159
Mən bu sözləri Canellaya söyləyən kimi o, qəfildən donub qaldı.
O, daş kimi sakit qalmışdı, gözlərini bir nöqtəyə zilləyərək, şüşə
kimi donuq baxışlarla baxırdı.
«Onun belə hərəkət etdiyini heç görmüsünüzmü?» — deyə,
mən onun pastorundan və nişanlısından soruşdum.
«Xeyr» — deyə, onlar gözləri bərələ qalaraq cavab verdilər.
Onlar həddindən artıq qorxmuşdular.
«Düzü, burada narahatçılığa əsas yoxdur. Mən əvvəllər belə şey
görmüşəm» — dedim. «Biz onun üzərində səlahiyyəti üzərimizə
götürəcəyik, amma sizin hər ikinizin Allah ilə düzgün mövqedə
dayanmağınızı təsdiqləmək çox vacibdir.»
Mən pastora duanın sözlərini söylədim ki, o, təkrar etsin. Kör-
tün də bu duanı etməsi üçün ona tərəf çevriləndə o, əsməyə baş-
ladı.
«Kört, səninlə Allah arasında düzgün olmayan nəsə varmı?» —
deyə, mən soruşdum. «Mən həmin məsələni indi həll etməyi sənə
məsləhət görürəm.»
O, dərhal Canella ilə birlikdə yatdığını söyləyərək həyatında
olan günahı etiraf etməyə başladı. Mənim məsləhətimə cavab ola-
raq Kört bu işlə bir daha məşğul olmamağa qərar verdi. Bütün bu
vaxt ərzində Canella hərəkətsiz oturmuşdu.
Biz Körtün Allahla düzgün ünsiyyəti üçün birlikdə dua edib qur-
tardıqdan sonra mən ona üzərində dua yazılmış bir vərəq uzatdım.
Kört duanı vərəqdən oxumağa başlayan kimi Canella hədələyici
səslə bağırdı, sonra cumaraq Körtün əlindən vərəqi alıb hiddətlə
yerə çırpdı. Şeytan bizi qorxutmaq üçün onun qəfilliyindən
istifadə etməyə çalışdı və bir anlıq bizi diksindirdi. Bu, sadəcə,
diksindirmək üçün taktika idi. Əgər biz şeytandan çox qorxsaydıq,
onda şeytanı Allahdan yuxarı mövqeyə qaldırardıq. Biz şər olanın
Rəbb İsa Məsihin adı ilə bağlanması üçün Allahın səlahiyyətini
tətbiq etdik və duada razılığa gəldik.
Mən şeytanın cəhdinin Allahın səlahiyyəti ilə qarşılaşdığı vaxt
nə baş verdiyini skeptiklərə göstərmək üçün Canella ilə olan gö-
rüşümü, kaş ki, kasetə yazardım. Sanki Canella kəməndlə tutu-
lub stula bağlanmışdı. O, yerində qıvrılaraq Allahın səlahiyyətinin
160
Buxovları qıran
kəndirləri ilə stula bağlanmışdı. Onun gözləri Körtə qarşı nifrət
alovu saçırdı, bu, onu idarə edən şeytani qüvvənin daha bir əlaməti
idi. Canella Körtə nifrət etmirdi; o, onu sevirdi. Onlar evlənməyə
hazırlaşırdılar. Lakin şeytan Körtdə və Canellada olan istehkam-
larının dağılmasına görə hirslənmişdi və onun nifrəti Canellanın
üzünün ifadəsində əks olunurdu.
Canella öz stulunda qıvrılmaqda ikən Kört duanı oxuyub qur-
tardı. Sonra mən dua etdim: «Rəbbim, biz Məsihdən kənarda heç
bir şey edə bilmədiyimizə görə Səndən asılı olduğumuzu bəyan
edirik». İndi Canellanın göylərdəki Atasına itaət etməkdə azad
olması üçün Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə biz şeytana
və bütün qüvvələrinə əmr edirik ki, onu tərk etsinlər və bağlı qal-
sınlar». Qəfildən Canella çiyinlərini boşaltdı və donuq vəziyyətdən
özünə gəldi.
«Sən bizim burada etdiklərimizdən nəyisə xatırlayırsanmı?» —
deyə, mən ondan soruşdum.
«Xeyr, nə baş verib ki?» — deyə, o, çaşqın bir tərzdə cavab
verdi.
«Narahat olmağa dəyməz» — dedim. «Şeytan hansısa bir yolla
sənin həyatında dayaq nöqtəsi əldə edib və biz sənin Məsihdə
azadlıq addımlarından keçməyini istərdik.» Təxminən bir saatdan
sonra Canella azad idi.
Canellanı idarə etmək üçün şeytanın hansı hüququ var idi? Yal-
nız şeytanın yalanlarına təslim olmaqla və günahda yaşamaqla
Canellanın ona verdiyi hüquq. Şeytan onu inandırmışdı ki, onun
dəyəri azdır və etdiyi hər bir şey az əhəmiyyət kəsb edir. O,
əxlaqsızlıq və okkult ilə məşğul olduğuna görə şeytanın onun
üzərində hökm sürməsinə imkan vermişdi. Amma Canella güna-
ha və şeytana qoşulduğunu imtina etdikdən sonra şeytanın onun
üzərindəki səlahiyyəti ləğv edildi və o, çıxıb getməli oldu.
Əksəriyyətimiz üçün şeytanın aldadıcı ittihamları Canellanın
əhvalatında təsvir edilən əsarətlə nəticələnməyəcək. Lakin o,
ittihamları vasitəsilə Allah üçün dəyərinizə və ya Onun övladı
kimi yararlılığınıza şübhələnməyə sizi vadar etsə, onda o, Allah
üçün həyatınızı faydasız edə bilər. Öz hisslərinizi sınayın. Hər bir
Yalanlar atası tərəfindən ittiham edilmiş
161
düşüncəni əsir edin. Şeytanın sizin barənizdə dediyi heç bir şeyə
inanmayın; bu yalandır. Allahın sizin barənizdə dediyi hər bir şeyə
inanın; bu, sizi azad edəcək həqiqətdir.
Bağışlanmaz günah
Kəlamda olan bütün əminlik verən ayələrə baxmayaraq, əksinə,
bir çox imanlılar bağışlanmaz günah etdiklərini düşünərək qor-
xurlar. Bu, həll edilməli olan vacib məsələdir, çünki Allahın
zirehlərindən biri xilas dəbilqəsidir (Efes. 6:17). Bu qorxudan əzab
çəkənlər, adətən, sükunətdə əzab çəkirlər. Onlar Müqəddəs Ruha
küfr etməklə bağışlanmaz günah etdiklərini düşünürlər. Adətən,
bu qorxu məlumatsızlıqdan irəli gəlir, yaxud bu, düşmənin hücu-
mudur. Mark 3:22-30-a diqqət yetirin:
Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdi: «O,
Baal-Zevula tutulub cinlərin başçısının gücü ilə cinləri
qovur». İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu
barədə məsəllərlə danışdı: «Şeytan şeytanı necə qova
bilər? Əgər bir padşahlıq öz daxilindən bölünübsə, da-
vam gətirməz. Əgər bir ev öz daxilindən bölünübsə, da-
vam gətirməz. Şeytan da özünə qarşı qalxıb öz-özünə
bölünübsə, davam gətirməz, yalnız axırı çatar. Heç kim
güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağla-
madan malını qarət edə bilməz. Gərək o, əvvəlcə ada-
mın əl-qolunu bağlasın, sonra evini qarət etsin. Sizə
doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr
söylənərsə, bəşər övladlarına bağışlanacaq. Lakin kim
Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq
və günahı boynunda əbədi qalacaq». İsa bunu «Onda
natəmiz ruh var» dediklərinə görə söylədi.
Bütün insanları Məsihə cəlb etmək Müqəddəs Ruhun
özünəməxsus işidir. Əgər siz həmin şahidi rədd etsəniz, onda siz
heç vaxt Məsihə və xilasa gələ bilməzsiniz. Məsihə gələn hər bir
162
Buxovları qıran
kəs Allahın övladlarıdır və onların günahları və küfrləri bağışla-
nıb, çünki onlar Məsihdədirlər. Əgər siz Allahın Ruhunun şahidini
rədd etmiş olsaydınız, onda Məsihə heç vaxt gələ bilməzdiniz.
Ona görə də heç bir məsihçi bağışlanmaz günah edə bilməz. İla-
hiyyatçıların və fariseylərin qarşısında dayanan Məsih, İsa, Allah
Oğlu idi və onlar İsanın insanları şeytani əsarətdən azad etməsi
xidmətinin iblisdən olduğunu söyləyirdilər. Onlar hətta İsanın da
şeytana tutulduğunu deyərək Onu ittiham etdilər! Onlar Ruhun
şahidliyini tamamilə rədd etdilər.
Bunlar İsaya nifrət edən elə həmin adamlar idilər ki, ədavətlə
Onun ələ verilməsini, həbsini, ədalətsiz ittiham olunmasını, qam-
çılanmasını, döyülməsini və çarmıxa çəkilməsini təşkil etmişdilər.
Onlar İsaya nifrət bəslədilər və İsa çarmıxda asılanda Onu
lənətlədilər, üzünə tüpürdülər və ələ saldılar. Əgər Müqəddəs Ruh
vicdanınızı narahat edibsə və Məsihə etibar etmisinizsə, onda siz
bağışlanmaz günahı etməkdən əks bir şey etmisiniz.
Biz xilaslarına şübhə edən və ağır vicdan əzabı çəkən bir çox
imanlılarla danışmışıq. Belə imanlıların günahlarına görə Müqəddəs
Ruhun vicdanlarını narahat etməsi faktı onların məsihçi olmala-
rı və ya Müqəddəs Ruhun günahlı təbiətlərini aşkar edib onları
xilasa aparması üçün əla sübutdur. Belə vicdan əzabı çəkmək on-
ların bağışlanmaz günah etmədiklərinin daha bir əlamətidir. Əgər
Müqəddəs Ruh onlarda işləməsəydi, həmin şeylər onları heç na-
rahat etməzdi.
Şeytan ittihamçıdır. O, sanki şahidi hörmətdən salmağı və
ruhdan salmağı düşünən məhkəmə zalındakı aldadıcı ittiham-
çı tərəfdir. O, çirkin barmağını uzadaraq deyir: «Aha! Sən düş-
dün tora! Artıq sənin üçün ümid yoxdur. Sən Müqəddəs Ruha
küfr etmisən!» Ola bilsin ki, siz bir ruhani ənama, məsh olun-
muş vəzçiyə və ya fövqəltəbii təzahürlərə şübhə etmisiniz. Bu,
Müqəddəs Ruha küfr etməkdirmi? Əlbəttə ki, yox. Əslində bu,
ruhları sınaqdan keçirmək üçün yaxşı bir şey ola bilər. Yəhyanın
təliminə qulaq asın: «Ey sevimlilər, hər ruha inanmayın; ruhla-
rın Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin.
Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb» (1 Yəhya
Yalanlar atası tərəfindən ittiham edilmiş
163
4:1). Məsihçi Müqəddəs Ruhu kədərləndirə bilər (Efes. 4:30) və
hətta Müqəddəs Ruhu söndürə bilər (1 Salonik. 5:19) – amma
bunların heç biri bağışlanmaz günah deyil.
11
Aldanma təhlükəsi
Mən bazar günü axşam toplantıda nitqimi yenicə qurtarmışdım
ki, dostum mənə bir məktub verdi: «Mən bu gün məbədə bir
ailə gətirmişəm. Zəhmət olmazsa, çıxıb getməzdən əvvəl onlarla
görüşə bilərsinizmi?» Mən həftə boyu nitq söyləməkdən həddən
artıq yorğun bir halda idim və toplantıdan sonra mənimlə danış-
maq istəyənlər üçün ən azı bir saatım var idi. Buna baxmayaraq,
«əgər mən qurtarana qədər gözləyə bilərlərsə, onlarla görüşərəm»
— deyə, mən razılaşdım.
Məndən xəbərsiz, dostum 26 yaşlı Əlisi və ailəsini könülsüz
olaraq toplantıya gəlməyə bir növ məcbur etmişdi. Onlar məsihçi
idilər, amma onlarla oturub söhbət edən kimi problemlərinin ol-
duğu mənə məlum oldu. Əlis mənim həyatda bu vaxta qədər
gördüyüm ən acınacaqlı vəziyyətdə olan cavan bir qadın idi. O,
təhlükəli dərəcədə arıq idi. O, üç gün əvvəl işini itirmişdi və onun
ifadəli baxışları həyatı üçün olan bütün ümidlərini itirdiyini ifadə
edirdi.
Əlisin atası mənə dedi ki, qızı yeniyetmə dövrlərində aybaşıdan
qabaq baş verən hormonal dəyişikliklər nəticəsində bir qrup simp-
tomlardan əzab çəkib və reseptlə verilən ağrıkəsici dərmanlara
öyrəşib. O, çox istedadlı qız idi və bir çox sahələrdə sadiq məsihçi
idi, lakin o, eləcə də reseptlə verilən dərmanların qanunsuz
mənimsənilməsinə görə bir dəfə həbs edilmişdi. Onun atası qızı-
nın kədərli hekayəsini danışdıqca Əlis başı ilə işarə edərək, sanki:
«Bəli, bu mənəm və həyat mənasızdır» — deyirdi.
Aldanma təhlükəsi
165
Nəhayət, mən Əlisə tərəf döndüm, əllərindən tutub dedim:
«Mən istəyirəm ki, sən öz fikrincə kim olduğunu söyləyəsən».
«Mənim, sadəcə olaraq, bəxtim yoxdur» — deyə, o ağladı.
«Sən bəxtsiz deyilsən» — deyə, mən cavab verdim. «Sən
Allahın övladısan.» O özü haqqında mənfi fikirlərini yağdırmaqda
davam etdi və mən də mənfi düşüncələrini onun Məsihdə kimliyi
barəsindəki xoş xəbərlə qarşılaşdırmaqda davam etdim. Çox vaxt
itirdik və mən yoruldum, amma mən danışdıqca Əlisə xidmət edən
Məsihin hüzurunu hiss edirdim. Mən onu ruhlandırdım ki, bütün
mənfi düşüncələrinin həqiqi təbiətini və mənbəyini göstərməyi
Rəbdən xahiş etsin.
Dua edib qurtardıqdan sonra o dedi: «Siz demək istəyirsiniz
ki, özüm barəsində olan bu mənfi düşüncələr şeytanın yalanından
başqa bir şey deyil?»
«Əlis, bu doğrudur» — deyə, mən razılıqla başımı yırğaladım.
«Sən aldadıcı ruhlara qulaq asırsan. Sən həmin yalanlara inan-
maya bilərsən. Sən Məsihdə kimliyini aşkar edəndə və hər bir
düşüncəni əsir edərək Məsihə itaət etdirməyi öyrənəndə şeytanın
yalanlarının əsarətindən azad olacaqsan.»
İki həftədən sonra Əlis San Dieqonun yaxınlığındakı Culian
Mərkəzində keçirilən 12 həftəlik ruhani artım haqqında olan geniş
kursa yazıldı. Kursun sonuna qədər Əlis yalanlar atası tərəfindən
aldanmağın əvəzinə, həqiqətə inanmaqda təşəbbüsü öz əlinə alma-
ğı öyrənmişdi. O, yeni işə daxil oldu və 12 kiloya yaxın çəkisini
artırdı. Bu gün o azaddır.
Ş
eytanın ən çox istifadə etdiyi strategiyası
Əgər mən sizi nəyəsə sövq etsəm, siz bunu biləcəksiniz. Əgər
sizi ittiham etsəm, siz bunu biləcəksiniz. Amma sizi aldatsam, siz
bunu bilməyəcəksiniz. Əgər aldandığınızı bilsəniz, onda siz artıq
aldanmayacaqsınız. Həvva aldandı və yalana inandı. Başlanğıc-
dan bəri yalan şeytanın ilkin strategiyası olub. Bu səbəbdən də
həqiqət bizi azad edir və İsa bizim üçün belə dua edir: «Onları
166
Buxovları qıran
həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir» (Yəhya 17:17). «Biz
belimizə həqiqəti kəmər kimi bağlamaqla» (Efes. 6:14) özümüzü
müdafiənin birinci vasitələri ilə təmin edirik.
Sizi Allahın həqiqətindən yayındırmağa cəhd göstərən və öz ya-
lanlarına inandırmaqla aldadan şeytanın üç ilkin vasitəsi var: özü-
nü aldatma, yalançı peyğəmbərlər, müəllimlər və aldadıcı ruhlar.
Əgər biz hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirməsək,
onda biz şeytanın yalanlarına məruz qalacağıq (2 Kor. 10:5).
Ö
zünü aldatmadan ehtiyatlı olun
Bizim özümüzü aldada bildiyimiz bir neçə yollar var:
Biz Kəlamı eşidib ona əməl etməyəndə özümüzü aldadırıq
(Yaqub 1:22; 1 Peter 1:13). Mən dəfələrlə özlərinin etdikləri
günahlara qarşı vəz edən və öyrədən pastorlar, müjdəçilər və
Müqəddəs Kitab müəllimləri ilə qarşılaşmışam. Allahın Kəlamını
öyrətməyə və ya vəz etməyə çağırılmış bizlər əvvəlcə həmin
Kəlamı birinci özümüzə tətbiq etməliyik. Biz Allah qarşısında
dizlərimizi qatlamalıyıq və: «Rəbbim, öyrətmək istədiyim şeyi
mən həyatımda edirəmmi?» — deyə, soruşmalıyıq. Əgər belə
deyilsə, bizi dinləyənlərə səmimi olaraq belə deməliyik: «Mən
arzu edərdim ki, bu hissə üçün daha yaxşı nümunə olum, amma
belə olmadığıma baxmayaraq, Allah Kəlamının bu hissəsini də
vəz etməliyəm. Hər birimizin həqiqətə uyğun yaşaya bilməyimiz
üçün sizin üçün dua etdiyim kimi siz də mənim üçün dua edə
bilərsinizmi?» Allah Kəlamını həyatımızda icra etmədiyimiz halda,
onu icra etdiyimizi bəyan ediriksə, onda özümüzü aldadırıq.
Əgər Kəlamı qəbul edən bizlər onu tətbiq etməsək, özünü al-
datmanın təhlükəsinə məruz qalarıq. Biz vəzə və ya dərsə qu-
laq asırıq və: «Əla! Necə böyük həqiqətdir!» — deyirik və onu
ətraflı düşünmədən və həyatlarımıza tətbiq etmədən başqa adamla
bölüşürük. Yaqub deyir ki, Kəlamı eşidib onu tətbiq etməyənlər
özlərini aldadırlar (1:22).
Aldanma təhlükəsi
167
Həyatlarımız Kəlamla mükəmməl şəkildə uyğunlaşmayanda
niyə onu etiraf etməyə qorxuruq? Biz bağışlandığımızı və Allahın
bizi necə varıqsa, elə qəbul etdiyini bilmirikmi? Onun şərtsiz sev-
gisi və qəbul etməsi necə varıqsa, elə olmağımız üçün bizi azad
edir. Allahın məhəbbətini və qəbul etməsini əməllə qazanmağa
sürüklənənlər tələbkar olmağa meyl göstərəcək və uğursuzluğu
etiraf edə bilməyəcəklər. Amma biz həyatımızda kamilliyi göstərə
bilmərik; biz yalnız artımı göstərə bilərik. Ətrafımızdakı insanlar
bilməlidirlər ki, biz Məsihə bənzəmək prosesində olan adi insanla-
rıq. Onlar həm bizim uğuru necə qarşıladığımızı, həm də uğursuz-
luğu necə qarşıladığımızı görməlidirlər. Biz məsihçi cəmiyyətində
səmimiyyətin belə bir nümunəsini yaradarkən aldadanın dayaq
nöqtəsini əldə etmə ehtimalını olduqca azaldırıq.
Biz günahımızın olmadığını deyəndə özümüzü aldadırıq
(1 Yəhya 1:8). Kəlam bizim günah olduğumuzu söyləmir; o, bizim
günah edə bildiyimizin və fani bədənlərimizdə günahın yaşamasının
mümkün olduğunu deyir (Roma. 6:12). Biz günahsız müqəddəslər
deyilik; biz günah edən müqəddəslərik. Uğursuzluğumuzu səmimi
şəkildə etiraf etmək və gündəlik çarmıxımızı götürmək vacibdir. Biz
Məsihdə olan kimliyimiz ilə davranışımız arasında fərqdən xəbərdar
olanda onu etiraf etməliyik və onu yoluna qoymalıyıq. Belə günahlı
fərqləri inkar etməklə və onların yığılmasına icazə verməklə özünü
aldadan insan yıxılmağa doğru gedir.
Zəlzələyə meyilli olan Kaliforniyanın cənubunda yaşayan in-
sanlar qaçılmaz «böyük zəlzələ» haqqında tez-tez eşidirlər. Kiçik
zəlzələlər həmin ərazinin sakinlərini narahat edə bilər, amma on-
lar çox az ziyan vururlar. Bu kiçik təkanlar yeraltı qatların yerini
dəyişdiyini və təzyiqi azaltdığını bildirdiyi üçün cənubi kaliforniya-
lılar onları xoşlayırlar, çünki tez-tez baş verən xırda dəyişikliklər
daha yaxşıdır. Əgər onlar baş verməkdə davam edərsə, ola bilsin
ki, «böyük zəlzələ» heç vaxt baş verməz.
Bu şey bizim üçün də eynidir. Əgər biz «mənim heç bir gü-
nahım yoxdur» deməkdə davam etsək, çatışmazlıqlarımızı etiraf
etməsək, insanlar və Allah ilə ünsiyyətlərimizi bərpa etməsək,
168
Buxovları qıran
onda «böyük zəlzələ» olacaq. Biz özümüzü alçaltmağı seçə bilərik;
amma biz bunu etməsək, onda Allah edəcək. «Allah məğrurlara
qarşıdır, itaətkarlara isə lütf göstərər» (Yaqub 4:6). Öz sağlam-
lığını, ailəsini, işini və dostluğunu itirənədək problemi olduğunu
etiraf etməyən içki içən insanı müşahidə edin. Etiraf edilməmiş
günah xərçəng hüceyrələri kimidir. Əgər bu hüceyrələr müntəzəm
müayinə vasitəsilə inkişafın erkən mərhələsində aşkar edilsə, proq-
noz yaxşı olacaq; amma onlar gizli qalsa, proqnoz pis olacaq.
Gündəlik həyatda nurda yaşamaq və tez-tez hərəkətlərimiz haq-
qında Allaha hesabat vermək əsas ruhani böhranların qarşısını alır.
Biz bir şey olmadığımız halda nəsə olduğumuzu düşünəndə
özümüzü aldadırıq (Roma. 12:3; Qalat. 6:3). Kəlam bizə öyrədir
ki, özümüz barəsində lüzumundan artıq fikirləşməyək. Siz: «Amma
mən kim olduğumu bilirəm» –deyirsiniz — «Mən Allahın övladı-
yam, mən Məsihlə göylərdə oturmuşam və Onun vasitəsilə hər bir
şeyi etməyə qadirəm.» Bu, məni çox xüsusi edir. Bəli, siz Allahın
gözündə çox xüsusisiniz. Amma siz hər nəsinizsə, Allahın lütfünə
görə eləsiniz (1 Kor. 15:10). Yaşadığınız həyat, məxsus olduğu-
nuz istedadlar və əldə etdiyiniz ənamlar şəxsi nailiyyətlər deyil;
onlar Allahın lütfüdür. Allahın verdiyi şeyləri öz adınıza yazmayın;
əksinə, Rəbbi izzətləndirən layiqli işləri görməkdən həzz alın.
Biz bu dövrdə müdrik olduğumuzu düşünəndə özümüzü al-
dadırıq (1 Kor. 3:18, 19). Allahın açıqlaması olmadan özünü
müdrik saymaq ziyalı qürurunun ən yüksək dərəcəsidir. «Müd-
rik olduqlarını iddia etdikləri halda ağılsız oldular» (Roma. 1:22).
Bəzən dərrakə və bilik sahəsində bu dünyanın allahı ilə yarışa bil-
diyimizi düşünməklə sövq olunuruq. Amma biz cismani təbiətdə
onunla yarışa bilmərik. Biz öz gücümüzdə şeytandan daha ağıllı
olduğumuzu düşünən vaxt onun hiyləgərliyi vasitəsilə yolumuz-
dan azmaq üçün əsas namizədlərik. Amma şeytan Allah ilə yarışa
bilmir. Bizim öz idrakımıza etibar etməməyimiz, Məsihin ağlını
tətbiq etməyimiz və bütün yollarımızda Onu tanımağımız vacibdir
(Sül. Məs. 3:5, 6; 1 Kor. 2:16).
Aldanma təhlükəsi
169
Biz mömin olduğumuzu düşünəndə, amma dilimizi
yüyənləməyəndə özümüzü aldadırıq (Yaqub 1:26). Biz insanları
inkişaf etdirmək əvəzinə onları hörmətdən salanda Allahı bundan
çox kədərləndirən heç bir şey olmur. Biz heç vaxt dilimizdən baş-
qalarını alçaltmaq üçün istifadə etməməliyik. Əksinə, «eşidənlərə
xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan
sözlər» deməliyik (Efes. 4:29, 30). Əgər siz dilinizi idarə edə
bilmirsinizsə, amma ruhani həyatınızın yaxşı olduğuna inanırsı-
nızsa, onda özünüzü aldadırsınız.
Biz əkdiyimizi biçməyəcəyimizi fikirləşəndə özümüzü alda-
dırıq (Qalat. 6:7). Bir məsihçi kimi bəzən biz bu prinsipdən azad
olduğumuzu düşünürük, amma biz bu prinsipdən azad deyilik. Biz
düşüncələrimizin, sözlərimizin və hərəkətlərimizin yaxşı və ya pis
nəticələri ilə yaşamalı olacağıq.
Biz haqsızlıq edənlərin Allahın padşahlığını irs olaraq ala-
cağını düşünəndə özümüzü aldadırıq (1 Kor. 6:9, 10). Bir gün
məbəd xidmətçilərindən biri olan Keyt adlı cavan qadın ofisə çox
ruhdan düşmüş bir halda gəldi. O, yenicə xəbər tutmuşdu ki,
onu Məsihə gətirən böyük bacısı Allahdan uzaqlaşıb və lesbian
həyat tərzi yaşayır. «Mənim həyat tərzim Allahla ünsiyyətimə
heç bir təsir etmir»- deyə, Keytin bacısı mübahisə edib. «Allah
məni sevir və mən bağışlanmışam.» Keyt həyəcan və çaşqınlıq
içərisində idi.
Mən 1 Kor. 6:9, 10-cu ayələri ona söylədim: «Aldanmayın, çünki
əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər…
Allahın Padşahlığını irs olaraq almayacaq». Keytin bacısı və onun
kimi başqaları bu həqiqəti başa düşməyərək aldanıblar: abırsız
günahlı həyat tərzi yaşamaq Allah qarşısında saleh sayılmamağın
güclü əlamətidir. Mən demirəm ki, əməllərlə xilas olmaq olar,
sadəcə, belə həqiqi şagirdləri bəhrələrindən tanımaq olar. Əgər siz
həyat tərzinizin bəyan etdiyiniz iman ilə uyğunlaşmasının vacib
olmadığına inanırsınızsa, onda siz aldanmısınız.
170
Buxovları qıran
Biz pis insanlar ilə daim ünsiyyətdə olub əxlaqımızın po-
zulmamağını düşünəndə özümüzü aldadırıq (1 Kor. 15:33).
Mən yeni məsihçi olanda Nyu Orlins şəhərində yaşayan «Borbon
küçəsinin vaizi» adlanan bir müjdəçinin audio yazılarına qulaq
asardım. O iddia edirdi ki, həmin insanlara xidmət edir. Bu kişi
fahişələrin və başqa əxlaqsız həyat sürənlərin yerləşdiyi rayonda
yaşayırdı. Amma 1 Kor. 15:33-ə əsasən, həmin mühitdə həddən
artıq çox qalan hər bir kəs başına iş açacaq. Bu müjdəçi ilə də belə
oldu. O, Borbon küçəsinin əxlaqsız tərəfində o qədər dolaşıb qaldı
ki, axırda öz xidmətini itirdi.
Bu, o deməkdir ki, biz pis əxlaqı olanlara xidmət etməməliyik?
Xeyr, biz onlarla Məsihi bölüşməliyik. Amma biz onların mühitində
itib batsaq, xidmətimiz əvvəl-axır zəifləyəcək və əxlaqımız
pisləşəcək.
Y
alançı peyğəmbərlərdən və müəllimlərdən ehtiyatlı olun
Bu yaxınlarda otuz yaşlarında olan bir kişi mənin yanıma gəldi.
Alvin ruhdan düşmüşdü və məğlub olmuşdu. O, neçə illər özündə
Allahın xüsusi peyğəmbərlik ənamının olduğuna inanmışdı. O,
özünəməxsus yolla peyğəmbərlik etməklə Allahın natiqi kimi da-
nışmaq üçün bir məbəddən o biri məbədə dəvət alırdı. Amma bir
neçə ay ərzində onun həyatı dağılmağa başladı. Nəhayət, Alvin
cəmiyyətdə artıq fəaliyyət göstərə bilmədiyi bir məqama gəlib
çatdı və o, insanlardan tamamilə təcrid olmağa başladı. O, mənim
yanıma gəlməzdən qabaq iki il müddətində işsiz qalmışdı, atası
ona qulluq edirdi və o, reseptlə verilən dərmanların qulu idi.
Alvinlə mən 1 Salonik. 5:19-21-i oxuduq: «Ruhu söndürməyin.
Peyğəmbərlik sözlərinə xor baxmayın. Hər şeyi sınaqdan keçirin
və yaxşı olandan möhkəm tutun». Mən dedim: «Alvin, Müqəddəs
Kitab peyğəmbərlik ənamının olduğunu söyləyir. Amma şeytan
ruhani ənamları saxtalaşdıra bilər və onların Allahdan olduğuna
inandırmaqla bizi aldada bilər. Ona görə də Kəlam bizə öyrədir ki,
hər bir şeyi sınaqdan keçirək».
Aldanma təhlükəsi
Dostları ilə paylaş: |