişəm.  Eləcə  də  həvari  Paul  Rom.  7:15-25-
də eyni şeydən əzab çəkir. Bu hissə qanunun bizi azad etməkdə 
gücsüz  olduğunu  aydın  göstərir.  Bu  ayə,  eləcə  də  bizim  güna-
hın fani bədənlərimizdə hökm sürməsinə icazə verdiyimiz halda 
mübarizənin necə olacağını aşkar edir (Bəziləri bu hissənin Paulun 

Sizin azad olmaq hüququnuz var 
51
tövbədən  əvvəlki  vəziyyətinə  aid  olduğunu  güman  edirlər.  Mən 
bununla razılaşmıram, çünki Paulun ürəyindəki hər bir həvəsi Al-
laha doğru idi. Təbiətcə yaşayan adam «Allahın qanunundan zövq 
almır» və «Qanunun yaxşı olduğunu» təsdiq etmir.).
Mən bu hissəni Denlə müzakirə etdikcə sizi də dinləməyə dəvət 
edirəm,  Den  öz  həyatında  günahın  gücünə  qalib  gəlmək  üçün 
mübarizə aparan bir adam idi: 
Nil: Den, gəl hal-hazırda sənin həyatda yaşadığını təsvir 
edən Kəlamdan bir neçə ayəyə baxaq. Rom. 7:15-də de-
yilir:  «Çünki  nə  iş  gördüyümü  anlamıram;  istədiyimi 
deyil, nifrət etdiyim şeyi edirəm.» Səncə, bu ayə səni 
təsvir edirmi?
Den:  Tamamilə!  Mən  Allahın  fikrincə  düzgün  olanı 
etmək  istəyirəm,  amma  bəzən  görürəm  ki,  tamamilə 
tərsinə edirəm. 
Nil: Sən yəqin ki, 16-cı ayədə də özünü görə bilərsən: 
«Əgər  istəmədiyimi  edirəmsə,  onda  təsdiq  edirəm  ki, 
Qanun yaxşıdır.» Den, bu ayədə nə qədər adam və ya 
iştirakçı var?
Den: Burada yalnız bir nəfər var və o da, aydındır ki, 
«mənəm».
Nil: Biz nə etməli olduğumuzu biləndə, amma nədənsə 
bunu edə bilmədiyimizi görəndə özümüzü məğlub edil-
miş  hiss  edirik.  Öz  ağlında  bunu  həll  etmək  üçün  nə 
etmisən?
Den: Bəzən mən hətta məsihçi olduğuma şübhə edirəm. 
Mənə elə gəlir ki, başqalarında yaxşı alınır, amma məndə 
yox.  Çox  vaxt  mən  düşünürəm  ki,  görəsən,  məsihçi 
həyatı mümkündür, yaxud, Allah həqiqətən varmı?

52
Buxovları qıran
Nil:  Əgər  bu  ssenaridə  sən  və  Allah  yeganə  iştirakçı 
olsaydınız, çətin vəziyyətin üçün ya Allahı, ya da özünü 
günahlandırmaq təbii olardı. Amma gəl 17-ci ayəyə ba-
xaq: «Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah 
bu işi görür.» Den, burada neçə iştirakçı var?
Den: Deyəsən iki, amma başa düşmürəm. 
Nil: Gəl, 18-ci ayəni oxuyaq, görək ondan nə başa düşü-
rük: «Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yax-
şı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə 
var, amma onu yerinə yetirməyə qadir deyiləm.»
Den: Mən bu ayəni çox-çox əvvəllər öyrənmişdim. Özü-
mün yaxşı olmadığımı qəbul etmək asandır. 
Nil:  Den,  burada  belə  deyilmir.  Əslində  bu,  əksinədir. 
Səndə yaşayan hər nədirsə, o, səninlə eyni deyil. Əgər 
mənim barmağıma taxta tilişkə girsə, bu, məndə yaşa-
yan «yaxşı olmayan şeydir». Amma «yaxşı olmayan şey» 
mənimlə eyni deyil; bu, tilişkədir. Əgər biz bu döyüşdə 
yalnız  özümüzü  görsək,  saleh  həyat  yaşamaq  ümidsiz 
olar.  Bu  hissələrdə  çox  səy  göstərilərək  izah  edilir  ki, 
günahla mübarizəmizdə bizim varlığımızdan fərqli olan 
ikinci tərəf iştirak edir. 
Den,  görürsən,  sən  və  mən  doğulanda  biz  günahın 
cəzası  altında  doğulmuşuq.  Biz  bilirik  ki,  şeytan  və 
onun  kəşfiyyatçıları  həmişə  bizi  həmin  cəza  altında 
saxlamağa çalışır. Allah bizi xilas edəndə şeytan həmin 
döyüşdə  uduzdu,  amma  o,  quyruğunu  qısmadı  və  ya 
hürməyi dayandırmadı. O indi bizi günahın gücü altında 
saxlamaq üçün daim çalışır. Biz eləcə də bilirik ki, o öz 
işini  görmək  üçün  bizim  xilasdan  sonra  qalan  cismani 
təbiətimizdən istifadə edəcək. 

Sizin azad olmaq hüququnuz var 
53
Gəl,  bu  mübarizənin  necə  aparılması  haqqında 
daha  ətraflı  öyrənmək  üçün  oxuyaq:  «İstədiyim  yax-
şı  şeyi  etmirəm,  amma  istəmədiyim  pis  şeyi  edirəm. 
Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, 
daxilimdə  yaşayan  günah  bu  işi  görür.  Belə  nəticəyə 
gəlirəm  ki,  yaxşılıq  etmək  istərkən  məndə  pislik  üzə 
çıxır.» (19-21-ci ayələr). 
Den,  bu  ayələrdən  səndə  yaşayan  «yaxşı  olmayan 
şey»in xüsusiyyətini tanıya bilərsənmi?
Den: Əlbəttə, bunun şər və günah olduğu mənə aydın 
görünür. Amma bu, elə mənim günahımdır, elə deyilmi? 
Mən günah edəndə özümü çox təqsirkar hiss edirəm. 
Nil:  Şübhəsiz,  sən  və  mən  günah  edirik,  amma  biz 
belə  «günah»  deyilik.  Pislik  bizdə  var,  amma  biz  pis-
liyin  özü  deyilik.  Amma  bu,  günah  etmək  üçün  bizə 
bəraət  qazandırmır,  çünki  həvari  Paul  yazmışdır  ki, 
fani  bədənlərimizdə  günahın  hökm  sürməsinə  icazə 
verməmək  bizim  məsuliyyətimizdir  (Rom.  6:12).  Heç 
olubmu  ki,  özünüzü  çox  məğlub  olunmuş  hiss  edərək 
kiməsə və ya özünüzə zərbə endirmək istəmisiniz? 
Den: Demək olar ki, hər gün!
Nil:  Amma  sakitləşəndən  sonra  Məsihdə  kimliyinizə 
uyğun fikirlərə yenidən qapılırsınızmı?
Den: Həmişə, özü də sonra hərəkətimə görə çox peş-
man olurdum.
Nil: 22-ci ayə belə anları izah edir: «Bir yandan daxili 
varlığım Allahın qanunundan zövq alır.» Biz həqiqi kimli-
yimizin xarakterinə qarşı hərəkət edəndə Müqəddəs Ruh 

54
Buxovları qıran
Allahla vəhdətdə olduğumuza görə dərhal təqsir hissini 
gətirir və biz çox vaxt özümüzü buna görə mühakimə 
edirik. Amma çox keçməmiş bizim həqiqi təbiətimiz özü-
nü yenə göstərir və biz Allaha tərəf çəkilirik. Bu, ərindən 
bezdiyini söyləyən məyus olmuş qadına bənzəyir. Qadın 
ərini sevmədiyini söyləyib çıxıb getmək istəyir. Amma 
qadın  qəlbindəki  ağrıları  dərk  edəndən  və  emosiyaları-
nı  ifadə  edəndən  sonra  yumşalır  və  deyir:  «Mən  onu 
həqiqətən sevirəm və boşanmaq istəmirəm. Amma mən 
başqa çıxış yolu görmürəm.» Burada ifadə olunan daxili 
insandır, qadının əsl mənliyi görünür. 
23-cü ayə günahla belə döyüşün təbiətini təsvir edir. 
«Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlı-
mın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə 
olan günah qanununa məni əsir edir.» Den, bu hissəyə 
əsasən döyüş harada gedir?
Den: Belə görünür ki, döyüş ağılda gedir. 
Nil:  Döyüşün  getdiyi  dəqiq  yer  buradır.  Əgər  şeytan 
döyüşdə səni inandıra bilsə ki, problem yalnız cismani 
təbiətdən gəlir, onda günah edəndə ya özünüzü, ya da 
Allahı  günahlandıracaqsınız.  Fərz  edək  ki,  bağlı  qapı-
nın o biri tayında danışan it var və it deyir: «Nə olar, 
məni  içəri  burax.  Sən  bunu  etmək  istəyirsən.  Hər  bir 
kəs  bunu  edir.  Sən  sudan  quru  çıxacaqsan.  Axı,  kim 
biləcək?»  Ona  görə  də  qapını  açırsan  və  it  içəri  girib 
öz dişlərini ayaqlarınıza sancır. Qapının o biri tərəfində 
it sövq edənin rolunu oynayır, amma siz iti içəri bura-
xandan sonra o, ittihamçı rolunu oynayır. «Sən qapını 
açdın! Sən qapını açdın!» Sonra sən nə edirsən? 
Den: Mən, adətən, günahımı etiraf edirəm, çünki özü-
mü çox təqsirkar hiss edirəm. Amma günahla döyüşdə 

Sizin azad olmaq hüququnuz var 
55
sövq  və  ittiham  edən  it  haqqında  mənə  heç  vaxt  heç 
kim deməyib! Mən, adətən, özümü vururam, amma indi 
məncə iti vurmalıyam. 
Nil:  Mən  insanların  özlərini  vurmaqdan  əvvəl-axır 
bezdiklərini görmüşəm, bu səbəbdən də onlar məğlubiyyət 
və  mühakimənin  güclü  təsiri  altında  Allahdan  uzaqla-
şırlar.  Digər  tərəfdən,  təkcə  iti  vurmaq  da  kifayət  de-
yil.  Sənin  Allaha  etiraf  etməyə  haqqın  var,  sən  qapını 
açdığını  boynuna  aldığına  görə  bu,  Onunla  razılaşmaq 
deməkdir, amma bu, kifayət deyil. Etiraf tövbədə hələ bi-
rinci addımdır. Yalnız bu addımı atan məsihçilər «günah 
et-etiraf  et-günah  et-etiraf  et»  çevrəsində  ilişib  qalırlar 
və əvvəl-axır döyüşdə təslim olurlar. Sən qapını açdığını 
boynuna alaraq Onunla razılaşanda Allaha tabe olmusan; 
indi sən şeytana qarşı durmalısan və o, səndən qaçacaq 
(Yaqub 4:7). Nəhayət, geriyə qayıt, qapını bağla və onu 
yenidən açmaqla aldanma. Sən həqiqətən dəyişilməyənə 
qədər tövbə tam olmayacaq. 
Paul  24-cü  ayədə  həll  edilməmiş  münaqişəni  ifadə 
edir:  «Necə  də  yazıq  insanam!  Ölümə  düçar  olan  bu 
bədəndən məni kim xilas edə bilər?» O, «mən pis və gü-
nahkar insanam» demir; o, «mən yazıq insanam» deyir. 
Düzgün olanı bilən və onu etmək istəyən, amma nəyə 
görəsə edə bilməyən insandan daha yazıq insan yoxdur. 
O, məğlub olub, çünki əsarətdədir. Onun etmək istədiyi 
düzgün işlər məğlubiyyət ilə qarşılanır. O: «Qələbə var-
mı?» — deyə, şübhələnir.
Cavab 25-ci ayədə qarşıya çıxmağa başlayır: «Rəbbimiz 
İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə, mən 
ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah 
qanununa qulluq edirəm.» Gəl, indi Romalılara 8-ci fəsli 
oxuyaq, görək Paul günahın qanununa həyat verən Ru-
hun qanunu ilə necə qalib gəlir. 

56
Buxovları qıran
Den:  Məncə,  yavaş-yavaş  anlamağa  başlayıram.  Mən 
məsihçi  həyatının  həqiqətən  necə  yaşanmalı  olduğunu 
dərk etmədən onu yaşaya bilməməkdə özümü günahlan-
dırırdım. Mən bu günaha təklikdə qalib gəlməyə çalışır-
dım və ağlımın idarəçiliyi uğrunda gedən mübarizəni heç 
vaxt başa düşməmişdim. 
Nil:  Sən  düzgün  fikirdəsən.  Özünü  mühakimə  etmək 
kömək  etməz,  çünki  Məsih  İsada  olanlar  üçün  heç 
bir  məhkumiyyət  yoxdur  (Rom.  8:1,2).  Gəl  görək, 
sənin  münaqişəni  əsl  tövbə  və  Allaha  imanla  həll  edə 
bilərikmi?  Gəl,  sənin  icazənlə  azadlıq  üçün  addımla-
rı  birlikdə  ataq.  Sonra  ağlın  idarəçiliyi  uğrunda  gedən 
mübarizədə  necə  qalib  gəlmək  haqqında  danışa  bilərik 
və Müqəddəs Ruhun gücündə imana görə həyat sürməyi 
öyrənərik. Bundan sonra sən cismani təbiətin ehtirasla-
rını icra etməyəcəksən (Qal. 5:16). 

4
Siz ağlınızda gedən 
döyüşdə qalib gələ bilərsiniz
«O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun 
Padşahlığına köçürtdü. Oğlunda verilən azadlığa – günahlarımızın 
bağışlanmasına malikik» (Kolos. 1:13,14). 
«Deməli,  kim  Məsihdədirsə,  yeni  yaradılışdır,  köhnə  şeylər 
keçib-getdi, təzə şeylər gəldi» (2 Kor. 5:17). «Çünki siz ölmüsü-
nüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb» (Kolos. 3:3). 
«Əgər bu ayələr doğrudursa, onda məsihçi olmazdan əvvəl dö-
yüşdüyüm düşüncələr və hisslər ilə niyə hələ də mübarizə aparı-
ram?» Mən güman edirəm ki, hər bir səmimi məsihçi bu sualı ve-
rib və ya ən azı bu haqda düşünüb. Hələ də yenidən doğulmazdan 
əvvəlki kimi düşünməyinizin, hiss etməyinizin və çox vaxt əvvəlki 
kimi hərəkət etməyinizin çox məntiqi səbəbi var.
Həyatınızın  həmin  erkən  və  formalaşan  dövründə  sizdə  nə 
Allahın hüzuru, nə də Onun yollarını dərk etmək bacarığı var 
idi.  Bunun  nəticəsində  siz  Allahdan  kənar  müstəqil  həyat  ya-
şamağı  öyrəndiniz.  Bu  öyrənilmiş,  Allahdan  kənar  müstəqillik 
Kəlamın  cismani  təbiət  adlanan  əsas  səciyyəvi  xüsusiyyətidir. 
Siz  Məsihdə  yeni  yaradılış  olanda  yaddaşınızdakı  «silmək» 
düyməsini heç kim basmadı. Məsihdən əvvəl öyrəndiyiniz hər 
bir şey (və onunla uyğunlaşan hər bir hiss) hələ də öz yaddaşı-
nızda yazılıb. Ona görə də Paul deyirdi: «Bu dövrə uyğunlaşma-
yın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin» (Rom. 12:2). 
Hətta bir imanlı kimi biz hələ də səhv proqramlara qulaq asaraq 
və ya səhv materiallar oxuyaraq bu dövrə uyğunlaşa bilərik. 

58
Buxovları qıran
Ö
zünümüdafiənin istehkamları 
Biz təbii olaraq həyatda çətinliyin öhdəsindən gəlməyin və özü-
müzü müdafiə etməyin bir çox üsullarını öyrənmişik, belə ki, bun-
lar əqli və emosional baxımdan həmişə sağlam olmayan üsullar-
dır. Psixoloqlar belə ziyanlı həyat tərzlərini müdafiə mexanizmləri 
adlandırırlar  və  onlar  şübhəsiz  ki,  məsihçilik  ilə  uyğunlaşmır. 
Məsələn, bir çox insanlar özlərini müdafiə etmək üçün yalan da-
nışmağı öyrəniblər. Başqa geniş yayılmış müdafiə mexanizmlərinə 
aşağıdakılar daxildir:
•  inkar etmək (həqiqətlə üzləşməkdən şüurlu və ya şü-
ursuz imtina);
•  fantaziya etmək (həqiqi dünyadan qaçmaq);
•  emosional  təcrid  edilmək  (rədd  edilməkdən  uzaqlaş-
maq üçün geriyə çəkilmə);
•  keçmişə geriyə qayıtmaq (keçmişin az təhlükəli vaxt-
larına qayıtmaq);
•  ötürmək  (emosiyaları  digər  vəziyyətlərdə  büruzə 
vermək);
•  özünü əks etdirmək (özünüzdə gördüyünüz hərəkətləri 
başqalarında görməklə onları günahlandırmaq);
•  bəhanə  gətirmək  (pis  davranışa  görə  bəhanələr 
gətirmək). 
Müdafiə mexanizmləri Paulun qalalar adlandırdığı şeylərə ox-
şardır. O yazır: «Çünki cismən həyat sürsək də, cismani təbiətə 
görə  döyüş  aparmırıq.  Ona  görə  ki  döyüş  silahlarımız  cisimdən 
düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik si-
lahlardır.  Nəzəriyyələri,  Allah  barədə  biliyə  qarşı  çıxan  hər  bir 
səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk» 
(2 Kor. 10:3-5). 
Qalalar  Allahdan  kənar  müstəqil  yaşamağı  öyrənərkən  si-
zin  ağlınızda  proqramlaşdırılan  cismani  düşüncə  tərzləridir.  Siz 

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
59
böyüyərkən dünyagörüşünüz ətraf aləminiz tərəfindən formalaşdı-
rılıb. Amma siz məsihçi olanda heç kim «SİLMƏK» düyməsini bas-
mayıb. Sizin vərdiş etdiyiniz köhnə düşüncə tərzləriniz silinməyib. 
Öyrənilmiş  olanlar  öyrənilməmiş  olmalıdır.  Əgər  siz  səhv 
öyrədilmisinizsə,  yenidən  öyrədilə  bilərsinizmi?  Əgər  siz  ya-
lana  inanmısınızsa,  yalanı  inkar  edə  və  həqiqətə  inanmağı 
seçə  bilərsinizmi?  Sizin  ağlınız  yenidən  proqramlaşdırıla  bilər? 
Tövbə  budur:  ağlı  dəyişdirmək.  Biz  ağlımızın  yeniləşməsi  ilə 
dəyişilirik.  Biz  dəyişilə  bilərik,  çünki  Məsihin  ağlına  malikik  və 
Müqəddəs  Ruh  bizə  hər  həqiqətə  yol  göstərəcək.  Amma  bizim 
böyüdüyümüz  dünyanın  sistemi  və  müstəqil  cismani  təbiətimiz 
müqəddəsləşməyimizin yeganə düşməni deyil. Məsihdə yeni yara-
dılış olduğumuza baxmayaraq, biz hələ də dünya, cismani təbiət 
və şeytanla döyüşürük. 
Ş
eytanın niyyətləri 
Düşünməyin ki, şeytan öz məqsədlərini həyata keçirmək üçün 
ağlınızı  idarə  etməklə  maraqlanmır.  Şeytanın  əbədi  məqsədi 
öz  düşüncələrini  sizin  düşüncələrinizə  yeritməkdir  və  Allahın 
həqiqətinin  qarşısında  öz  yalanını  irəliyə  sürməkdir.  O  bilir  ki, 
əgər sizin düşüncələrinizi idarə edə bilsə, o, həyatınızı idarə edə 
bilər. Ona görə də Paul indiki zamanda fikrini davam etdirir «hər 
bir  düşüncəni  əsir  edərək  Məsihə  itaət  etdiririk»  (2  Kor.  10:5). 
Bu  hissədə  «düşüncə»  mənasını  ifadə  edən  noema  sözü  yunan 
sözüdür. Bu hissəni başa düşmək üçün Korinf məbədinə yazılan 
ikinci məktubun başqa bir yerində Paulun bu sözdən necə istifadə 
etdiyini görmək mənə yardım etdi. 
İmanlıların  məbəddə  kimisə  cəzalandırmasından  sonra  Paul 
söyləyir  ki,  onlar  bağışlamalıdırlar.  «Kimi  bağışlasanız,  mən  də 
bağışlayaram. Əgər mən bir şey bağışlamışamsa, Məsihin hüzu-
runda sizin xeyriniz üçün bağışlamışam ki, şeytan bizdən mənfəət 
qazanmasın. Çünki onun niyyətlərindən [noema] xəbərsiz deyilik» 
(2  Kor.  2:10,  11).  «Niyyətlər»  noema  sözünün  kökündən  gəlir. 

60
Buxovları qıran
Şeytan  bağışlamayan  insanlardan  sui-istifadə  edir.  Minlərlə  in-
sanların Məsihdə azadlıq tapmasına kömək etdikdən sonra mən 
şəhadətlik edə bilərəm ki, insanların keçmişin əsarətində qalması 
üçün bağışlamazlıq əsas səbəbdir. 
Müjdəçilik  ilə  əlaqədar  Paul  yazırdı:  «Əgər  yaydığımız  Müjdə 
qapalıdırsa,  yalnız  həlak  olanlar  üçün  qapalıdır.  Onları  [yunan 
dilində onların «noema»larını, yəni onların ağıllarını] bu dövrün 
tanrısı  korazehin  etdi  ki,  Allahın  surəti  olan  Məsihin  ehtişamlı 
Müjdəsinin  işığı  imansızların  üzərinə  doğmasın»  (2  Kor.  4:3,4). 
Əgər şeytan imansızların ağlını korazehin edibsə, Məsihi bu dün-
yaya necə çatdıra bilərik? Cavab duadır. 
Paul yazırdı: «Qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldat-
ması kimi düşüncələrinizin [noema] pozulub Məsihə olan səmimi 
və  pak  həsr  olunmasından  azasınız»  (2  Kor.  11:3).  Mənim  55 
yaşlı tələbə ilə söhbətim ağlın necə aza bilməsini təsvir edir. Cey 
bir gün ofisimə gəldi və dedi: «Dr. Anderson, mən çətinlikdəyəm.»
«Cey, problem nədədir?» 
«Mən  oturub  dərs  oxumaq  istəyəndə  sanki  bütün  bədənimə 
tikanlar  sancırlar,  əllərim  ixtiyarsız  qalxır,  görməm  tutqunlaşır 
və  fikrimi  toplaya  bilmirəm.  Əgər  bu,  davam  etsə,  mən  bütün 
imtahanlarımdan kəsiləcəyəm. Mən hətta Müqəddəs Kitabı oxuya 
bilmirəm.» 
«Allahla olan ünsiyyətin barədə mənə danış»- deyə, mən soruş-
dum. 
«Mənim Allahla çox yaxın ünsiyyətim var»-deyə, Cey qürrələndi.
«Bununla nə demək istəyirsən?»-deyə, soruşdum. 
«Bilirsiniz, hər gün günorta məktəbdən çıxanda harada nahar 
etməli olduğumu Allahdan soruşuram. Mən, adətən, Burger King 
(restoran adı, tərcüməçinin qeydi) sözünü eşidirəm, ona görə də 
oraya gedirəm. Sonra mən Ondan nə yeməli olduğumu soruşu-
ram. Əgər Whopper (qamburger növü, tərcüməçinin qeydi) sözü 
ağlıma gəlirsə, onda onu sifariş edirəm.»
«Bəs, məbədə gedirsənmi?»- deyə, mən davam etdim. 
«Mən hər bazar günü Allah haraya desə, oraya gedirəm. Keçən 
üç bazar günü Allah mənə Mormon məbədinə getməyi söylədi.»

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
61
Cey Allahın istədiyi şeyləri ürəyiaçıqlıqla etmək istəyirdi, amma 
o,  aldanmışdı.  Allah  onu  Mormon  məbədinə  aparmırdı  və  O, 
kifayət qədər yaxşı pəhriz məsləhətçisidir ki, hər dəfə Whopper 
məsləhət görməsin. Cey «hər bir düşüncəni əsir edərək Məsihə 
itaət  etdirməyin»  (2  Kor.  10:5)  əvəzinə,  öz  fərdi  düşüncələrini 
Allahın  səsi  bilib  onlara  qulaq  asırdı.  O,  belə  etməklə  şeytanın 
onun həyatında iş görməsi üçün özünü açmışdı və nəticədə, te-
oloji  dərslərinə  mane  olmuşdu.  Həmin  aldadıcı  düşüncələr  onu 
inandırmışdı ki, Allah onu Vəhy kitabında xatırlanmış Yerusəlimin 
küçələrində öldürülən iki peyğəmbərdən biri olması üçün hazırla-
yır. O, hətta otaq yoldaşını da inandırmağa çalışmışdı ki, o, digər 
peyğəmbərdir!
Ş
eytan və bizim ağlımız
Kəlam  şeytanın  bizim  ağlımıza  düşüncələr  qoymağa  qadir  ol-
duğunu aydın öyrədir. Əhdi-Ətiqdə «Şeytan israillilərə qarşı qalxdı 
və  Davudu  israilliləri  siyahıya  almağa  təhrik  etdi»  (1Salnamə. 
21:1). Siyahıya almada nə pis şey var? Davud döyüşə nə qədər 
qoşun  aparmalı  olduğunu  bilməli  deyildimi?  Bu,  şeytanın  gizli 
xüsusiyyətini həqiqətən aşkar edir. O, bilirdi ki, Davudun ürəyi 
tamamilə  Allahdadır  və  Rəbbə  bilərəkdən  itaətsizlik  etməz.  Bu-
rada  strategiya  Davudun  Allahın  resurslarına  deyil,  öz  resurs-
larına  arxayın  olmasına  çalışmaq  idi.  Bu,  «Qələbə  üçün  at  boş 
şeydir» (Məzmur 33:17) sözlərini yazan həmin Davuddur. Davud 
döyüşün Allaha məxsus olduğunu bilirdi, amma siyahıya almanın 
günah olduğunu bilən Yoavın etirazına baxmayaraq, qəfildən bu 
«fikir» ona gəldi. Faciəvi surətdə Davudun günahının nəticəsində 
70000 nəfər israilli öldü. 
