68
Ba x ı m v e t e x n i k i q u l l u q
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin.
Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika
elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları,
təmizləyici həllediciləri və ya güclü tozları istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya
bilər və müvafiq əmələyyatlara mane ola bilər.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenaları istifadə edin. Qadağan edilmiş antenaların,
modifikasiyaların və ya aksesuarların istifadəsi sizin
cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini
tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) surətini çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya
hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli
xıdmət şəbəkəsinə aparın.
|