Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   2   3   4   5   6   7   8   9   ...   23

38
Buxovları qıran
itirəcəksiniz. Ən yaxşı halda siz yalnız bir neçə il bu müvəqqəti 
dəyərləri olan şeyləri əldə edə bilərsiniz, sonra əbədiyyətə görə 
hər  bir  şeyi  itirəcəksiniz.  Bundan  əlavə,  bu  dünyəvi  sərvətlərə 
malik olmaq üçün göstərdiyiniz hər bir səyə görə Məsihdə sizin 
ola  biləcək  bütün  şeyləri  əldə  etmək  imkanını  itirəcəksiniz.  Siz 
bu dünyanı nişana alsanız, yalnız onu əldə edəcəksiniz və axırda 
hətta onu da itirəcəksiniz. Amma növbəti dünyanı nişan alsanız, 
Allah  Onu  tanımağın  dəyərlərini  sizə  indi  verəcək.  Paul  bunu 
başqa cür deyirdi: «Bədən məşqinin az faydası olur, möminlik isə 
hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat 
vədi var» (1 Tim. 4:8).
Həyatın məmnunluğunu əldə etmək üçün başqa  
şeylərdən məmnunluğu qurban verin 
Həyatınızda Ruhun səmərəsini nə ilə dəyişdirərdiniz? Məhəbbət, 
sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə 
hakim  olmağı  hansı  maddi  əmlaka,  hansı  miqdarda  pula,  hansı 
vəzifəyə  və  ya  rütbəyə  dəyişərdiniz?  Dünyəvi  nüfuzun  və  var-
dövlətin sizə məhəbbət, sevinc, sülh və digərlərini verə biləcəyini 
düşünmək bu dünyanın yalanına inanmaqdır. Nədənsə biz Allahın 
övladı  kimi  xeyir-dualı  olmaqdansa,  heyvanlar  kimi  şad  olmaq 
istəyirik.  Ruhun  səmərəsi  yalnız  biz  Məsihdə  olarkən  mümkün 
olur. 
İsa bu böyük qarşıdurmanı iki yaxın dostu, Marta və Məryəmlə 
müzakirə etdi (Luka 10:38-42). Marta «çox şeyin qayğısını çəkib 
təlaşa  düşürdü»  (41-ci  ayə)  və  fikrini  yemək  hazırlamağa  və 
xidmətə cəmləmişdi, amma Məryəm öz diqqətini İsaya və Onun 
sözlərinə yönəltmişdi. Marta başqa şeyləri sevməyə və insanları 
istifadə etməyə meyl edirdi, amma İsa bildirdi ki, Məryəm insan-
ları sevməklə və başqa şeyləri istifadə etməklə «yaxşısını seçdi» 
(42-ci ayə). Biz Allahı və başqalarını sevməyi öyrənəndə cismani 
təbiətimiz üzərində qələbənin dərəcəsini qazanırıq. 

Dünyada öz yolunuzu tapmaq
39
Əbədini əldə etmək üçün müvəqqətini qurban verin 
Ola bilsin ki, ruhani yetkinliyin ən böyük əlaməti mükafatları 
təxirə salmağı bacarmaqdır. İbranilərə 11:24-26-da deyilir: «Musa 
böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə 
imtina etdi. Günahdan müvəqqəti zövq almaqdansa, Allahın xal-
qı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi 
təhqiri  Misir  xəzinələrindən  daha  böyük  var-dövlət  saydı,  çün-
ki  alacağı  mükafata  gözünü  dikmişdi.»  Bu  dünyada  əvvəl-axır 
itirəcəyimiz  nəyisə  əldə  etməkdənsə,  Allahın  övladı  olduğumu-
zu  bilmək  qat-qat  yaxşıdır.  Hətta  bu  həyatda  Məsihin  ardınca 
getmək çətinliklərlə nəticələnsə də, O, əbədiyyətdə bunları yoluna 
qoyacaq.
Şeytanın başlıca yalanı sizin öz həyatınızın allahı olmağı bacar-
mağınızdır – və başlıca əsarəti onun yalanında sanki həqiqət kimi 
yaşamağa səy göstərməkdir. Şeytan sizin həyatınızda Allahın ye-
rini işğal etməyə çalışır. Hər şirnikləndirmə sizin Allahdan kənar 
müstəqil həyat yaşamağınız üçün onun tərəfindən edilən cəhddir. 
Nə vaxt siz Məsihə deyil, özünüzə diqqəti cəmləyirsinizsə, yaxud 
maddi və müvəqqəti dəyərləri ruhani və əbədi dəyərlərdən üstün 
tutursunuzsa, onda şirnikləndirici varlıq uğur qazanmış olur. Bu 
günaha batmış dünyanın istəyi budur ki, Rəbb kimi Özünə məxsus 
yerini tutmaqda Allaha imkan verməyərək xudbinliyi hədsiz artır-
sın. Şeytan bundan artıq həzz ala bilməz – bu, onun başlanğıcdan 
bəri planı olub. 

3
Sizin azad olmaq  
hüququnuz var
Lidiya  bəxti  gətirməyən  orta  yaşlı  bir  qadın  idi.  Uşaq  ikən 
əzab çəkdiyi dini və seksual zorakılığın xatirələri bütün məsihçi 
həyatında fasiləsiz olaraq onu incidirdi. O, mənimlə görüşə gələndə 
onun zədələnmiş mənliyi bərpaolunmaz görünürdü. Mənə başına 
gələn əhvalatları danışarkən Lidiya bir az emosiyalara qapılırdı, 
amma onun sözləri bütünlüklə kədəri əks etdirirdi. 
«Lidiya, səncə, sən kimsən? Mən demək istəyirəm ki, özünü 
necə qəbul edirsən?» — deyə, soruşdum.
«Məncə,  pis  adamam»  —  deyə,  o,  quru  tərzdə  cavab  verdi. 
«Mənim heç kimə xeyrim dəymir. İnsanlar mənə pis olduğumu 
deyir və mən hər nə edirəmsə, əngəl yaradır.»
«Allahın bir övladı kimi sən pis deyilsən. Ola bilsin ki, pis işlər 
görmüsən, amma sənin varlığının özəyində düzgün olanı etmək 
arzusu var, yoxsa sən burada olmazdın» – deyə, mən söylədim. 
Mən ona Məsihdə kim olduğunu göstərən aşağıdakı ayələrin si-
yahısını verdim: 
Məsihdə
Mən qəbul edilmişəm:
• Yəhya 1:12  . . . . . . . . . .  Mən Allahın övladıyam
• Yəhya 15:15  . . . . . . . . .  Mən Məsihin dostuyam
• Rom. 5:1 . . . . . . . . . . . .  Mən saleh sayılmışam
• 1 Kor. 6:17  . . . . . . . . . .  Mən Rəblə birləşmişəm və 
ruhən bir olmuşam.

Sizin azad olmaq hüququnuz var 
41
• 1 Kor. 6:20  . . . . . . . . . .  Mən baha qiymətə satın 
alınmışam – Mən Allaha 
məxsusam.
• 1 Kor. 12:27. . . . . . . . . .  Mən Məsihin bədəninin 
üzvüyəm.
• Efes. 1:1 . . . . . . . . . . . .  Mən müqəddəsəm.
• Efes. 1:5 . . . . . . . . . . . .  Mən Allahın balası kimi övlad-
lığa götürülmüşəm. 
• Efes. 2:18  . . . . . . . . . . .  Mənim Ruh vasitəsilə Allaha 
birbaşa çıxışım var. 
• Kolos. 1:14  . . . . . . . . . .  Mən azad olmuşam və bütün 
günahlarım bağışlanıb. 
• Kolos. 2:10  . . . . . . . . . .  Mən Məsihdə tamamlanmışam. 
Mən təhlükədən uzağam:
• Rom. 8:1, 2 . . . . . . . . . .  Mən məhkumiyyətdən azadam. 
• Rom. 8:28 . . . . . . . . . . .  Mən əminəm ki, hər şey 
birlikdə xeyrimə işləyir. 
• Rom. 8:31-34 . . . . . . . . .  Məni mühakimə edən hər bir 
ittihamdan azadam. 
• Rom. 8:35-39 . . . . . . . . .  Məni Allahın məhəbbətindən 
heç nə ayıra bilməz. 