Şeytan Davudu necə təhrik etdi? O, Davudla uca səslə danışdı? 
Xeyr, bunlar Davudun fikirləri idi. Hər halda Davud onların fikirlər 
olduğunu  düşündü.  Aldatma  budur.  Bu  aldadıcı  fikirlər  birinci 
şəxsin təkində olurlar, belə ki, biz onların öz düşüncələrimiz ol-
duğunu düşünürük. Mən bunu neçə il əvvəl başqalarının Məsihdə 

62
Buxovları qıran
azadlıq  tapmalarına  kömək  edərkən  anlamağa  başladım.  Ağlın 
idarəçiliyi uğrunda gedən mübarizəyə «özümüzə dediklərimizdən» 
daha çox şeylər daxildir. 
Yəhuda da iblisə qulaq asdı. «Axşam yeməyi zamanı iblis ar-
tıq Ona xəyanət etmək fikrini Şimon İskaryotun oğlu Yəhudanın 
ürəyinə  qoymuşdu»  (Yəhya  13:2).  Biz  bunun  cismani  təbiət 
tərəfindən irəli sürülən pis qərar olduğunu düşünə bilərik, amma 
Kəlam  belə  düşüncələrin  mənbəyinin  şeytan  olduğunu  aydın 
söyləyir. Yəhuda etdiyi işi anlayandan sonra o öz həyatına qəsd 
etdi.  «Oğru  yalnız  qarət  etmək,  öldürmək  və  tələf  etmək  üçün 
gəlir» (Yəhya 10:10).
Erkən məbəddə şeytan onu Müqəddəs Ruha yalan söyləməyə 
sövq etmək üçün Xananyanın ürəyinə girdi (Həv. İş. 5:3). Əhdi-
Cədidin alimi F.F. Brus Xananyanın imanlı olduğunu söyləyir. Er-
nest Hençen yazır ki, Xananya «Yəhudi məsihçi» idi və «Şeytan 
onun  ürəyini  doldurmuşdu.  Ruh  Peterdə  (və  icmada)  olduğun-
dan Xananya Müqəddəs Ruha yalan danışdı. Bu səbəbdən də bir-
biriləri ilə üzləşən sadəcə kişilər deyil, Müqəddəs Ruh və şeytan-
dır, Peter və Xananya onların alətləridir» deyə şərh edir. 
Martin Lüter yazırdı: «İblis qəlbə iyrənc düşüncələr – Allaha 
nifrət,  küfr  və  ümidsizlik  atır».  Özü  haqqında  o  yazırdı:  «Mən 
gecə oyananda iblis dərhal başımın üstünü kəsdirir. O, mənimlə 
mübahisə edir və məndə cürbəcür qəribə düşüncələr yaradır. Mən 
düşünürəm ki, sakitcə yatarkən iblis çox vaxt sadəcə əzab vermək 
və əsəbiləşdirmək üçün məni oyadır. Mənim gecə döyüşlərim gün 
ərzində olan döyüşdən daha çətindir. İblis məni çaşdıran düşüncələri 
necə yaratmalı olduğunu bilir. Bəzən o, elə düşüncələr gətirir ki, 
Allahın  olub-olmadığına  şübhələnirəm.»  (Məşhur  müqəddəslərin 
ağıllarına  düşüncələr  qoyan  iblisə  aid  başqa  qeydlər  üçün  Luiz 
Koulenc tərəfindən yazılmış «The Life of the Devil» – «İblisin 
Həyatı» kitabına baxın.). 
Deyvid Poulison, cinlərin imanlılara zorla girməsi fikri ilə razı-
laşmasa da, iblisin insanın ağlına fikirlər qoymasına inanır. «Ağıl-
da 'səslər' qeyri-adi şeylər deyil: küfrlü istehzalar, alçaq fantaziya 
və ya davranışda ilişib qalmağa meyl edən fikirlər, inandırıcı iman-

Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin