27
dırma aparmaq üçün) iştirak etmişdi. Onlar qapıya yaxınlaşarkən
hərəyə 65 dollar ödəməli olduqlarını biləndə uzaqlaşmağa başladı-
lar. Amma iki yad adam onlara yaxınlaşaraq: «Bizə deyildi ki, bu
biletləri sizə verək» — deyə, söylədilər. Təəccüblənmiş tələbələr
biletləri götürdülər və içəri daxil oldular.
Onlar bildirdilər ki, spikerlərin biri konfrans iştirakçıları ilə me-
ditasiya (düşüncə məşqi) keçirir. O, hər bir kəsi həvəsləndirirdi
ki, ruh bələdçisinin yanlarına gəldiyini təsəvvür etsinlər. Spiker
məşqi: «İndi ruh bələdçinizi içəri daxil olmağa dəvət edin» —
deməklə sona çatdırdı. Bu, məni çox heyrətə saldı! Şeytan Biola
Universitetindən iki tin aralıda insanları özünə tərəf çağırır!
İ
kimərtəbəli dünyagörüşü
Qərb dünyası gerçəkliyi iki mərtəbədə görür (2a Diaqramı-
na baxın). Yuxarı mərtəbə Allah, ruhlar, cinlərin yaşadığı fizi-
ki hisslərimizdən kənar olan aləmdir, bu aləm din və mistisizm
vasitəsilə başa düşülür. Aşağı mərtəbə elm və fiziki hisslərlə başa
düşülən təcrübədən keçirilmiş aləmdir. İkimərtəbəli təfəkkürə
əsasən, ruhani aləm təbii aləmə təsir etmir və ya azca təsir
edir; biz, demək olar ki, gerçəkliyi dərk etməyimizdən bunu
kənarlaşdırmışıq. Humanistlər yuxarı mərtəbəni tamamilə rədd
edirlər. Teologiya və psixologiyanı birləşdirməkdə edilən səylərin
çoxu yalnız Allahı və bəşəriyyəti (günaha düşmüş və xilas edil-
miş) əhatə edir, şeytan və cinlərin fəaliyyətini kənarlaşdırır.
Qərb rasionalizminə və naturalizminə tamamilə əks olaraq,
dünyanın digər sakinlərinin gerçəklik barəsində başqa nöqteyi-
nəzərləri var. Ruhani aləmin gerçəkliyi onların mədəniyyətlərinin
və nöqteyi-nəzərlərinin bir hissəsidir. Animistik və spiritistik
mədəniyyətlər allahlarını qurbanlar ilə sakitləşdirirlər və şər
qüvvələri dəf etmək üçün dini ayinləri icra edirlər. İnkişaf etməmiş
ölkələrin xalqlarının bir çoxu üçün gündəlik həyatda elmdən daha
çox dini adətlər və ya mövhumat böyük rol oynayır.
28
Buxovları qıran
Qərbdə təhsil almış insanlar üçün inkişaf etmiş texnologiya və
iqtisadi uğura əsaslanaraq Şərq dünyagörüşündən əhəmiyyətsiz
bir şey kimi imtina etmək asandır. Bəs onda yaxşı inkişaf etmiş
sənayedə cinayətin və pornoqrafik çirkinliklərin yayılması niyə ən
yüksək dərəcədədir? Nə Qərb, nə də Şərq dünyagörüşü Müqəddəs
Kitaba uyğun həqiqəti əks etdirmir.
İki mərtəbənin arasında Dr. Paul Hiebertin «kənarlaşdırılmış or-
talıq» adlandırdığı yer var. Bu ruhani qüvvələr yer üzündə fəal olan
gerçək aləmdir. Biz qaranlıq padşahlığını dünyagörüşümüzə daxil
etməliyik, çünki həqiqətdə kənarlaşdırılmış ortalıq yoxdur! Paul
göylərdəki ruhani döyüş haqqında danışanda o, Mars və Pluton
kimi uzaq yerlərdən danışmırdı. O, ruhani aləmdən, ətrafımızda
olan və bu dünyanın hökmdarı ilə idarə edilən qaranlıq padşahlı-
ğından danışırdı.
Bu dünyəvi, ikimərtəbəli təfəkkürün bəzi Qərb məsihçilərinin
düşüncəsinə necə təsir etdiyini təsvir etmək üçün gəlin sizə Die
adlı ağıllı cavan bir qadından, pastor qızından danışım. Diedə son-
ralar dağınıq skleroz diaqnozu qoyulan fiziki simptomlar əmələ
Allahın və ruhani qüvvələrin
fiziki hisslərimizdən kənar olan aləmi
Din
Hisslərlə təcrübədən keçirilə
bilən aləm
Elm
Kənarlaşdırılmış ortalıq
2a Diaqramı.
Dünyada öz yolunuzu tapmaq
29
gəlmişdi. Mən Dienin vəziyyəti və onu haldan salan bu xəstəlik
ilə həyatının gələcəyi haqqında eşidəndə valideynlərinin keçirdiyi
daxili ağrını hiss etdim. Mən Die üçün dua etdim, amma fikrimdən
onu çıxara bilmədim. Onu görmək imkanı yarananda bu fürsətdən
istifadə etdim.
«İlk dəfə simptomları nə vaxt hiss etdin?» — deyə, mən soruş-
dum.
«Mən Rəblə xüsusi vaxt keçirdikdən dərhal sonra qəribə hisslər
keçirməyə başladım» — deyə, Die cavab verdi.
«Həmin gün sənin dua vaxtında nə xüsusi bir şey var idi?»
«Mənim bir az özümə yazığım gəldi, çünki valideynlərimdə
olan ruhani artıma nail olmamışdım. Həmin gün 2 Korinflilərə
12-ci fəsli araşdırırdım və həmin hissədə Paula bədəninə tikan
verildiyi haqqında oxudum. Paul deyirdi ki, Allahın gücü onun
zəifliyində kamilləşir və mən də Allahın gücünün həyatımda olma-
sını istədim. Ona görə də bədəndə mənə tikan verməsini Allahdan
xahiş etdim.»
«Sən Allahdan bədəndə tikan istədin?»
«Bəli.»
«Sən Paulun bədənində tikanın nə olduğunu bilirsən?»
«Hansısa fiziki problem idi, elə deyilmi?»
«Bizə necə büruzə verdiyi haqqında deyilmir, amma 2 Kor.
12:7-də aydın yazılır ki, bu, «şeytanın elçisi», hərfi olaraq, şey-
tanın mələyi –cin idi! Paul onu heç vaxt istəməmişdi. Əslində,
onun çıxması üçün üç dəfə dua etmişdi. Die, mən səndən son
dərəcədə xahiş edirəm ki, bədəndə tikan istəyini inkar edəsən
və həyatından şeytanın bütün təsirlərinin götürülməsi üçün dua
edəsən.»
Die mənim məsləhətimi qəbul etdi və biz birlikdə dua etdik.
O, demək olar ki, dərhal özünü yaxşı hiss etməyə başladı. Simp-
tomlar yoxa çıxdı və o, normal həyata qayıtdı. Bir neçə ay son-
ra simptomlar yenə də baş qaldırdı. Həmin vaxtlar mən onu bu
kitabın üçüncü hissəsində təsvir edilən və 13-cü fəsildə yerləşən
Məsihdə Azadlıq Addımlarından keçirdim («Addımlar»). Bu gün
Die azaddır.
30
Buxovları qıran
Əksər həkimlər və psixoloqlar Dienin vəziyyətini heç ruhani
problem də hesab etməzdilər. Onlar Dienin «sağalmasını» şey-
tani hücumdan azadlığın əvəzinə fiziki xəstəliyin yüngülləşməsi
kimi sübut edərdilər. Buna baxmayaraq, hətta müasir tibb bəyan
edir ki, insanların əksəriyyəti psixosomatik səbəblər üzündən
xəstədirlər. Həmin psixosomatik səbəblər üçün ruhani əsasın ol-
madığını Müqəddəs Kitab təsdiqləmir. Psixosomatik problemlər
bizim düşüncəmizdə yaranır. Biz ilkin ruhani döyüşün ağılda get-
diyini sonra görəcəyik.
Bir çox məsihçilər fövqəltəbiiliyi dünyagörüşlərindən ya
tamamilə kənarlaşdırırlar, ya da bunu həyatlarında heç bir təsiri
olmayacaq hisslərlə təcrübədən keçirilə bilən mərtəbəyə aid
edirlər. Belə etməklə onlar nəinki Allahın gücünü teologiyaların-
dan və gündəlik həyatlarından kənarlaşdırırlar, eləcə də bütün
insan problemlərinin – hətta Dienin simptomları kimi şeytani
təsirlərdən yaranan problemlərin psixoloji və ya təbii səbəblərin
nəticəsi olduğunu izah edirlər.
K
ənarlaşdırılmış ortalıqda yaşamaq
Məsihçi dünyagörüşü mədəniyyət və ya həyat təcrübəsindən de-
yil, Kəlama əsasən yaranır. Kəlam dəqiq öyrədir ki, fövqəltəbii, ru-
hani qüvvələr bu dünyada iş görürlər. Məsələn, Mark Müjdəsində
qeydə alınan şəfalardan təqribən dörddə biri, əslində, cinlərdən
azad olmadır. Luka 13:11, 12-də İsanın şəfa verdiyi qadın 18 il
«xəstəlik ruhundan» əzab çəkmişdi.
İnsanlar çox vaxt məsləhət vaxtlarında fiziki simptomlar-
dan şikayətlənirlər, bunlar da şəxsi və ruhani münaqişələr həll
ediləndən və Məsihdə azadlıq əldə ediləndən sonra yoxa çıxır. Gör-
düyüm ən çox yayılmış simptomlar baş ağrısı, baş gicəllənməsi,
bütün bədəndə ümumi ağrıdır. Bəziləri qusmaq istəyirlər. Mən
Məsihdə addımlardan sonra azad olan dağınıq skleroz diaqnozu
qoyulmuş üç insana məsləhət vermişəm. Elə görünür ki, sklero-
zun iki növü var. Növlərdən biri tədricən həmişə ağırlaşan for-
Dünyada öz yolunuzu tapmaq
31
madır. Mənim fikrimcə, bu, fiziki problemdir. O biri növün isə
gəlib-gedən simptomları var. Yuxarıda qeyd edilən insanlar bu
formadan əzab çəkirdilər.
Bəzi problemlərin fiziki olduğu aydındır, məsələn, ayağın sın-
ması. Bu halda həkiminizə müraciət edin və o, sümüyü yerinə
qoyacaq. Sonra tez sağalması üçün məbədin dua etməsini xahiş
edin. Kin, günah və xəcalət kimi başqa problemlərin ruhani oldu-
ğu aydındır. Pastorunuza müraciət edin və Allahla münasibətinizi
düzəldin. Həkimlər fiziki simptomlar müşahidə edə biləndə,
amma xəstəliyiniz üçün fiziki səbəb tapa bilməyəndə çətinlik ya-
ranır. Məsələn, 20 il bundan əvvəl hər bir kəsin hipoqlikemiya-
dan
3
əzab çəkdiyi yadınızdadırmı? Mən də bir pastor kimi bu-
nunla üzləşdiyimi etiraf edirəm. Mən məsləhət verdiyim hər dörd
nəfərdən birinə qanda qlükoza miqdarının yoxlanılmasını məsləhət
görürdüm. Bu insanların hamısı qayıdıb onlarda bu xəstəliyin oldu-
ğunu söyləyirdilər. Hipoqlikemiyanın axırı nə oldu? Sonra xroniki
yorğunluq sindromu yarandı – indi hər uşaqda və böyük adamların
bəzilərində konsentrasiya pozğunluğu sindromu müşahidə edilir.
Mən əminəm ki, problemin məğzi və həlli psixoloji və ruhani
olanda bəzi məsihçilər fiziki simptomlara qarşı təbii vasitələrlə
uğursuz olaraq mübarizə aparırlar. Qərb dünyamızda bizə
öyrədiblər ki, öncə mümkün olan hər təbii və fiziki izahı axtarma-
ğa çalışaq və əgər bu, alınmasa, onda: «Dua etməkdən başqa heç
nə qalmayıb» — deyək. İsa bizə: «əvvəlcə Allahın Padşahlığını
və Onun salehliyini axtarın» — deyib (Matta 6:33). Bəs niyə
biz birinci Allaha tabe olub iblisə qarşı durmuruq (Yaqub 4:7)?
Məsihçinin etməli olduğu birinci iş duadır. Niyə bizdən xahiş edil-
diyi kimi bədənlərimizi Allaha diri qurbanlar kimi təqdim etməyək
(Rom. 12:1)? «Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə
yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu
ilə sizin də fani bədənlərinizə həyat verəcək.» (Rom. 8:11).
Bizim «səmadakı ruhani şər qüvvələrə qarşı» (Efes. 6:12) vu-
ruşmağımız üçün İsa bizi «dünyada» (Yəhya 17:11) qoyub getdi.
3 qanda şəkərin normadan az olmasıdır.
32
Buxovları qıran
Bu fakt bu gün də doğrudur. Fövqəltəbii qüvvələr yer üzündə iş
görür. Biz təbii aləmdə yaşayırıq, amma ruhani müharibədə işti-
rak edirik. «Kənarlaşdırılmış ortalıq» həqiqətdə deyil, yalnız bizim
dünyəviləşmiş ağlımızda kənarlaşdırılıb.
Allahsız ruhaniləşmək
Keçən dörd onillikdə Qərbdəki insanlar elmin izah etdiyindən və
beş fiziki hisslə ayırd edə bildiklərindən daha çox şeyin həyatda
olduğunu düşünməyə başlayıblar. Bu yeni yanğıya ilkin nəzər
saldıqda məsihçi dünyagörüşü olan bizlər üçün bu, ruhlandırıcı
səslənə bilər, amma əslində materialist dünyadan məyus olmuş
belə insanların bir çoxu dindən də məyus olublar. Məsihə və
Onun Cəmiyyətinə qayıtmaq əvəzinə onlar öz ruhani boşluqlarını
parapsixologiya, Allahdan kənar qüvvələrin iştirakı ilə şəfa, Şərq
mistisizmi və «New Age» hərəkatının bayrağı altında yeriyən
çoxsaylı kultlardan müasir libas geymiş köhnə dəbli okkultizmlə
doldururlar.
Allahdan kənarda ruhani ehtiyacları ödəməkdə yeni heç bir şey
yoxdur. Məsih yer üzündəki xidməti zamanı İbrahimin, İshaqın
və Yaqubun Allahının əvəzinə ənənələrə bağlanmış yəhudi dini-
nin dünyəviləşmiş forması ilə qarşılaşmışdı. Həmin günlərdə dini
rəhbərlər Məsihi ruhani xilaskarları kimi tanımadılar. Onlar zülm-
karın bu dünyanın allahı olan şeytan deyil, Roma dövləti olduğu-
nu düşünürdülər. Amma İsa iki mərtəbəni «Kəlam bəşər olanda»
(Yəhya 1:14) birləşdirdi. O, qeysərin deyil, şeytanın əməllərini
puça çıxarmağa gəldi (1 Yəhya 3:8).
İndi də, əvvəllər olduğu kimi, dünyəvi dünyagörüşünün mərkəzi
insan özüdür: Bundan mən nə əldə edəcəyəm? Kim mənim eh-
tiyaclarımı ödəyəcək? Mən öz işimi görürəm. Hətta bu sahədə
irəliləyən məsihçi də xudbin məqsəd və qürurla hərəkət edir.
Özü mərkəzdə olan həyat ilə Məsih mərkəzdə olan həyat ara-
sında mübarizənin bariz nümunəsi həvari Peterdir. Peter funda-
mental həqiqəti, İsanın Var Olan Allahın Oğlu Məsih, yaşayan
Allahın Oğlu olduğunu (Matta 16:13-16) etiraf etdikdən dərhal
Dünyada öz yolunuzu tapmaq
33
sonra qara qüvvələrə qoşuldu. Gözəl etirafına görə Peterə xeyir-
dua verdikdən sonra İsa ona və digər şagirdlərinə Yerusəlimdə
Onu gözləyən əzabı və ölümü elan etdi. «Peter Onu bir kənara
çəkib etiraz etməyə başladı: 'Ya Rəbb, Özünə yazığın gəlsin! Bu,
əsla Sənin başına gəlməyəcək!'» (22-ci ayə).
İsa cavab verdi: «Çəkil qarşımdan, şeytan! Sən Mənə mane
olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində
fikirləşirsən» (23-cü ayə).
İsanın unudulmaz məzəmməti rəhmsizcəsinə sərt görünür.
Amma İsanın şeytanı Peterin sözlərinin mənbəyi kimi göstərməsi
onun vermək istədiyi məsləhətin xüsusiyyətini dəqiq və mü-
vafiq şəkildə təsvir edir. Peterin məsləhəti əsasən şeytani idi,
çünki şeytanın ilkin niyyəti budur ki, insan öz əsas məramının
xudpəsəndlik olduğunu düşünsün. Şeytan bu dünyanın hökmdarı
adlanır, çünki bu dünyanı xudpəsəndlik idarə edir. O, qardaşları
təqsirləndirən adlanır, çünki o inanmır ki, hətta Allahın övladının
belə xudpəsəndlik arzusundan daha böyük məqsədi var. Demək
olar ki, siz onun fısıldaya-fısıldaya dediyini eşidə bilərsiniz: «Nəyin
bahasına olursa-olsun, özünü xilas et. Üzərinə düşən borcu
xudpəsəndliyə, Məsihin işini şəxsi rahatlığa qurban ver. Bütün
insanlar ürəklərinin dərinliyində xudbindirlər və hamını nə
iləsə satın almaq olar. Bəziləri bir az çox dözə bilərlər, amma
sonda hər bir adam Allahın işlərindən daha çox öz işlərini
üstün tutacaq.»
Şeytanın məsləyi belədir və əfsuslar olsun ki, bir çox insanla-
rın həyatları onun iddialarını təsdiqləyir. Şeytan onları özlərinə
xidmət etdiklərinə inandırıb, halbuki onlar əslində dünyaya, cis-
mani təbiətə və şeytana xidmət edirlər.
Amma məsihçi dünyagörüşünün fərqli mərkəzi var. İsa bizim
özümüzə güvənməyimizlə qarşılaşır və fərqli baxış – çarmıxdan
baxış təklif edir. Siz yalnız Allahın baxışı ilə yaşayanda yeganə
niyyəti «qarət etmək, öldürmək və tələf etmək» (Yəhya 10:10)
olanın əsarətindən qaça bilərsiniz.
34
Buxovları qıran
Çarmıxdan baxış
Arvadı Həvva ilə birlikdə Adəm şeytanın irəli sürdüyü xudbin
dünyagörüşünün məğzi olan «Allah kimi olacaqsınız» (Yaradılış
3:5) niyyətinə uyan birinci adam idi. Şeytan Adəmi aldadandan
bəri o, özlərinin allahları olduqlarına inandırmaqla saysız-hesabsız
insanları da aldadıb və bu gün «New Age» hərəkatı bu yalanı bö-
yük və beynəlxalq miqyasda inkişaf etdirir.
Amma Müqəddəs Kitabdakı yaradılış haqqında yazılar Yarada-
nın yalnız həqiqi Allah olduğunu aydın göstərir. Adəm və onun
əcdadları allahlar deyil; biz Allahdan kənarda mövcud ola bilməyən
yaradılmış varlıqlarıq. Allah Adəmə həyat nəfəsi üfürəndə canlı
varlıq oldu. Adəm fiziki və ruhani olaraq sağ idi, amma o, allah
deyildi. Allah ona dedi ki, əgər xeyirlə şəri bilmə ağacından yesə,
o, mütləq öləcək. Amma şeytan ona dedi ki, Allah nə haqqında
danışdığını bilmir, qadağan edilmiş meyvəni yemək onun allaha
bənzər potensialını aça bilər. Adəm yedi və əvvəlcə fiziki deyil,
ruhani öldü. Adəmin günahı onu Allahdan ayırdı və o, Cənnət
Bağından qovuldu.
Adəmdən bəri hər bir kəs dünyaya gələrkən fiziki olaraq sağ,
ruhani olaraq ölü doğulur (Efes. 2:1). Allahdan ayrı düşdüklərinə
görə insanlar özləri üçün adlar qoymağa və həyatda təbii yollarla
öz məqsədlərini müəyyən etməyə çalışdılar. Onlar özlərinin ba-
laca allahları oldular və həyatları qürur, özünü-ucaltma və onları
yaradan Allahdan müstəqil olmaqla səciyyələndi. Onlar: «Biz ca-
nımızın padşahı və taleyimizin ağasıyıq» — deyə, bəyan etdilər.
Şeytani ideya olan insanların özlərinin allahı olması faktı bu yıxıl-
mış dünyanın vuran nəbzidir və qaranlıq padşahlığındakı ruhani
əsarətin zəncirində əsas həlqədir.
Özümüzün allahı olmaqda (öz başının ağası olmaqda)
göstərdiyimiz cəhdlərdə problem budur ki, biz heç vaxt həmin
rolu əldə etməyə təyin edilməmişik. Bizim öz taleyimizi müəyyən
etməkdə lazımi xüsusiyyətlərimiz çatışmır. Hətta Cənnət Bağın-
Dünyada öz yolunuzu tapmaq
35
da ruhani sağ olan günahsız Adəm belə öz allahı olmaq üçün
bu xüsusiyyətlərlə təmin edilməyib, əgər o, bunu bacarmayıbsa,
onun dünyaya fiziki olaraq sağ, ruhani olaraq ölü gələn günaha
batmış nəsli bunu heç bacara bilməz. « New Age» hərəkatının bizə
dediklərinin əksi olaraq, bizim Allah olmaq üçün potensialımız nə
heç vaxt olmayıb, nə də nə vaxtsa olmayacaq. Yalnız bir qeyri-
müəyyən Yaradan var, qalanlar isə müəyyən yaradılışdır.
Əgər siz dünyanın, cismani təbiətin və şeytanın əsarətindən
azad yaşamaq istəyirsinizsə, zəncirdəki əsas bu həlqə əzilməlidir.
Şeytan və onun kəşfiyyatçılarının irəli sürdüyü eqoist dünyagörü-
şü Peteri məzəmmət etdikdən sonra İsanın şagirdlərinə təqdim
etdiyi baxışla əvəz olunmalıdır:
Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ar-
dımca gəlmək istəyirsə, özündən imtina etsin və çar-
mıxını götürüb ardımca gəlsin. Kim canını xilas etmək
istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını
itirirsə, onu qoruyacaq. İnsan bütün dünyanı qazanıb
canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının
əvəzinə nə verə bilər? Çünki Bəşər Oğlu Atasının izzəti
içərisində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə
öz əməlinə görə əvəzini verəcək (Matta 16:24-27).
Bu hissə dörd Müjdənin əsas məğzidir. Mən Dr. Elmer Touns ilə
birlikdə « Rivers of Revival» («Oyanışın çayları») ( Regal Books)
kitabını yazarkən belə nəticəyə gəldim ki, özümüzə güvənmək
oyanış çaylarının qarşısını alan birinci bənddir. Biz Allahın işini öz
yolumuzla, əlimizdə olan imkanlarımızla etməyə çalışırıq, amma
edə bilmərik. Aşağıda İsanın fikirlərindən ibarət olan altı göstəriş
çarmıxdan baxışı təyin edir. Bunlar dünya sistemindən və onu
təlqin edən şeytanın əsarətindən azad olmaq istəyənlər üçün əsas
göstərişlərdir. Çarmıxın nurunda qalın və siz bu qaranlıq dünyada
yolunuzu uğurla tapacaqsınız.
36
Buxovları qıran
Özünüzü inkar edin
Özünü inkar etmək istədiyiniz şeylərdən çəkinməklə eyni
deyil. Hər tələbə, idmançı və kult üzvləri istədikləri şeylərdən
çəkinirlər, öz məqsədlərinə çatmaqdan onları saxlayan şeylərə və
fəaliyyətlərə məhdudiyyət qoyurlar. Amma belə çəkinmənin əsas
məqsədi özünü irəliyə çəkmədir: ən yaxşı qiyməti əldə etmək,
rekord vurmaq, ad-san və şöhrət qazanmaqdır.
Özünü inkar etmək özünüidarəetmədən (öz başının ağası ol-
maqdan) imtina etməkdir. Özümüz üçün ölmək həyatın əsas dö-
yüşüdür. Cismani təbiət taxt-tac üçün çarpışır və Allah olmaq
üçün mübarizə aparır. İsa həmin döyüşə girmir; O, artıq ona
qələbə çalıb. O, taxt-tacını əlinə alıb mərhəmətlə onu bizimlə bö-
lüşür. Amma bir aldadıcı səbəbə görə biz padşah olmaq və öz
həyatlarımızı idarə etmək istəyirik. Biz heç bir zaman bizim üçün
nəzərdə tutulmamış roldan (yəni, həyatımızda Allah olmağın ro-
lundan) çəkinməyincə özümüzlə və ya Allahla heç vaxt sülhdə
olmayacağıq və heç vaxt azad olmayacağıq.
Nə siz Allahdan kənar müstəqil fəaliyyət göstərmək üçün, nə
də qəlbiniz ağa kimi fəaliyyət göstərmək üçün təyin edilib. «Heç
kim iki ağaya qulluq edə bilməz» (Matta 6:24). Özünüzü inkar
edəndə, siz Allahı həyatınızdakı taxt-tacda oturmağa, əslində ona
məxsus olan yeri tutmağa dəvət edirsiniz, beləliklə, siz Məsihdə
ruhən diri adam kimi fəaliyyət göstərə bilərsiniz. Özünüzü inkar
etmək ruhani azadlıq üçün gərəklidir.
Gündəlik çarmıxınızı götürün
Bizim gündəlik götürməli olduğumuz öz çarmıxımız de-
yil, Məsihin çarmıxıdır. Paul yazırdı: «Məsihlə birlikdə çarmı-
xa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi
cismən yaşadığım həyata gəlincə, məni sevib uğrumda Özünü
fəda edən Allahın Oğluna olan imanla yaşayıram» (Qalat. 2:20).
Onun çarmıxı etdiyimiz işlərdən bağışlanmanı və olduğumuz
kimlikdən xilası təmin edib. Biz bağışlandıq, çünki O, bizim
Dünyada öz yolunuzu tapmaq
37
yerimizə öldü; biz xilas olduq, çünki biz Onunla öldük. Biz çarmı-
xın nəticəsində həm bəraət qazanmışıq, həm də mövqedən asılı
olaraq müqəddəsləşmişik.
Gündəlik çarmıxı götürmək hər gün Allaha məxsus olduğumu-
zu bəyan etməkdir. Biz Rəbb İsa Məsihin qanı ilə satın alınmışıq
(1 Peter 1:18, 19). Biz çarmıxı götürəndə kimliyimizin fiziki möv-
cudluğa deyil, Allah ilə ünsiyyətə əsaslandığını təsdiqləyirik. Biz
Allahın övladlarıyıq (1 Yəhya 3:1-3). Bizim həyatımız Məsihdədir,
çünki O, bizim həyatımızdır (Kolos. 3:3, 4).
Məsihin ardınca gedin
Cismani təbiətinizə öz səylərinizlə qalib gəlməyə çalışmaq
ümidsiz mübarizədir. Cismani təbiət özünü heç vaxt qovmayacaq,
çünki müstəqil cisim hələ də allah olmaq istəyir. Biz Müqəddəs
Ruh ilə idarə olunaraq Məsihin ardınca getməliyik. Bu yolda bi-
zim Adəmdə olan köhnə təbiətimiz ölür və Məsihdə olan yeni
təbiətimiz dərk edilir və qəbul edilir. «Çünki İsanın həyatı fani
cismimizdə aydın görünsün deyə, biz yaşaya-yaşaya İsa üçün
həmişə ölümə təslim edilirik» (2 Kor. 4:11).
Bu, dar, sıxıcı yol kimi görünə bilər, amma sizi əmin edirəm
ki, bu, belə deyil. Böyük Çoban tərəfindən tanınmaq və Onun
qoyunu kimi ardınca getmək (Yəhya 10:27) möhtəşəm bir həyat
təcrübəsidir. Allahın Ruhu ilə idarə olunmağımız, hətta özümüz
üçün ölümlə nəticələnsə də övladlığa əminliyimizdir (Rom. 8:14).
Biz Allahdan kənar müstəqil fəaliyyət göstərmək üçün təyin
edilməmişik. Yalnız Ondan asılı olanda, Məsihin ardınca getmək
istəyəndə biz tam oluruq və Allahın iradəsinin yaxşı, razı salan və
kamil olduğunu (Rom. 12:2) sübut etməkdə azad oluruq.
Yüksək həyatı əldə etmək üçün aşağı həyatı qurban verin
Öz təbii həyatınızı xilas etmək (yəni, mövqelərə, rütbələrə,
uğurlara, var-dövlətə əsasən kimliyinizi və dəyərinizi tanı-
maq və yalnız dünyəvi firavanlığı axtarmaq) istəyirsinizsə, onu
|