• 2 Kor. 1:21, 22. . . . . . . .  Mən Allah tərəfindən möhkəm 
bağlanmışam, məsh edilmişəm 
və möhürlənmişəm. 
• Kolos. 3:3  . . . . . . . . . . .  Mənim həyatım Məsihlə 
birlikdə Allahda saxlanılıb. 
• Filip. 1:6 . . . . . . . . . . . .  Mən əminəm ki, məndə xeyirli 
işə başlayan Allah bunu başa 
çatdıracaq.
• Filip 3:20. . . . . . . . . . . .  Mən səma vətəndaşıyam. 
• 2 Tim. 1:7 . . . . . . . . . . .  Mənə qorxaqlıq ruhu deyil, 
güc, məhəbbət və ağıllı-kamallı 
olmaq ruhu verilmişdir. 
• İbr. 4:16  . . . . . . . . . . . .  Mən ehtiyac vaxtında lütf və 

42
Buxovları qıran
mərhəmət tapa bilərəm.
• 1 Yəhya 5:18 . . . . . . . . .  Mən Allahdan doğulmuşam və 
şər olan mənə toxuna bilməz.
Mən əhəmiyyətliyəm: 
• Matta 5:13  . . . . . . . . . .  Mən dünyanın duzuyam və nu-
ruyam. 
• Yəhya 15:1, 5  . . . . . . . .  Mən həqiqi Meynənin budağı-
yam və Onun həyatı 
məndən axır. 
• Yəhya 15:16  . . . . . . . . .  Mən bəhrə gətirmək üçün seçi-
lib təyin edilmişəm.
• Həv. İş. 1:8 . . . . . . . . . .  Mən Məsihin şəxsi şahidiyəm. 
• 1 Kor. 3:16  . . . . . . . . . .  Mən Allahın məbədiyəm. 
• 2 Kor. 5:17-20  . . . . . . . .  Mən barışdırma xidmətçisiyəm. 
• 2 Kor. 6:1  . . . . . . . . . . .  Mən Allahla birgə işləyirəm. 
• Efes. 2:6 . . . . . . . . . . . .  Mən səmada Məsihlə birgə 
oturmuşam. 
• Efes. 2:10  . . . . . . . . . . .  Mən Allahın əsəriyəm. 
• Efes. 3:12  . . . . . . . . . . .  Mən Allaha cəsarət və etibarla 
yaxınlaşa bilirəm. 
• Filip. 4:13  . . . . . . . . . . .  Mənə qüvvət verən Məsihin 
köməyi ilə hər işə  gücüm çatır. 
«İndi ucadan bu ayələri oxumaq istərdinmi?»- deyə, soruşdum. 
Lidiya siyahını götürdü və birinci ayəni ucada oxumağa başladı: 
«Mən A-A-Allahın öv-öv…». Birdən onun bütün davranışı dəyişdi 
və istehza ilə gülərək: «Yox, oxumayacağam, sən k…. oğlusan!» 
— dedi. 
Şər olanın öz eybəcər hüzurunu aşkar etməsi üçün Lidiya kimi 
insanı istifadə etdiyini görmək heç vaxt xoş deyil. Mən sakitcə 
Məsihin səlahiyyətindən istifadə etdim və Lidiyanı Məsihdə Azad-
lıq  Addımları  ilə  apardım.  O,  Məsihdə  həqiqətən  kim  olduğu 
barəsində yeni baxış əldə edə bildi. O, sadəcə keçmişin məhsulu 
deyil,  Məsihdə  yeni  yaradılış  olduğunu  bildikdən  sonra  ruhani 

Sizin azad olmaq hüququnuz var 
43
əsarətin zəncirlərini qıra bildi və həqiqətən kim olduğuna, Allahın 
övladı olduğuna əsasən yaşamağa başlaya bildi. 
Sonralar o, mənə dedi  ki, mənim verdiyim siyahını oxumağa 
başlayanda  vərəq  ona  sanki  boş  görünmüşdü.  Vərəqin  özündə, 
yoxsa onda yazılan ayələrdə nəsə xüsusi bir şey var idi? Yox, bu 
yalnız vərəqdə mürəkkəb idi. Amma Lidiyanın Məsihdə kimliyini 
tanıması həddən artıq əhəmiyyətli bir şey idi. Şeytan onu dəyərsiz 
və pis olduğuna inandıraraq aldatmışdı, bu isə yalan idi. Şeytan 
onun həqiqəti — Məsihdə kimliyini tanımasını istəmirdi, eləcə də 
istəmirdi ki, İsanın həyat, kimlik, özünü qəbul etmə, əminlik və 
əhəmiyyət üçün onun ehtiyaclarını ödəyə bildiyini dərk etsin. O 
bilirdi ki, işıq qaranlığı qovduğu kimi, Allahın həqiqəti də onun 
yalanını tərkisilah edəcək. Və o, döyüşsüz təslim olmaq istəmirdi. 
S
iz Allahın övladısınız
Şeytanın buxovlarından azadlığınıza görə Allahın Məsihdə sizin 
üçün  etdiyini  və  Onun  övladı  tək  kim  olduğunuzu  anlamaqdan 
və  təsdiq  etməkdən  başqa  heç  nə  əsas  deyil.  Həyatınızda  olan 
müxtəlif vəziyyətlərdə sizin baxışlarınıza, hərəkətlərinizə, cavab-
larınıza  və  reaksiyalarınıza  özünüz  barəsində  inandığınız  şeylər 
çox  böyük  təsir  edir.  Əgər  siz  özünüzü  şeytanın  və  hiylələrinin 
aciz qurbanı kimi görürsünüzsə, onda yəqin ki, belə də yaşaya-
caqsınız və onun yalanlarının əsarətində olacaqsınız. Amma özü-
nüzü Allahın əziz və qəbul edilmiş balası kimi görürsünüzsə, onda 
sizin belə yaşamaq üçün daha yaxşı imkanınız olacaq. Məncə, 1 
Yəhya 3:1-3-də Yəhya eyni fikri söyləyir: «Görün Ata bizə necə 
məhəbbət  göstərib  ki,  biz  Allahın  övladları  adlanırıq!  Doğrudan 
da, beləyik!…Ey sevimlilər, indi biz Allahın övladlarıyıq…Ona bu 
cür ümid bağlayan hər kəs Onun pak olduğu kimi özünü pak edir.»
Mənim rastlaşdığım məğlub olmuş hər bir məsihçidə ümumi bir 
şey var idi. Onların heç biri Məsihdə kim olduqlarını bilmirdilər və 
Allahın övladı olmağın mənasını başa düşmürdülər. Kəlam çox ay-
dındır. «Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə 

44
Buxovları qıran
Allahın övladları olmaq ixtiyarını verdi» (Yəhya 1:12). «Elə Ruh 
Özü  bizim  ruhumuzla  birgə  şəhadət  edir  ki,  biz  Allahın  övlad-
larıyıq.  Əgər  Onun  övladlarıyıqsa,  deməli,  həm  də  varisləriyik… 
Allahın varisləri və Məsihin irs şəriki oluruq» (Rom. 8:16, 17).
Bu  fəsildə  mən  Məsihdə  kimliyimizin  və  mövqeyimizin  va-
cib aspektlərinin üzərində dayanmaq istəyirəm. Sizlərdən çoxu-
nuz  burada  yekunlaşan  Müqəddəs  Kitaba  aid  həqiqətləri  artıq 
mənimsəmisiniz, amma başqaları bu bölmənin doktrina tərkibinə 
görə onu çətin başa düşülən hesab edə bilər. Amma mən sizdən 
xahiş  edirəm  ki,  daha  praktiki  fəsillərə  keçmək  üçün  bu  fəslin 
üstündən  keçməyin.  Allahın  övladı  kimi  ruhani  münaqişədən 
azadlığınız üçün bu anlayışlar əsasdır. Məsihdə kimliyiniz və yet-
kinliyiniz məsələsi o qədər həyatidir ki, mən bu kitabla bərabər 
«Qaranlıq  üzərində  qələbə»  (Regal  Books)  kitabını  oxumağı 
yenə də tövsiyə edirəm. (Müqəddəsləşmə barəsində dərin teoloji 
təlim üçün bir az əvvəl xatırlatdığım «God’s power at Work in 
You» – «Allahın gücü sizdə iş görür» kitabına baxın.) 
S
izin ruhunuz sağdır və ona görə də əbədi yaşayırsınız 
Bəşəriyyətin əsas təbiəti iki vacib hissədən ibarətdir: sizin mad-
di varlığınız və maddi olmayan varlığınız, yaxud zahiri və daxili 
insan (2 Kor. 4:16). Maddi varlığınız sizin fiziki bədəninizdir və 
maddi olmayan canınız/ruhunuzdur. Allahın surətində yarandığı-
mıza görə bizim düşünmək, hiss etmək və seçmək qabiliyyətimiz 
var  (ağlımız,  emosiyalarımız  və  iradəmiz  çox  vaxt  birlikdə  can 
adlanır)  və  (əgər  ruhən  sağıqsa)  Allahla  ünsiyyətdə  olmaq 
qabiliyyətimiz də var. Bir məsihçi kimi İsanı qəbul edəndə sizin 
canınız/ruhunuz Allahla bir vəhdətdə olur və bu, sizi ruhən sağ 
edir.  Bədəniniz  canınızla/ruhunuzla  vəhdətdə  olanda  siz  fiziki 
olaraq sağ olursunuz (Qeyd: mən «can/ruh» terminindən istifadə 
edirəm,  çünki  teoloqlar  insan  canının  ruhdan  ayrı  olması  və  ya 
əsasən  eyni  olması  fikri  ilə  tam  razılaşmırlar.  Birini  o  birindən 
fərqləndirməyə çalışmaq müzakirəmiz üçün vacib deyil.). 

Sizin azad olmaq hüququnuz var 
45
Allah  Adəmi  yaradanda  o  həm  fiziki,  həm  də  ruhən  sağ  idi. 
Adəmin  günahına  və  nəticədə  ruhən  ölümünə  görə  bu  dünyaya 
gələn  hər  bir  kəs  fiziki  sağ,  ruhən  ölü  doğulur  (Efes  2:1).  Siz 
yenidən doğulanda canınız/ruhunuz Allah ilə birləşdi və siz ruhən 
sağ oldunuz. Siz artıq «Adəmdə» deyilsiniz – siz «Məsihdəsiniz». 
Məsihin  içinizdə  olduğunu  söyləyən  hər  bir  ayə  üçün  sizin 
«Məsihdə»  və  ya  «Onda»  olduğunu  deyən  on  ayə  var.  Məsihin 
həyatı əbədi olduğu üçün indi Məsihdə sizin ruhani həyatınız da 
əbədidir. Əbədi həyat siz fiziki öləndə əldə etdiyiniz bir şey deyil; 
bu, siz yenidən doğulan kimi əldə etdiyiniz bir şeydir! «Oğula ma-
lik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin 
isə həyatı yoxdur» (1 Yəhya 5:12).
Şeytanın  sizi  inandırmaq  istədiyinə  əks  olaraq,  o,  heç  vaxt 
əbədi həyatınızı oğurlaya bilməz, çünki sizi heç vaxt atmayacağını 
və tərk etməyəcəyini vəd edən İsanı (İbr. 13:5) sizdən ala bilməz. 
Siz  əzab  verən  ruhlardan  azad  olmaq  üçün  fiziki  olaraq  ölməli 
deyilsiniz.  Bir  çox  insanlar  bunun  üçün  fiziki  ölməli  olduqlarını 
düşünərək yalana inanırlar. Siz Allaha təslim ola və iblisə qarşı 
dura bilərsiniz və o, sizdən qaçacaq (Yaqub 4:7). 
S
iz Məsihdə yeni yaradılışsınız 
Əgər  siz  Məsihdə  kimliyinizi  və  mövqeyinizi  tamlığı  ilə  başa 
düşmürsünüzsə,  siz  özünüzlə  qeyri-məsihçilər  arasında  kiçik 
fərqin olduğunu güman edəcəksiniz. İttihamçı, yəni şeytan həmin 
imkandan istifadə edəcək, təqsirləri yağdıracaq və xilasınız barədə 
şübhələr gətirəcək. Məğlub olmuş məsihçi kimi günahınızı etiraf 
edəcəksiniz və yaxşı olmağa çalışacaqsınız, amma daxilən: «Mən 
İsa  gələndə  göylərə  qalxanadək  gözləyən,  sadəcə  lütf  ilə  xilas 
olmuş günahkaram. Xilas zamanı yeganə baş vermiş şey günah-
larımın bağışlanmasıdır. Mən hələ də əvvəlki insanam» — deyə, 
fikirləşəcəksiniz. 
Bu  fikir  Paulun  sizin  Məsihə  gəlməzdən  əvvəl  kim  olduğu-
nuzu təsvir etməsinə uyğunlaşır: «Siz bir zamanlar təqsirləriniz 

46
Buxovları qıran
və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və 
havada  olan  hakimiyyətinə…uyaraq  bu  günahların  içində  həyat 
sürürdünüz…təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar 
idik» (Efes. 2:1-3). Siz təbiətcə Allahın qəzəbinə düçar olmusu-
nuz, amma indi «ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan 
qaçıb ilahi təbiətə şərik olasınız» (2 Peter 1:4). 
Allahın yenidən doğulmuş övladı kimi siz artıq «cismani təbiətə 
görə yaşamırsınız»; siz indi «Məsihdəsiniz». Siz günahkar idiniz, 
amma  indi  Müqəddəs  Kitaba  əsasən  müqəddəssiniz.  Sizin  təbii 
və məhdud başlanğıcınız var idi, amma indi Məsihlə əbədi olaraq 
birləşmisiniz. Paul deyirdi: «Siz də bir zamanlar zülmət, indi isə 
Rəbdə  nursunuz.  Ona  görə  də  nur  övladları  kimi  həyat  sürün» 
(Efes. 5:8); «Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır» (2 Kor. 
5:17). Şeytanın ittihamlarının qarşısında biz Məsihdə əbədi olaraq 
fərqli  olmağımızın  həqiqətinə  inanmalıyıq  və  ona  uyğun  şəkildə 
yaşamalıyıq. 
Əhdi-Cədid  sizin  Məsihi  qəbul  etməzdən  əvvəl  olduğu-
nuz  insanı  köhnə  mənlik  adlandırır.  Siz  xilas  olanda  Allahdan 
kənar  müstəqil  yaşamaq  istəyən  və  bu  səbəbdən  də  günahla 
səciyyələnən köhnə mənliyiniz öldü (Rom. 6:6); və sizin Məsihlə 
birləşmiş yeni mənliyiniz doğuldu (Qalat. 2:20). Ruhən sağ ol-
maq  o  deməkdir  ki,  sizin  canınız  Allah  ilə  vəhdətdədir  və  siz 
Onunla birləşmisiniz: 
Rom. 6:3; . . . . . . . . . . . . Onun ölümündə
Qalat. 2.20; 
Kolos. 3:1-3
Rom. 6:4. . . . . . . . . . . . . Onun dəfnində
Rom. 6:5, 8, 11 . . . . . . . . Onun dirilməsində
Efes. 2:6 . . . . . . . . . . . . . Onun göylərə qalxmasında
Rom. 5:10, 11 . . . . . . . . . Onun həyatında 
Efes. 1:19, 20  . . . . . . . . . Onun qüdrətində
Rom. 8:16, 17;. . . . . . . . . Onun irsində
Efes. 1:11, 12

Sizin azad olmaq hüququnuz var 
47
Sizin köhnə mənliyiniz ölməli idi ki, ona üstün gələn günahla 
ünsiyyəti qırılsın. Müqəddəs və ya Allahın övladı olmaq sizin gü-
nahsız olduğunuzu demir (1 Yəhya 1:8). Amma köhnə mənliyinizin 
Məsihlə çarmıxa çəkildiyinə və basdırıldığına görə siz artıq günah 
etməyə bilərsiniz (1 Yəhya 2:1). Siz yalana inanmağı və Allahdan 
kənar müstəqil hərəkət etməyi seçəndə günah edirsiniz. 
S
iz günah və ölümün üzərində qələbə çala bilərsiniz 
Ölüm  mövcudluğun  deyil,  ünsiyyətin  sonudur.  Günah  hələ 
də sağdır, güclüdür və cəlbedicidir, amma onun üzərinizdə gücü 
və  səlahiyyəti  itib.  «Deməli,  indi  Məsih  İsada  olanlara  heç  bir 
məhkumluq yoxdur. Çünki həyat verən Ruhun qanunu səni gü-
nah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi» (Rom. 
8:1,  2  vurğular  əlavə  edilib).  Günahın  və  ölümün  qanunu  hələ 
də qüvvədədir, ona görə də Paul «qanun» sözündən istifadə edib. 
Siz qanunu ləğv edə bilməzsiniz, amma ona daha böyük qanunla, 
«Məsih vasitəsilə azad edən, həyat verən Ruhun qanunu» ilə qalib 
gələ bilərsiniz. 
Bundan əlavə, xilasdan sonra cismani təbiət hələ də mövcud-
dur. Sizin hələ də öz maraqlarınıza diqqət yetirməyə sürükləyən 
öyrəndiyiniz düşünmə tərzləriniz və beyninizdə kök salmış əvvəlki 
şərti  refleksləriniz  var.  Amma  siz  artıq  köhnə  mənliyiniz  kimi 
cismani təbiətin hökmündə deyilsiniz; siz indi Məsihdəsiniz. La-
kin siz hələ də Allahdan kənar müstəqil hərəkət etməyə öyrəşən 
köhnə istəklərə uyğun olaraq cismani təbiətə görə yaşamağı seçə 
bilərsiniz (Rom. 8:12, 13). 
Paul Rom. 6:1-11-də öyrədir ki, Rəbb İsa Məsihin günaha olan 
münasibəti  bizim  üçün  də  eynidir,  çünki  biz  «Məsihdəyik».  Ata 
Allah «Günahla əlaqəsi olmayan Məsihi… bizim uğrumuzda günah 
qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq» (2 Kor. 
5:21, vurğu əlavə edilib). O, çarmıxda öləndə bizim günahlarımız 
Onun üzərinə qoyuldu. Lakin O, qəbirdən diriləndə Onun üzərində 
heç bir günah yox idi. O, Atasının yanına qalxanda Onun üzərində 

48
Buxovları qıran
heç bir günah yox idi. Bu gün də O, Atanın sağ tərəfində oturan-
da Onda heç bir günah yoxdur. Biz də Məsihlə birlikdə dirildilib 
səmada onunla oturduğumuza görə günaha münasibətdə ölmüşük. 
Biz Müqəddəs Kitabda vəd taparkən yeganə düzgün cavab onu 
mənimsəməkdir. Biz Kəlamda əmr taparkən ona itaət etməliyik. 
Amma Kəlam artıq bizim kim olmağımız və Məsihin artıq etdiyi 
iş haqqında həqiqəti deyəndə, yeganə düzgün cavab ona inanmaq-
dır. Mən bunu vurğulayıram, çünki Rom. 6:1-10-da ayələr itaət 
edilməli olan əmrlər deyil; onlar inanmalı olduğumuz həqiqətdir. 
Məsih artıq günahın müqabilində öldü və Onda olduğunuza görə 
siz də günaha münasibətdə öldünüz. Məsihin artıq sizin üçün etdi-
yini özünüz üçün edə bilməzsiniz. Rom. 6:1-11-də keçmiş zaman-
dan  istifadə  olunduğuna  diqqət  yetirin  (kursivlə  verilmiş  vurğu 
əlavə edilib): «Biz günaha münasibətdə ölmüşük» (2-ci ayə); «Biz 
hamımız  Məsih  İsa  ilə  birləşmək  üçün  vəftiz  olunarkən  həmin 
vəftizlə  Onun  ölümü  ilə  birləşdik»  (3-cü  ayə);  «Biz  də  Onunla 
birgə dəfn olunduq» (4-cü ayə); «Günahlı bədənin aradan qaldı-
rılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz 
Onunla birlikdə çarmıxa çəkildi» (6-cı ayə); «Çünki ölmüş adam 
günahdan azad olub» (7-ci ayə); «Əgər Məsihlə ölmüşüksə, Onun-
la yaşayacağımıza da inanırıq» (8-ci ayə). Bu ayələrdə feillər bi-
zim haqqımızda artıq həqiqət olanı bildirərək keçmiş zamandadır. 
Bizim yeganə cavabımız onlara inanmaqdır. 
11-ci ayə günaha münasibətimiz və Məsihdə mövqeyimiz haq-
qında  nəyə  inanmalı  olduğumuzu  bizə  söyləyir:  «Beləcə,  siz  də 
özünüzü  Məsih  İsada  olaraq  günaha  münasibətdə  ölü,  Allaha 
münasibətdə isə diri sayın.» Paul feilin əmr formasından istifadə 
edir, çünki biz daim bu həqiqətə inanmalıyıq. İnanmaq onu həqiqi 
etmir. Biz ona inansaq da, inanmasaq da o, həqiqət olaraq qalır. 
Siz günaha münasibətdə ölü olduğunuzu hiss etməyə bilərsiniz, 
amma siz bunu belə saymalısınız, çünki bu, belədir. Bu ayəyə 
səhv  cavab  belə  verilir:  «Bunun  həqiqi  olması  üçün  mənim  nə 
cür təcrübəm olmalıdır?» Yeganə zəruri təcrübə Məsihin çarmıxda 
təcrübəsidir,  bu,  artıq  baş  verib;  və  bu  həqiqəti  mənimsəməyin 
bircə  yolu  ona  inanmaqdır.  Buna  oxşar  tərzdə  bəzi  məsihçilər 

Sizin azad olmaq hüququnuz var 
49
köhnə mənliyi öldürməyə çalışırlar və edə bilmirlər. Niyə? Çünki 
köhnə mənlik çarmıxa çəkilib və ona görə də artıq ölüdür.
Biz təcrübələrimizlə heç nəyi həqiqətə çevirmirik. Biz Allahın 
dediklərinin həqiqət olduğuna inanmağı seçirik, sonra imana uy-
ğun  yaşayırıq;  və  bizim  təcrübəmizdə  həqiqət  üzə  çıxır.  Bizim 
etdiyimiz  əməllər  kimliyimizi  təyin  etmir.  Bizim  kimliyimiz  nə 
etməli olduğumuzu təyin edir. Mən Allahın bir gün məni qəbul 
edəcəyi  ümidi  ilə  meynə  bağında  işləmirəm.  Allah  artıq  məni 
qəbul edib və buna görə də mən meynə bağında çalışıram. Mən 
Allahın bir gün məni sevəcəyi ümidi ilə iş görmürəm. Allah məni 
sevir və buna görə də gördüyüm işi mən edirəm. 
Məsihdə olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə 
diri olduğunuza görə biz bir imanlı kimi günah ilə necə əlaqə sax-
laya bilərik və ya ünsiyyətdə ola bilərik? Paul Rom. 6:12, 13-də ca-
vab verir: «Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə 
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. 
Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim 
etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, 
bədəninizin  üzvlərini  də  salehlik  aləti  olmaq  üçün  yenə  Allaha 
təslim edin.» Günah onun hakimiyyəti altında olanlardan xidmət 
tələb  edən  güclü  hökmdardır.  Siz  günaha  münasibətdə  ölmüsü-
nüz, amma siz bədəninizi günahın ixtiyarına verəndə hələ də ona 
xidmət etmək bacarığınız olur. Öz bədəninizin ya günah, ya da 
salehlik üçün istifadə edilməsinə icazə verməyi seçmək sizin öz 
əlinizdədir. Bütün günahların kökündə olan şeytan neytral qalmaq 
istəyən hər bir kəsdən sui-istifadə edəcək.
Məsələn,  fərz  edək  ki,  sizin  pastorunuz  kasıblara  yemək 
səbətlərini paylamaq üçün, oğru isə bankı yarmaq üçün maşını-
nızdan  istifadə  etmək  istəyir.  Bu,  sizin  maşınınızdır  və  siz  onu 
necə  istəyirsinizsə,  istər  yaxşı,  istərsə  də  pis  məqsədlə  istifadə 
edilməsinə  yol  verə  bilərsiniz.  Hansını  seçərdiniz?  Buna  şübhə 
edilməməlidir. 
Eləcə  də  ya  Allaha,  ya  da  günaha  və  şeytana  xidmət  etmək 
üçün  istifadə  olunmaqda  bədəniniz  sizindir,  amma  seçim  sizin 
əlinizdədir. Buna görə də Paul inadla yazır: «Beləliklə, ey qardaş-

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin