Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Katib Fəxrəddin Əbü’l-Fərəc Əhməd ibn Xəttab Təbrizi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə40/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

Katib Fəxrəddin Əbü’l-Fərəc Əhməd ibn Xəttab Təbrizi 

Alim  və  fəizlətli  insan  idi  və  İbnü’ş-Şəva  adı  ilə  tanınmışdı.  Elxanilər  dövləti  (1256-

1335) ordusunda katib vəzifəsinə təyin olunmuşdu. Onun atası  Təbrizin əyan və əşraf 

zümrəsinə  mənsub  idi.  Bir  müddət  Bağdadda  Səfiyəddin  Əbdülmömin  Urməvinin

1506

 

xidmətində  olmuşdu.  Onun  xidmətində  olduğu  dövrdə  maddi  imkanları  artmışdı. 



İbnü’l-Fuvati  əsərində  onu  xeyir-dua  ilə  yad  etmkdədir

1507


.  Təəssüf  ki,  müəllif  onun 

təvəllüd və ya ölüm tarixini qeyd etməmişdi. Katib Fəxrəddin Əhməd Təbrizi təqribən 

XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Katib  Fəxrəddin  Əbü’l-Məkarim  Əhməd  ibn  Abdullah  ibn  Ömər  ibn  Muhəmməd 



ibn Hüseyn əş-Şərif əl-Hüseyni Təbrizi 

İmam  Hüseynin  (ا)  nəslindən  idi.  O,  alim  ailəsində  dünyaya  gəlmişdi.  Atası  qazi 

Məcdəddin Abdullah Mərəndi Təbrizin şafi’i məzhəbinə mənsub tanınmış alimlərindən 

idi.  Fəxrəddin  Əbü’l-Məkarim  yaxşı  təhsil  almışdı.  Biliyi  və  bacarığı  ilə  Təbrizin  əyan 

və əşrafı arasında hörmət qazanmışdı. O, bir müddət Bağdadda yaşamış və bu şəhərin 

alimlərinin  yanında  müxtəlif  elm  sahələrinə  dair  biliklərə  yiyələnmişdi.  Elxanilər 

dövlətində  divan  katibi  və  mühasiblik  vəzifələrinə  təyin  olunmuşdu.  Katib  Fəxrəddin 

Əbü’l-Məkarim  Əhməd  Təbrizi  Təbriz  qazisi  Nasirəddin  Bəyzavinin  (öl.  1289)  əsərini 

‚Müxtəsər  Mənhəcü’l-Vüsul  ilə  İlmə’l-Üsul‛  adlı  ilə  ixtisar  etmişdi

1508


.  Alim  h.  719-cu 

ilin ramazan ayında (oktyabr 1319) vəfat etmişdi

1509

 



 

                                                 

1505

  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  II,  s.  263.  Bu  iki  əsər  İbnü’l-Hacib  Düveyninin  ‚Kafiyyə  fi’n-Nəhv‛  adlı 



əsərinə yazılmış şərh və təəllüqdür. 

1506


  Səfiyəddin  Əbdülmömin  ibn  Yusif  ibn  Faxir  Urməvi  (öl.  1293)  azərbaycanlı  məşhur  xəttat,  bəstəkar  və 

musiqişünas.  

1507

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 79. 



1508

  KATİB  ÇƏLƏBİ,  Kəşfü’z-Zünun,  C.  II,  s.  1067.  Katib  Çələbi  Fəxrəddin Əbü’l-Məkarim  Təbrizinin  adını  ‚Əhməd 

ibn Həsən‛ olaraq qeyd etmiş və h. 746-cı ildə (1345) vəfat etdiyini yazmışdır.  

1509


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 85. 

Şeyx Nəcməddin Tahir ibn Əbu Bəkr ibn Mahmud ibn Səid Təbrizi 

Mühəddis  idi.  Dəməşqdə  təhsil  almış,  bu  şəhərin  hafiz  Yusif  əl-Mizzi  (öl.  1341), 

Şəmsəddin  Muhəmməd  əl-Cəzəri  (öl.  1338)  kimi  tanınmış  mühəddislərindən  hədis 

dinləmişdi.  Şeyx  Həccardan

1510

  ‚Səhihi-Buxari‛ni  və  hədislərin  şərhini  dinləmişdi.  İbn 



Həcər  Əsqəlani  onun  haqqında  məlumat  verərkən  onun  təsəvvüf  əhlinə  mənsub 

olduğunu  və  Sümeysatiyyə  xanəgahında  yaşadığını  qeyd  etmişdi.  Şeyx  Nəcməddin 

Tahir Təbrizi h. 17 səfər 774-cü ildə (17 avqust 1372) 84 yaşında Dəməşqdə vəfat etmiş 

və  Qasiyyun  qəbristanında  dəfn  edilmişdi

1511

.  Onunla  eyni  dövrdə  məşhur  mühəddis, 



müfəssir  və  tarixçi  İbn  Kəsir  də  Dəməşqdəki  Əşrəfiyyə  hədis  mədrəsəsində  şeyx 

Həccarın  hədis  dərslərini  dinləmişdi.  Şeyx  Nəcməddin  Tahir  Təbrizi  ilə  İbn  Kəsirin 

tələbə yoldaşı olduğu ehtimalı var.  

 

Şeyx  Tacəddin  Əbu  Bəkr  Əli  ibn  Abdullah  ibn  Hüseyn  ibn  Əbu  Bəkr  əl-Ərdəbili 

Təbrizi 

Yaşadığı dövrün tanınmış şafi’i alimlərindən idi. H. 667-ci ildə (1269)  anadan olmuşdu. 

Ərdəbildə  dünyaya  gələn  Tacəddin  Əli  Təbrizdə  böyümüş  və  burada  təhsil  almışdı. 

Təbriz mədrəsələrində Qütbəddin Şirazi, Cəmaləddin Həsən Şirazi, Şəmsəddin ibnü’l-

Müəzzin, Nizaməddin Tusi, Əlaəddin Nu’man əl-Xarəzmi, seyyid Rüknəddin Ərdəbili 

və  Siracəddin  Ərdəbili  kimi  alimlərdən  dərs  almışdı.  Bu  alimlərdən  fiqh,  fiqh  üsulu, 

hədis, təfsir, ərəb dili və ədəbiyyatı, məntiq, cədəl, xitabət, həndəsə, riyaziyyat və fəraiz 

elmlərini  öyrənmiş,  onların  yanında  Bəyzavi  və  Fəxrəddin  Razinin  əsərlərini 

oxumuşdu. H. 726-cı ildə (1326) Bağdada gəlmiş, buradan həcc ziyarətinə yollanmışdı. 

Həcc  ziyarətindən  sonra  bir  müddət  Hicazda  qalmış  və  h.  728-ci  ildə  (1328)  Misirə 

getmişdi. Misir və Şam vilayətlərinin mühəddislərindən hədis dinləmişdi. Tacəddin Əli 

Təbrizi  fiqh,  təfsir,  ərəb  dili,  kəlam,  riyaziyyat  və  fəraiz

1512

  sahəsində  dövrünün  ən 



məşhur alimlərindən biri idi. Qahirənin Hüsamiyyə mədrəsəsində dərs vermişdi. Onun 

                                                 

1510

 Şeyxü'l-müsnid Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Əbu Talib ibn Ni’mə ibn Həsən əs-Salehi əl-Həccar (öl. 1330) 



yaşadığı  dövrün  məşhur  mühəddislərindən  biri  idi  və  İbn  Şıhnə  ləqəbi  ilə  tanınmışdı.  Misir  Məmlüklü  sultanı 

Nasirəddin Muhəmməd ibn Qəlavun ona dərin hörmət bəsləyirdi. Bir neçə dəfə dərslərində iştirak etmiş və ona öz 

əli ilə xələt geyindirmişdi. Bax: İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 247. 

1511


 İBN RAFİ’, əl-Vəfayat, s. 95; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 12. 

1512


 Fəraiz elmi-İslam vərəsəlik hüququ.  

dərslərinə böyük tələbə qrupları toplaşırdı. Onun zəif hədisləri topladığı iki cildlik əsəri 

var  idi.  Şəmsəddin  Zəhəbinin  ‚Mizanü’l-E’tidal‛

1513

  adlı  əsərindəki  hədisləri  cərh



1514

 

etmişdi. Nəcməddin Qəzvininin ‚əl-Havi‛ adlı əsərini bir ay ərzində 7 dəfə oxumuş və 



bu  əsərə  haşiyə  yazmışdı.  İbnü’s-Səlahın  ‚Ülumu’l-Hədis‛

1515


  adlı  əsərini  ixtisar 

etmişdi.  Şeyx  Tacəddin  Əbu  Bəkr  Təbrizi  ‚Məbsutü’l-Əhkam‛,  ‚Qistasü’l-Müstəqim 

fi’l-Hədisi’s-Səhihi’l-Qəvim‛,  ‚Kitabü’l-Kafi  fi  Ülumü’l-Hədis‛  adlı  əsərlərdən  başqa 

təfsir, hədis, hədis üsulu, fiqh, fiqh üsulu və riyaziyyata dair onlarla risalənin müəllifi 

idi

1516


.  Alimin  ‚Kitabü’l-Kafi  fi  Ülumü’l-Hədis‛  adlı  əsərinin  nadir  əlyazma 

nüsxələrindən biri Türkiyədə, Amasiya Bəyazid İHK-də saxlanılır. Bu nüsxə hələ alim 

həyatda  ikən,  h.  737-ci (1337)  ildə  yazılmışdır.  Nüsxənin  şəxsən  şeyx  Tacəddin  Əbu 

Bəkr Təbrizinin qələmindən çıxdığı ehtimal olunur. Alim h. 746-cı ilin ramazan ayının 

6-sı

1517


  (31  dekabr  1345)  Qahirədə  vəfat  etmişdi.  Qahirədəki  Dəvadariyyə  xanəgahının 

yanındakı qəbristanda dəfn olunmuşdu

1518

.  


  

Şihabəddin  Əbü’l-Abbas  Əhməd  ibn  Əbdülkərim  ibn  Əbdussəməd  ibn  Ənuşirvan 

Təbrizi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Dəməşqdə  əl-Mismariyyə  səmtində  yaşayırdı  və 

İbnü’l-Mükəvvəşə ləqəbi ilə tanınmışdı. O, həmçinin istedadlı şair və ədib idi, çox gözəl 

şe’rlər  yazırdı.  Xüsusən  Allah  Rəsulu  (م)  haqqında  yazdığı  ‚Qəsidətü’n-Nəbəviyyə‛ 

adlı  qəsidəsi  məşhur  olmuşdu.  Onun  tələbələri  arasından  Bəhaəddin  ibn  Xəlil, 

                                                 

1513

 İmam Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Osman ibn Qaymaz Türkmani Zəhəbi (1273-1347) yaşadığı dövrün 



məşhur mühəddis, tarixçi və bioqrafı idi. Hədis, hədis üsulu, tarix, əqaid, qiraət, fiqh, fiqh üsulu, bioqrafiya, və’z və 

nəsihət kimi müxtəlif mövzulara aid 230-dan çox irili-xırdalı əsərin müəllifi idi.    

1514

 Cərh və tə’dil-hədis elmlərindən biridir. Hədisləri nəql edən ravilərin şəxsi keyfiyyətlərini və qüsurlarını bəyan 



edir. 

1515


 Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi. 

Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.  

1516

 ZİRİKLİ, Ə’lam, C. IV, s. 455. 



1517

 İBN RAFİ’, əl-Vəfayat, s. 54. 

1518

  SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra,  c.10,  s.  78;  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  II1,  s.  144;  İBN  QAZİ  ŞUHBƏ, 



Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 142; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 665-666; SÜYUTİ, Hüsnü’l-Muhazirə, s. 296; 

İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  II,  s.  104-105;  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  II,  s.  154-155.  Sübki,  Səfədi  və  İbn 

Qazi Şuhbə alimin künyəsini ‚Əbu Bəkr‛, Əsnəvi isə ‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdir. Səlahəddin Səfədi onun h. 

674-cü ildə (1275) anadan olduğunu qeyd etmişdir.  



Səlahəddin  əl-Əlai  kimi  alimlər  yetişmişdir.  Şihabəddin  Əhməd  Təbrizi  h.  735-ci  ildə 

(1335) vəfat etmişdir

1519



 



Qazi Fəxrəddin Əbü’s-Səna Ömər ibn Əbdüləziz ibn Məs’ud əl-Xəlili Təbrizi 

Təbriz  şəhərinin  qazisi  olmuşdur.  Onun  atası  Ziyaəddin  Əbdüləziz  Təbrizi  də  qazi 

olmuşdu.  Qazi  Fəxrəddin  Əbü’s-Səna  Ömər  Təbrizin  sayılıb  seçilən  əyanlarından  və 

alimlərindən  biri  idi.  Ölüm  tarixi  qeyd  olunmamışdır

1520

.  XIII  əsrdə  yaşadığı  ehtimal 



olunur.  

 

Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Təbrizi 

Yaşadığı  dövrün  böyük  təfsir  alimlərindən  idi.  Əbü’l-Həsən  Əli  Təbrizi  həm  də 

istedadlı şair idi. H. 602-ci (1206) ildə 82 yaşında vəfat etmişdi

1521

.  


 

Şeyx Əlaəddin Təbrizi 

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Hədis və fiqh sahələrindəki dərin biliyi 

ilə  yanaşı  şeyx  Əlaəddin  Təbrizi  həm  də  şahmatdakı  məharəti  ilə  məşhur  olmuşdu. 

Yaşadığı  dövrün  bir  çox  şahmat  ustası  onun  qarşısında  aciz  qalmışdı.  Bir  çox  mahir 

şahmatçını  məğlub  etmiş  şeyx  Əlaəddin  Təbrizinin  ən  məşhur  rəqibi  əmir  Teymur 

(1370-1405)  olmuşdu.  Məlum  olduğu  kimi  Əmir  Teymurun  özü  də  yaşadığı  dövrün 

mahir  şahmatçılarından  idi.  Bu  haqda,  onun  tarixini  yazmış  İbn  Ərəbşah  (öl.  1450), 

maraqlı  bir  əhvalat  da  qeyd  etmişdir

1522

.  Əmir  Teymur  şeyx  Əlaəddinə:  ‚həqiqətən 



şahmatda  sənin  mislin  yoxdu‛  demişdi

1523


.  Təəssüf  ki,  onun  haqqında  məlumt  vermiş 

                                                 

1519

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, c.1, s. 82, TƏMİMİ,  Təbəqatü’s-Səniyyə, s. 244-245; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb



C. VI, s. 643. 

1520


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 269. 

1521


 ZƏHƏBİ, Müştəbih, s. 68.  

1522


 İbn Ərəbşah öz əsərində belə bir əhvalat nəql etmişdi; bir gün əmir Teymur adəti üzrə rəqibi ilə şahmat oynayırdı. 

Əmir  ‚şah‛  verərək  rəqibini  sıxışdırıb  çətin  vəziyyətə  salmışdı.  Rəqib  ‚taxta‛da  düşdüyü  ‚mat‛  vəziyyətdən 

qurtulmanın  yollarını  fikirləşərkən  iki  qasid  xəbər  gətirmişdi.  Qasidlərdən  biri  əmirə  xanımının  bir  oğlan  uşağı 

dünyaya  gətirdiyini,  digəri  isə  onun  əmri  ilə  Sırdərya  çayı  sahilində  tikilməkdə  olan  liman  şəhərin  inşasının  başa 

çatdığı  xəbərini  gətirmişdi.  Əmir  Teymur  şahmatda  rəqibi  üzərindəki  qələbənin  şərəfinə  oğlunun  adını  Şahrux, 

şəhərin adını isə Şahruxiyyə qoymuşdu. Bax: Şihabəddin Əhməd İBN ƏRƏBŞAH,  Əcaibü’l-Məqdur fi Tarixi-Teymur

(Trc. H. Bababekov), s. 38, Daşkənd 2007. 

1523


 İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 347. 

İbn  Tağrıbirdi  alimin  ölüm  tarixini  qeyd  etməmişdir.  Lakin  əmir  Teymurun  müasiri 

olduğunu nəzərə alaraq onun XIV-XV əsrlərdə yaşadığını söyləmək olar. 

 

Şeyx Fəxrəddin Əbü’l-Fütuh Muhəmməd ibn Əhməd əl-Cə’fəri Təbrizi 

Mütəkəllim,  həmçinin  təsəvvüf  əhlinə  mənsub  şeyx  idi.  İbnü’l-Fuvati  onun  haqqında 

yazarkən  ‚şeyxü’l-mühəqqiq‛,  yəni  tədqiqatçı,  həqiqəti  axtaran  şeyx  ifadəsini 

işlətmişdi. O, təsəvvüfdə atası şeyx Tacəddin Əhməd Təbrizinin müridi olmuşdu. Şeyx 

Tacəddin Əhməd Təbrizi isə şeyx Tacəddin Ömər ibn Muhəmməd Deyləminin müridi 

olmuş, onun əlindən xirqə geymişdi. Şeyx Tacəddin Deyləmi isə təsəvvüf xirqəsini şeyx 

Sə’dəddin  Muhəmməd  ibnü’l-Müəyyəd  əl-Həmmuyədən  almışdı.  Şeyx  Sə’dəddin 

Muhəmməd  ibnü’l-Müəyyəd  əl-Həmmuyə  Cüveyni

1524

  (1191-1252)  şeyx  Nəcməddin 



Kübranın  (öl.  1226)  müridlərindən  biri  və  Kübrəviyyə  təriqətinə  mənsub  idi.  Bu  isə  o 

deməkdir  ki,  Fəxrəddin  Əbü’l-Fütuh  Muhəmməd  ibn  Əhməd  əl-Cə’fəri  Təbrizi  də 

Kübrəviyyə təriqətinə mənsub sufi şeyxi idi. Şeyx Fəxrəddin Əbü’l-Fütuh Muhəmməd 

Təbrizi h. 680-ci ildə (1281) vəfat etmişdir

1525



 



Xətib Əbdürrəhim ibn İbrahim Təbrizi 

Təbrizin  məşhur  xətib  və  şafi’i  fəqihlərindən  biri  idi.  Təqribən  h.  710-cu  ildə  (1310) 

anadan  olmuşdu.  O,  fiqh  sahəsindəki  üstünlüyü  və  dərin  biliyi  ilə  Təbrizdə  ‚əynü’l-

füqəha‛, yəni fəqihlərin gözü ləqəbi ilə tanınmışdı. Fihqə dair bir sıra əsərlərin müəllifi 

idi

1526


. Ölüm tarixi məlum deyil. 

 

Xətib Şəmsəddin Muhəmməd ibn Əbdülvəhhab Təbrizi 

                                                 

1524


  ‚Risalə  dər  Tə’vilat‛,  ‚Həqaiqü’l-Hüruf‛,  ‚Məhbubü’l-Mühibbin  və  Mətlubü’l-Vasilin‛,  ‚Kitabü’l-Məhbub‛, 

‚Risaleyi-Zikri-Cəbrail‛,  ‚Risalə  fi  İlmü’l-Hüruf‛,  ‚Məhbubü’l-Qülub‛  və  ‚Kitabü’n-Nöqtə‛  şeyx  Sə’dəddin 

Muhəmməd  Həmmuyənin  qələmindən  çıxmış  əsərlərdir  və  əlyazmaları  İstanbul  Süleymaniyyə  kitabxanasında 

saxlanılır.  Doğrusu  bunlardan  ‚Həqaiqü’l-Hüruf‛  və  ‚Risalə  fi  İlmü’l-Hüruf‛un  adları  diqqəti  cəlb  edir.  Ümid 

edirəm  ki,  bu  əsərlər,  ümumiyyətlə  şeyx  Sə’dəddin  Həmmuyənin  təsəvvüfi  irsi,  araşdırılaraq  Fəzlullah  NUEYMİ 

Əstərabadi və İmadəddin Nəsiminin Hürufilik nəzəriyyəsinə təməl təşkil edib etmədiyi ilə əlaqədar dəyərli nəticələr 

meydana çıxarılar. Əgər şeyx Sə’dəddin Həmmuyə və onun adı çəkilən əsərlərinin Hürufiliyin meydana çıxmasında 

hər hənsı bir təsiri olubsa deməli şeyx Fəxrəddin Əbü’l-Fütuh Təbrizinin də bunda müstəsna rolu olmuşdur.  

1525

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 303. 



1526

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 10; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 128. 



Şafi’i məzhəbinə mənsub imam və xətib idi. Dəməşqdə yaşayırdı. O, möminliyi, abidliyi 

və salehliyi ilə tanınmışdı. H. 977-ci ildə (1569) vəfat etmişdi

1527

.  


 

Qazi Fəxrəddin Əbü’l-Fəzl Əhməd ibn Əbdülməlik Muhəmməd əl-Həddadi Təbrizi 

Təbriz şəhərinin qazisi olmuşdu. Fəziləti və alicənablığı ilə tanınmışdı. İbnü’l-Fuvati öz 

əsərində  belə  yazır:  ‚Mən  xətib  Şihabəddindən  soruşdum  ki,  onun  ‚əl-Həddadi‛ 

nisbəsi ilə tanınmasının səbəbi nədir? O, dedi: ‚Onda Kəbənin açarları var idi, ona görə 

də o, əl-Həddadi nisbəsi ilə tanınırdı‛. İbnü’l-Fuvati daha sonra ‚bu hər hansı bir insanı 

etimad və ehtirama şayan etməz‛ deyə qeyd etmişdir

1528

. Nisbəsi ilə maraqlındığı halda 



çox  təəssüf  ki,  müəllif  qazi  Fəxrəddinin  təvəllüd  və  ya  ölüm  tarixini,  yaşadığı  dövrü 

qeyd  etməmişdir.  Qazi  Fəxrəddin  Əhməd  Təbrizinin  təsəvvüfə  dair  qələmə  aldığı 

‚Siracü’l-Qülub‛  adlı  əsərin  əlyazma  nüsxələrindən  biri  Qahirə  Milli  kitabxanasında 

saxlanılır. Müəllif əsərində toxunduğu mövzuları 41 başlıq altında qələmə almışdı. Bu 

əlyazma  əsərdə  müəllifin  künyəsi  ‚Əbü’l-Fəzl‛  deyil  ‚Əbu  Hamid‛  olaraq  qeyd 

edilmişdir.  ‚Siracü’l-Qülub‛  1976-cı  ildə  Əbdüllətif  Muhəmməd  əl-Əbd  tərəfindən 

Qahirədə 

nəşr 


edilmişdir. 

‚Siracü’l-Qülub‛un 

Türkiyənin 

əlyazma 


əsər 

kitabxanalarında  onlarla  nüsxəsi  mövcuddur.  Bunlardan  biri  Ankara  milli 

kitabxanasında,  ikisi  isə  Konya  BYEK-də  saxlanılır.  Qazi  Fəxrəddin  Əhməd  Təbrizi  h. 

485-ci ildə (1092) vəfat etmişdir.  



 

Qazi  Qəvaməddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əbdülməlik  Muhəmməd  əl-

Həddadi Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Azərbaycan  Atabəylərindən  Özbəyin  (1211-1225) 

hakimiyyəti illərində Təbriz şəhərinin qazisi olmuşdu. Cəlaləddin Xarəzmşahın Təbrizi 

işğalından (1225) sonra bir sıra azərbaycanlı bürokratla yanaşı o, da vəzifəsindən azad 

edilmişdi.  Qazi  Qəvaməddin  Təbrizinin  vəzifəsindən  azad  edilməsinin  səbəbi  barədə 

                                                 

1527

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.219. 



1528

  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/3,  s.  100-101.  Kəbə  açarlarının  bir  çox  nümunələri  var  və  hal-hazırda 

muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ehtimal ki, belə nümunələrdən biri də qazi Fəxrəddin Təbrizi və onun 

mənsubu oluduğu ailədə idi. İbnü’l-Fuvatinin bu kimi şeylərə, yəni əşyalara mənəvi və ruhani dəyər ətf edilməsinə 

etimad göstərməməsi ehtima ki, onun hənbəli məzhəbinə mənsub olmasından irəli gəlirdi.   


mənbələr  maraqlı  məlumat  verirlər.  Moğol  hücumları  qarşısında  atası  Muhəmməd 

Xarəzmşahla  birlikdə  öz  ölkəsini  tərk  edib  qaçan  Cəlaləddin  Xarəzmşah  Azərbaycan 

torpaqlarına  daxil  olandan  sonra  Atabəy  Özbək  öz  elçi  heyətini  sultan  Cəlaləddinin 

yanına göndərib onunla razılıq əldə etməyə cəhd etmişdi. Lakin bu cəhd uğursuzluqla 

nəticələnmişdi.  Atabəyin  elçi  heyətinə  daxil  olan  fəqih  İzzəddin  Əbü’l-Fəzail  ibn 

Əbdülhəmid Qəzvini (öl. 1250) sultan Cəlaləddinin Azərbaycanı işğal etmək fikrindən 

daşındırmağın  mümkün  olmadığını  görəndən  sonra  Xarəzmşahın  vəziri  Şərəfü’l-

Mülklə  təklikdə  görüşərək  özünün  Təbriz  qaziliyinə  təyin  ediləcəyinə  dair  söz 

almışdı

1529


.  Lakin  Cəlaləddin  Xarəzmşahın  Təbrizi  ələ  keçirməsindən  sonra  şəhərin 

hakimi Şəmsəddin Tuğrayini öz vəzifəsində saxlaması səbəbiylə bu iş baş tutmamışdı. 

Çünki  Təbriz  qazisi  Qəvaməddin  əl-Həddadi

1530


  Təbrizi  şəhərin  hakimi  Şəmsəddin 

Tuğrayinin  bacısının  oğlu  idi.  Dayısı  vəzifədə  olduğu  müddətcə  Qəvaməddin 

Təbrizinin  də  qazilik  vəzifəsindən  azad  edilməyəcəyini  dərk  edən  İzzəddin  Qəzvini 

Xarəzmşahın vəziri Şərəfü’l-Mülklə hər dəfə görüşəndə Şəmsəddin Tuğrayinin əleyhinə 

danışmağa  başlamışdı.  Nəhayət  Şərəfü’l-Mülkün  qəlbində  Şəmsəddin  Tuğrayiyə  qarşı 

nifrət  meydana  gəlmişdi.  Cəlaləddin  Xarəzmşah  Gürcüstanda  hərbi  yürüşdə  olduğu 

vaxt  Şəmsəddin  Tuğrayi  Atabəylərə  sadiq  bəzi  köhnə  bürokratlar  və  zadəganlarla 

birlikdə  çevriliş  planı  hazırlamışdı.  Plana  görə  Təbrizdə  qiyam  qaldırılandan  sonra 

atabəy  Özbəyin  əsgərləri  ilə  gürcü  ordusu  birləşərək  xarəzmliləri  ölkədən  qovub 

çıxaracaqdılar. Lakin Təbrizdə olan Şərəfü’l-Mülk bu plandan vaxtında xəbərdar olmuş 

və  sultana  bildirmişdi.  Cəlaləddin  Xarəzmşah  gürcü  ordusunu  məğlub  etmiş  və 

Təbrizdəki qiyamın da qarşısını ala bilmişdi. Şəmsəddin Tuğrayiyə yaxınlığı ilə tanınan 

bir  sıra  şəxslər  edam  və  həbs  edilmişdilər.  Şəmsəddin  Tuğrayi  də  həbs  edilmişdi. 

Cəlaləddin  Xarəzmşah  ordusu  ilə  Təbrizin  qala  divarlarının  yaxınlığında  ikən  atabəy 

Özbəyin  xanımı  Məlikə  xatun  qala  divarlarının  üstündən  şəhəri  mühasirədə  saxlayan 

orduya tamaşa etmişdi. Bu qadın İraq Səlcuqlu sultanı III Toğrulun (1176-1194) qızı idi. 

                                                 

1529


 NƏSƏVİ, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 208. 

1530


 Nəsəvinin əsərində bu qazinin nisbəsi ‚Həddadi‛ deyil ‚Cidari‛ kimi yazılmışdır. Ehtimal ki, buna əlyazmanın 

təhqiqi vaxtı naşirlərin ‚١قاكؼ‛ni ‚١ناكظ‛  kimi oxumaları səbəb olmuşdur. Ərəbcə əlyazma  əsərlərdə ‚ra‛ ilə ‚dad‛ 

hərflərini  bəzən  bir-birindən  ayırmaq  çətin  olur.  Yaxud  da  Nəsəvinin  özü  səhvən  ‚Həddadi‛ni  ‚Cidari‛  kimi 

yazmışdır.  Nəsəvidən  başqa  bu  barədə  məlumat  verən  mənbələrin  heç  birində  Qəvaməddin  Təbrizinin  nisbəsi 

‚Cidari‛ kimi qeyd olunmamışdır. 


Cəlaləddin  Xarəzmşah  Təbrizi  alandan  sonra  Məlikə  xatunu  mühafizə  dəstəsi  ilə 

birlikdə onun öz mülkü olan Xoy şəhərinə göndərmişdi. Məlikə xatun bir müddət sonra 

Xoydan  Cəlaləddin  Xarəzmşahın  yanına  adamlarını  göndərərək  onunla  evlənmək 

istədiyini bildirmişdi.  Sultan Cəlaləddin onun bu təklifinə müsbət cavab vermiş, lakin 

qazi  Qəvaməddin  Muhəmməd  əl-Həddadi  Təbrizi  evli  bir  qadının  başqa  biri  ilə 

evlənməsinin  mümkün  olmayacağını  bildirib  buna  mane  olmuşdu.  Bu  vaxt  İzzəddin 

Qəzvini  özünün  Təbriz  qaziliyinə  təyin  olunacağı  təqdirdə  bu  işi  həll  edə  biləcəyini 

bildirmişdi

1531

.  Beləcə  İzzəddin  Əbü’l-Fəzail  Qəzvini  öz  istəyinə  nail  olmuşdu.  O, 



yalançı  şahidlərdən  güya  atabəy  Özbəyin  nə  vaxtsa  öz  kölələrindən  biri  barədə  ‚əgər 

onu öldürsəm arvadım boş olsun‛ dediyini, daha sonra həmin köləni öldürdüyünü və 

beləcə  boşanmanın  gerçəkləşdiyinə  dair  ifadə  almışdı.  Qazi  İzzəddin  Qəzvininin 

məsələni  beləcə  ‚həll‛  etməsindən  sonra  Cəlaləddin  Xarəzmşah  Məlikə  xatunla 

evlənmişdi

1532


.  Sabiq  qazi  Qəvaməddin  Muhəmməd  Təbrizi  vəzifəsindən  azad 

ediləndən  sonra  Xarəzmşahın  vəziri  Şərəfü’l-Mülk  onu  dayısı  Şəmsəddin  Tuğrayi  və 

digər  qiyamçılarla  əlbir  olmaqda  ittiham  edib  həbs  etdirmişdi.  Xarəzmşahın  rəsmi 

salnaməçisi  Nəsəvi  bunun  iftira  olduğunu,  qazi  Qəvaməddin  Təbrizinin  qiyamçılarla 

əlbir  olmadığını  qeyd  edir.  Qəvaməddin  Təbrizi  vəzir  Şərəfü’l-Mülkə  10  min  dinar 

rüşvət ödədikdən sonra həbsdən çıxa bilmişdi

1533

.  


Nəsəvi  atabəy  Özbəyin  baş  verənlərdən  sığındığı  Əlincə  qalasında  xəbər  tutduğunu 

qeyd  edir.  O,  Cəlaləddin  Xarəzmşahın  Məlikə  xatunla  evləndiyini  eşidəndə  bu  xəbəri 

gətirəndən bunun arvadının istəyi ilə yoxsa zorakılıqla olduğunu soruşmuşdu. Məlikə 

xatunun  könüllü  Cəlaləddin  Xarəzmşaha  ərə  getdiyini  eşidəndə  isə  atabəy  Özbək 

qızdırmadan yatağa düşmüş və bir neçə gün sonra qəhrindən ölmüşdü

1534


Təbriz  qaziliyi  İzzəddin  Qəzviniyə  də  uzun  müddət  qismət  olmamışdı.  Xarəzmşahın 

səfir  olaraq  Suriya  hökmdarı  məlikü’l-müəzzəm  İsa  ibn  Adil  Əyyubinin  (1218-1227) 

sarayına  göndərdiyi  qazi  Mücirəddin  Ömər  Xarəzmi  geri  qayıdarkən  Dəməşq  qazisi 

Nəcməddin Xəlili də Əyyubilərin səfiri olaraq özü ilə birlikdə Azərbaycana gətirmişdi. 

                                                 

1531

  RƏŞİDƏDDİN,  Cəmiü’t-Təvarix,  C.  I,  s.  243;  NƏSƏVİ,  həmin  əsər,  s.  207;  BÜNYADOV,  Azərbaycan  Atabəyləri 



Dövləti, s. 124. 

1532


 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 392-394; NƏSƏVİ, həmin əsər, s. 207. 

1533


 NƏSƏVİ, həmin əsər, s. 255. 

1534


 NƏSƏVİ, həmin əsər, s. 207. 

Onlar  vəzirin  qəbulunu  gözləyərkən  qazi  Mücirəddin  qazi  Nəcməddinə  ‚qazi 

İzzəddinin  sənə  dediklərin  vəzirə  de‛  demişdi.  Lakin  qazi  Nəcməddin  Xəlil  bundan 

imtina  etmişdi.  Qazi  Mücirəddin  Ömərin  onu  dilə  tutmasından  sonra  Şərəfü’l-Mülklə 

görüşərkən səfir vəzirə demişdi: ‚qazi İzzəddin Qəzvini mənə ‚sizin hömdarınız (məlik 

İsa  ibn  Adil  Əyyubi)  nə  fikirləşir?  Nə  vaxt  öz  doğma  qardaşlarını  rahat  buraxıb 

bunlarla (xarəzmlilərlə) məşğul olacaq? Allaha and olsun ki, qardaşlarının düşmənliyi 

onun üçün bu qaragüruhun (xarəzmlilərin) dostluğundan daha xeyirlidir. O, bir gün bu 

dostluqdan ötrü peşman olacaq, sonra peşmançılıq da ona fayda verməyəcək‛ demişdi. 

Vəzir  Şərəfü’l-Mülk  bunu  eşidəndə  bərk  qəzəblənmişdi.  O,  qazi  İzzəddin  Qəzvinini 

çağırıb  səfirlə  üzləşdirmişdi.  Bəlağət  sahibi  qazinin  nitqi  qurumuş,  kəkələməyə 

başlamışdı.  Vəzir  isə  ona  ‚əgər  yaşına  və  alimliyinə  hörmət  olmasaydı  kəskin  qılınc 

indi  kəlləni  uçurmuşdu.  Rədd  ol  buradan,  yaramaz!‛  deyib  hüzurundan  qovmuşdu. 

Qazi İzzəddin Qəzvini vəzifəsindən azad olunaraq əmlakı müsadirə edilmişdi

1535


.  

Məlikə xatuna gəldikdə isə İbnü’l-Əsirin yazdığına görə evləndikdən bir müddət sonra 

Cəlaləddin  Xarəzmşah  bu  qadına  əsla  maraq  göstərməmiş  və  ona  iltifat  etməmişdi

1536


Nəsəvinin  yazdığına  görə  Cəlaləddin  Xarəzmşah  evləndikləri  vaxt  ona  sahib  olduğu 

Xoyla  yanaşı  Səlmas  və  Urmiyə  şəhərlərinin  də  hakimliyini  vermişdi

1537


.  Belə  anlaşılır 

ki,  bu  qadının  Cəlaləddinə  ərə  getməkdə  məqsədi  hökmdar  arvadı  olaraq  qalmaq  idi. 

Hömdarın  kim  olduğunun  isə  elə  də  əhəmiyyəti  yox  idi.  Çünki  mənbələrin  verdiyi 

məlumata görə bu qadın atabəy Özbəklə evli olduğu vaxtlarda dövlət işlərinə müdaxilə 

edirdi  və  idarəçilikdə  söz  sahibi  idi.  Belə  ki,  nə  atabəy  Özbəyin,  nə  də  hər  hansı  bir 

dövlət məmurunun sözünün onun yanında keçərliliyi yox idi

1538

.  


Mərhum  akad.  Ziya  Bünyadov,  bir  əvvəlki  bioqrafiyada  sözü  gedən,  qazi  Fəxrəddin 

Əbü’l-Fəzl Əhməd Təbrizinin qazi Qəvaməddin Əbu Abdullah Muhəmməd Təbrizinin 

oğlu  olduğununun  ehtimal  edildiyini  yazmışdır

1539


.  Lakin  hadisələrin  tarixi  bunun 

mümkün olmadığını göstərir. Belə ki, qazi Fəxrəddin Əbü’l-Fəzl Əhməd Təbrizi 1092-ci 

ildə  ölmüşdü.  Burada  sözü  gedən  və  qazi  Qəvaməddin  Əbu  Abdullah  Muhəmməd 

                                                 

1535

 NƏSƏVİ, həmin əsər, s. 208. 



1536

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 429.  

1537

 NƏSƏVİ, həmin əsər, s. 207. 



1538

 İBNü’l-ƏSİR, həmin əsər, C. XII, s. 429. 

1539

 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 183. 



Təbrizinin də daxil olduğu bu hadisələr isə XIII əsrin ilk rübündə baş vermişdi. Bu iki 

şəxs sözsüz ki, eyni soydan və qohum idilər. Lakin bu qohumluq əlaqəsinin necəliyin 

dəqiqləşdirmək təəssüf ki, mümkün deyil. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin