67
Ba x ı m v e t e x n i k i q u l l u q
Baxım ve texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və
onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər sizə
onun üst örtüyünün qorunmasında yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ
mayelər və ya nəmliklərin tərkibində minerallar ola bilər.
Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız
nəm olmuşdursa batareyanı çıxarın və onu təkrar yerinə
qoyana qədər cihazın tam qurumasını təmin edin.
● Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət
edən hissələri və elektron komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron
cihazların istehlak müddətini qısalda, batareyanı
zədələyə və müəyyən plastikları əyə və ya əridə bilər.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə
qayıtdıqda onun içərisindəki nəmlik əmələ gələ və
elektron sxemləri zədələyə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.