Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

171
Yalançı peyğəmbərlər və müəllimlər haqqında uzun müzakirədən 
sonra Alvin: «Məncə, mənim problemim mənə yalançı müəllimlər 
tərəfindən ötürülmüş müxtəlif dillərdə danışmaq və peyğəmbərlik 
ənamlarını  sınaqdan  keçirmədiyinə  görə  başladı.  Təkcə  mən  al-
danmamışam,  eləcə  də  mən  başqalarını  aldatmışam»  —  deyə, 
etiraf etdi. 
«Sən özünün dillərdə danışmaq ənamını sınamaq istərdinmi?» 
— deyə, mən soruşdum. Mən Alvini əmin etdim ki, biz onu deyil, 
ruhu  sınayacağıq.  O  razılaşdı,  beləliklə,  mən  ondan  öz  «ruhani 
dilində» ucadan dua etməsini xahiş etdim. Alvin ənamı olduğunu 
düşündüyü  dildə  duanı  etməyə  başlayandan  sonra  mən  dedim: 
«Məsihin  adı  və  Allahın  Kəlamına  tabeçilik  ilə  bu  ruhun  özünü 
tanıtdırmasını əmr edirəm.» 
Alvin «duanı» dayandırdı və «mən oyam» dedi. 
Əgər belə məsələlərdə təcrübəsizsinizsə və ya ruhları ayırd etmə 
ənamınız çatışmırsa, bu cür vəziyyətlərdə müqəddəs torpaqda ol-
duğunuzu  düşünərək  siz  ayaqqabılarınızı  çıxarmağa  sövq  oluna 
bilərsiniz. Amma mən ruhu sınamaqda davam etdim: «Sən Ponti 
Pilatın əmri ilə çarmıxa çəkilən, dəfn edilən, üçüncü gün dirilən və 
hal-hazırda Səmavi Atanın sağında oturan Məsihsənmi?» 
Cavab belə oldu: «Yox! O yox!»
Aydındır ki, bu, səhv ruh idi!
Ruhun  müəyyən  ənamlarına  qarşı  olan  sizlərdən  bəziləriniz 
Paulun təliminə qulaq asın: «Peyğəmbərlik etməyi səylə istəyin 
və naməlum dillərdə danışmağa da mane olmayın» (1 Kor. 14:39) 
və  «Ruhu  söndürməyin.  Peyğəmbərlik  sözlərinə  xor  baxmayın» 
(1  Salonik.  5:19,  20).  Allahın  bütün  ənamlarını  istəyən,  amma 
ruhları  ayırd  etmə  ənamı  çatışmayan  insanlar,  Paulun  təliminə 
qulaq asın: «Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm 
tutun. Hər cür şərdən uzaq durun» (1 Salonik. 5:21, 22). Yalançı 
peyğəmbərlərin  və  müəllimlərin  xidməti  asanlıqla  irəliyə  doğru 
gedir, çünki məsihçilər ruhani ayırdetmə ənamını tətbiq etmədən 
onları qəbul edirlər. 

172
Buxovları qıran
Saxtanı həqiqi ilə müqayisə etmək 
Əhdi-Ətiqdə olan Allahın hər bir peyğəmbəri, əsasən, müjdəçi 
idilər.  Həqiqi  peyğəmbər  insanları  Allaha  və  Onun  Kəlamına 
doğru  cəlb  edirdi.  Salehliyə  çağırış  əsl  peyğəmbəri  yalan-
çı  peyğəmbərdən  fərqləndirən  standart  idi.  Yeremya  yazırdı: 
«Ordular  Rəbbi  belə  deyir:  «Sizin  üçün  peyğəmbərlik  edən 
peyğəmbərlərin  sözünə  qulaq  asmayın…Bu  peyğəmbərləri 
Mən  göndərmədim,  amma  ora-bura  qaçdılar.  Onlara  Mən  söz 
demədim, amma peyğəmbərlik etdilər. Ancaq onlar məclisimdə 
dursaydılar, sözlərimi xalqıma çatdırardılar. Pis yollarından, şər 
əməllərindən xalqı çəkindirərdilər» (Yeremya 23: 16, 21, 22). 
Rəbb Yeremya vasitəsilə əsl peyğəmbəri yalançı peyğəmbərdən 
fərqləndirmək  üçün  başqa  bir  ölçünü  aşkar  etdi:  «Mənim  adım-
dan yalan söyləyən peyğəmbərlərin 'Yuxu gördüm, yuxu gördüm!' 
sözlərini  eşitdim…Yuxu  görən  peyğəmbər  yuxusunu  söyləsin. 
Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın 
yanında saman nədir?» (25, 28-ci ayələr). Allah yuxularını Onun 
Kəlamından üstün qiymətləndirən peyğəmbərlərə qarşı Öz xalqına 
xəbərdarlıq edir.
Allah Müqəddəs Kitabdakı insanlarla çox vaxt yuxular vasitəsilə 
danışıb. Amma Onun Kəlamının qidalı toxumu ilə müqayisədə yu-
xular, sadəcə, samandırlar. Əgər mal-qaranı təkcə samanla qida-
landırsanız, onlar ölərlər. Onlar samanın üstündə yatırlar, amma 
onu yemirlər, çünki onda qidalı maddələr yoxdur. Buna oxşar ola-
raq, yuxuların öz dəyəri var, amma onlar heç vaxt Allahın Kəlamı 
ilə bərabər tutulmamalıdır, heç imanımız üçün əsas kimi də olma-
malıdır. Yuxular Allahın Kəlamı ilə razılıqda olmalıdır. Bu, tərsinə 
olmamalıdır.
Yeremya  davam  edir:  «Mənim  sözüm  bir  od  kimi,  qaya-
ları  parçalayan  gürz  kimi  deyilmi?»  —  deyə,  Rəbb  bəyan  edir 
(23:29).  Əgər  siz  ibadət  vaxtı  peyğəmbərliklər  edilən  məsihçi 
cəmiyyətinə gedirsinizsə və toplantının üzvləri günahda yaşayır-
sa, «Övladlarım, mən sizi sevirəm» və ya «Mən tezliklə gəlirəm» 
kimi  peyğəmbərlikləri  gözləməyin.  Belə  fikirlər  doğru  olsa  da, 

Aldanma təhlükəsi  
173
Kəlamı oxuyan hər bir imanlı bunu bilsə də, Allahın Ruhu günah-
lı  laqeydlikdə  olan  xalqına  lay-lay  çalmayacaq.  Yadda  saxlayın, 
mühakimə Allahın evindən başlayır (1 Peter 4:17). 
Peyğəmbərlik  sözü  insanları  günahda  sakitləşdirməkdənsə, 
salehliyə  doğru  həvəsləndirəcək.  Paulun  dediyinə  görə, 
peyğəmbərlik  ənamı  insanın  ürəyinin  sirlərini  aşkar  etməklə 
(1 Kor. 14:24, 25)  onun  üzüstə  yıxılıb  Allaha  səcdə  etməsinə 
gətirib  çıxaracaq.  Allah  məbədin  inkişafından  daha  çox  onun 
paklığı ilə maraqlanır, çünki məbədin paklığı onun inkişafı üçün 
əsas şərtdir. Təsəlli yalnız salehliyə görə əzab çəkənlər və təqib 
olunmuşlar üçün gəlir. 
Yeremya yalançı peyğəmbərlərin başqa əlamətlərindən danışır: 
«Buna görə də Mən peyğəmbərlərə qarşıyam, onlar sözlərimi bir-
birlərindən  oğurlayır»  Rəbb  belə  bəyan  edir  (23:30).  Bu,  ədəbi 
oğurluqdur: Allahın başqasına verdiyi bir şeyi götürüb sanki özü-
nünkü  kimi  istifadə  etməkdir.  «'Bax,  Mən  peyğəmbərlərə  qarşı-
yam. Onlar öz dillərini tərpədib «Rəbb belə deyir» söyləyir' Rəbb 
belə bəyan edir» (31-ci ayə). 
Allahdan  gəlməyən  öz  sözlərinizin  birbaşa  Rəbdən  olduğunu 
bəyan  etmək  Allah  qarşısında  böyük  günahdır.  Sözün  Rəbdən 
gəldiyini iddia etməklə insanları idarə etmək ruhani zorakılıqdır. 
Məsələn,  mənim  yanıma  ərlərinin  onlara  «Allah  mənə  açıb  ki, 
biz evlənməliyik» dediyi bir neçə qadın məsləhətə gəlib. Demək 
istəyirəm ki, mənim qızlarım ilə ailə qurmaq istəyən və gəlib mənə 
söyləyən istənilən oğlan əmrlə deyil, acizanə xahişlə gəlməlidir. 
Bizim agah olmalı olduğumuz başqa bir hiyləgər yalan da var. 
Heç kimsə sizə «Rəbb mənə dedi ki, sənə…deyim?» söyləyibmi? 
Mən  yəqin  ki,  belə  cavab  verərdim:  «Xeyr,  O  deməyib!»  Əgər 
Allah  mənim  şəxsən  nəyisə  bilməyimi  və  ya  nəsə  etməyimi 
istəsəydi, niyə birbaşa mənə deməzdi? Mən imanlıların kahin ol-
duqlarına inanıram; Allah başqaları vasitəsilə bizi ruhlandırır və 
Öz Kəlamını təsdiqləyir. Məsələn, Allahın məni idarə edə bilməsi 
üçün başqa bir adam Onunla düzgün münasibətdə olmağa məni 
səsləyərək peyğəmbərlik sözü söyləyə bilər. Amma Allah Öz öv-
ladları  ilə  danışanda  «bir  Allah  və  Allahla  insanlar  arasında  bir 

174
Buxovları qıran
Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır» (1 Timotey 2:5). Heç 
bir məsihçi vasitəçi kimi fəaliyyət göstərməməlidir. 
Əlamətlər və möcüzələr: Kim sınağa çəkilir?  
Peyğəmbərin peyğəmbərlikləri həqiqətə çevrilməyəndə onun ya-
lançı olduğu aşkar olunur. Musa peyğəmbərlikləri yerinə yetməyən 
peyğəmbərə inanmamağı bizə öyrədir (Qan. Tək. 18:22). Amma 
Qan. Tək. 13:1-3 bizə eləcə də əlamətləri və möcüzələri yerinə 
yetən  yalançı  peyğəmbər  barəsində  xəbərdarlıq  edir:  «Əgər  ara-
nızdan bir peyğəmbər, yaxud bir röya görən çıxıb sizə bir əlamət, 
ya  da  möcüzə  olacağını  söyləyərsə,  sonra  'tanımadığınız  yad 
allahların ardınca gedək və onlara sitayiş edək' deyərsə, bəhs et-
diyi əlamət və ya möcüzə həyata keçsə də, belə peyğəmbərin, ya-
xud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb 
sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, 
bütün varlığınızla sevirsinizmi?» (Eləcə də Matta 24:4-11, 23-25; 
Vəhy 13:11-14-ə baxın).
Hər  bir  möcüzəli  hadisənin  Allahdan  olduğunu  güman  etmək 
səhvdir.  Allah  Kəlamını  təsdiq  etmək  üçün  əlamətlərdən  və 
möcüzələrdən istifadə edə bilər, amma Müqəddəs Kitab, eləcə də 
xəbərdarlıq  edir  ki,  «yalançı  məsihlər  və  yalançı  peyğəmbərlər 
törəyəcək.  Onlar  əlamətlər  və  xariqələr  göstərəcəklər  ki,  imkan 
taparlarsa,  seçilmişləri  də  aldatsınlar»  (Mark  13:22).  Şeytan  da 
əlamətlər və möcüzələr göstərə bilər, amma o, bunu ona görə edir 
ki, bizim ibadətimizi Allaha tərəf deyil, özünə tərəf yönəltsin. Qan. 
Tək. 13:5-11 şeytanın fəaliyyətini Allahın adına yazmağın ciddiliyini 
aşkar edir. Belə işlərlə məşğul olan adamlar, hətta qohumlar olsalar 
da, edam edilməli idi. Biz Allahı sevməliyik, Onun Kəlamına itaət 
etməliyik, bütün əlamətləri, möcüzələri və yuxuları sınamalıyıq.
Məbəddə saxtalıqlar 
«Yalançı  peyğəmbərlər»  və  «yalançı  müəllimlər»  terminlərini 
eşidəndə  ağlınıza  nə  gəlir?  Bir  çox  insanlar  şərq  mistikası  ilə 

Aldanma təhlükəsi  
175
məşğul  olanları,  başqa  dinlərin  xadimlərini  və  ya  güclü  kult 
rəhbərlərini – məsihçi məbədinin sərhədindən kənarda olan insan-
ları  düşünürlər.  Amma  həvari  Paul  məktublarının  birində  bütün 
fəsli məbədin daxilində fəaliyyət göstərən yalançı peyğəmbərlərə 
və müəllimlərə həsr edib: «Amma Allahın xalqı arasında yalançı 
peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim 
yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini 
inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. 
Belələri öz başlarına tezliklə həlak gətirəcək» (2 Peter 2:1). Belə 
görünür ki, yalançı peyğəmbərlər və yalançı müəllimlər salehliyin 
işçiləri kimi özlərini göstərib məbədlərimizdə ola bilərlər. 
Yalançı müəllimlərin sizi aldadıcı təlimə necə şirnikləndirdiyinə 
diqqət  yetirin:  «Hətta  çoxları  onların  pozğunluğuna  qoşulacaq 
və onların üzündən həqiqət yoluna küfr ediləcək» (2-ci ayə). Biz 
görkəmi, ifanı, gözəlliyi və cazibədarlığı həqiqətdən uca tutanda 
«onların pozğunluğuna qoşuluruq»: «O, çox gözəl oğlandır», «O, 
çox cazibədar qadındır; «O, çox bəlağətli danışır»; «O, çox şirindir 
və çox səmimi görünür.» Fiziki baxımdan cəlbedici və cazibədar 
olmaq xidməti və ya müəllimi təsdiqləmək üçün Müqəddəs Kitaba 
uyğun meyar deyil. Standartlar həqiqət və salehlikdir və yalançı 
müəllimlərin fikirləri ilə uyğunlaşmır. 
Peter məbədin daxilində fəaliyyət göstərən yalançı peyğəmbərləri 
və  yalançı  müəllimləri  tanımağımız  üçün  iki  üsulu  aşkar  edir. 
Birincisi,  onlar  əvvəl-axır  «cismani  murdar  ehtiraslara  uyaraq» 
(10-cu  ayə)  öz  pozğunluqlarını  aşkar  edəcəklər.  Yaxud,  onların 
təlimləri Allahın tam məhəbbət və lütf olduğunu iddia etməklə hər 
hansı bir əxlaqi həddə yaşamağa ehtiyac olmadığını bildirir. Ola 
bilsin ki, onların pozğunluğu asanlıqla aşkar edilmir, amma əvvəl-
axır həyatlarında üzə çıxacaq (2 Kor. 11:13-15). 
İkincisi,  yalançı  peyğəmbərlər  və  müəllimlər  «ağalığa  xor  ba-
xırlar»  və  «həyasız  və  dikbaşdırlar»  (2  Peter  2:10).  Bu  insan-
ların  müstəqil  ruhları  var.  Onlar  öz  istəklərini  yerinə  yetirir  və 
heç kəsin qarşısında cavabdeh olmur. Onlar ya denominasiyanın 
və  ya  məbəd  heyətinin  səlahiyyətinə  təslim  olmurlar,  ya  da  öz 
istədikləri hər bir şeyi sadəcə qəbul edən heyəti seçirlər.

176
Buxovları qıran
Məbəddə  həqiqi  ekvivalentləri  olan  Əhdi-Ətiq  rəhbərliyinin  üç 
rolu var: peyğəmbər (vəz etmək və öyrətmək), kahin (bəsləmək 
və yetişdirmək) və padşah (rəhbərlik etmək və idarə etmək). Bu 
üç rolu eyni zamanda oynamağa yalnız kamil olan İsa qadirdir. 
Məncə, üç vacib rolun səlahiyyəti məbəddə olan bir neçə rəhbər 
arasında  bölüşdürülməlidir.  Tam  səlahiyyət  tamamilə  korlayır. 
Rəhbərlik rollarını oynayan məsihçilər özlərini və ideyalarını baş-
qa yetkin imanlılara təslim etməlidirlər. Rəhbərlər başqaları qar-
şısında  cavabdeh  olmalıdırlar.  Əgər  sizin  pastorunuz  səlahiyyət 
altında deyilsə, yaxud çobanın və ya qulluqçunun ürəyini nümayiş 
etdirmirsə, sizə başqa məbəd tapmaq lazımdır. 
A
ldadıcı ruhlardan ehtiyatlı olun  
Özümüzü aldatmaqdan və yalançı peyğəmbərlər və müəllimlər 
tərəfindən  aldanmaqdan  əlavə,  biz  aldadıcı  ruhlara  qulaq  asa 
bilərik. «Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan 
dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar» 
(1 Timotey 4:1). Yəhya da bizə Məsihin əleyhdarını ifşa etmək 
(1 Yəhya 2:18) və həqiqət ruhunu yanlış ruhdan fərqləndirmək 
üçün  (4:1-6)  ruhları  sınamağı  xəbərdarlıq  edir.  Sizi  həqiqətdə 
gəzməkdən  saxlamaq  üçün  şeytani  qüvvələr  ağlınızı  yalanlarla 
çirkləndirməyə çalışaraq iş görürlər. Hənna Uaythall Smit yazır:
Ruhani  həyatın  belə  yüksək  sferalarına  girən  hər 
bir  səyahətçini  tələyə  salmaq  üçün  oturub  gözləyən 
şər  və  aldadıcı  ruhların  səsləri  mövcuddur.  Bizə 
göylərdə Məsihlə birgə oturduğumuzu söyləyən həmin 
məktubda  eləcə  də  deyilir  ki,  ruhani  düşmənlər  ilə 
vuruşmalıyıq.  Bu  ruhani  düşmənlər,  hər  kim  və  ya 
hər  nə  olsalar  da,  ruhani  qabiliyyətlərimiz  vasitəsilə 
bizimlə  ünsiyyət  qururlar.  Onların  səsləri  də  Allahın 
səsinə  oxşayaraq  ruhumuza  daxili  təəssürat  hissi  ve-
rir.  Ona  görə  də  Müqəddəs  Ruh  bizim  üçün  Allahın 

Aldanma təhlükəsi  
177
iradəsini təəssüratlarla söylədiyi kimi, eləcə də bu ru-
hani düşmənlər özlərinin bizim haqda olan iradələrini 
təəssüratlarla bizə söyləyəcəklər, əlbəttə ki, öz adlarını 
verməyərək bunu edəcəklər. 
Şeytanın təəssüratlarının aldadıcı təbiəti sayəsində onların şey-
tandan olduğunu bilmək heç də həmişə asan deyil. Kiminsə ya-
lançı  peyğəmbər,  müəllim  olduğunu  və  ya  nəyinsə  aldadıcı  ruh 
olduğunu güman edəndə hansı münasibətdə olmağımızı aşağıdakı 
dua təsvir edir:
Göylərdə  olan  Atamız,  mən  özümü  Sənin  iradənə 
tamamilə  həsr  edirəm.  Mən  Səndən  bu  insanın  və 
ya  ruhun  həqiqi  təbiətini  göstərməyi  xahiş  edirəm. 
Əgər  mən  hansısa  bir  şeydə  aldanmışamsa,  mən 
dua  edirəm  ki,  Sən  yalanı  görmək  üçün  gözlərimi 
açasan. Mən bütün aldadıcı ruhların məndən uzaq-
laşmasını  İsa  Məsihin  adı  ilə  əmr  edirəm  və  bütün 
saxta  ənamlardan  (və  ya  başqa  ruhani  şeylərdən) 
imtina  edirəm  və  rədd  edirəm.  Rəbbim,  əgər  bunlar 
Səndəndirsə,  Sənin  bədəninin  xeyir-dualı  olması  və 
bunlar  vasitəsilə  ruhlanması  üçün  onlara  xeyir-dua 
ver və artır. Amin. 
R
uhani ayırdetmə 
Ruhani ayırdetmə aldatmaya qarşı bizim müdafiəmizin birinci 
istehkamıdır. Müqəddəs Ruh hər bir imanlıda məskən salıb və biz 
saxta nə iləsə üzləşəndə o, sakit dayanmır. Ayırdetmə nə isə səhv 
olanda  içərimizdə  işə  düşən  həmin  balaca  «siqnal»dır.  Məsələn, 
siz hər bir kəsin nəzakətli olduğu və zahiri hər bir şeyin qaydasın-
da olduğu, amma böyük gərginlik hiss etdiyiniz bir evdə olmusu-
nuzmu? Görünən heç bir şey onu təsdiqləməsə də, sizin ruhunuz 
nəyinsə səhv olduğunu duyur. 

178
Buxovları qıran
Ayırdetmə ruhuna malik olmaq üçün öz məqsədlərinizi tədqiq 
etməlisiniz. 1 Pad. 3-cü fəsildə İsrailin cavan padşahı kömək üçün 
Allahı  çağırır.  Allah  yuxuda  Süleymanın  yanına  gəlir  və  ondan 
nə istədiyini soruşur. Süleyman cavab verir: «İndi mənə elə bir 
dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm 
edə bilim» (9-cu ayə). Allah cavab verir: «İndi ki özün üçün uzun 
ömür,  var-dövlət  və  düşmənlərinin  canını  istəmədin,  bunların 
yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, Mən istədiyini 
yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm 
ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra ola-
caq» (11, 12-ci ayə).
Həqiqi  ayırdetmə  üçün  məqsəd  heç  vaxt  özünügöstərmə, 
şəxsi  mənafe  və  ya  başqa  insanın  –  hətta  düşmən  olsa  belə, 
üzərində  üstünlük  qazanma  olmamalıdır.  Ayırdetmə  üçün  yu-
nan sözü diakrino – sadəcə qiymət qoymaq və ya fərq qoymaq 
deməkdir.  Ayırdetmənin  yalnız  bir  funksiyası  var:  düzgün  olanı 
təsdiq edib səhv olanı rədd etmək üçün düzgün şeyi səhv şeydən 
fərqləndirmək. 1 Kor. 12:10-da ayırdetmə yaxşı ruhu pis ruhdan 
fərqləndirmək üçün verilən ilahi qabiliyyətdir. Bu məbədi inkişaf 
etdirmək üçün istifadə edilən Ruhun nümayişidir.
Ruhani  ayırdetmə  ağlın  funksiyası  deyil;  bu,  ruhun  funksiya-
sıdır. Ruhani ayırdetməni mümkün edən şey bizim Allahla birli-
yimizdir. Biz həqiqət kəlamını ağlımızla anlayırıq, amma məntiq 
baxımdan yoxlaya bilmədiyimiz şeyləri bilmək üçün Ruh kömək 
edir. Biz nəyinsə doğru və ya səhv olduğunu ruhani tərzdə ayırd 
edə  bilərik,  amma  biz  heç  də  həmişə  məntiqi  baxımdan  onun 
səbəbini deyə bilmərik. 
Mən insanlara məsləhət vermə vaxtlarımda ruhumda nəyinsə 
səhv olduğunu hiss edə bilirəm və əsl məsələnin üzə çıxmadığını 
duya  bilirəm.  Bəzən  mənə  elə  gəlirdi  ki,  məsələnin  nə  olduğu-
nu «bilirəm», amma deməyin əvəzinə onu yoxlayırdım. Məsələn, 
əgər  məsləhətə  gələn  şəxsin  homoseksuallıq  əsarəti  altında  ol-
duğunu  duyuramsa,  ona:  «Sən  homoseksuallıqla  məşğul  olur-
san, elə deyilmi?» demirəm. Bu, mühakimə olar. Əksinə, müna-
sib  vaxtda  təəssüratımı:  «Sən  heç  homoseksual  fikirlərindən  və 

Aldanma təhlükəsi  
179
ya  meyillərindən  əziyyət  çəkmisən?»  deməklə  yoxlayıram.  Əgər 
mənim bu hissim məsləhətə gələn adamda Müqəddəs Ruhun onda 
vicdanı  narahat  edən  işi  ilə  uyğunlaşırsa,  problem,  adətən,  üzə 
çıxır və həll edilir. 
Şeytan,  eləcə  də,  bəzilərinin  Allahdan  verilmiş  ruhani  du-
yumları  olduğunu  düşünmələrinə  gətirib  çıxararaq,  ayırdetmə 
qabiliyyətini  saxtalaşdıra  bilər.  Mənim  yanıma  məsləhətə  gələn 
universitet  tələbəsi  Lana,  şeytanın  verdiyi  ayırdetmə  ilə  aldan-
mışdı. O, məsləhətçinin yanına gedirdi, çünki çox narahat idi. O, 
mənim  yanıma  gələndə  danışırdı  ki,  universitetimizin  ətrafında 
gəzərək narkotik maddələr və seks ilə problemləri olan tələbələri 
göstərə bilər. Onun heç bir faktı və ya təsdiqlənmiş sübutu yox 
idi;  o,  sadəcə  «bilirdi».  Mənim  fikrimcə,  o,  düz  deyirdi.  Lana 
fikirləşirdi  ki,  onda  Allahın  qeyri-adi  ənamı  var.  O,  mənə  dedi 
ki, hətta məsləhətçinin sonra nə edəcəyini və ya nə deyəcəyini 
deməklə onunla əqli oyunlar oynayırdı. 
O, bunları mənə danışanda onun ruhunda nəyinsə səhv olduğu-
nu bildim. «Lana, sən insanlar haqqında bu şeyləri bilməyi xoşla-
yırsan, elə deyilmi?» — deyə, mən ondan soruşdum. Mən yalançı 
ruhu ifşa edən anda həmin ruh özünü otağımda göstərdi. Nəhayət, 
o,  Məsihdə  azadlıq  tapanda  artıq  onun  başqalarının  günahlarını 
bilmək  «qabiliyyəti»  yox  idi.  Lananın  ağlı  o  qədər  sakitləşdi  ki, 
indi o, neçə illər ağlını qarışdırmış «yoldaşlar»ının səsi olmadan 
yaşamağı öyrənməli idi. 
Müqəddəs Ruh məsihçi aləmində hərəkət etdiyi kimi, murdar 
ruhlar da şeytani aləmdə hərəkət edirlər. Siz heç kiminsə bir söz 
deməzdən əvvəl məsihçi olduğunu «bilmisinizmi»? Heç hiss etmi-
sinizmi ki, sizdə olan ruh başqa imanlılarda da var? Burada sehrli 
heç bir şey yoxdur; bu, sadəcə, Müqəddəs Ruhun hüzurunun sizin 
ruhunuza  etdiyi  şəhadətliyidir.  Başqa  vaxtlarda  Müqəddəs  Ruh 
sizə  xəbərdarlıq  edir  ki,  digər  insanı  idarə  edən  ruh  Müqəddəs 
Ruh deyil. 
Əgər biz məbədlərimizdə və evlərimizdə ruhani baxımdan daha 
ayıq  olmağı  öyrənsək,  Allah  bizi  bir  çox  bədbəxtliklərdən  sax-
laya  bilər.  Qərb  dünyasında  bizim  məntiqi  fikirləşmək  tərzimiz 

180
Buxovları qıran
ayırdetmənin  ruhani  aləmdə  düz  yolu  tapmaq  üçün  əsas 
bələdçimiz  olduğunu  ümumiyyətlə  inkar  edir.  Lakin  İbranilərə 
məktubun müəllifi ayırdetmə ənamı olanları tanıdır: «Bərk yemək 
isə  yetkinlər,  yəni  duyğularını  xeyirlə  şəri  ayırd  etməkdən  ötrü 
həssas edənlər üçündür» (5:14).
Siz  şeytanın  aldatmasını  insan  ağlı  ilə  ifşa  edə  bilməzsiniz; 
siz yalnız bunu Allahın Ruhu və ilahi vəhy ilə edə bilərsiniz. İsa 
dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim 
şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad 
edəcək» (Yəhya 8:31, 32). İsa dua etdi: «Onları həqiqətlə təqdis 
et.  Sənin  sözün  həqiqətdir»  (Yəhya  17:17).  Allahın  zirehlərini 
geyinəndə birinci həqiqət qurşağını bağlamaq çox vacibdir (Efes. 
6:14). Həqiqətin nuru aldatmanın qaranlığına qarşı olan yeganə 
silahdır. 
Mən bu fəsli ruhlandırıcı bir məktubla bitirirəm. Bu məktubu 
bir  gənc  qadından  almışam.  İsa  onu  azadlıq  addımları  ilə  azad 
edənə qədər o, aldatmanın tələsində buxovlanmışdı: 
Mən  sizin  yanınıza  məsləhətə  və  duaya  görə 
gəldiyim həmin günü həmişə xatırlayacağam. Həmin 
gündən bəri mən özümü çox azad hiss edirəm. Artıq 
mənim beynimdə səslər və ya ağırlıq gətirən hisslər 
yoxdur.  Mən  azadlığın  hətta  fiziki  hisslərindən  də 
həzz alıram. Şeytan neçə dəfələrlə məni həmin köhnə 
fikirlər ilə əzməyə çalışır, amma onun dayaq nöqtəsi 
artıq məndə yoxdur. 
Sizin mənə dediyiniz sözləri heç vaxt unutmaram. 
Siz dediniz ki, Allah və özüm haqqında olan həmin 
mənfi  düşüncələr  şeytanın  ağlıma  əkdiyi  yalanlar-
dır.  Siz  dediniz  ki,  şeytana  qadağan  etmək  və  pis 
düşüncələri  rədd  etmək  üçün  İsa  Məsih  vasitəsilə 
gücə malikəm. Buna bütün ürəyimlə həqiqətən inan-
maq bir müddət vaxt apardı, amma təzəliklə vuruş-
maq qərarına gəldim – və bu, fayda verir! Təmiz be-
yin ilə problemlərimi həll etmək çox gözəl bir şeydir. 

12
Özünü idarə etməni 
itirmək təhlükəsi 
Mən aşağıdakı məktubu heç vaxt tanış olmadığım bir qadından 
almışam.  Şila  şəxsi  və  ruhani  münaqişələrini  həll  etmək  üçün 
şənbə günü məbəddə apardığım konfransa gəlmişdi. Bazar günü 
məbədin pastoru onun məktubunu mənə verdi: 
Əziz Nil, 
Mən  azad  olmuşam  –  Rəbbə  şükür  olsun!  Dünən 
neçə illərdən bəri ilk dəfə idi ki, səslər kəsildi. Mən 
sükutu dinləyə bilirdim. Biz oxuyanda mən özümün 
səsimi eşidirdim.
Mən  həyatımın  ilk  14  ilini  zalım  olan,  döyən, 
heç  vaxt  mənə  «Mən  səni  sevirəm»  deməyən  və  ya 
ağlayarkən  əllərini  boynuma  sarıyıb  qucaqlamayan 
anam ilə yaşamışdım. Mən heç bir sevgi görməmişdim, 
heç bir şirin söz eşitməmişdim, bəyənilməmişdim, kim-
liyim barəsində heç bir şey hiss etməmişdim, yalnız 
fiziki və emosional əzab çəkirdim. 15 yaşım olanda üç 
həftəlik  Erhard  Seminar  Məşğələsinə  getdim,  bu  da 
mənim ağlımı, həqiqətən, xarab elədi. Ondan sonrakı 
il  mənim  üçün  tamamilə  cəhənnəm  idi.  Anam  məni 
evdən qovladı, ona görə başqa ailə ilə yaşamağa baş-
ladım. Axırda onlar da məni çölə tulladılar. 
Üç  il  sonra  mən  Məsihi  tapdım.  Mənim  Məsihə 
iman  etmək  qərarım  şeytandan  və  həyatımda  olan 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin