219
mün Məsihdə yeni yaradılış olduğumu bəyan edirəm (Roma.
6:13; 12:1, 2; 2 Kor. 5:17; Kolos. 3:9, 10-ə baxın.).
9. İman vasitəsilə Ruh ilə dolmağı seçirəm ki, həqiqətə doğru
yönələ bilim. Mən Ruha görə həyat sürməyi seçirəm ki, cis-
mani təbiətin ehtirasını icra etməyim (Yəhya 16:13; Qalat.
5:16; Efes. 5:18-ə baxın.).
10. Mən bütün xudbin məqsədləri inkar və rədd edirəm və
başlıca məqsədi, yəni, sevgini seçirəm. Mən iki ən böyük
əmrə: Allahım olan Rəbbi bütün qəlbimlə, bütün varlığım-
la, bütün düşüncəmlə və bütün gücümlə sevmək və qonşu-
mu özüm kimi sevmək əmrinə itaət etməyi seçirəm (Matta
22:37-39; 1 Timotey 1:5-ə baxın.).
11. Mən inanıram ki, Rəbb İsa yer üzündə və göydə bütün
səlahiyyətə malikdir və O, hər başçının və hakimin Başı-
dır. Mən Onda tamamlanmışam. Mən inanıram ki, Məsihin
bədəninin üzvü olduğuma görə şeytan və onun cinləri Məsihdə
mənə tabedirlər. Ona görə də mən Allaha tabe olmaq və iblisə
qarşı durmaq əmrinə tabe oluram və İsa Məsihin adı ilə hü-
zurumdan şeytanın çıxıb getməsini əmr edirəm (Matta 28:18;
Efes. 1:19-23; Kolos. 2:10; Yaqub 4:7-ə baxın.).
3
-cü addım: Kinin əvəzinə bağışlama
Biz şeytanın bizdən mənfəət qazana bilməməsi üçün başqaları-
nı bağışlamalıyıq (2 Kor. 2:10, 11). Həyatımızda olan bütün kin,
qəzəb hisslərini rədd etmək və Allah bizi bağışladığı kimi, bizim
də bir-birimizi bağışlamaq əmrləri bizə verilib (Efes. 4:31, 32).
Aşağıdakı duanı ucadan edərək Allahdan bağışlamalı olduğunuz
insanları ağlınıza gətirməsini xahiş edin:
Əziz göylərdə olan Atam, mənə qarşı olan xeyir-
xahlığının, həlimliyinin və səbrinin zənginliyinə görə
Sənə minnətdaram. Mən bilirəm ki, Sənin xeyirxah-
220
Buxovları qıran
lığın məni tövbəyə gətirib çıxarıb. Məni incidənlərə
qarşı həmin xeyirxahlığı və səbri göstərmədiyimi eti-
raf edirəm. Əksinə, mən ürəyimdə onlara qarşı kin,
qəzəb və inciklik hissi daşımışam. Bağışlamalı oldu-
ğum bütün insanları yadıma sal ki, indi onları bağış-
laya bilim. İsanın adı ilə, amin.
(Roma. 2:4-ə baxın.)
Ayrıca başqa bir vərəqdə yadınıza düşən adamların adını yazın.
Bu halda onları bağışlamaq lazım olub-olmadığını soruşmayın.
Əgər yadınıza ad düşürsə, onu yazın.
Çox vaxt biz keçmişdə etdiyimiz səhv seçimlərə görə özümüzü
cəzalandıraraq, özümüzə qarşı da bəzi şeylər saxlayırıq. Siyahının
aşağısında «özüm» sözünü yazın ki, özünüzü bağışlaya biləsiniz.
İnsanın özünü bağışlaması, yəni Allahın artıq Məsihdə sizi ba-
ğışlaması faktını qəbul etməkdir. Əgər Allah sizi bağışlayırsa, siz
özünüzü bağışlaya bilərsiniz!
Eləcə də «Allaha qarşı olan düşüncələri» də siyahının aşağı-
sında yazın. Aydındır ki, Allah heç vaxt səhv bir iş görməyib,
ona görə də Onu bağışlamağa ehtiyac yoxdur. Amma O, bizim
istədiyimiz şeyləri etmədiyinə görə bəzən Ona qarşı özümüzdə
qəzəbli düşüncələr saxlayırıq. Allaha qarşı olan həmin qəzəb dolu
hisslər və ya incikliklər bizimlə Onun arasında divar yarada bilər,
ona görə də biz bu hisslərdən əl çəkməliyik.
Siyahıda olan insanları bağışlamaq prosesinə başlamazdan
əvvəl aşağıdakıları oxuyun və bağışlamağın nə olub-olmadığının
üzərində düşünün.
Bağışlamaq unutmaq deyil. Onlara edilən bütün şeyləri unut-
mağa çalışmaq istəyən insanlar bunu etməyi bacarmayacaqlar.
Ağrının bir gün çıxıb gedəcəyinə ümid edərək sizi incidən insanları
bağışlamağı təxirə salmayın. Kimisə bağışlamağa qərar verdikdən
sonra Məsih gələ bilər və sizin ağrılarınıza şəfa verə bilər. Amma
əvvəlcə siz bağışlamayana qədər şəfa gələ bilməz.
Məsihdə azadlıq addımları
221
Bağışlamaq seçimdir, sizin iradənizin qərarıdır. Allah
sizdən bağışlamağı tələb etdiyinə görə bu hərəkət sizin bacardı-
ğınız bir şeydir. Bəzən kimisə bağışlamaq çox çətindir, çünki biz
təbii olaraq, əzab çəkdiyimiz şeylər üçün qisas almaq istəyirik.
Bəzən düşünürük ki, bağışlamaq bizim düzgün və ya ədalətli
olan şey barəsindəki fikirlərimizə qarşı gedən bir şeydir. Ona
görə də bizə verdikləri ağrılara görə insanları fikrimizdə dəfələrlə
cəzalandıraraq qəzəbi tutub saxlayırıq.
Amma Allah bizə deyib ki, heç vaxt özümüz üçün qisas almayaq
(Roma. 12:19). Qoy Allah özü həmin insana cavab versin. Qoy
həmin insan sizin qarmağınızdan çıxsın, çünki siz kimisə bağışla-
mayana qədər hələ də həmin insanın qarmağına ilişmiş olursunuz.
Siz hələ də keçmişinizin zəncirinə bağlısınız və kin sizi tutub
saxlayır. Bağışlamaqla siz o biri insanı qarmağınızdan çıxarırsınız,
amma həmin insan Allahın qarmağında qalır. Siz inanmalısınız ki,
Allah həmin insanla düzgün və ədalətlə rəftar edəcək, bu, sadəcə,
sizin edə bilmədiyiniz bir şeydir.
Siz: «Axı siz bilmirsiniz ki, bu adam məni nə dərəcədə incidib!»
— deyirsiniz. Siz doğrusunuz. Biz bilmirik, amma İsa bilir və O,
sizə bağışlamağı söyləyir. Siz görmürsünüzmü ki, hirsi, qəzəbi
kənara atana qədər həmin insan hələ də sizi incidir? Siz saatı
geriyə çəkib keçmişi dəyişdirə bilməzsiniz, amma siz ondan azad
ola bilərsiniz. Siz ağrını dayandıra bilərsiniz, amma bunu etməyin
yeganə bir yolu var – bağışlamaq.
Özünüzə görə başqalarını bağışlayın ki, azad ola
biləsiniz. Bağışlamaq, əsasən, Allaha itaət etmək məsələsidir.
Allah sizin azad olmağınızı istəyir; azad olmaq üçün başqa yol
yoxdur.
Bağışlamaq o biri insanın günahının nəticələri ilə ya-
şamağa razılıqdır. Siz həmin nəticələri xoşlayıb-xoşlamasanız
da onlar ilə yaşamalı olacaqsınız, ona görə də sizin yeganə se-
çiminiz bunu ya kinin əsarətində, ya da bağışlamanın azad-
222
Buxovları qıran
lığında etməyinizdir. Heç kim o biri insanın günahının ağrısını
çəkmədən və qəbul etmədən həqiqətən bağışlaya bilmir. Bu, haq-
sız görünə bilər və siz «burada ədalət yoxdur» fikirləşə bilərsiniz,
amma ədalət çarmıxda tapılır. Çarmıxa görə bağışlama qanuni və
ədalətlidir.
İsa günahın əbədi nəticələrini Öz üzərinə götürüb. «Günahla
əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı
verdi ki, biz Onda Allahın salehliyinə nail olaq» (2 Kor. 5:21).
Amma biz çox vaxt başqa insanların günahlarının müvəqqəti
nəticələrindən əzab çəkirik. Bu, sadəcə, hər birimizin üzləşməli
olduğu həyatın sərt reallığıdır.
O biri insanın sizdən üzr istəməsini gözləməyin. Yadda
saxlayın, İsa onu çarmıxa çəkənləri bağışlamazdan əvvəl onların
üzr istəmələrini gözləmədi. Hətta onlar Onu ələ salıb, lağa qo-
yanda belə, O dua etdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini
bilmirlər» (Luka 23:34).
Səmimi qəlbdən bağışla. Sizi incidən insanlara qarşı hiss et-
diyiniz ağrılı emosiyalarınızı Allahın üzə çıxarmasına icazə verin.
Əgər sizin bağışlamağınız həyatınızın emosional mərkəzinə toxun-
mursa, bu tamamlanmayacaq. Bir çox vaxtlar biz ağrıdan qorxu-
ruq, ona görə də öz emosiyalarımızı ürəyimizin dərinliklərində
basdırırıq. Qoy Allah onları üzə çıxarsın ki, həmin zədələnmiş
emosiyalara şəfa verməyə başlaya bilsin.
Bağışlama kiminsə günahına görə ona qarşı artıq kin
saxlamamağa qərar verməkdir. Kin saxlayan insanların on-
ları incidən insanlarla bağlı keçmiş məsələləri qaldırması çox ge-
niş yayılmış bir şeydir. Onlar həmin insanların özlərini pis hiss
etmələrini istəyirlər. Amma biz keçmişi əlimizdən buraxmalıyıq və
hər bir qisas hissini rədd etməyə qərar verməliyik. Bu, o demək
deyil ki, siz başqalarının gələcək günahlarına dözməkdə davam
etməlisiniz. Allah günaha dözmür, siz də dözməli deyilsiniz. Baş-
qaları tərəfindən özünüzün daim incidilmənizə icazə verməyin. Sizi
Məsihdə azadlıq addımları
223
incidən insanlara qarşı lütf və bağışlamanı tətbiq etməkdə davam
edərək günaha qarşı dayanın. Əgər sizə sonrakı incikliklərdən özü-
nüzü qorumaq üçün ağıllı qərarlar çıxarmaqda kömək lazımdırsa,
etibarlı bir dostunuz, məsləhətçiniz və ya pastorunuz ilə danışın.
Gözləməyin ki, sizin emosiyalarınız bağışlamağa razı
olacaq
. Onlar buna heç vaxt razı olmayacaq. Onlar razı olmasa
da bağışlamaq üçün çətin seçimi edin. Siz bağışlamağı seçəndən
sonra şeytan həmin sahədə üzərinizdə olan öz gücünü itirəcək və
Allahın şəfa verən gücü sizə toxuna biləcək. İndi əldə edəcəyiniz
bir şey azadlıqdır, ola bilsin ki, emosiyalarınızın dəyişilməsi üçün
bir az vaxt lazım olacaq.
İndi siz bağışlamaq üçün hazırsınız. Siyahınızda olan birinci
insandan başlayaraq, yadınıza düşən hər bir ağrılı xatirəyə görə
həmin insanı bağışlamağı seçin. Yada düşən bütün ağrıları bağış-
ladığınıza əmin olana qədər həmin şəxsdə dayanın. Sonra siyahını
eyni üsulla davam etdirin.
İnsanları bağışlamağa başladıqca Allah tamamilə unutduğunuz
ağrılı xatirələri sizin yadınıza sala bilər. Hətta bu, sizi incitsə
də, Onun bunu etməsinə icazə verin. Allah sizin azad olmağı-
nızı istəyir; bunun yeganə yolu həmin insanları bağışlamaqdır.
Sizi incidən şəxs sizə çox yaxın insan olsa da, onun davranışını
bəhanə etməyə çalışmayın.
«Rəbbim, xahiş edirəm, mənə bağışlamağa kömək et» deməyin.
O, artıq sizə kömək edir və bütün proses boyunca sizinlə olacaq.
«Rəbbim, mən…bağışlamaq istəyirəm» deməyin, çünki bu, bizim
etməli olduğumuz çətin seçimin yanından ötüb keçir. «Rəbbim,
mən…bağışlamağı seçirəm» deyin.
Siyahıdakı istənilən insana görə olan hər bir ağrılı xatirə üçün
ucadan bu duanı edin:
Rəbbim, mən (insanın adı), (onların etdiklərinə
və ya etmədiklərinə) görə bağışlamağı seçirəm, çünki
buna görə mən (ağrılı hissləri bölüşün) hiss etdim.
224
Buxovları qıran
Yadınıza düşən bütün incikliklərə görə bir insanı bağışladıqdan
və hansı hisslər keçirdiyinizi səmimi şəkildə ifadə etdikdən son-
ra ucadan aşağıdakı duanı etməklə həmin insan üçün bağışlama
duasını bitirin:
Rəbbim, mən inciklikdən əl çəkməyi seçirəm.
Məni kinin əsarətindən azad etdiyinə görə Sənə
minnətdaram. Mən qisas almaq haqqımı kənara atıram
və Səndən zədələnmiş emosiyalarıma şəfa verməyini
xahiş edirəm. İndi məni incidənlərə xeyir-dua verməni
Səndən xahiş edirəm. İsanın adı ilə dua edirəm. Amin.
4
-cü addım: Üsyankarlığın əvəzinə tabeçilik
Biz üsyankar bir əsrdə yaşayırıq. Bir çox insanlar qanunlara
və hökmranlıqlara yalnız onlar üçün münasib olanda tabe olurlar.
Hakimiyyətdə olanlara qarşı ümumi bir hörmətsizlik hissi var və
məsihçilər çox vaxt cəmiyyətin qalan üzvləri kimi tənqidi, üsyan-
kar ruhu qidalandırmaqda təqsirlidirlər. Əlbəttə, bizdən rəhbərlərin
Kəlama riayət etməyən siyasətləri ilə razılaşmaq tələb olunmur,
amma biz Peterin sözlərinə münasib tərzdə yaşamalıyıq: «Hamıya
hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, pad-
şaha hörmət edin» (1 Peter 2:17).
Üzərimizdə olan hakimiyyətin yalnız ürəyimiz istəyəni etməkdə
azadlığımızı oğurladığına inanmaq çox asandır. Həqiqət budur ki,
Allah onları bizim müdafiəmiz və azadlığımız üçün oraya qoyub.
Allaha və Onun qoyduğu hakimiyyətə qarşı üsyankarlıq etmək
çox ciddi bir günahdır, çünki bu günah şeytanın hücum etməsi
üçün geniş yol açır. Tabe olmaq yeganə həll yoludur. Amma Allah
tabeçiliyin sadəcə zahiri görünüşündən daha dərin şeyi tələb edir;
O istəyir ki, biz hakimiyyətdə olanlara səmimi qəlbdən tabe olaq.
Siz Allahın və Onun üzərinizdə təyin etdiyi insanların hakimiyyəti
altında dayananda şeytani hücumlar üçün bu təhlükəli girişi
özünüzdən uzaqlaşdırırsınız.
Məsihdə azadlıq addımları
225
Müqəddəs Kitab üzərimizdə olan hakimiyyətlərə qarşı iki əsas
cavabdehliyimizin olduğunu aydın göstərir: onlar üçün dua etmək
və onlara tabe olmaq (Roma. 13:1-7; 1 Timotey 2:1, 2). Özünüzü
bu Allaha məqbul həyat tərzinə həsr etmək üçün aşağıdakı duanı
uca səslə səmimi qəlbdən edin:
Əziz göylərdə olan Atam, Sən Kəlamında deyirsən
ki, üsyankarlıq falçılıq kimi eyni və bütpərəstliyə
bərabər pis bir şeydir. Mən bu sahədə Sənə itaət
etmədiyimi bilirəm və ürəyimdə Sənə, eləcə də
üzərimdə qoyduğun insanlara qarşı üsyan qaldır-
mışam. Üsyankarlığımı bağışladığına görə Sənə
minnətdaram. Rəbb İsa Məsihin axıdılmış qanı ilə
dua edirəm ki, üsyankarlığıma görə həyatımda şər
ruhlar tərəfindən işğal edilmiş sahələr ləğv edilsin.
Mən dua edirəm ki, üsyankar olduğum bütün sahələri
mənə göstərəsən. Mən indi itaətkar ruhu və xidmətçi
ürəyini mənimsəməyi seçirəm. İsanın əziz adı ilə dua
edirəm. Amin.
(1. Şamuel 15:23-ә baxın)
Hakimiyyət altında olmaq, həqiqətən, iman hərəkətidir! Tabe
olmaqla siz Allahın özünün təsis etdiyi hakimiyyət vasitəsilə,
hətta həmin hakimiyyətlər kobud və sərt olsalar da və ya etmək
istəmədiyiniz şeyləri etməyi sizə söyləsələr də, sizin xeyrinizə
işləməsinə etibar edirsiniz. Elə vaxtlar ola bilər ki, hakimiyyəti al-
tında olduğunuz insanlar öz səlahiyyətlərindən sui-istifadə edir və
günahsız insanların müdafiəsi üçün Allah tərəfindən təyin edilmiş
qanunları pozurlar. Həmin hallarda müdafiəniz üçün daha yüksək
hakimiyyətdən kömək istəməlisiniz. Sizin ölkənizdəki qanunlar
belə zorakılıq halının polisə və ya başqa dövlət orqanına çatdırıl-
masını tələb edə bilər. Əgər yaşadığınız yerdə zorakılıq (fiziki, əqli,
emosional və ya cinsi) halları davam edərsə, həmin vəziyyətin
həll edilməsi üçün sizə məsləhət vermə xidmətinin köməyi lazım
gələ bilər.
226
Buxovları qıran
Əgər hakimiyyətlər Allahın qanununu pozmağı və ya doğru
olana qarşı getməyi tələb etməklə öz vəzifələrindən sui-istifadə
edirsə, onda siz insana deyil, Allaha itaət etməlisiniz (Həv. İş.
4:19, 20). Amma ehtiyatlı olmağınız vacibdir. Sadəcə, xoşlama-
dığınız şeyləri etməyi sizə söylədiyinə görə hakimiyyətin Allahın
Kəlamını pozduğunu güman etməyin. Biz hamımız Məsihin qor-
xusunda bir-birimizə qarşı təvazökar, itaətkar ruhu əldə etməliyik
(Efes 5:21). Amma bundan əlavə, bizi qorumaq və gündəlik
həyatlarımızı qaydaya salmaq üçün Allah xüsusi hakimiyyət or-
qanları təyin edib.
Növbəti siyahıya dua edərək baxarkən hakimiyyətə qarşı üs-
yankar olduğunuz istənilən xüsusi halı Rəbbin yadınıza salması-
na imkan verin. Siyahıdan sonra gələn tövbə duasından istifadə
edərək Rəbbin yadınıza saldığı hər bir şeyi ayrıca etiraf edin.
Mülki hakimiyyət (nəqliyyat qaydaları, vergi qaydaları, dövlət
məmurlarına qarşı münasibət) (Roma. 13:1-7; 1 Timotey 2:1-
4; 1 Peter 2:13-17)
Valideynlər, ögey valideynlər və ya hüquqi qəyyumlar (Efes.
6:1-3)
Müəllimlər, məşqçilər, məktəbin vəzifəli şəxsləri (Roma. 13:1-
4)
Müdirlər (keçmişdə və hal-hazırda) (1 Peter 2:18-23)
Ər (1 Peter 3:1-4) [Ərlər üçün qeyd: Bir neçə dəqiqə vaxt ayı-
rın və Rəbdən soruşun: «Həyat yoldaşıma qarşı sevgim azdır-
mı ki, bu, onun daxilində üsyankar ruha yol açır?», əgər cavab
«bəli»dirsə, Efes. 5:22-33-ü pozduğunuza görə bu günahı indi
etiraf edin.]
Məbəd rəhbərləri (İbr. 13:7)
Allah (Daniel 9:5, 9)
Allahın Ruhunun yadınıza saldığı hər bir üsyankarlıq günahına
görə həmin günahı xüsusilə etiraf etmək üçün aşağıdakı duadan
istifadə edin:
Məsihdə azadlıq addımları
227
Rəbbim, mən etiraf edirəm ki, mən (adı) qarşı
(dəqiq nə etdiyinizi söyləyin) ilə üsyankar olmuşam.
Mənim üsyankarlığımı bağışladığına görə çox sağ ol.
Mən indi təvazökar olmağa və Kəlamına itaətkar ol-
mağa qərar verirəm. İsanın adı ilə dua edirəm. Amin.
5
-ci addım: Qürur əvəzinə təvazökarlıq
Qürur öldürür. Qürur deyir: «Mənə Allahın və ya başqa kiminsə
köməyi lazım deyil. Mən özüm yoluna qoyaram.» Əsla, siz bunu
edə bilməzsiniz! Bizə Allah mütləq lazımdır və bir-birimizə son
dərəcədə böyük ehtiyacımız var. Həvari Paul yazır: «Allahın
Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani
şeylərə güvənməyən bizlərik» (Filip 3:3). Bu təvazökarlığa gözəl
bir tərifdir: cismani şeylərə, yəni özümüzə güvənməmək, əksinə,
«Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənmək» (Efes. 6:10).
Təvazökarlıq düzgün şey, yəni Allaha etibar etməkdir.
Sül. məs. 3:5-7 oxşar fikri ifadə edir: «Bütün qəlbinlə Rəbbə
güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O,
sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma,
Rəbdən qorx, şərdən çəkin.» (Yaqub 4:6-10 və 1 Peter 5:1-10-
da bizə xəbərdarlıq edir ki, bizim qürurlanmağımız ciddi ruhani
problemlər ilə nəticələnəcək.). Allah qarşısında təvazökarcasına
yaşamağa görə qərar verməyinizi ifadə etmək üçün aşağıdakı
duadan istifadə edin:
Əziz göylərdə olan Atam, Sən deyirsən ki, əcəldən
əvvəl təkəbbür və fəlakətdən əvvəl lovğalıq ruhu
gəlir. Mən əsasən başqaları barəsində deyil, özüm
barəsində düşündüyümü etiraf edirəm. Mən özümü
imtina etməmişəm, gündəlik çarmıxımı götürüb Sənin
ardınca gəlməmişəm. Bunun nəticəsində həyatımda
şeytana yer vermişəm. Mən təkbaşına xoşbəxt və
uğurlu ola biləcəyimə inanaraq günah etmişəm. Mən
228
Buxovları qıran
öz iradəmi Sənin iradəndən qabağa qoyduğumu və
həyatımın mərkəzində Səni deyil, özümü qoyduğumu
etiraf edirəm.
Mən qürura və eqoistliyə görə tövbə edirəm və dua
edirəm ki, Rəbb İsa Məsihin düşməni tərəfindən əldə
edilmiş həyatımdakı bütün sahələr ləğv edilsin. Mən
Müqəddəs Ruhun gücünə və idarəçiliyinə arxalanma-
ğa qərar verirəm, beləliklə, mən özümü göstərərək və
ya lovğalıqla heç bir şey etməyəcəyəm. İtaətkarlıqda
digərini özümdən üstün sayacağam. Eləcə də Rəbb,
Səni həyatımda hər bir şeydən üstün hesab etməyi
seçirəm.
Həyatımda qürurda yaşadığım hər bir yeri indi
mənə göstərməyini xahiş edirəm. Məhəbbətlə başqa-
larına xidmət etmək və hörmət göstərməklə onları
qabaqlamaq üçün mənə güc ver. Mən bütün bunları
Rəbbimin, İsanın həlim və təvazökar adı ilə istəyirəm.
Amin.
(Sül. Məs. 16:18; Matta 6:33; 16:24;
Roma. 12:10; Filip. 2:3-ə baxın.)
Yuxarıda verilən duanı Allah qarşısında edəndən sonra qürur-
lu tərzdə yaşadığınız hər bir halı sizə göstərməsini Ondan xahiş
edin. Aşağıdakı siyahı sizə kömək edə bilər. Rəbb qürurla bağlı
hər bir şeyi yadınıza saldıqca onları etiraf etmək üçün aşağıda
verilən duadan istifadə edin.
Allahın iradəsindənsə, öz iradəmi həyata keçirmək istəyi
Allahın idarəçiliyini dua və Kəlamı vasitəsilə axtarmağa ça-
lışmaqdansa, öz idrakıma və həyat təcrübəmə həddən artıq
etibar etmək
Müqəddəs Ruhun gücündən asılı olmaqdansa, öz gücümə və
qabiliyyətlərimə arxalanmaq
Özüməhakimliyi idarə etməkdənsə, daha çox başqalarını idarə
etməklə maraqlanmaq
Məsihdə azadlıq addımları
229
Başqalarına görə kiçik şeyləri etməyə vaxt ayırmaqdansa, «va-
cib» şeyləri etməklə həddən artıq məşğul olmaq
Heç bir ehtiyacımın olmadığını düşünməyə meyilli olmaq
Səhv edərkən onu etiraf etməkdə çətinlik çəkmək
Allahı razı salmaqdansa, insanları razı salmaqla daha çox ma-
raqlanmaq
Layiq olduğum hörmətin mənə edilməsi ilə maraqlanmaq
Özümün başqalarından daha təvazökar, ruhani, mömin və ya
daha müqəddəs olduğumu düşünmək
Dərəcələr, titullar və ya vəzifələr əldə etməklə nüfuz qazan-
mağa sürüklənmək
Çox vaxt öz ehtiyaclarımızın başqa insanın ehtiyaclarından
daha vacib olduğunu düşünmək
Elmi, bədii və ya atletik nailiyyətlərə görə özümü başqaların-
dan daha yaxşı hesab etmək
Özümüz barəsində lazım olduğundan daha yüksək fikirləşməyin
başqa yolları
Yuxarıda sadalanmış bu günahlardan həyatınızda olanların hər
biri üçün aşağıdakı duanı edin:
Rəbbim, mən (qürurun növü) görə qürurlandığımı
etiraf edirəm. Mənim qürurumu bağışladığına görə
çox sağ ol. Mən özümü Sənin və başqalarının qarşı-
sında alçaltmağa qərar verirəm. Mən cismani şeylərə
zərrə qədər də olsa güvənməməyə və bütünlüklə Sənə
etibar etməyə qərar verirəm. İsanın adı ilə, amin.
İnsanlar arasında tərəfkeşlik və ayrı-seçkilik etməkdən azad
olmaq
Qürur iblisin ilkin günahıdır. Bu, bir insanı o biri insana və ya
bir qrupu digər qrupa qarşı qoyur. Şeytanın strategiyası həmişə
parçalamaqla qələbə çalmaqdır, amma Allah bizə barışdırma
xidmətini verib (2 Kor. 5:19). Məsihin yəhudilər və bütpərəstlər
230
Buxovları qıran
arasında irqi ayrı-seçkiliyin qədim maneəsini dağıtması işində bir
anlıq Ona nəzər salın:
Çünki Məsih Özü barışığımızdır. O, hər iki tərəfi bir
etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz
cismi ilə yıxdı. Qanunu əmrləri və qaydaları ilə birlikdə
ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yara-
daraq barışıq təmin etsin və çarmıx vasitəsilə hər ikisini
tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti
yox etdi. O gəlib həm uzaqda olan sizlərə, həm də ya-
xındakılara bu barışdırma Müjdəsini yaydı. Çünki hər iki
tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın
hüzuruna çıxa bilərik (Efes. 2:14-18).
Bir çox vaxtlar ürəyimizdə tərəfkeşliyin və ya ayrı-seçkiliyin
olduğunu inkar edirik, amma «Allahdan gizli heç nə yoxdur. La-
kin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz
Ona hesabat verəcəyik» (İbr. 4:13). Aşağıdakı dua ürəyinizin
Onun nuru ilə işıqlandırılmasını və ayrı-seçkiliyin aşkar edilməsini
Allahdan xahiş etməkdir:
Əziz göylərdə olan Atam, mən bilirəm ki, Sən bü-
tün insanları bərabər olaraq sevirsən və tərəfkeşlik
etmirsən. Səndən qorxan və əməlisaleh olan insan-
ları qəbul edirsən. Sən onlara dərilərinin rənginə,
irqlərinə, iqtisadi vəziyyətlərinə, ailəsinin etnik
tərkibinə, cinslərinə, məxsus olduqları denominasi-
yaya və ya başqa dünyəvi xüsusiyyətlərinə əsasən
qiymət qoymursan. Mən etiraf edirəm ki, çox vaxt
başqalarına bu şeylərə görə qiymət qoymuşam və
ya bu şeylərə görə özümü üstün saymışam. Mən heç
də həmişə barışdırma xidmətçisi olmamışam, amma
düşüncələrim, sözlərim və əməllərimlə parçalanma
üçün qürurlu bir vasitəçi olmuşam. Mən bütün nifrət
və qürur dolu tərəfkeşlik və ayrı-seçkiliyə görə tövbə
Məsihdə azadlıq addımları
Dostları ilə paylaş: |