Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə430/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   426   427   428   429   430   431   432   433   ...   621

● Ayə 53:


﴿الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّى﴾

Elə bir Allah ki, yer üzünü sizin üçün asayiş məkanı qərar vermiş, onda sizin üçün yollar müəyyənləşdirmiş, səmadan su endirmişdir. Onun (suyun) vasitəsi ilə bitkilərdən müxtəlif zövclər cücərtmişdir.”



Nöqtələr


“Sizin üçün yollar müəyyənləşdirmişdir” cümləsi iki cür mənalandırıla bilər: İnsanların gediş-gəlişi üçün salınmış yollar; qazanc yolları.1

Həzrət Musa öz Allahını Firona belə tanıtdırdı: “Bizim rəbbimiz hər şeyi yaradıb hidayət etmiş şəxsdir...” Bu ayələrdə Allahın təbiətdəki hidayət nümunələrinə işarə olunur: İnsanların asayiş beşiyi olan yer, məntəqələri bir-biri ilə əlaqələndirən yollar, yağış, zövciyyət (cütlük) qanununa tabe olan müxtəlif bitkilər.

İlahi nemətləri daha yaxşı qiymətləndirmək üçün onların əks vəziyyətini təsəvvür edək. Məsələn, əgər yer aram dayanmasaydı, iti hərəkət etsəydi, yağış yağmasaydı, yer cəzb etməsəydi, yer üzündə bitkilər və su hövzələri olmasaydı nə olardı?! Yer üzünü “aramlıq beşiyi” saymaq olardımı?!


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin