Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə432/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   428   429   430   431   432   433   434   435   ...   621

● Ayə 54:


﴿كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى﴾

(Həm özünüz) yeyin, (həm) heyvanlarınızı otarın. Əlbəttə bu işlərdə düşüncə sahibləri üçün nişanələr var.”



● Ayə 55:


﴿مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى﴾

Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.”



Nöqtələr


“Nuhyə” sözünün cəm forması olan “nuha” sözü “nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. “Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl “nuhyə” adlandırılmışdır.3

Əziz Peyğəmbərdən (s) “ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq edirlər, fəqirlərə, ehtiyaclı qonşulara, yetimlərə yardım əli uzadırlar, aclara qida verirlər, yer üzündə sülh və asayişi möhkəmləndirirlər, başqaları yuxuda olan vaxt namaz qılırlar.”1

Həzrət Əli (ə) namazın səcdələrini bu ayəyə işarə sayaraq buyurur: “Birinci səcdənin mənası budur ki, Pərvərdigara, mən öncə torpaq idim. Başı səcdədən qaldırmaqla bildirilir ki, məni torpaqdan Sən yaratdın. İkinci səcdənin mənası budur ki, Sən məni torpağa qaytararsan. İkinci səcdədən qalxma isə belə mənalandırıla bilər: Sən qiyamət günü məni növbəti dəfə torpaqdan dirildərsən.”2


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin