182
Buxovları qıran
şərin gücündən qorxuya daha çox əsaslanmışdı.
Şeytanın mənim üzərimdə sahibkarlığını itirdiyini
bildiyimə baxmayaraq, hələ də onun aldatmasına
və nəzarətinə məruz qaldığımdan xəbərim yox idi.
Məsihçi həyatımın ilk iki ili günahın əsarəti altın-
da keçdi. Mən heç bunun günah olduğunu bilmirdim.
Günahımı dərk etdikdən, onu Allaha etiraf etdikdən
və bağışlanma əldə etdikdən sonra düşündüm ki, şey-
tanın üzərimdə idarəçiliyindən, nəhayət ki, azadam.
Mən bilmirdim ki, döyüş hələ təzəcə başlayıb.
Mənim bədənim izah olunmaz dərəcədə səpkilərlə
dolu idi, qıpqırmızı ləkələr var idi. Mən sevincimi
və Rəbbə yaxınlığımı itirdim. Mən artıq mahnı oxuya
bilmirdim və ya Kəlamı mütaliə edə bilmirdim. Mən
təsəlli tapmaq və özünü sakitləşdirmək üçün yeməyə
üz tutdum. Cinlər mənim doğrunu səhvdən ayırdetmə
qabiliyyətimə hücum etdi, kimliyimin və məhəbbətin
axtarışında əxlaqsızlığa qoşuldum.
Ancaq dünən şeytanın həyatımda olan idarəçiliyini
inkar edəndə bütün bunlara son qoyuldu. Mən sevildi-
yimi dərk etməkdən irəli gələn azadlığı və müdafiəni
tapmışam. Mən eyforiyada deyiləm; mən aydın ağıl-
la, təmiz ruhla və sakit əllə yazıram. Hətta əvvəllər
yeməyə olan bağlılığım qəfildən mənə yad göründü.
Mən məsihçinin şeytanın idarəçiliyinə belə məruz
qaldığını heç vaxt bilməmişdim. Mən aldanmışdım,
amma indi azadam. Çox sağ ol, çox sağ ol, İsa!
Şila
Şila həyatda nəzarəti itirməyin ciddi nümunəsidir. Əksər
məsihçilər bir imanlının şeytanın təsirinə belə məruz qala bildiyinə
inanmaq istəmirlər. Amma hər bərpa xidməti həyatlarında nəzarəti
itirib yeməyə, seksə, narkotiklərə, spirtli içkiyə və ya qumara
qurşanmış insanlar ilə işləyir. Şila üçün həyat idarəolunmaz ol-
muşdu və onun kimi insanlar çoxdurlar. O, yemək vərdişləri və
Özünü idarə etməniitirmək təhlükəsi
183
seksual davranışları üzərində nəzarət etməyi bacarmırdı. Əslində,
o bacarardı, amma necə etməli olduğunu bilmirdi. Məsihçilər,
ümumiyyətlə, düşmənin sınaqlarına, ittihamlarına və yalanlarına
məruz qalma fikri ilə razılaşırlar. Amma nə üçünsə «biz könül-
lü olaraq həmin şeytani təsirlərə təslim olsaq, nə baş verəcək»
sualını düşünmək istəmirik.
Günahın nəticələri var – və bizim ruhani müdafiəmiz qismən
özümüzdən asılıdır. Bizə «Rəbb İsa Məsihə bürünün və cismani
təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın» deyilib (Roma.
13:14). Amma bədənin ehtiraslarına uysaq, onda nə olar? Bizə
«hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirmək» deyilib
(2 Kor. 10:5). Amma bunu etməsək və yalana inanmağı seçsək,
yaxud aldadıcı ruha qulaq assaq nə baş verər? Bizə Allahın
zirehlərini geyinmək və möhkəm durmaq tapşırılıb. Amma bunla-
rı etməsək nə olar? Fani bədənlərimizdə günahın hökmranlıq
etməsinə yol verməmək bizim məsuliyyətimizdir; biz bunu
bədənlərimizi haqsızlıq aləti kimi istifadə etməməklə edirik (Roma.
6:12, 13). Amma bədənlərimizi haqsızlıq aləti kimi istifadə etsək
nə olar? Bizə Allaha tabe olmaq və iblisə qarşı durmaq tapşırılıb
(Yaqub 4:7). Amma Allaha tabe olmasaq və qaranlıq padşahlığına
qarşı dayanmasaq nə olar? Heç bir mənfi nəticə olmadan ruhani
neytral mövqedə qala bilərikmi? Bizə heç bir pis şeyin baş
verməyəcəyini, yaxud şeytanın qətiyyətsizliyimizdən və ya
ehtiyatsızlığımızdan istifadə etməyəcəyini söyləmək Kəlama
əsasən səhvdir, bu, imanlılarda yanlış ümid yaradır.
Bu fəsildə biz imanlıların sövqolunmaya, ittihama və aldatmaya
tabe olduğu zaman nə baş verdiyini göstərən, Kəlamda olan bir neçə
bariz nümunəyə baxacağıq. Bu təhlükəyə baxmazdan əvvəl hər bir
imanlının Allaha məxsus olduğunu yenidən vurğulamaq istəyirəm.
Biz Quzunun qanı ilə satın alınmışıq və hətta cəhənnəmin qüvvələri
belə bizi Allahın sevgisindən ayıra bilməz (Roma. 8:35-39; 1 Peter
1:17-19). Dr. Merrill Unqer «What Demons Can Do to Saints»
(«Cinlərin müqəddəslərə edə bildiyi şeylər») adlı kitabında yazır:
«Cinlər [imanlı insana] sahibkar və ya qonaq kimi, yaxud orada
olmaq hüququ olan şəxs kimi daxil olmur. Orada olmaq üçün belə
184
Buxovları qıran
hüquqları yoxdur. Amma o, işğalçı, zorla soxulan, düşmən kimi
gəlir. Ciddi və uzun müddət yaşayan günah vasitəsilə qapı açılıb-
sa, o gələcək.» Şeytan sizə heç vaxt sahib ola bilməyəcəyini bilir.
Amma hər hansı yolla həyatınızın idarəçiliyini ona təslim etməklə
sizi aldada bilsə, o, sizin artımınıza mane ola bilər və Məsih üçün
şəhadətliyinizi dağıda bilər.
M
ünaqişədə olan padşahlıqlar
İmanlıların bizim müzakirə etdiyimiz ruhani təhlükəyə məruz
qalmadıqlarını söyləyənlər, adətən, murdar ruhun Müqəddəs Ruh-
la birlikdə mövcud ola bilmədiyini bəyan edirlər. Bir neçə səbəb
var ki, bunun doğru olmadığına inanmıram. Birinci, şeytan bu
dünyanın allahıdır və «havada olan hakimiyyətin…hökmdarı-
dır» (Efes. 2:2). Ona görə də şeytan və onun cinləri bu dünya-
nın atmosferindədirlər, amma eləcə də hər yerdə mövcud olan
Müqəddəs Ruh oradadır – bu da o deməkdir ki, bəzən onlar bir
yerdə mövcud olurlar. İkincisi, şeytan indi göylərdəki Atamızın
yanına keçə bilir, yəni o və Ata birlikdə mövcud olurlar – hansısa
bir müddətdə — bir yerdə yaşayırlar. Üçüncüsü, Müqəddəs Ruh
ruhumuzla bir yerdə yaşayaraq ittifaqdadır və əlbəttə, biz öz in-
san ruhumuzu kamil hesab etmirik. Dördüncüsü, məkanla əlaqəli
əsaslar ruhani aləmə aid edilmir. Ruhlar üçün heç bir təbii maneə
və ya fiziki hüdud yoxdur. Bu səbəbdən də biz məbəd binasının
sığınacaq olduğunu düşünməməliyik. Bizim yeganə sığınacağımız
hansısa fiziki binada deyil, «Məsihdədir». Beşincisi, əgər insan
aldadıcı ruha qulaq asırsa, bu, yalnız zahiri ola bilməz. Döyüş
ağılda gedir. Əgər murdar ruh və Müqəddəs Ruh eyni vaxtda və
eyni mühitdə hərəkət edə bilməsə, onda ayıq olmağa və Allahın
zirehlərini geyinməyə ehtiyac yoxdur.
«Cinə tutulmuş» termini məbəddə həm də ziddiyyət yaratmış-
dır. Problem əslində yunan mətnində mövcud olmayan «tutul-
muş» sözünün ətrafında yaranır. «Cinə tutulmuş» ifadəsi – dai-
Özünü idarə etməniitirmək təhlükəsi
185
monizomai (fel) və ya daimonizomenos (ədat) yunan sözünün
tərcüməsidir (Matta 4:24; 9:32; 15:22; Mark 5:15). Cinə tutulma
bir və ya daha çox cinlərin nəzarəti altına düşmək deməkdir. Bu
termin heç vaxt məktublarda qarşıya çıxmır, ona görə də məbəd
əsrində bunun necə istifadə edildiyini bilmək üçün bizim dəqiq
bir üsulumuz yoxdur. Mən inanıram ki, hər bir imanlı Müqəddəs
Ruha tutulub. Bununla mən demək istəyirəm ki, bizi heç vaxt
buraxmayan və tərk etməyən Müqəddəs Ruh bizdə yaşayır.
Müjdələrdə olan başqa yunan ifadəsi echein daimonion-dur, bu-
nun mənası «cinə malik olmaq» deməkdir. Dini rəhbərlər Vəftizçi
Yəhyanı və İsanı cinə tutulmaqda ittiham edəndə bu ifadədən
istifadə etmişdilər (Luka 7:33; Yəhya 7:20).
Şeytan və cinlər imanlılara müxtəlif dərəcələrdə təsir edir.
Şeytanın allah olduğu dünyada yaşadığımıza görə günaha sövq
olunma, aldanma və ittiham olunma imkanı həmişə var. Əgər siz
onun hiylələrinə yol versəniz, siz aldanma dərəcəsinə qədər öz
nəzarətinizi itirə bilərsiniz (İmanlıların şeytanın təsirlərinə necə
məruz qalması barəsində daha ətraflı öyrənmək üçün Dr. Klinton
Arnoldun «Baker Books» tərəfindən nəşr edilmiş «Three Crucial
Questions About Spiritual Warfare» – «Ruhani döyüş haqqın-
da üç əsas sual» adlı kitabını oxumağı tövsiyə edirəm).
«Released from Bondage» – «Əsarətdən azadlıq» (Tomas
Nelson) adlı kitabımda zərərçəkənin baxışlarından götürülmüş
bir neçə konkret vəziyyətin tədqiqi var. Onların problemləri ni-
zamsız qidalanmadan tutmuş cinsi zorakılıq və narkomaniyaya
qədər müxtəliflikdə idi. Bütün zərərçəkənlər düşüncə tərzlərindən
əziyyət çəkiblər və üzdə olan problemə baxmayaraq, seksin
həmişə problem olduğu görünür. Onlar hamısı məsihçi olduqla-
rını bildirirdilər və onlardan ikisi bütün vaxtı məsihçi xidməti ilə
məşğul idi. Mən məsihçi cəmiyyətinin bu hekayələri eşitməsi
üçün kitabı yazdım, çünki bir çox imanlılar bu qiymətli insanların
yanından sadəcə onlara imansız kimi baxaraq ötüb keçirlər, bu da
onlara zərrə qədər də olsun kömək etmir.
186
Buxovları qıran
Müqəddəslər əsarətdə
Məsihçilərin cinlərin təsirlərinə necə məruz qalmalarını başa
düşmələri vacibdir ki, onlar qarşılaşdıqları hər bir vəziyyət üçün
Müqəddəs Kitaba uyğun münasib cavab tapa bilsinlər. Paul deyir
ki, biz şeytanın niyyətlərindən xəbərsiz deyilik (2 Kor. 2:11) və
bunlardan xəbərdar olmalıyıq. Bu təhlükəni anlamayan insanlar
problemlərinə görə yəqin ki, özlərini və ya Allahı günahlandıracaq-
lar. Əgər biz özümüzü günahlandırsaq, biz ümidsiz olacağıq, çünki
biz etdiyimizi dayandırmaq üçün heç bir şey edə bilmərik. Əgər
biz Allahı günahlandırsaq, xeyirxah Atamıza etibarımız itəcək.
Hər iki halda Kəlamın vəd etdiyi qələbəni bizim qazanmaq im-
kanımız olmayacaq. Bundan başqa, Qərb dünyasının məbədində
şeytanın bütün fəaliyyətlərini bədənə aid edən bir meyil var. Bu,
eləcə də, ruhani münaqişələrin həllində bizi cavabsız qoyur. Şey-
tanın imanlılar üçün nə qədər dağıdıcı olduğunu göstərən Kəlamın
ayələri aşağıda verilir:
Luka 13:10-17. İsa sinaqoqda təlim keçərkən «orada on səkkiz
il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi.
O, belini heç düzəldə bilmirdi» (11-ci ayə). 16-cı ayə bildirir ki,
qadının xəstəliyinə şeytani əsarət səbəb olub. Bu qadın imansız
deyildi. O, ruhani problemi olan, Allahdan qorxan, iman qadını
«İbrahimin qızı» idi (16-cı ayə). İsa onu əsarətdən azad edən kimi
onun fiziki problemi həll olundu.
Sinaqoqun içində olmaqla bu qadının şeytani hökmranlıqdan
müdafiə olunmadığına diqqət yetirin. Nə sinaqoqun divarları, nə
də məbədin divarları şeytani təsirdən sığınacaq təmin etmir. Qəbul
edildiyi kimi bu hadisə çarmıxdan əvvəl baş vermişdi. Amma bu
göstərir ki, cinlər fiziki olaraq imanlılara təsir edə bilər.
Luka 22:31-34. Həvari Peter həyatında nəzarəti itirən imanlı-
nın nümunəsidir. İsa ona dedi: «Şimon, Şimon! Şeytan sizi buğda
kimi xəlbirdən keçirməyə icazə istədi» (31-ci ayə). Şeytanın belə
tələb etməyə nə haqqı var? Belə görünür ki, Peter həvarilərlə
kimin böyük olacağı barəsində müzakirə edərkən qürur vasitəsilə
şeytana dayaq nöqtəsi vermişdi (22:24). Peterin ürəyinin istəyi
Özünü idarə etməniitirmək təhlükəsi
187
Ağası ilə ölümə qədər və ya həbsədək onunla dayanmaq olsa da
(33-cü ayə), İsa bəyan etdi ki, Peter onu üç dəfə inkar edəcək (34-
cü ayə), o, belə də etdi. Amma bunu da qeyd etmək sevindirici bir
haldır ki, İsa artıq Peterin həmin vəziyyətdən uğurla çıxması üçün
dua etmişdi (32-ci ayə).
Efes. 6:10-17. Bu hissə Paulun imanlılara «iblisin hiylələrinə
qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara
bürünün» (11-ci ayə) yazdığı məlum olan nəsihətindən ibarətdir.
Zirehin məqsədi nədir? Düşmənin oxlarının bədənə girməsinin
və əsgəri zədələməsinin qarşısını almaq. Əgər şeytanın oxlarının
bizi dəlməsi mümkün olmasaydı, zirehi geyinməyə heç bir ehtiyac
olmazdı. Ruhani zirehlə əlaqədar təlimlər bildirir ki, düşmənin bi-
zim həyatlarımıza girməsi və hansısa ölçüdə nəzarəti əlinə alması
mümkündür.
Yaqub 3:14-16. Yaqub bildirir ki, əgər biz acı qısqanclıq, xudbin
ehtirasa təslim olsaq, biz «dünyəvi, ruhani olmayan və şeytani»
(15-ci ayə) olan müdrikliklə idarə olunmaq üçün özümüzü aça
bilərik. Mənim seminariyada oxuyan bir tələbəm var idi, onun
Kəlamla əlaqədar fikirləri tamamilə qarışmışdı. O, bütün ima-
nını sual altına qoyan fahişə qadınla tanış olanadək onun ima-
nı məbədin təliminə uyğun idi. Sonra o, cürbəcür təzə şeyləri
fikirləşməyə başladı, amma heç kim bu yeni şeyləri başa düşə
bilmirdi. Onun fikirləri sanki Meri Beyker Eddinin kitabından irəli
gəlirdi və başqa tələbələrdən heç biri onunla razılaşmırdı. Mənim
bildiyimə görə, şeytan tərəfindən fikirləri pozulmuş həmin imanlı
hələ də o vəziyyətdədir.
1 Timotey 4:1-3. Paul yazırdı: «bəziləri imandan dönəcək, al-
dadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar» (1-ci ayə).
Paul ruhani aldatmanın bizim yemək vərdişlərimizə və nikahımıza
necə təsir edə bildiyini təsvir edir (3-cü ayə). Məsihçilərin alda-
dıcı ruha qulaq asa bilmədiyini söyləmək sadəlövhlük olar. Bu,
bütün dünyada baş verir. Ötən 15 il ərzində düşüncə tərzlərindən
əzab çəkən mindən çox əsl məsihçiyə məsləhət verməklə xidmət
etmişəm. Bəziləri sadəcə dua etməkdə və ya Müqəddəs Kitab
oxumaqda çətinlik çəkirdilər. Başqaları səslər eşidirdilər. Bunun,
188
Buxovları qıran
bir növ beyində fiziki pozğunluq olduğunu düşünüb üstündən ötüb
keçmək, məbədi əsirləri azad etmək xidmətindən kənarlaşdırmaq
deməkdir. Əgər həmin mənfi fikirlər sadəcə cismani təbiətin
tərzləridirsə, onda imanlılar Allaha tabe olanda və şeytana qarşı
duranda niyə düşüncələr çıxıb getdilər? Cismani təbiətin tərzləri
kök salıblar və əmri eşidən kimi dərhal tərk edib getmirlər.
1 Kor. 5:1-13. Bu hissə Korinf məbədində ögey anası ilə cin-
si əxlaqsızlıq edən bir kişi ilə əlaqədar Paulun verdiyi təlimdən
ibarətdir (1-ci ayə). O, şeytan tərəfindən aldadılmış bir kişi idi və
əxlaqsızlıq ilə idarə olunurdu, belə ki bütün məbəd qarşısında açıq-
aşkar öz qanunsuz münasibətini iftixarla nümayiş etdirirdi. Paulun
bu məsələ haqqında yürütdüyü mühakimə ciddi idi: «Həmin adamı
şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin
günündə xilas olsun» (5-ci ayə). Paul kişini bir müddət şeytanın
əlinə verməyə hazır idi, ümid edirdi ki, o, nəhayət, «kifayətdir»
deyib tövbə edər.
Bəziləri belə əxlaqsızlıq səviyyəsində olan bir insanın həqiqətən
məsihçi ola bildiyinə şübhə edirlər. Əgər o, məsihçi olmasaydı,
Paul onu cəzalandırmazdı, çünki məbəddən yalnız üzvlüyündə
olanları cəzalandırmaq tələb olunur. Bu kişi əxlaqsızlıq tələsinə
düşməyə özünə icazə verən bir imanlı idi (ən azı Paul onunla belə
rəftar edirdi). Paul ümid edirdi ki, o, günahının təbii nəticələrini
yaşayacaq, tövbə edəcək və əsarətdən azad olacaq.
Efes. 4:26, 27. Paul təlim keçirdi: «Qəzəblənərkən günah
işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub iblisə yer
verməyin». Paul deyir ki, əgər biz həqiqəti məhəbbət ilə deməsək
və emosional baxımdan səmimi olmasaq, həyatlarımızda şeytana
yer verə bilərik. Kinə və bağışlamazlığa çevrilən qəzəb şeytani
hökmranlıq üçün açıq dəvətdir (2 Kor. 2:10, 11).
1 Peter 5:6-9. Peter xəbərdarlıq edirdi: «Düşməniniz olan iblis
nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır» (8-ci
ayə). «Aşırmaq» sözü yemək və ya udmaq mənasını verir. Bu,
1 Kor. 15:54-də istifadə edilən sözlə eynidir: «Ölüm yox edildi,
Onun üzərində qələbə çalındı!» (hərfi olaraq: «ölüm qələbədə udu-
lub»). Nəyinsə tərəfindən udulmaq onun tərəfindən idarə olunmaq
Özünü idarə etməniitirmək təhlükəsi
189
mənasını daşıyır. Əgər imanlılar şeytan tərəfindən idarə olunmağın
təhlükəsinə məruz qalmazlarsa, Peter bunun mümkünlüyündən
bizi agah etməyə ehtiyac duymazdı.
Peterin xəbərdarlıq etdiyi bu hissədə kontekst imanlını bu
təhlükəyə məruz qoyan iki şərti göstərir. Altıncı ayədə Rəbbin
qarşısında özümüzü aşağı tutmaq barəsində ruhlandırıcı sözlər
var. Peter ola bilsin ki, özünü ucaltmanın nəticələrinin ağrılı
xatirələrini fikrində gəzdirərək bildirir ki, biz nə vaxt qürura qarşı
dursaq, onda şeytana qarşı durmuş olarıq. Yeddinci və səkkizinci
ayələr bildirir ki, əgər qayğı yüklərimizi Rəbbimizə necə ötürməyi
öyrənməsək, özümüzü şeytan üçün asan ələ keçən şikar edərik.
Həv. iş. 5:1-11. Bu, ola bilsin ki, şeytanın imanlıları idarə
etmək bacarığından danışan ən dolğun hissədir. Gənc Yerusəlim
məbədinin üzvləri könüllü olaraq öz əmlaklarını satırdılar və
xidmətdə istifadə etmək üçün gəlirlərini həvarilərə verirdilər (4-cü
fəsil). «Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir
mülk satdı. O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini
həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi.
Peter ona dedi: «Xananya, niyə ürəyinə şeytanı buraxıb Müqəddəs
Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə gö-
türdün?…Sən insanlara deyil, Allaha yalan satdın» (1-4-cü ayələr).
Məsələ Xananya və Sapfiranın gəlirlərindən bir hissəni özlərinə
saxlamaqlarında deyildi, bu haqda yalan danışmaqlarında idi. Belə
görünür ki, onlar verdikləri məbləğin əldə etdikləri bütöv məbləğ
olduğunu iddia edirdilər. Bu cütlüyün günahının nəticəsi dərhal
gəldi və çox ciddi idi: Onlar həmin yerdəcə öldülər (5, 10-cu
ayələr).
İmanlıların şeytanın nəzarəti altına düşməsi ideyasını qəbul edə
bilməyən bəzi insanlar Xananya və Sapfiranın imansız olduğu-
nu söyləyirlər. Mən bu mülahizəyə inanmıram. Birincisi, Həv.
İş. 4:32 bildirir ki, bu hadisə Xananya və Sapfiranın üzvü olduğu
məsihçi cəmiyyətinin daxilində baş verib. İkincisi, Həv. İş. 5:11-də
yazılır ki: «Bütün imanlılar cəmiyyətini…böyük bir vahimə bürü-
dü». Əgər Allah məbəddən kənar kimisə mühakimə etmişdisə,
onda məbədin daxilində olanları niyə vahimə bürümüşdü? Ora-
190
Buxovları qıran
da imanlılar arasında böyük qorxu var idi, çünki Allah yalanda
yaşayan imanlılara qarşı Öz mövqeyini dramatik yolla nümayiş
etdirmişdi. Üçüncüsü, cəzanın ciddiliyi bildirir ki, Allah imanlılar
cəmiyyətində həqiqətin vacibliyini vurğulayır. İmansızlar həmişə
yalan danışırlar və adətən, Xananya və Sapfira kimi tez və
dəqiqliklə məhkum olunmurlar. Mən inanıram ki, Allah məbədə
güclü bildiriş göndərirdi. O bilirdi ki, əgər şeytan imanlıları aldada
bilsə, o, onların həyatlarını nəzarət altına sala bilər.
Xananyanın problemi bu idi ki, yalanla ürəyinin dolmasında
(idarə etməsində) şeytana yol vermişdi. Həv. İş. 5:3-də verilən
«buraxmaq» sözü yunan dilində pleroo feilidir. Bu yunan feili
Efes. 5:18-də «dolmaq» kimi verilib. İmanlının şeytani yalanla və
ya Ruhla dolması mümkündür. Siz hansı mənbəyə təslim olsanız,
həmin mənbə tərəfindən də dolacaqsınız (yəni, idarə olunacaqsı-
nız). Həyatınızın hər hansısa bir sahəsində şeytanın sizi aldat-
masına imkan versəniz, həmin sahədə onun idarəçiliyinə məruz
qalacaqsınız.
Ş
eytan bunu etməyə səni vadar etmədi
Xananya və Sapfiranın ölümündə bütün təqsiri şeytanın üzərinə
qoymamaq üçün yadda saxlamalıyıq ki, onları ölümə aparan ya-
landa iştirak etməyi bu iki imanlı özü istəmişdi. Peter Xananya və
Sapfiranı bu sözlərlə qarşıladı: «Bu, nə niyyətdir, ürəyində tutmu-
san?…Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz?» (Həv.
İş. 5:4, 9). Bəli, şeytan onların ürəklərini yalanla doldurdu və səhv
hərəkətlərində onları qismən idarə etdi. Amma o, yalnız belə edə
bilərdi, çünki hansısa məqamda Xananya və Sapfira şeytan üçün
qapı açmışdı.
Kömək üçün yanıma gələnlərə fayda olsun deyə, mən heç vaxt
«İblis məni məcbur etdi» bəhanəsini qəbul etmirəm. Biz hamı-
mız öz münasibətlərimizə və hərəkətlərimizə görə cavabdehik.
Şeytan, sadəcə, bizim ona verdiyimiz imkanlardan istifadə edir.
Bizdə Məsihdəki qalib həyatı yaşamaq üçün lazım olan bütün eh-
Özünü idarə etməniitirmək təhlükəsi
191
tiyatlarımız və müdafiəmiz var. Əgər biz bu həyatı yaşamırıqsa,
bu, bizim seçimimizdir. Biz günaha sövqolunmaya, ittihama və
ya aldatmaya qarşı durmamaqla iblis üçün qapını açıq qoyuruqsa,
o, oraya girəcək. Və əgər onun girməsinə icazə verməkdə davam
etsək, o, zəbt etməyin hüquqlarını öz üzərinə götürəcək. Biz öz
xilasımızı itirməyəcəyik, amma gündəlik qələbəmizi itirəcəyik.
Əgər biz zirehlərin bəzisini taxmadan döyüşə girsək, biz əzilmə,
yaralanma və itki ilə qarşılaşacağıq! Əgər biz Allahın təmin etdiyi
zirehlər ilə özümüzü müdafiə etməsək, həmin müdafiəsiz qalan
yerlərimiz hücum qarşısında zəif olacaq. Dr. Anqerin qeydlərindən:
Əgər məsihçi öz zirehindən istifadə etməsə, o, [şey-
tan] imanlının qalasını zəbt etmədən əl çəkərmi? Əgər
o, zəbt edirsə, imanlı elə bu səbəbə görə iblisin istəyini
yerinə yetirmək üçün əsir tutularaq qula çevrilə bilər
(2 Tim. 2:26). İmanlı düşmən tərəfindən zəbt olunur və
talan edilir. Zəbt edən hər bir işğalçı kimi işğal olunmuş
ölkənin sakinlərinə hansısa növ silahdan istifadə etməyə
icazə vermir. Bunun nəticəsində heç bir döyüş getmir,
yalnız məcbur edilmiş tabelik və itaətkarlıq yaranır.
Yaqub 4:1 göstərir ki, bizim davalarımızın və çəkişmələrimizin
mənbəyi «bədənlərinizin üzvlərində mübarizə edən» ehtiraslar-
dır. Paul öyrədirdi ki, «qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət
edəsiniz» (Roma. 6:12). Dünya, iblis və bədən içərimizdə olan Ru-
hun həyatına qarşı daim mübarizə aparırlar. Əgər biz imanımızda
möhkəm dayanmasaq, onda necə olar? Üstümüzdə hökm sürmək
üçün mübarizə aparan ehtiraslar üzərində biz hələ də qalib ola
biləcəyikmi?
Həqiqəti seçmək, saleh həyat yaşamaq və Allahın zirehlərini
taxmaq hər bir imanlının şəxsi məsuliyyətidir. Mən sizin üçün
məsuliyyət daşıya bilmərəm və siz də mənim üçün daşıya
bilməzsiniz. Mən sizin üçün dua edə bilərəm, imanda sizi ruh-
landıra bilərəm və məsləhət verə bilərəm, amma döyüşə zirehləri
|