“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (magiYA) ictimai birliyi



Yüklə 40,66 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü40,66 Kb.
#13570

  

“Maarifpərvərlik” 

Azərbaycan Gənclərinin 

İctimai Yardım Assosiasiyası 

(MAGİYA) ictimai birliyi  

 

 



“Education”  

Public Support Association 

of Youth of Azerbaijan 

(EPSAYA) public union 

 

 



Azərbaycan Respublikası, AZ 42 00, Lənkəran şəhəri, Qala Xiyabanı 12, 

E-mail: magiya_ngo@yahoo.com, Tel.: (+ 994 25) 255 09 04, Mob.: (+ 994 55) 792 44 42 

  

 



PRESS-RELİZ – 2011 

 

MAGİYA ictimai birliyi 2011-ci il ərzində müxtəlif hökümət və qeyri-hökümət 



təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində aşağıdakı layihələri (tədbirləri) uğurla həyata 

keçirmişdir: 

1.

 

10-12 fevral “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat 



Məktəbi”nin  şagirdləri üçün “Yeniyetmə  və  gənclərin həyat bacarıqlarının 

inkişafı” mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak 

edən 20 şagirdə  təlim  ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai 

kompüter bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o 

cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq  əməyinin istismarı, 

erkən nikahlar və ailədaxili zorakılıq” haqqında geniş  məlumat verilmiş  və 

sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. 

 

 

 



 

2.

 



17-19 fevral tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin ndə 

“Lənkəran Peşə Liseyi” və “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin 

müəllim, habelə  təlimatçı  və  tərbiyəçiləri üçün “Həyati Bacarıqların Tədrisi”  

mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər bir 

müəssisədən 10 nəfər olamqla ümumilikdə 20 nəfər iştirakçıya təlim  ərzində 

“2010-cu il ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının  İnkişafı” 



layihəsinin gedişatı ilə  əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı,  İbtidai 

kompüter bilikləri və internet, CV formaları və intervü, zərərli vərdişlər – siqaret 

və alkoqolizm, o cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq 

əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender, 

Tolerantlıq və Stereotiplər” haqqında geniş  məlumat verilmiş  və sonunda bütün 

iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

 

 

 



3.

 

24 fevral tarixində  Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar 



Kolleci və  Lənkəran Tibb Kollecinin 40-a yaxın tələbələri üçün Lənkəran  şəhər 

Gənclər və  İdman  İdarəsinin dəstəyi ilə  Lənkəran Gənclər Evində  “Xocalı 



soyqrımının tanıdılmasında gənclərin səfərbərliyi” adlı  dəyirmi-masa təşkil 

olunmuşdur. 

 

 

 



4.

 

15 mart tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran 



Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat 

Məktəbi”nin  şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin  əməkdaşları ilə 

birgə “Lənkəran Gənclər Evində”də  “Yeniyetmə  və  Gənclərin Həyat 


Bacarıqlarının  İnkişafı” mövzusunda mübadilə görüşü təşkil olunmuşdur. 

Görüşdə 30 nəfərdən artıq  şagird iştirak etmişdir.  İştirakçılara Lənkəran 

Məşğulluq Mərkəzi, işə düzəlmə qaydaları  və  sənədləşmə prosedurları, habelə 

şirkətlər və onların elan etdiyi vakansiyalar barədə geniş  məlumat verilmişdir. 

Bununla yanaşı iştirakçılara habelə CV (Tərcümeyi-hal) və interview (müsahibə) 

haqqında ümumi məlumat, eləcə  də, bu istiqamətdə müvafiq uğur hekayələrinin 

təqdimatları keçirilmişdir. 

 

 



 

5.

 



17-19 mart tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin 

şagirdləri üçün “Yeniyetmə  və  Gənclərin Həyat Bacarıqlarının  İnkişafı” 

mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 20 

şagirdə  təlim  ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter 

bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən 

HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar 

və ailədaxili zorakılıq” kimi mövzular barədə geniş  məlumat verilmiş  və sonda 

bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. 

 

 

 



6.

 

07-08 aprel tarixində  “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi 



İnternat Məktəbi”nin  şagirdləri arasında həyat bacarıqlarının artırılması 

istiqamətində  İctimai sorğu  həyata keçirilmişdir və bu sorğuların  əsasında adı 

çəkilən müəssisənin yeniyetmə  və  gəncləri üçün gələcəkdə  həyat bacarıqlarının 

artırılması istiqamətində müvafiq təbirlərin həyata keçirilməsi 

müəyyənləşdirilmişdir. 

 

 



 

7.

 



25-27 may tarixlərində  “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi 

İnternat Məktəbi”ndə “Lənkəran Məşğulluq Mərkəzi” və  “Əqli və Fiziki 

Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin müəllim, habelə 

təlimatçı  və  tərbiyəçiləri üçün “Həyati Bacarıqların Tədrisi” mövzusunda 3 

günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər iki müəssisədən təmsil 

olunan ümumilikdə 20 nəfər iştirakçıya təlim  ərzində “2010-cu il ərzində 

“Yeniyetmələr üçün Həyat Bacarıqlarının  İnkişafı” layihəsinin getişatı ilə 

əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı,  İbtidai kompüter bilikləri və 

internet, CV formaları  və intervü, zərərli vərdişlər – siqaret və alkoqolizm, o 

cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq  əməyinin istismarı, 

erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender, Tolerantlıq və Stereotiplər” 

haqqında geniş  məlumat verilmiş  və sonunda bütün iştirakçılara müvafiq 

sertifikatlar təqdim edilmişdir.

 

 



 

 

8.



 

09 iyun tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran 

Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat 

Məktəbi”nin  şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin  əməkdaşları ilə 

birgə “Lənkəran Gənclər Evi”ndə  “Yeniyetmə  və  Gənclərin Həyat 

Bacarıqlarının İnkişafı” mövzusunda mübadilə görüşü təşkil edilmişdir. Görüşdə 

40 nəfərə yaxın şagird iştirak etmişdir. İştirakçılara Lənkəran Məşğulluq Mərkəzi, 

işə düzəlmə qaydaları və sənədləşmə prosedurları, habelə şirkətlər və onların elan 

etdiyi vakansiyalar barədə geniş  məlumat verilmişdir. Bununla yanaşı, 

iştirakçılara CV (Tərcümeyi-hal), intervü (müsahibə) haqqında ümumi məlumat 

verilmiş və bu istiqamətdə müvafiq uğur hekayələrinin təqdimatları keçirilmişdir. 

 

 

9.



 

11 iyun tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində 1 günlük dəyirmi-

masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev adına Qarışıq Tipli 

Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar 

üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin 

əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir. Tədbirin əsas 

məqsədi 2011-ci il ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı” 


layihəsinin gedişatı ilə  əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının 

keçirilməsindən, layihə ilə bağlı ictimai müzakirələrin aparılmasından və gələcək 

fəaliyyət üçün müvafiq təkliflərin hazırlanmasından ibarət olmuşdur. 

 

 



10.

 

13 iyul tarixində MAGİYA ictimai birliyinin ofisində  dəyirmi-masa təşkil 



edilmişdir. Dəyirmi-masanın təşkilində  əsas məqsəd ictimai birlik tərəfindən 

Lənkəranda həyata keçirilən  “Yeniyetmələr üçün həyat bacarıqları” proqramı 

çərçivəsində  nəşr edilən 200 ədəd yeni məlumatlandırıcı bukletlərin təqdimatı 

olmuşdur. Təqdimat zamanı iştirakçılara (QHT və KİV nümayəndələrinə) 2010 və 

2011-ci illər  ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının 

Lənkəranda uğurla reallaşdırılması barədə geniş məlumat verilmişdir.  

 

 

11.



 

28-30 iyun və 01 iyul tarixlərində Lənkəran rayonunda “Azərbaycanda QHT-lərə 



ictimai münasibət” adlı sosioloji araşdırma aparılmışdır. Həmin araşdırmanın 

həyata keçirilməsində  əsas məqsəd respublikada fəaliyyət göstərən QHT-lərə 

ictimai münasibəti öyrənmək və təhlil etmək, QHT-lərin icra etdikləri layihələrin 

sosial təsirini araşdırmaq, ölkədə  vətəndaş  cəmiyyətinin qurulmasında və sosial-



iqtisadi inkişaf sahəsində QHT-lərin fəaliyyətinə ictimai münasibəti öyrənmək, 

eləcə də, hökumət və biznes qurumlarının QHT təsisatlarına münasibəti və onların 

qarşılıqlı  əməkdaşlıq  əlaqələrinin yaradılması sahəsində mövcud vəziyyəti 

araşdırmaqdan ibarət olmuşdur. Qeyd edək ki, Lənkəran rayonunda təşkil edilən 

sosioloji araşdırma və görüşlərdə ümumilikdə 150 nəfərdən çox respondent iştirak 

etmişdir. 

 

 

 



12.

 

19-23 sentyabr tarixlərində “Lənkəran Peşə Liseyi”nin şagirdləri üçün 



“Yeniyetmə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı” mövzusunda 5 günlük 

təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 25 nəfər  şagirdə  təlim 

ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter bilikləri və 

internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HİV/AİDS və 

narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili 

zorakılıq” kimi mövzular haqda geniş  məlumat verilmiş  və sonda bütün 

iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. 

 

 



 

 

13.



 

24 sentyabr tarixində  Lənkəran  şəhərində yerləşən “Dalğa” otelində 



“Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının yekunu ilə  əlaqədar 1 

günlük dəyirmi-masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev 

adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən 

Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq 

Mərkəzi”nin əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir. 

Tədbirin  əsas məqsədi 2010-2011-ci illər  ərzində “Yeniyetmələr üçün Həyat 

Bacarıqlarının  İnkişafı” layihəsinin gedişatı, eləcə  də, adı  çəkilən layihənin 

yekunu ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və 

layihə ilə bağlı yekun ictimai müzakirələrin aparılmasından ibarət olmuşdur. 

 

 

14.



 

26 sentyabr tarixində  Lənkəran  şəhərində yerləşən “Dalğa” otelində 



“Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının yekunu ilə  əlaqədar 

mətbuat konfransı  təşkil olunmuşdur. Mətbuat konfransında KİV və QHT 

nümayəndələri, eləcə  də, ictimai birliyin tərəfdaş  təşkilatları olan “Osman 

Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki 

Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran 

Məşğulluq Mərkəzi”nin  əməkdaşları  iştirak etmişdir. Tədbirin məqsədi 2010-

2011-ci illər  ərzində  Lənkəranda “Yeniyetmələr üçün Həyat Bacarıqları” 

layihəsinin reallaşdırılması, eləcə  də, adı  çəkilən layihənin yekunu ilə  əlaqədar 

MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və layihə ilə bağlı 

yekun ictimai müzakirələrin KİV-ə təqdim edilməsindən ibarət olmuşdur.  

 


 

Məlumat üçün qeyd edilməlidir ki, “Yeniyetmələr üçün Həyat Bacarıqları” 

proqramı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın 

və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi (Lənkəran 

şəhər Gənclər və İdman İdarəsi) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirmişdir. 

Həmin proqramın  əsas məqsədi yeniyetmə  və  gənclərin peşə hazırlığını artırmaq, 

onların həyat bacarıqlarını inkişaf etdirmək və yaşadıqları müəssisələri tərk etdikdən 

sonra onlara həyatda müstəqil fəaliyyət göstərmələri üçün yardım göstərməkdən 

ibarət olmuşdur. Lənkəranda bu layihə  çərçivəsində ictimai birliyin tərəfdaş 

təşkilatları olan “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə 

Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və 

“Lənkəran Məşğulluq Mərkəzi”nin şagird, müəllim və işçi heyəti üçün ümumilikdə 3 

sosial sorğu, 3 mübadilə görüşü, 3 dəyirmi-masa, 7 təlim kursu və 1 mətbuat 

konfransı təşkil edilmişdir. Bütün bu tədbirlər ərzində QHT və KİV nümayəndələri 

də daxil olmaqla, tərəfdaş təşkilatların əməkdaşları və şagirdləri həyat bacarıqlarının 

inkişafı sahəsində yüksək səviyyədə maarifləndirilmiş və məlumatlandırılmışlar. 



 

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi, 

30 dekabr, 2011-ci il 

Yüklə 40,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin