74
Buxovları qıran
onun qorxduğunu duydum. Onun itirəcəyi bir şey olmadığından,
nəhayət, o, heç olmasa bunu sınamağa razılaşdı. Növbəti həftə
Meri içəri girəndə dedi: «İlanlar gedib!»
Mən dedim: «Əla! Niyə sən onlar haqqında mənə bir az tez
demədin?»
O cavab verdi: «Çünki qorxurdum ki, sizə də yaxınlaşarlar.»
Onların mənə yaxınlaşmasını fikirləşmək, sadəcə, aldatma-
nın başqa bir hissəsi idi. Əgər onun problemi nevroloji olsaydı,
onda İsanın adı ilə ilanların üzərində hökmranlıq etmək təsir
göstərməzdi. Amma Merinin vəziyyətində problem ruhani idi və
beş il ərzində xəstəxanada yatmaq və dərman qəbul etmək kömək
etməmişdi.
Şeytanın, eləcə də onun cinlərinin gerçəkliyini və fəaliyyətini
təsvir etməzdən qabaq qaranlıq padşahlığının üzərində sizin və
hər bir imanlının Məsihdə olan ruhani gücünü və səlahiyyətini
başa düşmək lazımdır.
İ
sanın səlahiyyət nişanını gəzdirmək
İsa öz şagirdlərinə təlim keçəndə «İsa On İki şagirdi yanına
çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün
onlara qüdrət və səlahiyyət verdi. Onları göndərdi ki, Allahın Pad-
şahlığını təbliğ edib xəstələri sağaltsınlar» (Luka 9:1, 2). İsa bilir-
di ki, şagirdləri Allahın padşahlığını vəz etməyə başlayanda onlara
qarşı cinlərin müqaviməti olacaq. Ona görə də İsa onlara cinlər
üzərində xüsusi güc və səlahiyyət verdi.
Sonra İsa 70 davamçısını buna oxşar tapşırığa göndərdi və
onlar «sevinə-sevinə qayıtdı və dedi: 'Ya Rəbb, Sənin adınla
cinlər belə, bizə tabe olur!'» (Luka 10:17). Bu müjdəçilər qa-
ranlıq padşahlığı ilə üzləşdilər və İsanın adı ilə cinlərin onlara
tabe olduğunu aşkar etdilər. Ola bilsin ki, onlar qorxu və ehti-
yatla tapşırığı yerinə yetirməyə başlamışdılar, amma onlar geri
qayıdanda şər ruhlar üzərində çaldıqları qələbəyə görə heyrətə
düşmüşdülər.
Üsyançı hökmdar ilə üzləşmək
75
Amma İsa cəld onların çıxardıqları hər bir səhv nəticəni
düzəltdi. «Baxın, Mən sizə səlahiyyəti vermişəm ki, ilanları,
əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç
nə sizə zərər vurmayacaq. Bununla belə, ruhların sizə tabe oldu-
ğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazı-
lıb» (Luka 10:19, 20). «İlanlar» və «əqrəblər» sözləri sürünənlərə
və böcəklərə aid deyil, çünki sürünənlər və həşəratlar bizim
düşmənlərimiz deyillər. Əslində İsa məcazi olaraq şeytandan
və onun mələklərindən danışırdı. Məncə O: «İsanın adına görə
cinlərin üzərində səlahiyyətinizin olduğuna görə sevinməyin. Adı-
nızın Quzunun Həyat Kitabında yazıldığına görə sevinin. Fikri-
nizi cinə deyil, Məsihə tuşlayın. Düşmən və onun üzərində olan
səlahiyyətiniz barəsində maraqlanmayın: kimliyiniz barəsində ma-
raqlanın və şeytanın başınıza çıxmasına icazə verməyin» deyirdi.
Bu, Onun nümayiş etdirdiyi və sonra şagirdlərinə öyrətdiyi qul-
luqçu rəhbərliyi ilə uyğunlaşır.
İmanlıların qaranlıq padşahlığı üzərindəki gücünü və səlahiyyətini
anlamaq bəzilərini Məsihdəki mövqelərindən səhv istifadə etməyə,
özbaşına hərəkət etməyə və «yamanca uduzmağa» gətirib çıxara
bilər. Bizim Məsihdə olan mövqeyimizdən və kimliyimizdən kənar
heç bir ruhani gücümüz və ya səlahiyyətimiz yoxdur. Bizim kim
olmağımız həmişə bizim nə etdiyimiz üzərində birinciliyi daşı-
malıdır; və biz Məsihdən kənarda heç bir şey edə bilmərik. Hətta
İsa göylərdəki Atasında olan kimliyindən sərbəst şəkildə Öz ilahi
xüsusiyyətlərindən istifadə etmək üçün şeytan tərəfindən sınağa
çəkilib.
İdarə etmək qabiliyyəti və hüququ
İsa öz şagirdlərinə cinlər üzərində həm səlahiyyət, həm də
qüdrət vermişdi. Burada fərq nədir? Səlahiyyət idarə etmək üçün
hüquqdur; bu, qanuni mövqeyə əsaslanır. Polisin yol kəsişməsində
nəqliyyatı dayandırmaq hüququ var, çünki onun hakimiyyət
tərəfindən həvalə olunmuş mülki səlahiyyəti var (Roma 13:1-5).
İsa dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə veril-
76
Buxovları qıran
mişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin»
(Matta 28:18, 19). Ona görə də şeytanın göydə və ya yerdə heç
bir səlahiyyəti yoxdur.
Qüdrət idarə etmək üçün qabiliyyətdir. Polisin nəqliyyatı da-
yandırmaq səlahiyyəti var, amma bunu etmək üçün onun fiziki
qabiliyyəti yoxdur. Amma siz 6 metrlik kvadrat möhkəm daşı
yol kəsişməsinin tən ortasına qoysanız, onda nəqliyyatı saxla-
ya bilərsiniz, çünki sizin səlahiyyətiniz olmasa da, daşın qüdrəti
var. İmanlılarda hər ikisi var, yəni Məsihdəki mövqelərinə görə
Allahın iradəsini yerinə yetirməyə səlahiyyətləri və Ruha görə
həyat sürdükcə Allahın iradəsini yerinə yetirmək üçün qüdrətləri
var. «Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin»
(Efes. 6:10).
Yaxşı rəhbər olan heç bir şəxs göstərişlərini yerinə yetirmək üçün
səlahiyyət vermədən məsuliyyəti tapşıra bilməz. Heç belə rəhbər
tapşırığı yerinə yetirmək üçün qüdrəti işçilərinə vermədən onları
iş dalınca da göndərməz. Hətta dünyəvi rəhbərlər öz işçilərinə
səlahiyyət və qüdrət verməsindən danışırlar. İsa öz şagirdlərinin
üzərinə Allahın padşahlığını bəyan etmək məsuliyyətini qoy-
du. Əgər İsa onlara qaranlıq üzərində səlahiyyət və qüdrət
verməsəydi, cinlər onların zəif səylərinə istehza edərdi və onları
qaçıb gizlənməyə vadar edərdi (Həv. İş. 19-cu fəsildə bu, Skeva-
nın yeddi oğlunun başına gəlmişdi).
Ola bilsin ki, siz Meri kimi, həyatınızda cinlərin müdaxiləsinə
qarşı durmaqda kifayət qədər kamil olmadığınızı düşünürsünüz.
Sizin cismani təbiətdə şeytana və onun cinlərinə qarşı durmaq
qabiliyyətiniz yoxdur, amma Məsihdə isə var. İsraillilər Qolyata
qorxa-qorxa baxırdılar və deyirdilər: «Biz onunla vuruşa bilmərik».
Amma cavan Davud Qolyata baxdı və dedi: «Axı bu sünnətsiz fi-
liştli kimdir ki, var olan Allahın alaylarına meydan oxuyur?» (1Şa-
muel 17:26), sonra onu sapandla öldürdü. Ordu Qolyata özləri ilə
müqayisədə baxırdı; Davud isə Qolyata Allahla müqayisədə baxır-
dı və buna görə də qələbə çaldı. Siz canınızın ruhani düşmənləri
ilə qarşılaşanda yadda saxlayın: Siz İsa ilə birlikdə ən güclü qa-
libsiniz.
Üsyançı hökmdar ilə üzləşmək
77
İnsanlar bəzən zənn edirlər ki, başqalarına Məsihdə öz azad-
lıqlarını tapmaqda kömək etmək bacarığım təhsilimə, çağırışıma
və ya şəxsiyyətimin gücünə görədir. Əslində, bu, heç doğru deyil.
Məsihdə balaca uşağın və yaşlı nənənin mənim kimi eyni ruhani
səlahiyyəti var. Biz «Məsih İsa ilə fəxr etməli və cismani şeylərə
güvənməməliyik» (Filip 3:3).
Yüksək vəzifədən istifadə etmək
Şagirdlər dedilər: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe
olur» (Luka 10:17). «Tabe olmaq» (yunan dilində hupotasso)
«aşağı təbəqəyə qoyulmaq» mənası verən hərbi termindir. Bu,
farağat əmrində dayanan və əmr verən komandirlərinin qayda-
larına dəqiq riayət edən bir qrup əsgəri təsvir edir. Biz hamımız
da beləcə Rəbbimizə cavab verməliyik və «hər kəs başçılıq edən
hakimiyyətlərə tabe olmalıdır» (Rom. 13:1). Allah övladlarına
söyləyir: «Ruhani müdafiəniz üçün sıraya düzülün və Mənim ar-
dımca gəlin.»
Amma ruhani məğlub olmuş məsihçilər bunu başa düşmürlər.
Onlar Allahı və Padşahlığını bir tərəfdə, şeytanı və padşahlığını
digər tərəfdə bərabər gücə malik bir varlıq kimi görürlər və onlar
özlərini bu iki padşahlığın arasında sanki kəndir dartma oyunun-
dakı kəndir kimi hiss edirlər. Sanki bəzi günlərdə Allah qələbə ça-
lır, digər günlərdə isə şeytan üstünlük əldə edir. Və onların etdiyi
işlər döyüşə heç bir təsir göstərmir.
70 şagird tapşırığı yerinə yetirəndən sonra yeni bir dünyagörü-
şü ilə, həqiqi dünyagörüşü ilə qayıtdılar. Ruhani səlahiyyət üfüqi
müstəvidə olan kəndir dartma oyunu deyil; bu, orduda olduğu kimi
şaquli səlahiyyət iyerarxiyasıdır. İsa Məsih göydə və yer üzündə
bütün səlahiyyətlərə malikdir (Matta 28:18); O, səlahiyyət iyerar-
xiyasının ən ali səviyyəsindədir. O, qulluqçularına Öz səlahiyyətini
və gücünü Onun adı ilə istifadə etmək üçün verib (Luka 10:17);
biz İsanın səlahiyyəti altındayıq, amma biz Onun iradəsini yerinə
yetirmək üçün Onun səlahiyyətinə malikik. Bəs şeytan və onun
cinləri? Onlar ən aşağıdadırlar, Məsihin bizə qoyduğu səlahiyyətə
78
Buxovları qıran
tabedirlər. Onların sizin həyatınızı idarə etməsində əsgərin gene-
rala ayaqyolunu təmizləmək əmri verməsi kimi hüquqları artıq
yoxdur.
Bəs onda qaranlıq padşahlığı dünyada və məsihçilərin
həyatlarında niyə belə güclü mənfi təsir göstərir? Çünki şey-
tan bütün dünyanı aldadıb və ona görə də bütün dünya şər
olanın hakimiyyəti altındadır (1 Yəhya 5:19). Şeytan Allah ilə
bərabər gücdə deyil; o, tərki-silah və rüsvay edilmiş düşməndir
(Kolos. 2:15). Amma o, sizdən daha çox gücə və səlahiyyətə
malik olduğuna sizə inandıra bilsə, onda şeytanı özünüzdən güc-
lü hesab edib yaşayacaqsınız! Sizə qaranlıq padşahlığı üzərində
səlahiyyət verilib, amma siz buna inanmasanız və həyatınıza
tətbiq etməsəniz, onda siz elə yaşayacaqsınız ki, sanki bu, sizdə
yoxdur.
Mən bu həqiqəti şiddətli cinə tutulma xəstəliyi olan qadınla
görüşərkən gördüm. Məsləhət vermə zamanı iri və əzələli olan bu
qadın qəfildən stuldan durdu və hədələyici baxışlarla mənə doğru
gəldi. Mən döyüşümüzün silahlarının cisimdən düzəldilən silahlar
olmadığından şad idim, əks halda həmin qadının ölçüsündə olan
cinə tutulmuş şəxsdən özümü qorumaq çox çətin olardı.
Qadın həmin vaxt özündə olmadığı üçün mən 1 Yəhya 5:18-ə
əsaslanmış bu sözləri ona deyil, onu idarə edən murdar ruha de-
dim: «Mən Allahın övladıyam və şər olan mənə toxuna bilməz.
Bu dəqiqə aşağı otur». O, dərhal dayandı və dala qayıdıb stula
oturdu. Əgər mən Məsihdə səlahiyyətimdən istifadə etməsəydim,
qorxu məni nəzarət altına alardı və cinlə döyüşə çıxmış olardım.
Amma Məsihin adı ilə dayanmaqla, mən cinin boş-boşuna güc nü-
mayiş etdirməsini neytrallaşdırdım və qadına xidmət edə bildim.
Siz bilməlisiniz ki, şeytanı qışqırmaqla qovmuruq. Səlahiyyət
səsin ucalığı ilə artmır. Siz şeytanın üstünə qışqırmaqla və ya çı-
ğırmaqla fayda verməyəcəksiniz. Bu, valideynlik səlahiyyətindən
heç fərqlənmir. Əgər siz uşaqlarınızın üstünə onların davranışla-
rına nəzarət etmək üçün qışqırırsınızsa, siz Allahın sizə verdiyi
səlahiyyətdən düzgün istifadə etmirsiniz; siz onu zəiflədirsiniz.
Siz cismani təbiətdə hərəkət edirsiniz.
Üsyançı hökmdar ilə üzləşmək
79
Qadınla olan bu epizod mənim qorxaraq cavab verəcəyimə ümid
edən cinin bir taktikası idi. Allaha iman və istənilən şeydən qorxu
(Allaha olan qorxudan başqa) eyni zamanda mövcud ola bilər.
Şeytan bizdə qorxu hissini oyatmağa çalışanda biz Məsihdəki
mövqeyimizdə qalmalıyıq və özünə-hakimliyi daxil edən Ruhun
səmərəsini nümayiş etdirməliyik (Qal. 5:23).
M
əsihdəki mirasımızın zənginliyi
Bizim ruhani mübarizədə hətta birinci şagirdlərdən daha çox
üstünlüyümüz ola bilər. Onlar Məsihin yanında idilər (Mark
3:14,15), amma biz Məsihdəyik. Paulun Efes məbədinə yazdığı
məktubun giriş sətirlərində verdiyi böyük xəbər bu idi. Burada
onun Məsihdəki mövqeyimiz haqqında neçə dəfə xatırlatdığına
diqqət yetirin (vurğular əlavə edilib):
Rəbbimiz İsa Məsihin bizə Məsihdə səmadakı hər cür
ruhani nemətlə xeyir-dua verən Allahına – Atasına al-
qış olsun! O, dünya yaranmazdan qabaq bizi Məsihdə
seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və
nöqsansız olaq…Belə ki sevimli Oğlunda bizə bəxş et-
diyi Öz lütfünün izzətini mədh edək. Oğlunda, Onun
qanı vasitəsilə verilən azadlığa – təqsirlərimizin bağış-
lanmasına malikik. Allah əvvəlcə sirr olaraq saxladığı
iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını
O, Məsihdə əvvəlcədən təyin etmişdi. Vaxt tamam olan-
da isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm
də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək… Allahın
məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə
irs aldıq ki, qabaqcadan Məsihə ümid bəsləyən bizlər
Allahın izzətinin mədhi üçün mövcud olaq. Həqiqət
Kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman
edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda
möhürləndiniz (Efes. 1:3-13).
80
Buxovları qıran
Paul heç kimin bu məqamı gözdən qaçırmasını istəmirdi. O, ilk
13 ayədə bizim «Məsihdə» olduğumuzu səkkiz dəfə söyləyir.
Bizdə olan hər bir şey dirilmiş Məsihlə yaxın şəxsi ünsiyyətimizin
və Onun Ruhunun bizdə yaşamasının nəticəsidir. Problem bizim
onu görməməyimizdədir. Ona görə də Paul davam edir:
Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun ça-
ğırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə
verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun
böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə
sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğu-
nu görəsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət
göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz
sağında oturtdu (Efes. 1:18-20).
Biz ruhani mirasımızı başa düşməyəndə Məsihdəki mövqeyimizə
məxsus olan azadlıqda və bəhrə verən həyatda yaşamırıq. Biz
Məsihdə olan mövqeyimizi, qaranlıq üzərində səlahiyyətimizi və
Onun iradəsini yerinə yetirmək səlahiyyətimizi dərk edənədək
bizə həvalə olunan cavabdehliyi həyata keçirməkdə uğursuzluğa
düçar olacağıq.
Səlahiyyətin dərinliyi və genişliyi
Efes. 1:19-23-də Paul izah edir ki, Məsihin səlahiyyətinin mənbəyi
və Onu ölülərdən dirildən və Atanın sağ tərəfində oturdan qüdrəti
eynidir. Həmin güc mənbəyi o qədər güclüdür ki, Paul 19-cu ayədə
bunu təsvir etmək üçün dörd müxtəlif yunan sözündən istifadə
edib: «qüdrət» (dunameos), «fəaliyyət» (energeian), «qüvvə»
(kratous), «böyük» (ischuos). Rəbb İsa Məsihin dirilməsinin ar-
xasında Allahın Kəlamında yazılmış qüdrətin ən qüvvəli fəaliyyəti
dayanır. Məsihi ölülərdən dirildən və şeytanı məğlub edən həmin
qüdrət bir imanlı kimi bizim əldə edə bildiyimiz qüdrətdir.
Paul istəyir ki, biz Məsihin səlahiyyətinin hədsiz olduğunu anla-
yaq, belə ki Onun səlahiyyəti «hər başçı, hakim, qüvvə və ağadan,
Üsyançı hökmdar ilə üzləşmək
81
yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan»
yüksəkdir (Efes. 1:21). Dünyada olan ən güclü, mötəbər, pis və
yaxşı, siyasi, yaxud hərbi rəhbər haqqında fikirləşin. Ən qorxulu
terrorçuları, cinayətkar rəhbərləri və mafiya başçılarını təsəvvür
edin. Keçmişin və indiki dövrün iblisanə üsulları ilə cəmiyyəti
tənəzzülə uğradan qəddar məşhur adamları yadınıza salın. Şey-
tanın və onun komandanlıq etdiyi qaranlığın bütün qüvvələrini
düşünün. İsanın səlahiyyəti keçmiş, indiki və gələcək dövrdəki bu
insani və ruhani səlahiyyətlərdən nəinki yüksək deyil, eləcə də
onlardan çox-çox yüksəkdədir.
Verilmiş səlahiyyət
Paul Məsihin qüdrətinin və səlahiyyətinin «iman edən bizlərə»
verildiyini söyləyir (Efes. 1:19). Paul artıq izah edib ki, Allahın
qüdrətinin və səlahiyyətinin ali hərəkəti Məsihi ölülərdən
dirildəndə və səmada Onu başqa bütün səlahiyyətlilərdən daha
yüksəkdə oturdanda vaqe oldu (1:19-21). Xilasdan əvvəl mövcud
olan günahlı vəziyyəti qeyd etdikdən sonra (2:1-3) Paul əsas möv-
zusu, yəni Məsihin səlahiyyəti və onun bizimlə necə əlaqələnməsi
barəsində danışmaqda davam edir. «Lakin mərhəməti bol olan
Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən
ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü
ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib
səmada oturtdu» (2:4-6).
Paul bizə bildirmək istəyir ki, Məsih ölülərdən diriləndə (1:20)
Ona iman edən bizlər də ruhani ölümdən dirildik və Allah «bizə
Məsihlə birlikdə həyat verdi» (2:5, 6). Məsihin qəbirdən dirilməsi
və bizim ruhani ölümdən dirilməyimiz eyni vaxtda baş ver-
di. Əlbəttə, başın (Məsih) və bədənin (Onun məbədi) birlikdə
dirilməsi məntiqidir.
