267
oluna bilən alətdir. Sizi azad edən şey tövbə və imanla Məsihə
cavab verməyinizdir. Addımların ilkin məqsədi diqqətinizi sizin
Allah ilə olan ünsiyyətinizə cəmləməkdir. Bir çox insanlar təklikdə
addımlardan keçə bilərlər və keçirlər. Proses hər bir insan üçün
özünəməxsusdur, çünki dua edən şəxs köməyə ehtiyacı olan
şəxsdir və həmin insan ona kömək edə bilən yalnız Bir Nəfərə
dua edir.
Addımlar vasitəsilə insanlara kömək etməyə qoşulduğumuz
azadlıq görüşlərinə biz çox vaxt dua köməkçisini dəvət edirik
(Bunu çox vaxt başqalarına öyrətmək məqsədilə edirik.). La-
zım gələndə çox vaxt məsləhət verdiyim insanlarla tək özüm
görüşürəm və həqiqət hələ də onları azad edir. Amma məsləhət
verdiyim insan qarşı cinsdəndirsə, həmişə üçüncü tərəfin də işti-
rak etməsinə çalışıram.
Biz görüşlərə başlayanda addımların bir nüsxəsi həm məndə,
həm də məsləhət verdiyim insanda olur. Biz irəliyə getdikcə onla-
rın nə etdiklərini və niyə etdiklərini izah edirəm. Mən hər insanla
bir bölmədə bütün yeddi addımdan keçməyə çalışıram. Ola bilsin
ki, hər insana hər bir addım lazım gəlməyə bilər, amma mən
onların xeyri üçün hərtərəfli olmağa çalışıram. Mən xahiş edirəm
ki, onlar hər bir duanı və həqiqət bəyanatlarını söyləsinlər. Ümid-
varam ki, onlar hər bir əqli toqquşmanı və ya fiziki narahatçılığı
bölüşəcəklər. Mənimlə bölüşdüklərinə görə onlara təşəkkürümü
bildirirəm. Bu şeylər etiraf edildikdən sonra, sadəcə, davam edin.
Əksər hallarda toqquşmalar çox az olur. Əgər toqquşma olarsa,
adətən, bu, birinci iki addımda qarşıya çıxır.
Bağışlamazlıq ilə əlaqədar addım ən vacib olan bir addımdır.
Mənim yanıma məsləhətə gəlmiş hər bir şəxsin bağışlamalı oldu-
ğu bir və ya daha çox insan olub. Mən inanıram ki, bağışlamazlıq
şeytan üçün məbədə ən böyük qapı açır. Əgər biz insanın ürəkdən
bağışlamasına kömək edə bilməsək, həmin insanın keçmişindən
azad olmasına kömək edə bilmərik. Kimsə belə söyləmişdi: «Ba-
ğışlamaq əsiri azadlığa çıxarmaqdır. Sonra görürsən ki, əsir sən
idin.»
268
Buxovları qıran
Belə insanlar dua edəndə və bağışlamalı olduqları insanları
Allahdan soruşanda əmin ola bilərsiniz ki, Allah onların yadları-
na adları salar. Bəzən insanlar mənə deyirlər: «Bilirsiniz, elə bir
adam yoxdur.» Belə olan halda mən onlara deyirəm: «Siz indi,
sadəcə olaraq, yadınıza düşən adları çəkə bilərsinizmi?» Müstəsna
hal olmadan bir neçə ad ortalığa çıxır və mən də onları yazıram.
Mənim söhbət etdiyim insanların yadlarına onları təəccübləndirən
adların düşməsi qeyri-adi hal deyil (Bağışlama prosesində olarkən
unudulmuş ağrılı xatirələrin də yadlarına düşməsi onlar üçün
qeyri-adi bir şey deyil.).
Mən bağışlamağın nə olduğunu və necə edilməli olduğunu izah
edirəm. Aparıcı məsələlər addımlarda daha aydın təsvir olunub.
Sonra mən onlara adlar siyahısını verirəm və özlərinin xeyri üçün
həmin insanları bağışlamaq istəyib-istəmədiklərini soruşuram.
Onların başqalarını bağışlaması, əsasən, özləri ilə göylərdə olan
Ataları arasında məsələdir. Onların bağışladıqları insanlar ilə barı-
şıq sonra ola da, olmaya da bilər.
4-cü addımdan 6-cı addıma qədər çox kiçik müqavimət qarşıya
çıxır. 6-cı addımda mən həmişə cinsi günahı ayrıca həll edirəm.
İnsan əsarətində cinsi əlaqənin nə qədər böyük rol oynaması çox
təəccüblüdür (Əgər siz başqalarına fəal surətdə kömək edirsinizsə,
başqalarına cinsi günahlardan azad olmaqda necə kömək etməyi
başa düşəsiniz deyə, mən sizə « A Way of Escape» («Çıxış yolu»)
( Harvest House) kitabımı oxumağı tövsiyə edərdim.
Əksər hallarda, sonuncu — 7-ci addımda olan bəyanat və
dua edilməyincə tam azadlıq əldə edilmir. Addımları qurtardıq-
dan sonra, adətən, məsləhət verdiyim insanlardan rahat oturub
gözlərini yummalarını xahiş edirəm. Sonra onlardan: «Ağlınızda
nə eşidirsiniz? O sakitdirmi?» — deyə, soruşuram. Nəfəslərini
dərdikdən sonra, adətən, yüngül bir təbəssümlə deyirlər: «Heç
bir şey. Nəhayət, ağlımda sakitlik var.» Mən çox vaxt 2-ci addım-
da olan həqiqət bəyanatını oxumaqda çətinlik çəkmiş insanlardan
onu yenidən oxumağı xahiş edirəm. Onların indi həqiqəti asanlıqla
oxuya bilmələri və başa düşmələri özlərini heyrətə salır. Bir çox in-
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
269
sanların üzlərinin ifadəsi çox vaxt elə gözəçarpan surətdə dəyişilir
ki, mən onlara güzgüdə özlərinə baxmağı məsləhət görürəm.
Məsihdə azad olmaq bir məsələdir – azad qalmaq isə ikinci bir
məsələdir. Paul Qalat. 5:1-də deyir: «Məsih azad olmağımız üçün
bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik
boyunduruğuna tabe olmayın.» İnsanların Məsihdə olan azadlıqla-
rını əllərində saxlamalarına kömək edəcək əlavə yardımçı təkliflər
addımlara daxildir (Biz, eləcə də, hər bir kəsə məsləhət gördüyü-
müz Regal Books tərəfindən nəşr olunmuş, 21 günlük «Walking
in Freedom» («Azadlıqda gəzmək») adlı kitabı təklif edirik. Bu,
onların etdiklərini möhkəmləndirməyə yardım edir.).
X
üsusi hallarda azadlığı tapmaq
Çox vaxt kiçik uşaqların hücuma məruz qalmaları barəsində
məndən soruşurlar. Cavab «bəli» olur. Əgər siz uşaqlarınız üçün
narahatsınızsa, «The Seduction of Our Children» («Övladla-
rımızın şirnikləndirilməsi») (Harvest House) və ya «Spiritu-
al Protection For Our Children» («Övladlarımız üçün ruhani
müdafiə») (Regal Books) adlı kitabları oxumağı sizə tövsiyə
edirəm. Axırıncı kitabda uşaqlar üçün hər yaş qrupunu əhatə edən
addımlar var; mən bu kitabı Pit və Su Vander Huk ilə birlikdə
yazmışam. Pit Evangelical Free məbədinin pastorudur. Onların
ailəsində hər şey öz qaydası ilə gedirdi, amma uşaqları qəfildən
böyük ruhani hücumlara məruz qalmağa başladı. Bu hücumlara
cavab tapmaq onların özlərinə və məbədlərində olan bir çoxlarına
azadlıq gətirdi.
Mən daha iki kitabı sizə xatırlatmalıyam. Xidmət yoldaşım
Riç Miller ilə birlikdə yazdığım «Leading Teens to Freedom in
Christ» («Yeniyetmələri məsihdə azadlığa yönəltmək») (Regal
Books) kitabım valideynlər və gənclərlə işləyən insanlar üçün-
dür. Məbədinizi və nikahınızı azadlığa çıxarmaq üçün addımlar,
eləcə də, hər yaş qrupunu əhatə edən şəxsi addımlar bir cildli
270
Buxovları qıran
«Ministering the Steps to Freedom in Christ» («Məsihdə azad-
lıq addımlarını həyata keçirmək») (Regal Books) kitabında
yerləşdirilib. Məbədinizdə və ya şəxsi xidmətinizdə istifadə etmək
üçün hər addımın surəti çıxarıla bilər.
Mənə şər ruhların evlərində məskən saldığını söyləyən bir neçə
insan tərəfindən zənglər olub. Adətən, bu növ ruhani münaqişələr,
əsasən, yerlə əlaqəli deyil, şəxsin özü ilə əlaqəlidir, amma bəzən
evdə edilmiş şər əməllərə görə orada problem yarana bilər. Əgər
ev və yer sizə məxsusdursa, onda siz oranı almazdan əvvəl orada
yaşamış insanların etdikləri hər bir əməli inkar və rədd edin, eləcə
də, həmin mülkiyyəti Rəbbə həsr edin. Bunu etmək Allahın bizim
himayəçiliyimizə həvalə etdiyi şeylərə görə, sadəcə olaraq, yaxşı
nəzarətçi olmaqdır.
15
Son söz
ƏZİZ MƏSİHÇİ OXUCU, biz qələbə çala bildiyimiz bir
müharibədə iştirak edirik. Sizin adınız Quzunun Həyat Kitabında
yazılıb və qələbə artıq çalınıb. Sizin və xidmət etdiyiniz insanla-
rın Məsihdə azadlığı artıq təmin edilib. Burada etməli olduğunuz
yeganə şey onu mənimsəmək və Allahın sizin himayəçiliyinizə
həvalə etdiyi şeylərin yaxşı nəzarətçisi olmaqdır.
Mən İsada əldə edilən daha bir ruhlandırıcı qələbə hekayəsi
ilə fikrimi tamamlamaq istəyirəm. Sindi məsihçi məktəbini bitirib
gözəl bir məsihçi oğlana ərə getmişdi, amma bir sıra problemlər on-
ların nikah münasibətlərinə girməsinə mane oldu. Birinci problem
Sindinin qadın orqanlarında infeksiyanın olması idi. Bundan azad
olmamış o, uşaq ikən atası tərəfindən zorlanmasının dəhşətli
xatirələrindən əzab çəkməyə başladı. O, dərin məsləhətvermə
görüşlərinə getdi, amma əsl qələbəni əldə edə bilmədi. Sonra o,
həyatında yaşadığı başqa zorakılıq hallarını xatırlamağa başladı və
emosional sarsıntılara qapıldı.
Sindi olduqca təlaş içərisində Los-Ancelesə uçub gözlənilmədən
qapımın kandarında göründü. Mən bir axşam uzun məsləhət
görüşündə ona altı saata yaxın vaxt sərf etdim. Sonra o, öz evinə
qayıtdı. Altı həftə sonra ondan bu məktubu aldım:
Əziz Nil,
Mən bir neçə həftə bundan əvvəl belə nəzakətli ol-
duğunuza və mənə məsləhət verdiyinizə görə yenə də
272
Buxovları qıran
sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həqiqətən,
deyə bilərəm ki, Allah məndə möcüzəli şəfa işini gö-
rüb.
Mənim bütün həyatım gərgin daxili münaqişədə,
eləcə də fiziki, emosional və əqli əzabda keçib. Mən
daimi qorxular, təkrarlanan gecə qarabasmaları, da-
xili səslərdən yaranan aramsız narahatçılıqlar və ölü-
mün beynimdən çıxmayan qorxusu ilə yaşamışam. Əsl
itaətkar məsihçi olmağıma baxmayaraq, əmin idim ki,
Məsih göylərin qapısından məni mütləq rədd edəcək.
Bir il yarım bundan əvvəl mən gördüm ki, artıq
parçalanmış həyatımı bir yerə toplamağı bacarmıram.
Mən məsləhətvermə görüşlərini axtardım, Allah mənə
xidmət etmək və həqiqəti ilə məni öyrətmək üçün
insanlar verdi. Mən Allahın övladı kimi Məsihdə
mövqeyimdə durmağı öyrəndikcə güc əldə etdim. Gir-
diyim döyüşü görmək üçün gözlərim açıldı.
Keçən yay isə Allah əvvəllər həyatımda olan
dəhşətli şeytani zorakılıq halını yadıma saldı və dö-
yüş daha da gərginləşməyə başladı. Mən gecə-gündüz
saatlarla Allah Kəlamında, onu ətraflı düşünməkdə,
duada, eləcə də düşmən ilə birbaşa üzləşmədə və
müqavimətdə vaxt keçirməli idim. Azacıq yata bildi-
yim və heç bir dinclik olmadan, yaxud narahatçılıq
ilə keçirdiyim iki aydan sonra dəqiq bildim ki, daxili
cəhənnəmimdən məni yalnız Məsih azad edə bilər.
Los-Ancelesə sizin yanınıza gəlməzdən əvvəl
Allah mənə Kəlamından bir neçə yeri, Məzmur 11:7;
Mikeya 7:7, 8; Əyyub 23:10-u göstərməklə ürək-
dirək verdi. Bizim məsləhətvermə görüşümüz Allahın
mənim şəfam üçün işlətdiyi həyati vacib bir alət idi.
Keçmişimin dəhşətlərini yenidən yaşamağa və məni
cinsi zorakılığa məruz qoymuş 22 nəfər insanı bağış-
lamağa sərf edilən bir neçə saatdan sonra, nəhayət
Son söz
273
ki, şeytanın buxovlarından azad oldum. Allaha şü-
kür olsun ki, məndən qabaq çarmıxda şeytanı məğlub
edib (İbr. 2: 14, 15).
Nil, mən çox şadam ki, azadam və sağlam
düşüncəyə malikəm! Artıq xoşbəxt məsihçi çöhrəsi
ilə daxili cəhənnəmimi gizlətmək lazım deyil. Allah
məndə gördüyü işi təsvir etmək üçün Yeşaya 51:3-ü
mənə söylədi: «Həqiqətən, Rəbb…onun xarabalıqları-
na təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin
bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaq-
lar, şükürlər, ilahilər oxunacaq.»
Sevgilərlə,
Sindi
Buxovları qıranla tanış oldunuz? İsa Məsih sizi azad edəcək!
Buxovları qıran
Əlavə
Əlavə
Əlavə yardım!
Məxfi şəxsi sorğu
I. Şəxsi məlumat
Ad ..............................................................................................
Telefon .......................................................................................
Ünvan ........................................................................................
Məbəd ........................................................................................
....................................................................................................
Oxuduğu məktəblər ....................................................................
....................................................................................................
Bitirdiyi ən yüksək sinif; əldə etdiyi dərəcələr ............................
Ailə vəziyyəti .............................................................................
Əvvəlki nikah/boşanma .............................................................
Peşə:
Hal-hazırkı ............................................................................
Keçmiş ..................................................................................
Məxfi şəxsi sorğu
277
II. Ailə tarixçəsi
A. Din haqqında
1. Sizin bildiyinizə görə valideynlərinizdən, baba-nənələrinizdən,
yaxud ulu baba-nənələrinizdən okkult, kult və ya qeyri-məsihçi
dini fəaliyyətləri ilə məşğul olan olubmu? Zəhmət olmazsa,
qeyri-məsihçi ruhani siyahısından istifadə edin (1-ci addımda
olan) və onların nədə iştirak etdiklərini yazın.
2. Valideynlərinizin məsihçi həyat təcrübələrini qısa şəkildə izah
edin (yəni, onlar məsihçi idilərmi, məsihçi olduqlarını etiraf
edirdilərmi və məsihçiliyə uyğun yaşayırdılarmı?).
B. Ailə vəziyyəti
1. Valideynləriniz hal-hazırda evlidirlər, yoxsa boşanıblar? İzah
edin.
2. Həyatınızın ilk 12 ilində ailənizdə sabitlik və rahatlıq hissi var
idimi?
3. Atanız ailədə başçılıq edirdimi, yoxsa əksinə, ananız ailəni
idarə edirdi? İzah edin.
4. Atanız ananızla necə yola gedirdi?
5. Sizin bildiyinizə görə valideynlərinizdən və ya baba-
nənələrinizdən hansısa biri zinakarlıqla məşğul olublarmı?
C. Sağlamlıq
1. Ailənizdə hansısa pis vərdişlər olubmu? (spirtli içki, narkoma-
niya və sairə)?
278
Buxovları qıran
2. Ruhi xəstəlik olubmu?
3. Ailənizdə aşağıdakı xəstəliklərdən hansısa biri olubmu?
vərəm
ürək xəstəliyi
şəkər
xərçəng
xora
vəz xəstəlikləri
başqaları
4. Bu kateqoriyaya əsasən, ailəniz bunların hansı birinə üstünlük
verirdi?
a) faydalı qidalarla qidalanmaq
b) idmanla məşğul olmaq
c) istirahət etmək
D. Valideynləriniz ciddi idilər, yoxsa hər şeyə göz yumur-
dular?
III. Şəxsi sağlamlığın tarixçəsi
A. Fiziki
1. Yemək vərdişlərinizi təsvir edin (yəni, bədənə faydası olmayan
yeməklərə meyilli olmaq, düzgün qidalanma və ya qaydasız
qidalanma, balanslaşdırılmış qidalanma və s.)
2. Nəfsinizə hakim ola bilmədiyiniz şeylər (şirniyyatlar, narkotik
maddələr, spirtli içki, ümumiyyətlə, həddən artıq yemək və
başqa şeylər) varmı?
3. Hal-hazırda fiziki və ya psixi səbəblərə görə nəsə müalicə alır-
sınızmı?
Məxfi şəxsi sorğu
279
4. Yuxu pozğunluqlarınız varmı? Təkrarlanan qarabasmalar və
ya narahatçılıqlar olurmu?
5. Hal-hazırda gündəlik həyatınız sizin müntəzəm istirahətinizə
və dincliyinizə yol verirmi?
6. Siz övladlığa götürülmüş uşaqsınızmı?
7. Həyatda heç fiziki olaraq döyülmüsünüzmü və ya cinsi əlaqəyə
məcbur edilmisinizmi? İzah edin.
B. Əqli
1. Keçmişdə və ya hal-hazırda aşağıdakıların hansılarından əzab
çəkirsiniz? (Zəhmət olmasa, qeyd edin.)
xəyal etmək
hamıdan alçaq olduğunuzu düşünmək
narahatçılıq, təlaş
fantaziya
qorxular
hansısa bir hərəkəti etməyə sürükləyən düşüncələr
baş ağrıları
şəhvətli düşüncələr
kifayət qədər yaxşı olmadığını düşünmək
şübhələr
beyninizdən çıxmayan düşüncələr
küfrlü düşüncələr
başgicəllənmə
2. Siz başqa birisi olmağı və ya fərqli insan olmağı arzulamaqla
çox vaxt keçirirsinizmi? Özünüzün başqa vaxtda, başqa yerdə
və ya başqa vəziyyətlərdə yaşamağınızı təsəvvür edirsinizmi?
İzah edin.
280
Buxovları qıran
3. Həftə ərzində neçə saat televizora baxırsınız? Beş sevimli
proqramınızı yazın.
4. Həftə ərzində oxumağa nə qədər vaxt sərf edirsiniz? Əsasən,
daha çox nəyi oxuyursunuz (qəzet, jurnal, kitab və ya başqa
şeylər)?
5. Özünüzü nikbin, yoxsa bədbin insan hesab edirsiniz (yəni, in-
sanlarda və həyatda yaxşı şeyləri görməyə, yoxsa pis şeyləri
görməyə meyillisiniz)?
6. Heç dəli olmaq dərəcəsinə çatdığınızı düşünmüsünüzmü? Hal-
hazırda bundan qorxursunuzmu? İzah edin.
7. Müqəddəs Kitabı müntəzəm oxuyursunuzmu və onun üzərində
düşünürsünüzmü? Harada, nə vaxt və nə qədər müddətdə?
8. Duanın əqlən çətin olduğunu hiss edirsinizmi? İzah edin.
9. Məbədə və ya başqa məsihçi toplantılarına gedərkən çirkin,
paxıl düşüncələr və ya başqa əqli narahatçılıqlardan əziyyət
çəkirsinizmi? İzah edin.
10. Musiqiyə çox qulaq asırsınızmı? Ən çox zövq aldığınız hansı
növ musiqidir?
C. Emosional
1. Aşağıdakı emosiyaların hansından əziyyət çəkirsiniz? (Zəhmət
olmazsa, dairəyə alın.)
məyusluq
ölüm qorxusu
hirs
ağlı itirmək qorxusu
həyəcan
incidilmək qorxusu
ruh düşkünlüyü
insan qorxusu
Məxfi şəxsi sorğu
281
kin
uğursuzluq qorxusu
nifrət
şeytan qorxusu
dəyərsizlik
2. Yuxarıda sadalanmış emosiyalardan, sizcə, hansı günahlıdır?
Niyə?
3. Mənfi və ya müsbət olmalarından asılı olmayaraq, emosiyala-
rınız ilə əlaqədar aşağıdakılardan hansı biri sizi daha çox təsvir
edir?
öz emosiyalarımı tez ifadə edirəm
emosiyalarımın hamısını deyil, bəzilərini ifadə edirəm
onları tez tanıyıb qəbul edirəm, amma onları ifadə
etməkdən özümü saxlayıram
emosiyalarımı hiss etməyə özümə icazə vermirəm
necə hiss etdiyimi ifadə etməməyin daha təhlükəsiz oldu-
ğunu görürəm
öz hisslərimə etibar etmədiyimə görə onlara məhəl qoy-
muram
bilərəkdən və ya bilməyərəkdən onları inkar edirəm; onla-
ra toxunmaq həddən artıq ağrılıdır
4. Hal-hazırda emosional baxımdan səmimi ola bildiyiniz bir
kimsə varmı (yəni, siz bu insana özünüz, həyatınız və başqa
insanlar barəsində hisslərinizi açıqcasına söyləyə bilərsinizmi)?
5. Allah qarşısında emosional baxımdan səmimi olmağımız nə
qədər vacibdir? Siz onun qarşısında özünüzün səmimi olduğu-
nuzu düşünürsünüzmü? İzah edin.
IV. Ruhani tarixçə
A. Əgər siz bu axşam ölsəniz, əbədiyyəti harada keçirəcəyinizi
bilirsinizmi?
282
Buxovları qıran
B. Fərz edin ki, bu gün ölürsünüz və Allahın qarşısına çıxırsınız
və O: «Mənim hüzuruma girmək üçün nə haqqın var?» —
deyə, soruşur. Ona necə cavab verərdiniz?
C. 1 Yəhya 5:11, 12-də deyilir: «Allah bizə əbədi həyat verib və
bu həyat Onun Oğlundadır. Oğula malik olan şəxsin həyatı
var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur».
1. Allah Oğlu sizdə varmı?
2. Onu nə vaxt qəbul etmisiniz (Yəhya 1:12)?
3. Onu qəbul etdiyinizi necə bilirsiniz?
D. Xilasınız barəsində şübhələrdən əziyyət çəkirsinizmi?
E. Hal-hazırda başqa imanlılar ilə ünsiyyətdən zövq alırsınızmı,
əgər belədirsə, harada və nə vaxt?
F. Siz Müqəddəs Kitabın öyrədildiyi yerli məbədin səlahiyyəti al-
tındasınızmı? Siz müntəzəm olaraq məbədə vaxtınız, istedadı-
nız və maliyyəniz ilə dəstək olursunuzmu? Əgər belə deyilsə,
niyə?
Müəllif haqqında
«Freedom in Christ Ministries» («Məsihdə Azadlıq Xidməti»)
təşkilatının təsisçisi və prezidenti Doktor Nil T. Anderson müəllif,
məsləhətçi, ictimai natiqdir və əvvəllər Kaliforniya ştatının La
Mirada şəhərindəki Biola Universitetində və Talbot Teologiya
Seminariyasında keçmiş professor olmuşdur. O, Talbot Teologi-
ya Seminariyasında Praktiki Teologiya fakültəsinin keçmiş dekanı
olub və 30 ilə yaxın pastorluq həyat təcrübəsinə malikdir.
Anderson «Freedom from Fear» («Qorxudan azadlıq»)
(Riç Miller ilə birlikdə yazdığı) və «God’s Power ar Work in
You» («Allahın gücü səndə iş görür») (Dr. Robert Sausi ilə
birlikdə yazdığı) adlı kitabların müəllifidir. Onun başqa işlərinə
«Qaranlıq üzərində qələbə», «The Christ-Centered Marriage»
(«Mərkəzində Məsih duran nikah»), «Freedom from Addiction»
(«Pis vərdişlərdən azadlıq»), «Finding Hope Again» («Yenidən
ümid tapmaq»), «Walking in the Light» («Nurda gəzmək»),
«The Seduction of Our Children» («Övladlarımızın
şirnikləndirilməsi»), «Winning Spiritual Warfare» («Ruhani
döyüşdə qalib gəlmək»), «Stomping Out the Darkness»
(«Qaranlığı tapdalamaq») və «Daily in Christ» («Gündəlik
Məsihdə olmaq») adlı kitablar da daxildir. «Buxovları qıran» da
daxil olmaqla, onun kitablarından bir neçəsinin gənclər üçün olan
versiyasını əldə etmək mümkündür; bu kitabları gənclərlə
işləməkdə səriştəli olan Deyv Park ilə birlikdə yazıb; Anderson və
Park eləcə də seriyalarla olan «Freedom in Christ 4 Teens»
(«Yeniyetmələr üçün Məsihdə azadlıq») variantını işləyib
hazırlayıblar.
Anderson çoxlu radio və televiziya verilişlərində çıxış edib, bu-
raya «Focus on the Family», «The 700 Club», «Point of View»,
«CBN Radio», «Truths that Transform», «Action Sixties»,
«Hope for the Heart», «100 Huntley Street» və başqaları da-
xildir. vŞəxsi və ruhani münaqişələrin həllindəki işinə görə yaxşı
tanınmış Anderson məsləhət vermək və nitq söyləmək ilə məşğul
olur. Onun «Məsihdə azad yaşamaq» adlı məbəd konfransları,
eləcə də bir neçə video təlim seriyaları (məbəd, uşaqlara təlim
keçən müəllimlər və şagirdlik xidmətləri üçün) minlərlə insanın
Məsihdə azadlıq tapmalarına gətirib çıxarıb. Dünyada olan saysız-
hesabsız pastorların, müjdəçilərin və adi imanlıların da təlim
alması məqsədilə həyatı dəyişdirən bu kitablar bir çox dillərə
tərcümə edilib. Anderson, eləcə də nikah, ailə, ruhani kimlik,
məbəd idarəçiliyi və rəhbərliyin bərpası üzrə seminarlar aparır.
Anderson Arizona Ştatının Dövlət Universitetində elektrik
mühəndisliyi üzrə bakalavr dərəcəsini əldə etmiş və aviasi-
ya mühəndisi vəzifəsində işləmişdir. O, Talbot Teologiya Semi-
nariyasında məsihçi təhsili üzrə magistr dərəcəsini almış, eyni
vaxtda İlahiyyat üzrə magistr və elmlər doktoru dərəcəsini qa-
zanmışdır. Təhsildə onun ikinci doktorluq dərəcəsi Pepperdayn
Universitetindəndir. Həyat yoldaşı Coann ilə 34 ildən artıqdır ki,
evlidirlər, iki yetkin övladı və iki nəvəsi var.
«Məsihdə azadlıq xidməti» Böyük Tapşırığı yerinə yetirmək
üçün Böyük Əmrə itaət edən beynəlxalq xidmətdir. Onun məqsədi
məbədləri, məsihçi təşkilatlarını, müjdəçilik qruplarını təchiz
edərək Allahı izzətləndirməkdir.
Minlərlə insan Məsihdə azadlıqlarını tapıblar; eləcə də, si-
zin qrupunuz tapa bilər! Siz bizi aşağıdakı «Məsihdə azadlıq»
konfranslarını aparmaq üçün dəvət edə bilərsiniz, belə ki, onlar
cəmiyyətinizi dəyişdirə bilər:
Məsihdə azad yaşamaq
Şəxsi və ruhani münaqişələri həll etmək üzrə
Müqəddəs Kitab konfransı
Şagirdlikdə məsləhətvermə
Başqalarının Məsihdə azadlıq tapmalarına kömək
məqsədilə iki günlük ətraflı seminar
Məbədinizi azad etmək
Məbədlər, xidmətlər və ya müjdəçilik qruplarının
müştərək azadlığı üçün rəhbərlik konfransı
Qaranlığı tapdalamaq
Valideynlər, gənclərlə işləyənlər və yeniyetmələr üçün
gənclər konfransı
Ruhani münaqişələri həll etmək və
mədəniyyətlərarası xidmət
Rəhbərlər, müjdəçilər və Böyük Tapşırığın həyata
keçirilməsini görmək istəyən bütün imanlılar üçün
konfrans
Nikahınızı azad etmək
Nişanlılar, yenicə evlənənlər, yaxud neçə illər evli
olanlar üçün iki günlük toplantı
«Nikahınızı azad etmək»dən başqa, yuxarıdakı konfransları,
həm də video və audio formasında əldə etmək mümkündür. Bun-
ları və başqa vəsaitləri sifariş etmək üçün aşağıdakı ünvana yazın
və ya zəng edin.
Konfransa dəvət etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Freedom in Christ
491 E. Lambert Road
La Habra, CA 90631
USA
Tel: 1-562-691-9128
Fax: 1-562-691-4035
E-mail: info@fıcm.org
Website: www.fıcm.org
Mündəricat
Nəhayət azad! . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5
Birinci hissə: Cəsarətli olun!
1 Siz kölgələrdə yaşamaya bilərsiniz . . . . . . . . . . . . . . . 14
2 Dünyada öz yolunuzu tapmaq . . . . . . . . . . . . . . . . . . 26
3 Sizin azad olmaq hüququnuz var . . . . . . . . . . . . . . . . 40
4 Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz . . . . . 57
5 Üsyançı hökmdar ilə üzləşmək . . . . . . . . . . . . . . . . . 73
6 İsa sizi qoruyur . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 89
İkinci hissə: Möhkəm dur!
7 Ruhları idarə etmək . . . . . . . . . . . . . . . . . . . . . . . . . 108
8 Sirli gücə və biliyə şirniklənmə . . . . . . . . . . . . . . . . . 121
9 Öz istəyini etməyə sövq olunmaq . . . . . . . . . . . . . . . 133
10 Yalanlar atası tərəfindən ittiham edilmiş . . . . . . . . . . 150
11 Aldanma təhlükəsi . . . . . . . . . . . . . . . . . . . . . . . . . 164
12 Özünü idarə etməni itirmək təhlükəsi . . . . . . . . . . . . 181
Üçüncü hissə: Azad gəz!
13 Məsihdə azadlıq addımları . . . . . . . . . . . . . . . . . . . . 198
14 Məsihdə azadlıq tapmaları üçün başqalarına
kömək etmək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 252
15 Son söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 271
Əlavə: Əlavə yardım!
Məxfi şəxsi sorğu . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 276
Dostları ilə paylaş: |