136
Buxovları qıran
• Həyatdan zövq almaq nəfsə hakim olmamağa çevrilə
bilər.
• Fiziki məmnunluq şəhvətpərəstliyə çevrilə bilər.
• Başqalarının əmlakına maraq tamahkarlığa çevrilə bilər.
• Yeməkdən həzz almaq qarınqululuğa çevrilə bilər.
• Özünəqayğı xudbinliyə çevrilə bilər.
• Özünəhörmət qürura çevrilə bilər.
• Ünsiyyət qeybətə çevrilə bilər.
• Ehtiyatlılıq inamsızlığa çevrilə bilər.
• Nikbinlik laqeydliyə çevrilə bilər.
• Hirs kinə və tez əsəbiləşməyə çevrilə bilər.
• Xoş mehribançılıq həddən artıq əzizləməyə çevrilə
bilər.
• Yaxşını pisdən ayırd etmək tənqidə çevrilə bilər.
• Eyni cinslə dostluq homoseksuallığa çevrilə bilər.
• Seksual azadlıq əxlaqsızlığa çevrilə bilər.
• Dəqiqlik tələbkarlığa çevrilə bilər.
• Əliaçıqlıq bədxərcliyə çevrilə bilər.
• Özünümüdafiə yalana çevrilə bilər.
• Tədbirlilik qorxuya çevrilə bilər.
Günah inkişafın əleyhinədir
1 Yəhya 2:12-14 günahla əlaqədar məsihçinin inkişaf səviyyələrini
təsvir edir. Birinci səviyyə «övladlar» – yəni uşaqlar (12-ci ayə)
ilə müqayisə edilir. İmanda yaşı az olanlar günahlarının bağış-
lanması və Allahı tanımaları ilə təsvir olunur. Başqa sözlə, onlar
Allahın ailəsindədirlər və günahın cəzasına qalib gəliblər, amma
onlar Məsihdə hələ yetkin deyillər.
İkinci səviyyə «gənclər» (13, 14-cü ayə) ilə təsvir edilir, çünki
onlar şər olana qalib gəliblər. Bu yetkin imanlılar güclüdürlər,
çünki Allah Kəlamı onlarda qalır. Onlar həqiqəti bilirlər və gü-
nahın gücünə qalib gəliblər. Onlar ağılda gedən döyüşü udmaq-
la şər olana qalib gəliblər. Onlar artıq qarşısıalınmaz vərdişlərin
əsarəti altında deyillər və onlar bir çox məsihçiləri Məsihdə olan
Öz istəyini etməyə sövq olunmaq
137
azadlıqda yaşamaqdan saxlayan şəxsi və ruhani münaqişələri həll
ediblər. Onlar Məsihdə olan azadlıqlarında yaşayırlar və necə azad
qalmağı bilirlər.
Üçüncü səviyyə «atalar» (13, 14-cü ayələr) ilə təsvir edilir.
Onlar Allahı şəxsən dərindən tanımaqda və göylərdəki Ataları
ilə dərin şəxsi ünsiyyətdə böyüyüblər. Böyüməyə qərar vermək
həyatımızda günahın gücünə qarşı vuruşmaq üçün Yəhya bizi ruh-
landırandan sonra şeytanın bizi sövq etdiyi yolları təsvir etməyə
davam edir.
S
övqolunmanın mənbələri
Müqəddəs Kitaba əsasən, Allahdan kənar müstəqil hərəkət
etməyiniz üçün şeytanın sizi tovlayacağı yalnız üç mənbə var.
Onlar imanlıların bu dünyaya olan münasibəti haqqında Yəhyanın
təlimatlarında yekunlaşıb:
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünya-
nı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki
dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və
dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın
iradəsinə əməl edən əbədi qalır (1 Yəhya 2:15-17).
Sövqolunmanın üç mənbəyi cismani ehtiraslar, acgözlük və
dünya malına görə təkəbbürdən irəli gəlir. Cismani ehtiras-
lar öz gücünü bədən istəklərindən və onları bu dünyada yerinə
yetirməkdən alır. Acgözlük özünəmarağımızın xoşuna gəlir və
Allah Kəlamını sınayır. Dünya malına görə təkəbbür özünü gözə
soxmaqla və özünü yüksəltməklə əlaqəlidir. Şeytan bu sövqolun-
ma mənbələrinin hər biri vasitəsilə həm ilk Adəm, həm də sonun-
cu Adəmlə qarşı-qarşıya durub. İlk Adəm uğursuzluğa düçar oldu
və biz hələ də onun uğursuzluğunun nəticələrindən əzab çəkirik.
Amma sonuncu Adəm – İsa Məsih – şeytanın üç sınağı ilə üzbəüz
138
Buxovları qıran
Sövq olunma mənbəyi (1Yəh
ya 2:15-
17)
Cismani ehtiraslar (bədən istəkləri, coşqun həvəs
, hərislik) «qadın
gör
dü ki, ağacın m
eyvəsi
yemək üçün yaxşıdır»
(Y
ar
.3:6)
Acgözlük (xu
dbinlik,
özünəm
ar
aq) «gözə
xoş görünür» (Y
ar
.
3:6)
Dünya malına görə təkəbbür (özünü gözə so
xm
aq,
özünü yüksəltmək) «və
bu ağac in
san
a dərr
akə
verməyi vəd edir» (Y
ar
.
3:6)
Bizi
uzaqlaşdırır
Allahın ir
adəsin
dən
(Rom. 16:18)
Allahın kəlamın
dan
(M
atta 16:24-26)
Allaha səcdə etmək
dən
(1 P
eter 5:5-11)
Bizim…dağıdır
Allahd
an asılılığımızı
(Yəh
ya 15:5)
Allahd
a əminliyimizi
(Yəh
ya 15:7)
PAllaha itaətk
arlığımızı
(Yəh
ya 15:8-10)
İlk Adəm
(Y
ar
.
3:1-6)
«Doğru
danmı, Allah
sizə ‘bağd
a olan h
eç bir
ağacın bəhrələrin
dən
yeməyin’ d
eyib»? (Y
ar
.
3:1)
«Y
ox, əsla ölməzsiniz»
(Y
ar
. 3:4)
«Allah kimi olacaqsınız»
(Y
ar
. 3:5)
Sonuncu Adəm
(M
atta 4:1-11)
«İn
san yalnız çörəklə
deyil, Rəbbin ağzın
dan
çıx
an hər bir kəlmə ilə
yaşaya bilər» (Qan. Tək.
8:3
«Allahınız Rəbbi…
sın
am
ayın» (Qan. Tək.
6:16)
«Allahın Rəbdən qorx və
On
a qulluq et» (Qan. Tək.
6:13)
Diaqram 9a
Öz istəyini etməyə sövq olunmaq
139
gəldi və zəfərlə qələbə çaldı. Bizim şeytanın üstümüzə atdığı hər
bir sövq olunmaya qalib gəlməyimiz üçün Onda mənbəyimiz və
gücümüz var (Diaqram 9a-ya baxın).
Cismani ehtiraslar
Şeytan əvvəlcə Həvvanı cismani ehtiraslara cəlb etdi. O: «Doğ-
rudanmı, Allah sizə 'bağda olan heç bir ağacın bəhrələrindən
yeməyin' deyib?» (Yar. 3:1) söyləyəndə ağacın meyvəsi haqqında
Həvvanın ağlına şübhə toxumu səpdi. Həvva cavab verdi: «Allah
deyib:'Ondan yeməyin və ona toxunmayın'» (3-cü ayə). Həvva «və
ona toxunmayın» deyəndə onun Allahın Kəlamına əlavə etdiyinə
diqqət yetirin. Amma şeytan qadağan olunmuş meyvə üçün onda
iştaha yaratmışdı və o, «gördü ki, ağacın meyvəsi yemək üçün
yaxşıdır» (6-cı ayə). Cismani ehtiraslara tabe olmaq Adəm və
Həvvanı günaha gətirib çıxardı.
Şeytan İsanı sınağa çəkəndə də cismani ehtiraslarla cəlb
etməyə çalışdı. Şeytan Onu aclığı ilə sınağa çəkəndə Rəbbimiz 40
gün ərzində səhrada oruc tuturdu: «Əgər Sən Allahın Oğlusansa,
bu daşlara əmr et ki, çörəyə dönsün» (Matta 4:3). Sövqolunma-
nın əsası budur. Şeytan istəyirdi ki, İsa özünü xilas etmək üçün
Öz ilahi xüsusiyyətlərindən göylərdəki Atasından müstəqil halda
istifadə etsin. Şeytan hər şeyi bilmir, amma o, kar da deyil. O,
İsanın 40 gün yeməksiz qaldığını müşahidə etməklə Onun fizi-
ki sövqolunmada sanki zəifliyini tapmışdı. O, sizi də müşahidə
edir, sizin yemək, istirahət, rahatlıq və cinsi əlaqə üçün fiziki
istəklərinizdən gələn zəifliklərinizin ən incə nöqtələrini axtarır.
Aclıq, yorğunluq və tənhalıq güclü olanda sövq olunma üçün ən
böyük imkan yaranır.
Cismani ehtiraslara təslim olmaq bizi Allahın iradəsindən uzaq-
laşdıracaq. Yeməkdə günahlı heç bir şey yoxdur. Yemək normal
fiziki ehtiyacdır və həmin ehtiyacı ödəyə bilməyimiz üçün Allah
yeməyi yaradıb. Amma bir ağacın meyvəsi ilə əlaqədar Allah
«Bundan yemə» deyib, Adəm və Həvva onu yeməklə Allahın
iradəsini pozaraq Ondan kənar müstəqil halda hərəkət etdilər.
Sövq olunma mənbəyi (1Yəh
ya 2:15-
17)
Cismani ehtiraslar (bədən istəkləri, coşqun həvəs
, hərislik) «qadın
gör
dü ki, ağacın m
eyvəsi
yemək üçün yaxşıdır»
(Y
ar
.3:6)
Acgözlük (xu
dbinlik,
özünəm
ar
aq) «gözə
xoş görünür» (Y
ar
.
3:6)
Dünya malına görə təkəbbür (özünü gözə so
xm
aq,
özünü yüksəltmək) «və
bu ağac in
san
a dərr
akə
verməyi vəd edir» (Y
ar
.
3:6)
Bizi
uzaqlaşdırır
Allahın ir
adəsin
dən
(Rom. 16:18)
Allahın kəlamın
dan
(M
atta 16:24-26)
Allaha səcdə etmək
dən
(1 P
eter 5:5-11)
Bizim…dağıdır
Allahd
an asılılığımızı
(Yəh
ya 15:5)
Allahd
a əminliyimizi
(Yəh
ya 15:7)
PAllaha itaətk
arlığımızı
(Yəh
ya 15:8-10)
İlk Adəm
(Y
ar
.
3:1-6)
«Doğru
danmı, Allah
sizə ‘bağd
a olan h
eç bir
ağacın bəhrələrin
dən
yeməyin’ d
eyib»? (Y
ar
.
3:1)
«Y
ox, əsla ölməzsiniz»
(Y
ar
. 3:4)
«Allah kimi olacaqsınız»
(Y
ar
. 3:5)
Sonuncu Adəm
(M
atta 4:1-11)
«İn
san yalnız çörəklə
deyil, Rəbbin ağzın
dan
çıx
an hər bir kəlmə ilə
yaşaya bilər» (Qan. Tək.
8:3
«Allahınız Rəbbi…
sın
am
ayın» (Qan. Tək.
6:16)
«Allahın Rəbdən qorx və
On
a qulluq et» (Qan. Tək.
6:13)
140
Buxovları qıran
Buna bənzər olaraq İsanın orucun sonunda çörək yeməsi ilə
əlaqədar səhv heç bir şey yoxdur, amma bunu etməkdə Atanın
iradəsi yox idi. İsa cavab verdi: «İnsan yalnız çörəklə deyil, Allahın
ağzından çıxan hər kəlmə ilə yaşayar» (Matta 4:4). İsa ac olarkən
bir kömbə çörəyini nə qədər arzulasa da, O, şeytanın təklifini
qəbul edərək Atanın iradəsindən kənar hərəkət etməyəcəkdi. İsa-
nın nümayiş etdirdiyi həyat Ata Allahdan tamamilə asılı olan bir
həyat tərzi idi (Yəhya 5:30; 6:57; 8:42; 14:10; 17:7).
Yemək lazımlı bir şeydir və düzgündür, amma həddən artıq çox
yemək, xeyirli olmayan ərzaqlardan yemək və qidanın həyatınızı
idarə etməsinə icazə vermək səhvdir. Allah tərəfindən nəzərdə
tutulan cinsi əlaqə gözəl və yaxşıdır, amma nikahdan kənar cin-
si əlaqə, homoseksuallıq və eqoistik cinsi əlaqə qadağandır və
əsarətə gətirib çıxarır. Əgər siz öz fiziki ehtiyaclarınızı və ya cis-
mani istəklərinizi Allahdan kənar ödəməklə sınağa təslim olursu-
nuzsa, onda siz cismani ehtiraslara tabe olursunuz.
Acgözlük
Adəm və Həvvanın yanına gələn şeytanın istifadə etdiyi ikinci
sövq olunma mənbəyi Allaha itaət etməməyin nəticəsinə aid olan
yalan ilə əlaqəlidir. Allah demişdi ki, ölüm itaətsizliklə birlikdə
gəlir, amma şeytan dedi: «Yox, əsla ölməzsiniz!» (Yar. 3:4). O,
Allahın günahın nəticələri barədə səhv olduğunu Həvvaya yan-
lış şəkildə inandıraraq, onun özünə hakim olma hissinə toxunur.
«Ona qulaq asmayın; öz gözündə doğru olanı et» — deyə, o inan-
dırdı. Qadağan olunmuş meyvə onun gözünə xoş göründü (6-cı
ayə), belə ki, Həvva Adəmlə xeyir əldə etmək üçün Allahın əmrini
rədd etdilər.
Gözlərin ehtirası bizi Allahın Kəlamından hiss olunmadan uzaq-
laşdırır və Allaha olan etibarımızı tədricən məhv edir. Biz dünya-
nın təklif etdiyi şeyləri görürük və Allah ilə ünsiyyətimizdən daha
çox onları arzu edirik. Biz Allahın əmrlərinə və vədlərinə deyil,
öz həyat baxışlarımıza daha çox etibar etməyə başlayırıq. Gördü-
yümüz şeylərə olan ehtirasdan güc alaraq, əldə edə biləcəyimiz
Öz istəyini etməyə sövq olunmaq
141
hər bir şeyi qarmalayırıq, buna ehtiyacımızın olduğuna inanırıq və
Allahın bunu bizim üçün istəməsi ideyasını sübut etməyə çalışırıq.
Allahın bizdən heç bir yaxşı şeyi əsirgəməyəcəyini səhv güman
edərək, biz ehtirasla maddi rifahın ardınca qaçırıq.
Allaha etibar etmək əvəzinə biz «bunu mənə sübut et» baxışını
mənimsəyirik. Bu, şeytanın İsanı ikinci dəfə sövq etməsində əsas
məğz idi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı [məbədin
ən yüksək zirvəsindən] at. Axı 'Allah Sənə görə mələklərinə əmr
edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin'
deyə yazılmışdır» (Matta 4:6). Amma İsa şeytanın «göstər mənə»
oyununu oynamaq fikrində deyildi. O cavab verdi: «'Allahın Rəbbi
sınama' deyə də yazılmışdır» (7-ci ayə).
Mən pastor olanda məbədimin üzvlərindən bəziləri Allahı sına-
ğa çəkmək məsələsində bilmədən sövqolunmaya təslim olmuşdu-
lar. Mənim xərçəng xəstəliyindən əzab çəkən əziz bir dostum var
idi. Amma məbəddə bir söz yayılmışdı ki, dörd bir-birindən asılı
olmayan «şahidlər» Dikin ölməyəcəyini şəhadətlik edirlər, çünki
Allah onlara belə demişdi. Bir neçə adam sevinclə «Allahın Dikə
şəfa verəcəyi gözəl deyilmi!» deyə danışırdılar. Üç həftədən sonra
Dik öldü.
Əgər Dikin ölməyəcəyini bu insanlara deyən Allah idisə, onda
bu, Allahı nə cür qələmə verir? Yalançı. Bəs Allah yalançıdırmı?
Əlbəttə, yox; O həqiqətdir. Bu «yaxşı xəbər»in müəllifi, aydındır
ki, yalanlar atası idi. Aldadıcı ruhlar Dik haqqında yalan yayırdılar
ki, yanlış ümid yaratmağa çalışaraq məbədin Allaha olan etibarını
dağıtsınlar.
Allah bizə borclu deyil; O, yalnız Özünə borcludur. Allahın
mütləq cavab verməsinə görə duanı yaxşı ifadə etməyiniz üçün
heç bir üsul yoxdur. Bu, təkcə duanın mənasını təhrifə uğratmır,
eləcə də bizim Allahı öz iradəmizə tabe etdirməyə çalışdığımızı
göstərir. Saleh insan Allahın yazılı Kəlamına imanla yaşayacaq
və şıltaqlıqlarının, yaxud arzularının necə gözəl olmasına baxma-
yaraq, onlara cavab verməklə Onun Özünü sübut etməsini tələb
etməyəcək. Sınağa çəkilən Allah deyil, bizlərik.
142
Buxovları qıran
Dünya malına görə təkəbbür
Üçüncü sövqolunma mənbəyi «New Age» hərəkatının ürəyidir:
öz taleyimizi idarə etməyə, öz dünyamızı idarə etməyə, öz al-
lahımız olmağa sövqolunma. Şeytan qadağan edilmiş meyvə ilə
Həvvanı tovladı: «O meyvələrdən yediyiniz gün gözləriniz açı-
lacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yar. 3:5).
Şeytanın təklifi Allahın idarə etmək üçün daxilimizə qoyduğu ba-
carığı təhrifə uğratmışdır. O, belə bir fikri irəli sürür: «Allah kimi
olmaq potensialı səndə var ikən Onun tabeçiliyi altında idarəçilik
etməklə kifayətlənmə.» Şeytan Həvvanı «bu ağacın insana dərrakə
verməsinə» inandırdıqdan sonra (6-cı ayə), o və Adəm meyvədən
yedilər.
Şeytanın Adəm və Həvvaya Allah kimi olacaqları vədi yalan
idi. Adəm və Həvva sövqolunmaya təslim olanda onlar həyatlarını
və Allahda olan mövqelərini itirdilər. Şeytan onların rollarını qəsb
etdi və bu dünyanın allahı oldu.
Şeytan eyni fəndi İsa ilə də sınaqdan keçirmək istədi: «İblis
yenə İsanı çox yüksək bir dağa çıxardı. Ona dünyanın bütün pad-
şahlıqlarını və şan-şöhrətini göstərib dedi: 'Əgər Sən yerə qapanıb
mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm'» (Matta 4:8,
9). İsa şeytanın dünyanın padşahlıqlarını və onların şan-şöhrətini
təklif etmək hüququnu sual altına qoymadı. Adəm və Həvva bun-
lardan məhrum edildikdən sonra şeytan bu dünyanın allahı olub
bunlara malik olduğuna görə təklifi o edə bilərdi. Amma İsa şeyta-
nı məğlub etməkdən başqa heç bir şey etmək fikrində deyildi. Ona
görə də o cavab verdi: «Rədd ol, şeytan! 'Allahın Rəbbə səcdə et
və yalnız Ona ibadət et' deyə yazılmışdır» (10-cu ayə).
Dünya malına görə təkəbbürlə yaxınlaşan şeytan bizi Allaha
ibadətdən uzaqlaşdırmaq və Ona itaətkarlığımızı dağıtmaq
niyyətindədir. Allahın köməyinə və ya rəhbərliyinə ehtiyac duy-
madığınız, Onunla məsləhətləşmədən həyatınızı idarə edə bildi-
yiniz, heç kimə diz çökmək lazım olmadığını hiss etdiyiniz vaxt
ehtiyatlı olun: Bu, dünya malına görə təkəbbürdür. Siz özünüzə
xidmət etdiyinizi düşünə bilərsiniz, amma siz Allaha ibadət və
Öz istəyini etməyə sövq olunmaq
143
xidmət etməkdən dayandığınız zaman, əslində, şeytana ibadət və
xidmət edirsiniz – bu, onun hər şeydən daha çox istədiyi bir şey-
dir. Əksinə, məsihçi həyatı Allaha təvazökar itaətkarlıqla və ibadət
etməklə səciyyələnməlidir (Yəhya 15:8-10; 1 Peter 5:5-11).
Yadda saxlayın, bu sövqolunma mənbələrində üç əsas məsələ
əks olunub: 1) Allahın iradəsi: siz Allahdan asılı olacaqsınız; 2)
Allah Kəlamı: siz Allaha etibar edəcəksiniz; və 3) Allaha ibadət:
siz Allaha təvazökarlıqla ibadət edəcəksiniz. Şeytanın sizə atdı-
ğı hər sövqolunma bu məsələlərdən birini və ya hamısını sual
altına qoyacaq. O, sizin ən zəif yerlərinizi öyrənmək məqsədilə
müşahidə edəcək və müdafiəsiz qoyduğunuz yerlərdə sizi sınağa
çəkəcək.
B
ədənimizin ən böyük istəklərindən ikisi
Allahın iradəsinə və Kəlamına zidd olan sövqedici düşüncələri
biz niyə düşünürük? Gəlin açıq etiraf edək – biz düşünürük, çün-
ki istəyirik. Biz xoşlamadığımız yemək, qarşı cinsin cəlbedici ol-
mayan üzvləri, işdə arzuolunmaz irəliləyiş və s. tərəfindən sövq
olunmuruq. Şeytan Allahın iradəsindən kənarda istədiyimiz və eh-
tiyac duyduğumuz şeylərin bizi məmnun edəcəyinə zəmanət ve-
rir. Bu, sövqolunmanın qarmağıdır. Buna inanmayın. Siz bədənin
istəklərini heç vaxt razı sala bilməzsiniz. Öz cismani istəklərinizi
nə qədər çox yedizdirsəniz, bir o qədər onlar böyüyəcəklər. Siz
bədənin istəklərini razı sala bilməzsiniz, amma Məsihdə bunu edə
bilərsiniz. «Nə bəxtiyardır salehlik üçün acıb susayanlar! Çünki
onlar doyacaq» (Matta 5:6). Düzgün münasibətləri saxlamaqla,
Müqəddəs Ruhun gücü ilə yaşamaqla, Ruhun səmərəsi sizdə zü-
hur etməklə məmnun qalacaqsınız.
Yaşamaq üçün yemək və ya yemək üçün yaşamaq
Qida sağ qalmaq üçün vacib olduğundan əsas tələbatdır. Ona
görə də biz yaşamaq üçün yeyirik, amma biz yemək üçün ya-
144
Buxovları qıran
şamağa başlayanda, qida bizi artıq məmnun etmir. Əksinə, bu,
bizim bütün diqqətimizi cəlb edir və milyonlarla insan qida üçün
olan iştahlarını idarə etməkdə gücsüz olurlar. Bədəniniz lazımi
qidalı maddələri əldə etməyəndə sizi sağlam saxlayacaq və immun
sisteminizin fəaliyyətini davam etdirəcək ərzaqları təbii olaraq
çox istəyəcəksiniz. Əgər siz həmin təbii iştahı razı salmaq üçün
yeyirsinizsə, onda siz sağlam qalacaqsınız və azad olacaqsınız.
Amma siz narahatçılığı yüngülləşdirmək və ya şirniyyata, duza
və s. olan həvəsi razı salmaq üçün yeməyə əl atanda özünüzə
hakim ola bilməyəcəksiniz və nəticələr sizin sağlamlığınıza mənfi
surətdə təsir göstərəcək.
Paulun «gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhla-
ra və cinlərin təlimlərinə qulaq asacaqlar» (1 Timotey 4:1) ciddi
xəbərdarlığı ilə əlaqədar olaraq yeməkdən sui-istifadə haqqında
xatırlatması təsadüfi hal deyil. Axır zamanların əlamətlərindən
biri normal ehtiyac olan yeməklərdən çəkinməyi söyləyən insan-
lardır (3-cü ayə). Anoreksiya
9
və bulimiya
10
qidalanma pozğunluğu
adlanan xəstəlikdir, amma onlar yeməklə çox az əlaqəlidir. Başlıca
məsələ aldanmadır.
Heç cavan qadınların damarlarını kəsmələrinin, həddən artıq
yeyib sonra özlərini qusdurmalarının, yaxud özlərini nəcis ifraz
etməyə məcbur etmələrinin səbəbini bilmək istəmisinizmi? Onlar
özlərində şər nəyinsə olduğunu və onları bayıra çıxarmalı olduqla-
rını düşünürlər. Paul deyir: «Beləcə, bu nəticəyə gəlirəm ki, yax-
şılıq etmək istərkən məndə pislik üzə çıxır» (Roma. 7:21). Özünü
kəsmə, qusma və ya nəcis ifraz etmə şərdən azad edə bilərmi?
Əlbəttə, yox. Mən gün ərzində 75 işlətmə dərmanı qəbul edən bir
cavan qadını bu sözləri deməyə həvəsləndirdim: «Mən nəcis ifraz
etmə vasitəsilə özümü təmizləməkdən imtina edirəm; Mən yalnız
Məsihin təmizləmək işinə inanıram». O, bu sözləri deyən kimi
ağlamağa başladı və beləcə, on dəqiqə dayanmadan ağlamaqda
davam etdi. O, sakitləşəndən sonra: «Sən bu vaxt ərzində nə
9 Bu, arıq olmaq üçün ac qalmaqla bədəni taqətdən salmaqdır.
10 Hər gün həddindən artıq yemək yeyəndən sonra özünü qusdurmaqdır.
Öz istəyini etməyə sövq olunmaq
145
fikirləşirdin?» — deyə, ondan soruşdum. O: «Mən inana bilmirəm
ki, əvvəllər belə yalanlara inanmışam!» — deyə, cavab verdi. Bir
konfransdan sonra bir pastorun həyat yoldaşı mənə bu məktubu
yazmışdı:
Sizin konfransda bizimlə bölüşdüyünüz həqiqət
vasitəsilə həyatımda Rəbbin etdiyi işlərin hamısını
danışa bilmərəm. Mən indi düşmənin aldatma meto-
dundan daha çox agaham, bu, güclü və xeyirxah Xi-
laskarıma görə məndə əsl minnətdarlıq hissi yaradır.
Mən 11 il ərzində bulimiyadan əzab çəkirdim. Amma
indi mən yemək dolu mətbəxlə evdə bütün günü tək ola
bilərəm və sülhdə qala bilərəm. Şeytan mənim ağlıma
şirnikləndirici bir fikir və ya yalan gətirəndə mən
onu cəld həqiqətlə dəf edirəm. Mən həmişə yeməkdən
qorxaraq, saatlarla həmin yalanların əsarəti altın-
da olardım. İndi mən həqiqətin gətirdiyi azadlıqda
sevinirəm.
Cilovlanmayan cinsi ehtiraslar
Paul, həmçinin, axır zamanlarda evlənməyi qadağan edən ya-
lançılar haqqında xatırladır (1 Timotey 4:3). Paul subaylığın yaxşı
olduğunu öyrədirdi, amma «əxlaqsızlığın qabağını almaq üçün hər
kişinin öz arvadı, hər qadının da öz əri olsun» (1 Kor. 7:2) deyə
yazırdı. Cinsi günahların digər günahlardan fərqli olduğu görü-
nür. Paul yazırdı: «İnsanın etdiyi bütün digər günahlar bədəndən
kənardadır, amma əxlaqsızlıq edən [zinakar] öz bədəninə qarşı
günah edir» (1 Kor. 6:18). Mənim yanıma məsləhətə gələn in-
sanların demək olar ki, hər biri hansısa cinsi günahları etdiyini
etiraf edib. Bəziləri qarşısıalınmaz şəhvətin əsarəti altında olub.
Digərləri cinsi zorakılığın qurbanları olub.
Cinsi əlaqə avtonom sinir sistemimizin Allahdan bizə verilən
bir hissəsidir. Normal cinsi əlaqə həyatın müntəzəm, ritmik
bir hissəsidir. Amma İsa «qadına şəhvətlə baxan hər adam ar-
146
Buxovları qıran
tıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28) deyəndə O,
Allahın cinsi əlaqə üçün yaratdığı sərhəddən kənar bir şeyi təsvir
edirdi. Şəhvət epithumos sözüdür. Epi ön şəkilçisi «əlavə etmək»
deməkdir, normal meylə əlavə edilən nəyisə ifadə edir. Ağlımızı
şəhvətli düşüncələr ilə çirkləndirərək Allahın verdiyi cinsi əlaqəyə
olan meylə nəyisə əlavə etməməyi İsa bizə xəbərdarlıq edir. Cinsi
əlaqəyə meylinizi cilovlamaq üçün yeganə yol düşüncə həyatınızı
cilovlamaqdır. Aşağıdakı şəhadətlik çirklənmiş ağlın viranəliyə
necə gətirib çıxardığını aşkar edir:
Mən hər bir kəsin əla ailə hesab etdiyi evdə böyümüşəm.
Mənim valideynlərim məsihçi idilər və məbədin işlərində
yaxşı iştirak edirdilər. Onlar məhəbbətlərini nümayiş
etdirmək üçün var qüvvələrini sərf edirdilər. Mən cinsi
yetişkənlik dövrünə çatanda hər bir gümrah oğlan kimi
cinsi əlaqə ilə maraqlanmağa başladım. Mənim atam
və anam məhrəm söhbətləri bölüşməyi bacarmırdılar,
ona görə də çox şeyləri onların evdə olan kitabından
öyrənmişdim.
Həmin kitabdan masturbasiya etməyi öyrəndim.
Üstündən çox az müddət keçmiş mən bunun əsiri ol-
dum. Çox keçməmiş pornoqrafiyanı tapdım və ona qul
oldum. Onları dükanlardan almaq olardı və on üç, on
dörd yaşlarında uşaqların onları alması satıcıların vecinə
deyildi. Mən öz kiçik şəxsi dünyamda idim. Zahirən
mən məbəddəki yeniyetmə qrupuna qoşulmuş, məsihçi
düşərgəsində məsləhətçi və məbəddə «əla ailə»nin üzvü
olan məsihçi bir uşaq idim. Daxilən isə mən pornoqra-
fiya və şəhvətli düşüncələrin tamamilə əsarəti altında
idim.
Mən məsihçi ali məktəbinə daxil oldum. Orada şəhvətli
vərdişlərimi qidalandırmaqda davam etdim. Mən gözəl
məsihçi qız dostumla evləndim və ətrafımızda olan hər
bir kəs üçün biz «ideal cütlük» idik. Amma mənim hələ
də şəxsi dünyam var idi ki, bundan hətta arvadımın belə
Öz istəyini etməyə sövq olunmaq
Dostları ilə paylaş: |