Bundan əlavə, Allah Məsihi sağ tərəfində oturdanda və bütün
səlahiyyətləri Ona verəndə (Efes. 1:20, 21), O, eləcə də bizləri
Öz sağ tərəfində oturtdu (2:6), çünki biz «Məsihlə birlikdə»yik
(2:5). Məsihi qəbul edən anda siz səmada Onunla birlikdə oturur-
82
Buxovları qıran
sunuz. Allahın övladı kimi kimliyiniz və ruhani qüvvələr üzərində
səlahiyyətiniz nə vaxtsa gələcəkdə qəbul edəcəyiniz şeylər deyil;
onlar indi sizdə var. Siz indi Allahın ruhani diri övladısınız. Siz
indi səmada Məsihlə birlikdə oturursunuz. Qaranlıq padşahlığı
üzərində və Onun iradəsini yerinə yetirməkdə indi sizdə qüdrət
və səlahiyyət var.
Paul eləcə də kolosselilərə məktubunda bu cür səlahiyyət
verən və həyat dəyişdirən həqiqət haqqında danışır: «Siz də Onda
[Məsihdə] tamamlanmısınız. O, hər başçının və hakimin Başıdır»
(Kolos. 2:10). Feilin zaman formasına diqqət yetirin: Biz tamam-
lanmışıq. Nə vaxt? İsa Məsih öləndə, diriləndə və göylərə qalxanda.
Allahın Məsihi bütün başçıların və hakimlərin üzərində baş təyin
etdiyinə və bizi səmada Onunla birlikdə oturtduğuna görə Onun
iradəsini yerinə yetirmək üçün qüdrətimiz və səlahiyyətimiz var.
Paul kolosselilərə məktubunda bizim bilməli olduğumuz daha
başqa bir şeyi xatırladır: «Allah başçıları və hakimləri tərki-silah
etdi və onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi» (2:15).
Təkcə siz Məsihdə dirilmədiniz, eləcə də şeytan 2000 il bundan
əvvəl tərki-silah edildi və məğlub oldu. Onun məğlubiyyəti ta-
mamlanmış bir şey deyil; nə də bu, gələcəkdə olacaq; bu, artıq
baş verib. Şeytanı məğlub etmək bizim məsuliyyətimiz deyil. İsa
artıq bunu edib.
Əgər şeytan artıq tərki-silah edilibsə, nəyə görə onda
həyatlarımızda qələbəni daha çox hiss etmirik? Çünki yalanların
atası bütün dünyanı aldadıb. Şeytan qəddar görünən və səslənən
ac bir aslan kimi ətrafda dolaşır. Əslində onun dişləri və caynaqları
çıxarılıb, amma o, sizi çeynəyə bildiyinə və tüpürə bildiyinə inan-
dıra bilsə, onda siz sanki o, bunu bacarırmış kimi yaşayacaqsınız.
Bu səlahiyyətin verilməsində başlıca məqsəd nədir? Paul Efes.
3:8-12-də cavab verir:
Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah
mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi
ilə bağlı Müjdəni millətlərə yayım və hər şeyi yaradan
Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə
Üsyançı hökmdar ilə üzləşmək
83
olduğunu bütün insanlara izah edim. Belə ki Allahın
çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə
səmadakı başçılara və hakimlərə bildirilsin. Bu, Allahın
əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə
yerinə yetirdiyi məqsədinə görə oldu. Məsihdə və
Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla
yaxınlaşa bilirik.
Allahın əbədi məqsədi məbəd vasitəsilə «səmadakı başçılara və
hakimlərə» Öz hikmətini bildirməkdir. Məbəd bu məqsədi düzgün
yerinə yetirirmi? Bəziləri hələ də soruşurlar: «Hansı başçılar və
hakimlər?» Əgər Allahın qaranlıq padşahlığı haqqında dediklərinə
inanmasaq, öz çağırışımızı dünyada necə yerinə yetirəcəyik?
Bəziləri yalvarırlar: «Ey Allah, xahiş edirik ki, bizə kömək et!
Şeytan üstümüzə nərə çəkir!» Və Allah belə cavab verir: «Mən nə
etməli idimsə, hamısını etmişəm. Mən şeytanı çarmıxda məğlub
və tərki-silah etmişəm. Mən Məsihdə bütün səlahiyyətləri sizə
vermişəm. İndi gözlərinizi açın. Kim olduğunuzu dərk edin və
buna uyğun şəkildə yaşamağa başlayın.»
Padşahlıq üçün tələb olunan şərtlər
Məsihin qüdrətində və səlahiyyətində yaşamaq üçün dörd şərtin
olduğunu güman edirəm:
1. İman. Paul Onun «iman edən bizlərə sərf etdiyi qüdrət» (Efes.
1:19) haqqında danışır. Yeni nəqliyyat polisinin ilk dəfə nəqliyyata
yol göstərmək üçün maşınlarla dolu yol kəsişməsinə yaxınlaşma-
sını təsəvvür edin. Ona məktəbdə deyilib ki, sadəcə küçəyə çıxıb
əlini qaldırsın və maşınlar dayanacaq, amma o, özünə əmin deyil.
O, səkinin kənarında dayanır, fitini zəif çalır və yanına yaxınlaşan
maşına yavaşca əllini yelləyir. Maşın sadəcə yanından şütüyür.
Onun səlahiyyəti özünə inamın çatışmazlığından zəifləyir.
İndi təcrübəli polisin eyni işi etdiyini təsəvvür edin. O, vəziyyətə
görə qərara gəlir, diqqətlə, amma arxayıncasına küçəyə çıxır, öz
84
Buxovları qıran
fitini çalır və əlini uzadır — maşınlar dayanır. Onun ağlında həmin
yol kəsişməsində nəqliyyatın nəzarətçisi olduğuna şübhə yoxdur,
çünki nəqliyyatı istiqamətləndirmək üçün onun səlahiyyəti var.
Ruhani aləmdə, əgər qaranlıq padşahlığı üzərində sizdə Məsihin
səlahiyyətinin olduğuna inanmasanız, siz onu, çox güman ki,
tətbiq edə bilməyəcəksiniz. Artıq biz şeytana yol vermədən in-
sanlara necə kömək etmək barəsində öyrənmişik. Bundan son-
rakı fəsillərdə bunu izah edəcəyəm. Bir neçə il bundan əvvəl
fikrini toplamaqda çətinlik çəkən bir cavan qadına kömək edirdim.
Qəfildən onun üzünün ifadəsi dəyişdi və başqa bir səs dedi: «Rədd
ol, sən kimsən axı?» Mən sakitcə dedim: «Mən Allahın övladıyam
və sənin danışmağa səlahiyyətin yoxdur.» Dərhal cavan qadın
normal ağlına qayıtdı və biz əvvəlki söhbətə qayıtdıq. Sizin kim
olduğunuzu bilməyə dəyər!
2. Təvazökarlıq. Təvazökarlıq düzgün olana etibar etməkdir.
Təvazökarlıq özünü alçaltma kimidir, bu, Məsih üçün böyük
idarəçilik altında olan böyük qüvvə idi. Öz səlahiyyətimizi tətbiq
edərkən təvazökarlıq özümüzə deyil, səlahiyyətimizin mənbəyi olan
Məsihə etibar etməkdir. Paul kimi biz «Məsih İsa ilə fəxr edirik
və cismani şeylərə güvənmirik» (Filip. 3:3). İsa Öz səlahiyyətini
tətbiq etməkdən geri çəkilməyib, amma O, böyük təvazökarlıq
göstərdi, çünki yalnız Atasının ona tapşırdığı şeyləri etdi.
Qürur deyir: «Mən tək başına şeytana qarşı durdum.» Yan-
lış təvazökarlıq deyir: «Allah şeytana qarşı durdu; mən heç nə
etmədim.» Təvazökarlıq isə deyir: «Mən Allahın lütfü ilə şeyta-
na qarşı durmaq məsuliyyətimi üzərimə götürdüm.» Məsihdən
kənarda biz heç nə edə bilmərik (Yəhya 15:5), amma bu, o demək
deyil ki, biz nəsə bir şey etməməliyik. Biz təvazökarlıqla Onun
səlahiyyətini – Onun qüvvəsində və Onun adında tətbiq edirik.
3. Cəsarət. Cəsarətli və möhkəm olmaq Ruhla dolmuş məsihçinin
nişanıdır. Yeşuaya dörd dəfə cəsarətli və möhkəm olmaq deyilib
(Yeşua 1:6, 7, 9, 18). «Şər insan onu qovan yox ikən qaçar, sa-
leh aslan kimi mərd dayanar» (Sül. Məs. 28:1). Erkən məbəd
Üsyançı hökmdar ilə üzləşmək
Dostları ilə paylaş: |