Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

112
Buxovları qıran
olar.  Onlar  bunu  hərfi  mənada  nəzərdə  tutmurlar.  Onlar  onun 
öz şəxsi problemlərinin olduğunu demək istəyirlər. Hətta bir çox 
şeytana  inanan  məsihçilər  bu  dünyada  cinlərin  mövcud  olması 
ideyasına inanmaq istəmirlər. 
Onda şeytan şər və yalan üzrə olan öz ümumdünya xidmətini 
necə yerinə yetirir? O, yaradılmış varlıqdır. O, nə hər yerdə de-
yil, nə hər şeyi bilmir, nə də hər şeyə qadir deyil. O, milyonlarla 
insanları  sınağa  çəkib  aldadaraq  eyni  vaxtda  dünyanın  hər  bir 
yerində ola bilməz. O, bunu dünyanın hər bir yerində yalanlarını 
yayan  kəşfiyyatçılar  ordusu  (cinlər  və  ya  cənnətdən  qovulmuş 
mələklər) vasitəsilə edir. 
Nə  cinlərin  fəaliyyətinə  imansızlıq,  nə  də  cinlərdən  hədsiz 
dərəcədə  qorxu  sağlam  bir  düşüncə  deyil.  «The  Screwtape 
Letters» («Skruteypdən məktublar») kitabında C. S. Luis yazır: 
«Cinlərə görə bəşəriyyətin aza bildiyi iki bir-birinə zidd yanlışlıq 
var. Biri onların mövcudluğuna inanmamaqdır. O birisi isə onlara 
inanmaqdır və həddən artıq maraq göstərməkdir. Onlar özləri hər 
iki yanlışlıqdan bərabər şəkildə məmnundurlar və materialisti və 
ya sehrbazı eyni həvəslə salamlayırlar.» 
Paul  Efes.  6:12-də  şeytani  iyerarxiyanın  ən  tam  təsvirini  ve-
rir:  «Mübarizəmiz  qandan  və  ətdən  ibarət  olan  insanlara  qarşı 
deyil,  şər  başçılarına  və  hakim  olanlara,  bu  qaranlıq  dünyanın 
hökmranlarına,  səmadakı  ruhani  şər  qüvvələrə  qarşıdır.»  Bəzi 
insanlar  bu  ayədə  xatırlanan  «başçılar»ın  və  «hakim  olanlar»ın 
şeytanın  rəhbərliyi  altında  olan  cinlərin  iyerarxiyasının  deyil, 
allahsız  insan  hakimiyyətinin  insan  quruluşlarına  aid  olduğunu 
söyləyirlər.  Kəlamda  bəzən  başçılar  və  hakim  olanlar  terminləri 
insan hakimiyyətinə aid edilir (Luka 12:11; Həv. İş. 4:26). Amma 
Paulun məktublarında bu terminlər fövqəltəbii güclərə aid edilir 
(Roma. 8:38, 39; Kolos. 1:16; 2:15). Efes. 6:12-nin kontekstindən 
aydındır ki, bizə qarşı duran hökmranlar, hakim olanlar, qüvvələr 
göylərdə,  yəni  ruhani  aləmdə  olan  ruhani  varlıqlardır  (Bu  möv-
zuda dərin teoloji şərh üçün Dr. Klinton Arnoldun «İnterVarsity 
Press» tərəfindən nəşr edilmiş «Powers of Darkness» («Qaranlı-
ğın gücü») kitabını oxumağı tövsiyə edirəm.).

Ruhları idarə etmək 
113
C
inlərin şəxs olmaları 
Müqəddəs  Kitab  cinlərin  mövcudluğunu  Allahın  mövcudluğu 
kimi  sübut  etməyə  çalışmır.  Kəlamda  sadəcə  onların  fəaliyyətləri 
haqqında yazılmasından hiss olunur ki, o dövrün oxucuları bunla-
rın mövcudluğunu bilirdi. Erkən məbədlərin rəhbərləri də cinlərin 
mövcudluğuna və şəxs olduqlarına şübhə etmədilər. Origen yazırdı: 
Şeytan,  onun  mələkləri  və  qarşı  duran  qüvvələrə 
gəldikdə  məbədin  təlimi  həmin  varlıqların  əslində 
mövcud olduğunu bəyan edir; amma onların nə oldu-
ğu  və  ya  necə  mövcud  olduğu  lazımi  qədər  aydınlıq-
la izah edilməyib. Amma bu fikir bir çoxları tərəfindən 
dəstəklənir: yəni, iblis mələk idi; üz döndərmişdi, özü ilə 
birlikdə bacardığı qədər çox mələyin də üsyan etməsinə 
onları inandırmışdı və həmin mələklər hətta indiki vaxta 
qədər şeytanın mələkləri adını daşıyırlar. 
Luka bizə şər ruhların şəxsiyyəti və fərdiliyi barəsində faydalı 
baxışlar göstərir. İsa insanı lal edən cini qovduqdan sonra Ona şər 
atanlar cinləri «cinlərin başçısı Baal-Zevulun» (Luka 11:15) gücü 
ilə qovmaqda Onu mühakimə etdilər. Sonrakı cinlər mövzusunun 
müzakirəsində İsa bunu söylədi: 
Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə 
dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: 
«Çıxdığım evə dönüm». Evə qayıdanda onu süpürülmüş 
və səliqə-sahman içində görər. Bu vaxt o, gedib özündən 
daha  betər  yeddi  başqa  ruhu  götürər.  Onlar  da  oraya 
girib  məskunlaşar.  Onda  bu  adamın  axırı  əvvəlkindən 
daha pis olar (Luka 11:24-26). 
Biz bu hissədən şər ruhlar barəsində bir neçə məlumat əldə edə 
bilərik. 

114
Buxovları qıran
1.  Cinlər insandan kənarda və ya insanın daxilində yaşaya 
bilərlər. Onların canlı varlıqlarda yaşamaqla rahatlıq tapdıqları 
hiss olunur. Cinlər hətta heç nədənsə donuzların içində olmağı 
üstün tuturlar (Mark 5:12). Bu ruhlar iblisanə məqsədlər üçün 
istifadə  edilmiş  müəyyən  coğrafi  yerlərdə  hərlənə  və  həmin 
əraziyə məxsus hüquqları tələb edə bilərlər.
2.  Onlar haraya getmək istəyirlərsə, gedə bilərlər. Ruhani var-
lıqlar olduqlarına görə cinlər fiziki maneələrdən keçə bilirlər. 
Məbədinizin divarları iblisanə təsirdən bir sığınacaq kimi rol 
oynamır; yalnız dua və ruhani səlahiyyət bunu edə bilər. Yad-
da  saxlayın,  bizim  yeganə  həqiqi  sığınacağımız  «Məsihdə» 
mövqeyimizdir. 
3.  Onlar  danışa  bilirlər.  Luka  11-dən  aydındır  ki,  şər  ruhlar 
bir-biriləri ilə danışa bilirlər. Onlar eləcə də tabe olmuş insan 
vasitəsilə insanlarla danışa bilər, məsələn, onlar qadaralı cinə 
tutulmuş  adam  vasitəsilə  danışırdılar  (Matta  8:28-34).  Belə 
fövqəladə hallarda mərkəzi sinir sistemi tamamilə idarə olu-
nur. Biz aldadıcı ruhlara diqqət yetirəndə cinlər, ola bilsin ki, 
mərkəzi sinir sistemini tamamilə idarə etmirlər, amma hansısa 
dərəcədə idarəçiliyi əllərinə alırlar (1 Timotey 4:1). 
4.  Hər  bir  cinin  ayrıca  kimliyi  var.  Luka  11-də  cinin  özünə 
«mən» kimi baxdığına diqqət yetirin: «Çıxdığım evə dönüm» 
(24-cü  ayə).  Biz  şəxs  olmayan  qüvvələrlə  deyil,  düşünən 
şəxsiyyətlər ilə qarşılaşırıq. Ona görə də dünyəvi tədqiqat me-
todları onların mövcudluğunu aşkar etməyəcək. Şər ruhların 
gerçəkliyi və şəxs olmaları haqqında yeganə mötəbər mənbə 
Allahdan olan vəhydir. 
5.  Onlar  yadda  saxlamağı  və  planlar  cızmağı  bacarırlar. 
Cinlərin bir yerdən çıxması, geriyə qayıtması, əvvəlki vəziyyəti 

Ruhları idarə etmək 
115
xatırlaması və başqaları ilə birlikdə yenidən daxil olması onla-
rın düşünmək və plan cızmaq qabiliyyətini göstərir. 
6.  Onlar vəziyyətləri müşahidə etməyi və qərarlar çıxarmağı 
bacarırlar.  Şər  ruhun  insan  hədəfini  «süpürülmüş  və  səliqə-
sahman»  vəziyyətində  (25-ci  ayə)  tapması  aydın  bildirir  ki, 
o, nəzərdə tutduğu qurbanı müşahidə edə bilir. Cinlər bizim 
zəif nöqtəmizdən həyatlarımıza girə bilirlər. Amma şeytanın 
barəmizdə nə düşündüyü bizi maraqlandırmamalıdır; biz Allahı 
razı salan tərzdə həyatımızı yaşamalıyıq (2 Kor. 5:9). 
7.  Onlar birlikdə işləyə bilərlər. Luka 11-də bir ruh zərərçəkənin 
sonrakı vəziyyətini əvvəlkindən də pis edərək yeddi başqa ruh-
la birləşmişdi. Qadaralı cinə tutulmuş adamın vəziyyətində şər 
iş görmək üçün «qoşun» adlı çoxlu sayda cinlər birləşmişdilər 
(Mark  5:9).  Mən  bir  çox  insanların  beyinlərində  olan  çoxlu 
müxtəlif səsləri bir bazara bənzətdiklərini eşitmişəm. 
8.  Onlar  pislik  dərəcələrinə  görə  fərqlənirlər.  Luka  11-də  bi-
rinci cin «özündən daha betər» (26-cı ayə) başqa yeddi ruhu 
gətirir. İsanın bir ruh haqqında dediyi «Bu cür ruhlar yalnız 
dua  ilə  çıxa  bilər»  (Mark  9:29)  sözləri  ruhların  pisliyə  görə 
olan fərqini bildirir. Ruhların gücünə və pisliyinə görə fərqlilik 
anlayışı Paulun Efes. 6:12-də yazdığı iyerarxiya ilə uyğunlaşır. 
Mən şəxsən bəzi halların başqalarından daha çətin olduğunun 
şahidi olmuşam. 
Amma siz Allahın həqiqətinə yapışdıqca şeytandan və cinlərdən 
qorxmayacaqsınız. Onun yeganə silahı yalandır. Ayrenus yazırdı: 
«İblis…yalnız belə iş görə bilər: başlanğıcda etdiyi kimi, Allahın 
əmrlərinə itaətsizlik etmək üçün insanın ağlını aldadır, azdırır və 
tədricən ürəkləri qaranlıqlaşdırır.» Əgər siz nurda gəzməkdə da-
vam etsəniz, qaranlıqdan qorxmaya bilərsiniz. 

116
Buxovları qıran
D
üşmənin istehzalarını rədd etməyi öyrənmək
Bu cür şər ruhlar həyatımıza necə müdaxilə edirlər? Gəlin sizə 
sadə təsvirlə cavab verim. Özünüzü hər iki tərəfdə iki mərtəbəli 
binaları olan uzun, dar küçənin bir başında dayanmış halda təsvir 
edin. Küçənin o biri başında isə İsa Məsih dayanıb və sizin məsihçi 
həyatınız, gözlərinizlə imanınızın Banisi və Kamilləşdiricisinə ba-
xaraq, həmin uzun küçə boyunca getmək məsihçi həyatınızın pro-
sesidir. Bu küçədə Müqəddəs Ruhun gücünə iman etməklə İsaya 
doğru irəliləməyinizdən sizi dayandıra biləcək heç bir qüvvə yox-
dur. Belə ki siz İsa Məsihi qəbul edəndə gözlərinizi Ona dikirsiniz 
və yeriməyə başlayırsınız. 
Lakin  bu  dünya  hələ  də  şeytanın  hökmranlığı  altında  oldu-
ğu  üçün  yolun  hər  iki  tərəfindəki  evlərdə  yaşayan  sakinlər  sizi 
məqsədə nail olmaqdan saxlamağa qərar vermiş varlıqlardır. On-
ların sizin yolunuzu bağlamağa, hətta addımlarınızı yavaşıtmağa 
belə heç bir gücləri, yaxud səlahiyyətləri yoxdur, ona görə də on-
lar diqqətinizi məqsəddən uzaqlaşdırmağa və irəliləyişinizi dayan-
dırmağa ümid edərək pəncərələrdən sallanıb sizi çağırırlar. Onlar 
insanları fahişəxanaya cəlb etməyə çalışan qadın alveri ilə məşğul 
olan şəxslərə bənzəyir. 
Bəziləri: «Ey, buraya bax! Məndə sənin istədiyin bir şey var. 
Bu,  dadlıdır,  yaxşı  görünür  və  sənin  küçə  boyunca  darıxdırıcı 
gəzintindən  daha  çox  maraqlıdır.  Gəl  içəriyə  bir  bax»-  deyərək, 
sizi sınağa çəkəcəklər. 
Başqaları: «Axı, sən kimsən? Allah səni sevmir. Sən heç nəyə 
nail  olmayacaqsan.  Onsuz  da  xilasa  inanmaq  boş  şeydir»  — 
deməklə,  ittiham  edəcəklər.  Şeytanın  kəşfiyyatçıları,  xüsusilə, 
sınaqlar  vasitəsilə  sizi  yayındırdıqdan  sonra  ittiham  etməkdə 
mahirdirlər.  Bir  dəqiqə  onlar:  «Bunu  yoxla;  burada  heç  bir  pis 
şey yoxdur» — deyirlər. Siz təslim olandan sonra isə onlar dərhal 
gəlib: «Bax gör nə etdin! Belə etməklə sən özünü necə məsihçi 
adlandıra bilərsən?»- deyə, rişxənd edirlər. Sizi məqsəddən yayın-
dırmaqda ittiham şeytanın ən güclü silahlarından biridir.

Ruhları idarə etmək 
117
Siz  küçədə  addımladıqca  sizə  atılan  başqa  atmacalar  belə 
səslənir:  «Sən  bu  gün  məbədə  getməyə  bilərsən.  Hər  gün  dua 
etmək  və  Müqəddəs  Kitab  oxumaq  vacib  deyil.  «New  Age» 
cərəyanının bəzi şeyləri pis deyil.» Bu, aldatmadır, həm də şeyta-
nın ən hiyləgər və zəiflədici silahıdır. Siz çox vaxt bu fikirləri bi-
rinci şəxsin təkində eşidəcəksiniz: «Mənə bu gün məbədə getmək, 
dua etmək və Müqəddəs Kitab oxumaq lazım deyil» və s. Şeytan 
bilir ki, əgər başınıza gələn fikrin onun deyil, özünüzün olduğunu 
düşündürə bilsə, onda sizi daha asanlıqla aldadacaq.
Yolunuzun  kənarında  olan  pəncərədən  və  qapıdan  sizi  lağa 
qoymaqda, ələ salmaqda, şirnikləndirməkdə və sual verməkdə öz 
cinlərini təhrik etməklə düşmənin məqsədi nədir? O, sizi yavaşıt-
maq, oturtmaq və mümkünsə, Məsihə doğru səyahətinizi dayan-
dırmaq istəyir. O istəyir ki, siz Allaha inanmaq və xidmət etmək 
qabiliyyətinizə şübhə edəsiniz. Yadda saxlayın: onun Məsihə doğ-
ru addımlamağınızda davamlı irəliləyişinizdən sizi saxlamağa heç 
bir qüdrəti və ya səlahiyyəti yoxdur. Və o, yenidən sizə heç vaxt 
sahib  ola  bilməz,  çünki  İsa  Məsih  tərəfindən  satın  alınmısınız 
və əbədi olaraq Ondasınız (1 Peter 1:18,19). Amma o, ağlınızda 
əkdiyi düşüncələrə sizin qulaq asmağınıza nail olsa, sizə təsir edə 
biləcək. Əgər uzun müddət sizə sınaq, ittiham, aldatma vasitəsilə 
şeytanın təsir etməsinə icazə versəniz, onda o, irəliləyişinizi da-
yandıra biləcək. 
Məsihçi kimi yaşadığımız ruhani azadlığın dərəcələri bir inter-
val  daxilindədir:  onun  bir  ucunda  günah  və  şeytanla  döyüşünə 
baxmayaraq, məsihçi həyatı və xidməti nümunə olan həvari Paul 
(Roma. 7:15-25; 2 Kor. 12:7-9), o biri ucunda isə tamamilə cinlər 
tərəfindən  idarə  olunan  qadaralı  cinə  tutulmuş  adam  (Matta 
8:28-34)  durur.  Heç  kim  bir  anın  içərisində  tamamilə  şeytanın 
idarəçiliyinin  altına  düşmür;  biz  tədricən  gedən  proseslə  onun 
sezilməyən  aldatmasına  və  təsirinə  məruz  qalırıq.  Mən  hesab 
edirəm ki, məsihçi cəmiyyətinin yalnız 15 faizi Məsihdə azad və 
bəhrəli həyat yaşayır. Necə də dəhşətlidir! Bəhrəli həyat yaşayan 
imanlılar  Məsihdə  kim  olduqlarını  bilirlər,  onların  Allahla  olan 
şəxsi  vaxtları  ürəklərinə  dərin  təsir  edir.  Məsihdə  diri  və  azad 

118
Buxovları qıran
olmaq Allahın hər bir övladının «oğulluq» hüququdur. Biz cismani 
həyat yaşamaya bilərik – biz Məsihdə azad olmuş həyat yaşaya 
bilərik!
Yarışda qaçmaq 
Gündəlik  Məsihlə  gəzinti  zamanı  ikimərtəbəli  evin 
pəncərələrindən və qapılarından sizə atılan şeytani atmacalara və 
oxlara cavab verməyin üç üsulu var və bu üsullardan ikisi səhvdir. 
Birinci, ən çox ruhani məğlub edilmiş məsihçilər aldadıcı ruhla-
ra qulaq asan adamlardır (1 Timotey 4:1). Onlar zəifliklə şeytanın 
sınaqlarına  təslim  olurlar,  yalanlara  və  ittihamlara  inanırlar.  Bu 
məsihçilər,  sadəcə,  Allahın  onları  sevmədiyinə,  heç  vaxt  qələbə 
çalan məsihçi olmayacağına, yaxud keçmişlərinə görə həmişə aciz 
olduqlarına inanaraq aldandıqlarına görə məğlub olurlar. Onların 
dərhal  qalxıb  yenidən  gəzməsinin  qarşısını  alan  səbəb  yoxdur, 
amma  onlar  yalana  inanıblar  və  ona  görə  də  küçənin  ortasında 
məğlub olmuş halda oturub qalırlar. 
İkinci  üsul  da  birinci  kimi  bəhrəsizdir.  Məsihçilər  cinlər  ilə 
mübahisə etməyə çalışırlar: «Mən kifir və ya gic deyiləm. Mən 
qələbə  çalan  məsihçiyəm.  Bu,  doğru  deyil.  Mən  həmin  yalanı 
inkar  edirəm.»  Onlar  yaxşı  mübarizə  apardıqlarını  düşünürlər, 
amma həqiqətdə həmin mənfi düşüncələr hələ də onları idarə edir 
və gündəlik planlarını təyin edir. Onlar irəli addımlamalı olduqları 
vaxtda küçənin ortasında dayanıb cinlərin üstünə qışqırırlar. Mənfi 
və ya yalan fikirlərin ya dünyadan, ya cismani təbiətdən, ya da 
şeytandan gəlməsinin heç bir fərqi yoxdur. Biz hər bir düşüncəni 
əsir edərək Məsihə itaət etdiririk. Biz qaranlığı qovmağa çağırıl-
mamışıq – biz işığı yandırmağa çağırılmışıq. 
Üçüncü üsul budur: Biz dünyaya, cismani təbiətə və şeytana 
həqiqəti  seçməklə  qalib  gəlirik.  Biz  nə  şər  ruhlara  inanmalıyıq, 
nə də söhbət etməliyik. Bizə öyrədilib ki, onlara fikir verməyək. 
Onların  bizə  atdıqları  hər  sınaq,  ittiham  və  yalan  oxuna  qarşı, 
sadəcə, iman qalxanını qaldırıb, hücumu dəf edirik və irəliləməkdə 

Ruhları idarə etmək 
119
davam edirik. Biz hər bir yalanın qarşısında həqiqəti seçirik. Biz 
bunu etdikcə hər bir addımda böyüyürük. 
Mən  Talbot  Teologiya  Məktəbində  dərs  keçərkən  bir  tələbə 
mənimlə görüş təyin etdi. O, satanizmi araşdırırdı və bəzi suallar 
vermək istəyirdi. Mən onun bəzi suallarına cavab verdim, sonra 
dayandım. «Mən fikirləşirəm ki, sən Satanizmi araşdırmamalısan» 
— söylədim. 
O: «Nə üçün?»- deyə, soruşdu.
«Çünki sən Məsihdəki azadlığında yaşamırsan» — deyə, cavab 
verdim. 
O: «Bununla nə demək istəyirsiniz?» — deməklə, etiraz etdi.
Mən ona dedim: «Mən sənin Müqəddəs Kitab dərslərində fik-
rini toplamaqda çətinlik çəkdiyini güman edirəm. Eləcə də, sənin 
Allahla  vaxtının  və  dua  həyatının  əslində  mövcud  olmadığın-
dan  şübhələnirəm.  Mən  əminəm  ki,  sənin  özünə  hörmət  hissin 
həddən  artıq  aşağıdır  və  yəqin  ki,  intihar  etmək  haqqında  çox 
fikirləşirsən». 
Sonra o, dostuna söylədi: «O kişi mənim ağlımı oxudu!» Mən 
onun  ağlını  oxumadım.  Mən,  sadəcə  olaraq,  insanlara  uzun 
müddət  kömək  etdiyimdən  onlarla  nə  baş  verdiyini  anlayıram. 
Bu tələbə həmin yay mənim «Şəxsi və ruhani münaqişələri həll 
etmək» adlı yuxarı səviyyə dərslərimdə iştirak etməyə icazə aldı 
və iki həftədən sonra aşağıdakı məktubu yazdı:
Keçən həftə həyatda ilk dəfə özümü idarə edə bildi-
yimi hiss etdim. Sanki indi öz ağlıma malikəm. Mən 
oturub  fikirlərimi  bir  yerə  toplamağa  çalışmıram  və 
xəyala dalmıram, yəni özümlə söhbət etmirəm. Mənim 
ağlım, sadəcə olaraq, sakitdir. Bu, həqiqətən, qəribə 
hissdir.  Mənim  emosiyalarım  sabitləşib.  Bu  həftə 
ərzində bir dəfə də olsun ruhdan düşməmişəm. Mənim 
iradəm mənimdir. Mənə elə gəlir ki, mən öz həyatımı 
Məsihdə yaşamağı seçə bilərəm. Kəlam fərqli görünür. 
Mənim  tamam  fərqli  baxışlarım  var.  Mən  Kəlamın 

120
Buxovları qıran
mənasını, doğrudan da, başa düşürəm. Mən tək qal-
dığımı  hiss  edirəm.  Pis  mənada  demirəm.  Mən  yal-
qız deyiləm, sadəcə, başımda başqa səsləri deyil, öz 
səsimi eşidən adamam.
İlk  dəfədir  ki,  mən  məsihçi  olmağı,  Məsihin  kim 
olduğunu və Onda kim olduğumu həqiqi mənada başa 
düşürəm.  İnanıram  ki,  mən  insanlara  kömək  etməyi 
bacarıram  və  özümü  idarə  edə  bilirəm.  Mən  illərlə 
kimdənsə  asılı  olmuşam,  amma  keçən  həftə  kiməsə 
ehtiyacımın  olduğunu  zərrə  qədər  hiss  etməmişəm. 
Məncə  sülhdə  qalmağın  nə  olduğunu  təsvir  edirəm. 
Mən  bunu  ürəyimdə  sakit,  incə  sevinc  kimi  hiss 
edirəm.  Mən  kənar  adamlarla  özümü  daha  dostya-
na  və  rahat  hiss  etmişəm.  Gün  ərzində  baş  verən 
çarpışmalara dözmək çətin deyil. Eləcə də mən süst 
deyiləm, həyatda fəal iştirak edirəm və ona tənqidi 
baxışla yanaşmıram. Mənə ümid verdiyinizə görə sizə 
minnətdaram  –  Mən  inanıram  ki,  indi  Məsihdə  öz 
ümidim var. 

8
Sirli gücə və biliyə 
şirniklənmə 
Mən  doktorantura  tələbəsi  olan  yoldaşlarımdan  birinin  əqli 
təhsilin  gələcəyi  haqqında  təqdimat  verməsinə  diqqətlə  qulaq 
asırdım. Sinifdə məktəb direktorları, maarif müdirləri, müəllimlər 
və ictimaiyyətin müxtəlif vəzifələrində işləyən rəhbərlər iştirak 
edirdilər. Təqdimatçı, orta məktəbin direktoru belə hadisəni astral 
proyeksiya
6
, telekinez
7
, gələcəyi qabaqcadan görmə və telepati-
ya  kimi  təsvir  etdi.  «New  Age»  dünyəvi  təhsildə  əhəmiyyətli 
dərəcədə  qəbul  edildiyindən  hal-hazırda  universitet  proqramla-
rında belə şeylər eşitmək az təəccüb doğurur. Amma bu, 1980-ci 
ildə idi və belə mövzulara doktorantura proqramlarında, adətən, 
toxunulmurdu. 
Onun  «New  Age»  təqdimatı,  şübhəsiz  ki,  diqqətlə  qu-
laq  asan  tələbə  yoldaşlarımda  maraq  oyatdı.  Onlar  həvəslə 
mühazirəçi ilə danışdılar və çoxlu suallar verdilər. Sirli gücə 
və biliyə şirniklənmə beş təbii hisslə duyula bilməyən nəyinsə 
olduğunu  düşünənlərin  həmişə  marağını  cəlb  edib.  Mən 
tədqiqat və ya araşdırmadan əldə edilən bilik haqqında danış-
mıram. Sirli bilik altıncı hiss (və ya ruhani hiss) vasitəsilə 
əldə edilir və yalnız mistik cəmiyyətə qəbul olunmuşlar (və 
ya məsh olunmuşlar) üçün nəzərdə tutulur. Falçılarda hamı-
da olmayan xüsusi güc olur. Hətta ixtisaslaşmış və ya hamı 
6  İnsanın fiziki bədənindən çıxıb kainatın başqa yerlərinə getməsi
7  Elmi cəhətdən izah edilməyən yolla əşyaları hərəkətə gətirmək

122
Buxovları qıran
tərəfindən qəbul edilmiş falçılar da var, belə ki, həqiqi falçılar 
fırıldaqçılardan fərqlənə bilər. 
Amerikanın  iki  prezidentinin  həyat  yoldaşları  falçılardan 
məsləhət  almağa  getmişdilər.  Polislər  itmiş  insanların  tapılma-
sında  və  hətta  elmi  metodlar  qane  etməyəndə  cinayətlərin  aş-
kar edilməsində falçılardan kömək istəyiblər. Demək olar ki, hər 
bir qəzet və təyyarə jurnalları gündəlik ulduz falını təqdim edir. 
İctimaiyyətin mələklərə marağı çox yüksək həddə çatıb. Biz, doğ-
rudan  da,  «New  Age»  dövründə  yaşayırıq  və  ola  bilsin  ki,  bu, 
Amerikada ən üstünlük təşkil edən dindir. 
Dərsin  sonuna  yaxın  belə  bir  sual  verdim:  «Siz  araşdırma 
apararkən ağlın bu yeni sərhədinin yaxşı, ya da pis olduğunu heç 
özünüzə  sual  vermisinizmi?  Sizin  təqdim  etdiyiniz  fikirdə  yaxşı 
olmayan bir şey varmı?».
«Xeyr»- deyə, o cavab verdi: «Mən onunla maraqlanmamışam.»
«Məncə, siz maraqlanmalısınız» — deyə, mən cavab verdim: 
«Çünki sizin bölüşdüklərinizdən heç biri yeni deyil. Bu, Müqəddəs 
Kitabın tarixi kimi köhnədir və Allah Öz xalqına onunla məşğul 
olmağı qəti qadağan edib.» 
Bu  söhbət  dərsin  sonunu  tez  gətirdi  və  təqdimatçının 
dediklərində  nəyin  pis  olduğunu  bilmək  məqsədilə  çoxlu  tələbə 
ətrafıma toplaşdı.
T
ələ də Müqəddəs Kitab kimi qədimidir 
Okkultun  şirnikləndirməsi,  demək  olar  ki,  həmişə  bilik  və 
güc  əldə  etməkdir.  Əslində,  bilik  gücdür.  Məsələn,  nəyinsə  baş 
verməsini  qabaqcadan  bilmək  bacarıqdır.  Əgər  hadisələr  baş 
verməzdən  qabaq  onları  görsəniz,  onda  hansı  gücə  malik  oldu-
ğunuzu təsəvvür edə bilərsinizmi? Siz at yarışında sadəcə mərc 
gəlməklə  milyarder  ola  bilərdiniz.  Nəyisə  qabaqcadan  bilmək  o 
deməkdir ki, gələcək hadisələri yoluna qoya bilən hansısa güclə 
əlaqədəsiniz.  Şeytan  aldanmış  insanları  özünə  tabe  etdirərək 

Sirli gücə və biliyə şirniklənmə 
123
bunu etməkdə məhdud bacarığa malikdir. Onun etdiyi hər bir şey 
məsihçiliyin  saxta  formasıdır:  gələcəyi  qabaqcadan  görmə  ilahi 
vəhyin və peyğəmbərliyin saxta formasıdır; telepatiya duanın sax-
ta  formasıdır;  telekinez  Allahın  möcüzələrinin  saxta  formasıdır; 
və  ruh  bələdçiləri  ilahi  idarəçiliyin  saxta  formasıdır  (Müqəddəs 
Ruh  sizin  bələdçiniz  ola  bildiyi  bir  halda  ruh  bələdçisi  nəyinizə 
gərəkdir?).
Qeyri-məhdud  olan  üçün  belə  məhdud  istəklər  Allahla  yaxın 
münasibətdən yaranan güc və bilik vasitəsilə həyata keçə bilər. 
Amma şeytan öz saxtalarını həqiqi bir şey kimi çatdırmağa çalışır. 
Əgər o, sizi okkultik biliyin və gücün aldadıcı aləmi ilə şirnikləndirə 
bilsə, həyatınızda dayaq nöqtəsi əldə edəcək. Bu «New Age» adlı 
cərəyan, şübhəsiz ki, yeni deyil. Vəd olunmuş torpağa daxil olan 
ərəfədə Musa xalqa əmr etdi: 
Allahınız  Rəbbin  sizə  verəcəyi  torpağa  girdiyiniz 
zaman  o  millətlərin  iyrənc  adətlərini  götürüb  təqlid 
etməyin. Aranızda oğul və qızını oda qurban verən, fal-
çı, gələcəyideyən, baxıcı, cadugər, ovsunçu, cindarlara 
və  ruhçağıranlara  müraciət  edən,  yaxud  ölüləriçağıran 
olmasın. Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc 
işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qo-
vacaq. Allahınız Rəbbin gözü önündə kamil olun (Qan. 
Tək. 18:9-13). 
Bu  əmr  bu  gün  bizim  üçün  Musanın  rəhbərliyi  altında  olan 
israillilər üçün olduğu kimidir. Biz falçılar, cindarlar, ovucdan oxu-
yanlar, ekstrasenslər, eləcə də idarə olunma və sirri bilmək üçün 
ulduz fallarının ictimaiyyət tərəfindən qəbul edildiyi müasir Kənan 
torpağında yaşayırıq. Əfsuslar olsun ki, bu, məsihçilər içərisində 
də var. 1990-cı ildə özünü məsihçi sayan 1725 yeniyetmə ilə sor-
ğu keçirildikdən sonra onların okkultla məşğul olmaları haqqında 
aşağıdakı qənaətə gəldik: 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin