Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə39/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   35   36   37   38   39   40   41   42   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

MƏHKƏMƏ NATIQLIYI. Bu, nitqin başqa bir formastdır. Bura prokuror, vəkil, müttəhim, şahid və xalq hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digərи isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.

Ittihamçının nitqi yüksək səviyyədə olmalıdır. 0, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhliletməyə, sübutlara, faktlara, obyektivliyə, ədalətə, qanunун aliliyinə əsaslandığı təqdirdə təsirli və inandıncı olur.

Müdafıəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılаn vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nətıcələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliiiyinə riayət etməlidir.

Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Həлə бизим eradan əvvəl qədim Yunanıstanda natiqlik sənətinin bu növüнə böyük əhəmiyyət verilmişdir. Məşhur Solon qanunlannın müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləca də Roma respublikasında məhkəmə natiqliyinин inkişafına böyük təkan vermişdir. Lisi, Isey, Siseron Afınada məhkəmə natiqi kimi şöhrət qazanmışdır.

XIX əsrin ikinci yarasında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqd ziyalıları, yazıçılar, alimlər və başqaları məşhur vəkillərin, ittihamçılaрын və bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirdilər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamlaрын hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfındən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı - sanlı ədliyyə müşaviri Iman Imanovun natiqliyi barədə dəfələrlə eşitmişik.

Məhkəmə natiqliyindən söhbət düşəndə l.lmanov onun uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı:



  1. natiq nitqin predmetini yaxşı bilməli onun müsbət və mənfi cəhətləri natiq üçün aydın olmalıdır;

  2. natiq ana dilinih zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır;

3) yalan danışmamalıdır.

Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Lakin təəssüf ki, onların natiqlik məharəti ilə bağlı heç bir şey yazılmamışdır.

Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə böyük ehtiyacı vardır. Bu gün universitetlərin hüquqşünas fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin