192
Buxovları qıran
taxmadan getsəniz, yaralana bilərsiniz. Bu məsələ məni nə qədər
narahat etsə də, hələ də sizin cavabdehliyinizə aid qərarları çıxara
bilmərəm. Həmin seçimlər yalnız sizindir, amma sizin seçiminiz
var – və kitabın qalan hissələri bu haqdadır.
Nəhayət, gəlin mən sizinlə sevimli şəhadətliklərimdən bi-
rini bölüşüm. Bu qadın öz əhvalatını danışarkən siz özünüzə
bəzi suallar verin: Onun təsvir etdiyi normal bir şeydirmi? Bu,
sadəcə, hər birimizdə olan, ciddi bir «özünü pisləmək» halıdır-
mı? Onun şəxsiyyətinin ikiləşməsidirmi? O psixozdurmu? Onun
çoxlu şəxsiyyəti, yoxsa keçmişinin daxili uşağı var? Məsləhətçi
öz təhsilindən və həyat təcrübəsindən asılı olaraq həmin diaq-
nozlardan birini çıxara bilər. Sizcə, onun problemi nədir? O öz
şəhadətliyini belə adlandırıb:
Sükut
Mən oturub fikirləşəndə, bir çox şeylər — həyatım,
etmək istədiklərim, məsələlər və insanlar barəsində dü-
şündüyüm şeylər barəsində fikirləşirəm. Başımın içində
özümlə söhbət edirəm. Mən özümlə danışıram və özümə
cavab verirəm…mən özümün ən yaxşı dostuyam. Biz
bir-birimizlə əla yola gedirik! Bəzən gün ərzində özümlə
o qədər danışıram ki, günün axırında lap əldən düşürəm.
Amma özüm-özümlə danışmağım məni darıxmağa qoy-
mur.
Bəzən mən özüm haqqında iki insan kimi düşünürəm:
həftənin bütün günləri mən olan biri… dəyişmək
istədiyimdir. Bu insan özünə çox aşağı qiymət verir və
hər bir kəsin qarşısında həqiqətən özü olmağa qorxur.
Və sonra mənim daxilimdə olan o birisi… özünə arxa-
yın olan birisi, mən onun bayıra çıxmasını istəyərdim,
amma o, bunu nədənsə edə bilmir. Mən həmin hissəmi
«o» adlandırıram. O, bir qadındır və mən də ona belə
müraciət edirəm. O, çox qoçaqdır və hər bir kəs onu
sevir — ən azı mən belə fikirləşirəm ki, əgər onun çıx-
Özünü idarə etməniitirmək təhlükəsi
193
masına icazə verə bilsəydim – hamı onu sevərdi. Bircə
özüm ola bilsəydim… həyat elə asan və xoşbəxt olardı.
Lakin bu baş verənə qədər içərimdə onunla danışıram.
Biz bu gün nə edəcəyimiz, yeməyə haraya gedəcəyimiz,
nə geyinəcəyimiz, kiminlə danışacağımız haqqında
danışırıq. Bəzən o, yaxşı ideyalar ortaya atır və belə
ağıllı və qabiliyyətli olmağıma görə qürur hissi duyu-
ram. Mən fikirləşirəm ki, «bircə insanlar daxilən məni
tanısaydılar», «onlar məni həqiqətən sevərdilər». Bəzən
onun mənasız şeylər danışdığını eşidirəm. «Mən əslində
bunu etməməliyəm» — deyə, düşünürəm. «Bu, çox yax-
şı deyil. Bu, kiminsə xətrinə dəyə bilər. Bu, axmaq bir
şeydir.» Mən həmin vaxtlar ona qulaq asmıram. Amma
mən etiraz etmirəm. Mən onunla danışmağı xoşlayıram,
ona görə də danışmaqda davam edirəm.
Bir gün bizim aramızda bəzi şeylər dəyişildi. Mənim
həyatım yaxşı idi, amma Allahla daha yaxın münasibət
arzusunda idim. Mən keçmişimdən şəfa tapmaq və
ürəyimdə daşıdığım ağrılardan sağalmaq istəyirdim.
Kimsə mənə dedi ki, «Məsihdə azadlıq addımları» adla-
nan bir şeydən keçməliyəm və mən də məsləhətçi ilə gö-
rüş təyin etdim. Mən daxilimdə olan dostum haqqında
düşünmürdüm, mən özüm haqqında düşünürdüm.
Məsləhət vermə görüşündə məndən bəzi duaları
və Kəlamı ucadan oxumaq xahiş edildi. Mən bunları
edərkən ağlım qarışdı və mən fikrimi toplaya bilmədim.
Həm də ağlımda onunla danışmağa çalışanda çaşıb qa-
lırdım. Mən onu aydın eşidə bilmirdim. Mən qorxmağa
başladım, ürəyim sürətlə döyünməyə başladı və bərk
hirsləndim. Mən silkələndim. Daxilimdə olan dostum
harada idi? Birdən birə o, niyə qəzəblənmişdi? Nə baş
vermişdi? Mənə nə olmuşdu?
Sonra mən bildim. O, mənim dostum deyildi. O, əsl
mən deyildi. O, mənim Allahla düzgün münasibətdə ol-
mağımı istəmirdi. Bu, anlaşılmaz idi, çünki mən bunu
194
Buxovları qıran
etmək istəyirdim. Mən onun öz tərəfimdə olduğunu
düşünürdüm. Amma mən səhv düşünürdüm. Uca səslə
məni tərk etməsini söyləməli oldum. Uca səslə? Onun
fikirlərimi oxuya bilmədiyi mənə deyiləndə bu fikir mənə
qəribə göründü. Lakin bunu başa düşürdüm…o, Allah
deyildi və o, hər şeyi bilmirdi. Beləliklə, ona uca səslə
məni tərk etməsini söylədim…və o getdi.
Və sükut çökdü. Artıq ağlımda heç bir söhbət get-
mirdi. Mən onun üçün darıxdım. Mən bilirəm ki, darıx-
mamalıyam, amma nə edim. Onun mənim üçün yaxşı
olmadığını bildim və Allah istəyirdi ki, onunla deyil,
Allahın Özü ilə danışım. Onunla danışmamaq mənə ağır
gəlirdi. Mən sükuta dözə bilmirdim… mən özümü tək
hiss edirdim. O, geriyə qayıtmağa çalışdı və bu, məni
qorxutdu. O hirsli idi və düşmən mövqeyində idi. Özü-
mü mənə xəyanət edilmiş kimi hiss edirdim. Amma bir
müddət keçdikdən sonra mən sükuta öyrəşdim. Mən
Allahla söhbət etməyi mənə xatırlatmaq üçün bundan
istifadə etdim. Allah onun cavab verdiyi kimi cavab ver-
mirdi. Mən Allahın səsini onun səsini eşitdiyim kimi
eşidə bilmirdim. Lakin Onunla danışmaq, Onun üçün
mahnı oxumaq mənə böyük zövq verirdi. Mən həqiqətən
özümü Ona yaxın… Onun qayğımı çəkdiyini hiss edir-
dim. Bir müddətdən sonra mən sükutu unutdum.
Müəyyən vaxtdan sonra yenə özümü tənha hiss et-
dim. Mən sükutu yaddan çıxardım və hiss etmədən
özüm-özümlə söhbət etdiyimi gördüm. Bir gün dua
edənə qədər mənim həyatım çaşqınlıq içərisində idi və
bunun səbəbini tapa bilirdim. Mənə kömək lazım idi,
məni tərbiyələndirən dostum mənə kömək etmək istədi.
O, üsyankarlığım və Allahdan kənar müstəqil yaşamağı
necə dayandırmalı olduğum haqqında mənimlə danışdı.
Elə o vaxt daxilimdən uca səslə «MƏN ALLAHDAN
ASILI DEYİLƏM» eşitdim. Bu, məni qorxuya saldı. Bu,
mən idim? Doğrudanmı mən belə hiss edirəm? Yox, belə
Özünü idarə etməniitirmək təhlükəsi
195
deyil… o, geriyə qayıdıb. Sonra mən hirsləndim, çün-
ki mən onun qayıtmasına imkan vermişdim. Mən onun
çıxıb getməyini istəyirdim, amma mən hərəkət edə bil-
mirdim və heç nə deyə bilmirdim. Dostum mənimlə
dua etdi və mən başımı aşağı əydim. O, mənə dedi
ki, göyləri nurla, çıraqdanlarla və Allahın kürsüsü ilə
təsvir edim. Mən, həqiqətən, bunu görməyə başladım və
sakitləşdiyimi hiss etdim. Lakin sonra səs üstümə «Yox!
Yox! Yox!» deyə qışqırmağa başladı. Bu səbəbdən də
gözlərimi açdım və təslim oldum. Ürəyim bərkləşməyə
başladı və mən, həqiqətən, hər bir şeyi Allaha vermək
istəmirdim. Mən hələ də idarə etmək istəyirdim. Əldən
buraxmaq istəmədiyim bəzi şeylər var idi.
Lakin daxilən yenidən sükutu arzulayırdım. «Necə də
qəribədir» — deyə, mən fikirləşirdim. «İlk dəfə mənim
xoşlamadığım bir şey azadlığıma çevrilmişdi.» Mənim
daxilimdə bir vuruşma gedirdi, ya Allaha dua etməliydim,
ya da Ondan qaçmalıydım. Qaçmaq elə asandır ki, indi
edə bildiyimi təxirə salmaq elə asandır ki. Amma
EMOSİYALARIMA baxanda tövbə etmək istəmirdim.
Mən təslim olmalı olduğumu bilsəm də, EMOSİYALARIMA
baxanda təslim olmaq istəmirdim. Mən emosiyalarımın nə
vaxtsa buna imkan verəcəyinə şübhə edirdim.
Bu anda «Məsihdə azadlıq addımlarında» olan sözlər
nəzərimə çarpdı. Orada yazılmışdı: «Emosiyalarımıza
əsasən deyil, qərara gəlməyimizə əsasən iman edirik».
Ona görə də mən qərara gəldim ki, addımları atım.
İndi mən gözəl sükutda yaşayıram.
Buxovları qıran
3
3
Azad gəz!
13
Məsihdə
azadlıq addımları
Məsih çarmıxda günah və ölüm üzərində çaldığı qələbə vasitəsilə
sizi azad edib. Amma siz imanda möhkəm durmamısınızsa və ya
bilərəkdən günah işlətmisinizsə, Onunla düzgün münasibətdə qal-
maq üçün lazım gələn hər bir şeyi etmək sizin məsuliyyətinizdir.
Sizin əbədi taleyiniz deyil, gündəlik qələbəniz risk altındadır. Siz
bu fəsli oxumamağa və ya bu addımları atmadan oxumağa sövq
oluna bilərsiniz, amma sizin xeyrinizə görə dua edirəm ki, belə
etməyəsiniz.
Bu fəsildə hər bir məsihçinin həll etməli olduğu yeddi xüsu-
si məsələni bölüşəcəyəm. Ola bilsin ki, siz artıq bu məsələlərin
birini və ya bir neçəsini həll etmisiniz, amma bu addımların hər
birini atmaqla sizə heç bir ziyan olmaz. Hətta başqa heç bir şey
yerinə yetirilməsə, siz məbədinizdə növbəti Rəbbin süfrəsi üçün,
həqiqətən, hazır olacaqsınız.
Bu azadlıq addımlarından keçdikcə yadda saxlayın ki, şeytan
sizin düşüncələrinizə itaət etməyə borclu deyil. Şifahi olaraq
hər addımı ata bildiyiniz şəxsi bir yer tapın. Bunlar sizinlə Allah
arasında olan vacib məsələlərdir və onlardan təklikdə keçmək
mümkündür, çünki İsa Ecazkar Məsləhətçidir. Amma sizlərdən
bəziləriniz bu addımların hər birindən təklikdə keçməyi bacar-
mazsınız. Belə olan halda, kömək axtarın. Pastorunuzdan və ya
məsihçi məsləhətçinizdən sizi addımlardan keçirməsini xahiş edin,
yaxud bizim ofisə zəng vurun və biz sizin üçün ixtisaslaşmış bir
adam tapmaqda kömək edərik.
Məsihdə azadlıq addımları
199
Əgər sizin probleminizin kökü bu addımlarda verilən mənbədən
fərqli olsa da, bu addımlardan keçməklə siz heç nə itirən de-
yilsiniz. Bu, sadəcə, Allaha tabe olmaq və şeytana qarşı dur-
maq üçün müfəssəl bir prosesdir (Yaqub 4:7). Şər ruhların olub-
olmamasının buna heç bir aidiyyəti yoxdur. Əsl məsələ sizin
Allahla ünsiyyətinizdir və bu məsələlərdən hansısa birinin həll
edilməməsi sizin Onunla olan yaxınlığınıza təsir edəcək.
Nə etməli olduğunuzu bilməkdə çətinlik çəkməyəsiniz deyə, hər
addım izah olunub. Əgər siz hansısa bir müqavimət hiss etsəniz,
dayanın və dua edin. Əgər siz bəzi əqli qarşıdurma ilə qarşılaş-
sanız, sadəcə, ona məhəl qoymayın. Bu, sadəcə, düşüncədir və
əgər siz ona inanmasanız, sizin üzərinizdə onun heç bir gücü ola
bilməz. Bütün proses boyunca Allahdan sizi idarə etməsini xahiş
edəcəksiniz. Sizi azad edəcək həqiqəti anlamağa aparan tövbəyə
imkan verən şəxs yalnız Odur (2 Timotey 2:24-26). Addımlara
aşağıdakı dua və bəyanat ilə başlayın (Mötərizələrdə olan sözləri
oxumayın. Onlar, sadəcə, aydınlıq gətirmək və istinad etmək
üçündür.).
Dua
Əziz göylərdə olan Atam, mən bu otaqda və
həyatımda Sənin hüzurunun olduğunu etiraf edirəm.
Hər şeyi bilən, hər şeyə qadir və hər yerdə mövcud
olan Allah yalnız Sənsən. Mən Səndən asılıyam, çün-
ki Sənsiz heç nə edə bilmərəm. Mən həqiqətdə dayanı-
ram, həqiqət budur ki, göylərdə və yer üzündə bütün
səlahiyyətlər dirilmiş Məsihə verilib, Məsihdə olduğu-
ma görə şagirdlər etmək və əsirləri azad etmək üçün
həmin səlahiyyəti Ondan alıram. Məni Müqəddəs
Ruhunla doldurmağı və hər həqiqətə yol göstərməyi
səndən xahiş edirəm. Mən tam müdafiən üçün dua
edirəm və Sənin bələdçiliyini xahiş edirəm. İsanın adı
ilə dua edirəm. Amin.
200
Buxovları qıran
Bəyanat
Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə şeytana və
bütün şər ruhlara məni tərk etmələrini əmr edirəm ki,
Allahın iradəsini bilməkdə və onu həyata keçirməyi
seçməkdə azad ola bilim. Məsih ilə göylərdə birlikdə
oturan Allahın övladı kimi hüzurumdan hər bir
şər ruhun çıxıb getməsini əmr edirəm. Mən Allaha
məxsusam və şər olan mənə toxuna bilməz.
1
-ci addım: Saxtalığın əvəzinə gerçəklik
Məsihdəki azadlıqda yaşamağa doğru ilkin addım keçmişdə və
ya hal- hazırda olan okkult fəaliyyətləri, kult təlimləri və ayinlər,
eləcə də qeyri-məsihçi dinləri ilə məşğuliyyəti inkar və rədd
etməkdir (şifahi olaraq).
Siz İsa Məsihi inkar edən və ya Müqəddəs Kitabın tam standar-
tından başqa hər hansı mənbə vasitəsilə məsləhət təklif edən hər
bir fəaliyyəti, yaxud qrupu inkar etməlisiniz. Gizli, sirli ayinləri,
mərasimləri, vədləri və ya əhdləri tələb edən hər bir qrupu da inkar
və rədd etməlisiniz. Bu addıma ucadan belə dua etməklə başlayın:
Əziz göylərdə olan Atam, mən Səndən okkult, kult
və ya qeyri-məsihçi təlimləri, eləcə də məşğələləri ilə
bilərəkdən, yaxud bilməyərəkdən məşğul olduğum
hər bir şeyi yadıma salmağını xahiş edirəm. İndi bu
şeyləri inkar və rədd etməklə mən Sənin azadlığında
yaşamaq istəyirəm. İsanın adı ilə dua edirəm. Amin.
Hətta nədəsə iştirak etmisinizsə və bunun oyun, yaxud zarafat
olduğunu düşünmüsünüzsə, siz bunu inkar və rədd etməlisiniz.
Şeytan həyatımızda olan hər bir şeydən sui-istifadə etməyə çalı-
şacaq, ona görə də mümkün qədər dəqiq olmaq həmişə ağıllı bir
işdir. Hətta, sadəcə olaraq, kənarda dayanmaqla başqalarının bu
işlərlə məşğul olduğuna tamaşa etmisinizsə də, siz bu qeyri-fəal
Məsihdə azadlıq addımları
201
iştirakı inkar və rədd etməlisiniz. Ola bilsin ki, siz həmin vaxt baş
verənlərin şər olduğunu ağlınıza belə gətirmirdiniz. Yenə də bunu
inkar və rədd edin.
Əgər nəsə ağlınıza gəlirsə və onun haqqında nə etməli olduğu-
nuzu bilmirsinizsə, inanın ki, Allahın Ruhu etdiyiniz duaya cavab
verir və ona görə də həmin ağlınıza gələn şeyi inkar və rədd edin.
Aşağıda «Qeyri-məsihçi ruhani siyahısına» diqqət yetirin. Bu si-
yahı ən çox yayılmış okkult, kult və qeyri-məsihçi dini qruplarının
və fəaliyyətlərinin çoxunu əhatə edir. Düzdür, bu, tam bir siyahı
deyil. Siz bu siyahıya şəxsən məşğul olduğunuz başqa şeyləri də
əlavə edə bilərsiniz.
Həmin siyahıdan sonra inkar və rədd edilməli olan başqa
şeylərdən agah olmağınız üçün tərtib edilən əlavə suallar veri-
lib. Həmin sualların aşağısında qısa etiraf, inkar və rəddetmə
duası var. Bu şəxsi qiymətləndirmə zamanı inkar və rədd etmək
üçün Müqəddəs Ruhun fikrinizə gətirdiyi qrupları, təlimləri və ya
fəaliyyətləri boş yerlərə qoyaraq ucadan dua edin.
Qeyri-məsihçi ruhani siyahısı:
(İştirak etdiyiniz bütün fəaliyyətlərə işarə qoyun)
Cadular və ya lənətlər
Trans/hipnoz
Ruh bələdçiləri
Fala baxmaq/baxıcılıq (müqəddəs kitablar, kofe, kart, noxud,
şəkil, güzgü və s. ilə baxma)
Cadugərlik/sehrbazlıq
Satanizm
Ovuc oxumaq
Astrologiya/ulduz falı
Qara və ya ağ magiya
Ruh çağırmaq
Qanla saziş bağlamaq
Talismanlar (göz muncuqları, iynə-sancaq, heyva ağacı və s.)
Mistika
202
Buxovları qıran
Yapon idman növləri (döyüşkən ruhlara özlərini həsr etmək)
Mövhumatçılıq (başınıza duz dolandırmaq, yatanda başın al-
tına güzgü, çörək, bıçaq, qayçı qoymaq, çildağ etmək, qurğu-
şunla qorxunu götürmək, axşam evi süpürməmək və s.)
Atəşpərəstlik, zərdüştlük
Yoqa
Üzərlik yandırmaq
Evlərdə tikan asmaq
Ekstrasenslik
Yeqova şahidləri
Masonluq (XVIII əsrdə yaranmış dini-fəlsəfi cərəyan)
Telepatiya
Göbəkkəsmə
Pirlərə, «müqəddəs yerlər»ə ziyarətlər
Qurban kəsmək
Ruzi-bərəkət, xoşbəxtlik, bəxt açma duaları yazdırıb gəzdirmək
Cin tutmaq
Novruz bayramında olan inanclar
Ateizm haqqında dərslər
Başqa qeyri-məsihçi dinlər və kultlar
Okkult və ya qəddarlığı, zorakılığı tərənnüm edən verilişlər və
ya oyunlar
Rəbbin sizin yadınıza saldığı (xüsusilə, şeytanı izzətləndirən,
qorxu, qarabasmalar yaradan, həddən artıq dəhşətli olan,
bədəni həyəcanlandıran) filmlər, televiziya proqramları, mah-
nılar, kitablar, jurnallar və ya komediyalar. Onları aşağıda sa-
dalayın:
Aşağıda inkar və rədd edilməli olan başqa şeylərdən agah olma-
ğınız üçün tərtib edilən bəzi suallar verilib.
1. Heç otağınızda hansısa bir ruhani varlığı görmüsünüz-
mü, eşitmisinizmi və ya hiss etmisinizmi?
2. Təkrarlanan qarabasmalar olurmu? Xüsusilə, onunla
birlikdə gələn qorxunu inkar və rədd edin.
Məsihdə azadlıq addımları
203
3. İndi və ya nə vaxtsa bələdçilik və ya yoldaşlıq
təklif edən xəyali dostunuz, ruh bələdçiniz, yaxud
«mələyiniz» var və ya olubmu? (Əgər onun adı varsa,
onu adı ilə inkar edin).
4. Heç başınızda səslər eşitmisinizmi və ya sanki başı-
nızda söhbət gedirmiş kimi, təkrarlanan, əzab verən
«Mən axmağam», «Mən kifirəm», «Heç kim məni
sevmir», «Mən heç nəyi düz edə bilmirəm» kimi
düşüncələriniz olubmu? (Həmişə əzab verən hər bir
düşüncəni yazın.).
5. Heç baxıcı, falçı və ya ruhçağıran yanına getmisinizmi?
6. Heç siz başqa planetdən gələn varlıqlar görmüsünüz-
mü və ya onlarla ünsiyyət saxlamısınızmı?
7. Siz heç gizli əhd bağlamısınızmı və ya vəd vermisiniz-
mi?
8. Heç şeytanın mərkəzi yeri tutduğu konsertdə və ya
hansısa şeytani ayinlərdə iştirak etmisinizmi?
9. Başqa şər, çaşdırıcı və ya qorxuducu ruhani həyat
təcrübələriniz hansılardır?
Öz siyahınızı və suallarınızı bitirdikdən sonra ucadan aşağıdakı
duanı etməklə məşğul olduğunuz hər bir şeyi inkar və rədd edin:
Rəbbim, mən ________ iştirak etdiyimi etiraf
edirəm. Bunun sənin gözündə pis və günahlı oldu-
ğunu bilirəm. Bağışladığına görə sənə minnətdaram.
Mən ________ ilə əlaqəli bütün şeyləri inkar və rədd
edirəm, eləcə də, bu fəaliyyət vasitəsilə həyatımda
şeytanın qazandığı hər bir yeri ləğv edirəm. İsanın
adı ilə, amin.
Birinci yeri tutan səhv şeyləri inkar və rədd etmək
Bizim üçün ən vacib olan kimdirsə və ya nədirsə, o, bizim
səcdə etdiyimiz bir şeyə çevrilir. Bizim düşüncələrimiz, sevgimiz,
204
Buxovları qıran
imanımız, sitayişimiz və itaətimiz başqa şeylərdən daha çox bu
ən vacib olana istiqamətlənir. Bizim ibadət etdiyimiz, həqiqətən,
Allahımız və ya allah(larımız)dır.
Biz həqiqi və var olan Allaha ibadət etmək üçün yaradılmı-
şıq. Əslində, Ata Ona ruhda və həqiqətdə ibadət edənləri axtarır
(Yəhya 4:23). Allahın bir övladı kimi «bunu da bilirik ki, Allahın
Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də
Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi
həyat Odur» (1 Yəhya 5:20).
Həvari Yəhya yuxarıdakı ayədən sonra xəbərdarlıq edir: «Ey
övladlar, özünüzü bütlərdən qoruyun!» (1 Yəhya 5:21). Büt ya-
lançı allahdır, həqiqi Allahdan başqa ibadət etdiyimiz istənilən
şeydir. Biz heykəllərin qarşısında səcdə etməsək də, bizim üçün
hiss etmədən bu dünyanın insanları və şeyləri Rəbdən daha vacib
ola bilər. Aşağıdakı dua «Allahın Rəbbə səcdə et və yalnız Ona
ibadət et» (Matta 4:10) seçimini edən ürəyin qərarını ifadə edir.
Əziz Rəbb Allahım, başqa şeylərin və insanların
mənim üçün Səndən daha çox vacib olmasına imkan
verməyin necə də asan olduğunu bilirəm. Mən eləcə
də bilirəm ki, bu, Sənin müqəddəs gözlərində dəhşətli
dərəcədə günahlı bir şeydir, çünki əmr vermisən ki,
Səndən başqa «mənim allahlarım olmasın».
Mən etiraf edirəm ki, Səni bütün qəlbimlə, varlığım-
la və ağlımla sevməmişəm. Buna görə də birinci və ən
böyük əmri pozaraq Sənə qarşı günah işlətmişəm. Mən
tövbə edirəm, bu bütpərəstlikdən üz döndərirəm və indi
ilk məhəbbətim kimi, Rəbbim İsa, Sənə doğru gəlirəm.
Həyatımda olan bütün bütləri mənə aşkar etməni
Səndən xahiş edirəm. Mən onların hər birini inkar
və rədd etmək istəyirəm və belə edərək bütpərəstliyim
ilə həyatımda şeytanın qazandığı hər bir yeri ləğv
edirəm. İsanın, həqiqi Allahın adı ilə, amin.
(Çıxış 20:3; Matta 22:37; Vəhy 2:4, 5-ə baxın.)
Məsihdə azadlıq addımları
205
Aşağıdakı siyahı həqiqi Allahdan, İsa Məsihdən daha vacib olan
insanları və ya şeyləri bilməkdə sizə kömək edə bilər. Aşağıda
verilənlərin çoxusunun (və ya hamısının) özlüyündə pis olmadığı-
na diqqət yetirin; onlar həyatlarımızın Rəbbi kimi Allahın qanuni
yerini işğal edəndə bütlərə çevrilir.
Həyatım üçün başlıca məqsəd
Qida və yeməli/içməli, yaxud narkotik kimi qəbul edilməli
şeylər
Pul/var-dövlət
Kompyuter/oyunlar/proqramlar
Maliyyə təhlükəsizliyi
Rok ulduzlar/media ulduzlar/idmançılar
Məbəd fəaliyyətləri
Televizor/kinolar/mahnılar/başqa media vasitələri
İdman növləri və ya bədəni formada saxlamaq üçün idmanlar
Əyləncə/Həzz gətirən şeylər
Xidmət
Xarici görkəm
İş
Biznes/fəaliyyət
Dostlar
Səlahiyyət/idarəetmə
Oğlan dostu/qız dostu
Bəyənilmək/başqaları tərəfindən sevilmək
Həyat yoldaşı
Bilik/düzgün olmaq
Uşaqlar
Hobbilər
Valideynlər
Müqəddəs Ruhun sizin ağlınıza gətirdiyi hər bir bütpərəstliyi və
ya səhvən birinci yerə qoymanı inkar və rədd etmək üçün aşağı-
dakı duadan istifadə edin.
206
Buxovları qıran
Həqiqi və var olan Allahın, İsa Məsihin adı ilə
mən (büt adı) yalançı allaha olan ibadətimi inkar və
rədd edirəm. Rəbbim,mən yalnız Sənə ibadət etməyi
seçirəm. Ata, mən Səndən xahiş edirəm ki, həyatımda
(büt adı) sahəsini öz düzgün yerində saxlamağa
kömək edəsən.
Əgər siz şeytani ayinlərdə və ya güclü okkult fəaliyyətində
iştirak etmisinizsə (və ya ört-basdır edilmiş xatirələr, ciddi və
təkrarlanan qarabasmalar, cinsi əsarət, yaxud funksiya pozğun-
luğuna görə bundan şübhələnirsinizsə) «Şeytani ayinlərlə məşğul
olmaya görə xüsusi inkar və rədd etmələr»i uca səslə deməyinizi
sizdən olduqca xahiş edirik. Sütunlarda olan eyni bəndləri birgə
oxuyun, «Qaranlığın əraziləri» sütununda olan birinci bəndi inkar
və rədd edin, sonra «Nurun padşahlığı» sütununda olan birinci
həqiqəti bəyan edin. Bu yolla bütün səhifəni oxuyun.
«Xüsusi inkar və rədd etmələr» siyahısına əlavə olaraq, Rəbb
başqa şeytani ayinləri, əhdləri (vədlər) və tapşırıqları ağlınıza
gətirdikcə ayrıca inkar və rədd edilməlidir.
Şeytani ayin zorakılığına məruz qalan bəzi insanların öz ağ-
rılarından uzaqlaşmaq istədikləri zaman şəxsiyyətləri ikiləşir.
Əgər sizdə də bu hal varsa, bu problemin həll edilməsində sizə
kömək etmək üçün ruhani münaqişəni başa düşən bir adam lazım
gələcək. Hələlik isə, bacardığınız qədər yerdə qalan «Məsihdə
azadlıq addımlarından» keçin. Əsas şəxsiyyətdən törənmiş əlavə
şəxsiyyətlər əsas şəxsiyyətlə birləşməzdən əvvəl həyatınızda
olan hər bir şeytani istehkamı dağıtmaq vacibdir. Əvvəl-axır,
törənmiş hər bir əlavə şəxsiyyət (əgər sizdə də belə hal varsa)
təyin edilməlidir və onu yaradan məsələlərin həll edilməsində
yardım göstərilməlidir. Sonra bütün şəxsiyyətlər Məsihdə birləşə
bilər.
Məsihdə azadlıq addımları
Dostları ilə paylaş: |