Sonuncu mərhələ özünüaktuallaşdırmadır. Bu mərhələnin reallaşdırılması
komanda üzvlərində özünəhörmət hissi, özünüqiymətləndirmə bacarığı olduqda
mümkünləşir.
Təhsil
müəssisəsində,
peşəkar
mühitdə
özünəhörmət
səlahiyyətlərin ötürülməsi dəyərləndirmə, mentorluq vasitəsilə hüquq və
imkanların genişlənməsi ilə yaranır. Belə halda komanda üzvləri müəssisənin
tələbatlarını anlayır, strategiya və hədəfləri reallaşdırırlar.
Dəyişikliklərin idarə olunması üçün aşağıdakılar tələb olunur:
• Hədəf və həvəs, ruh yüksəkliyi;
• Diqqətli və hərtərəfli planlaşma;
• Qərar qəbulu bacarığı;
• Səmərəli ünsiyyət;
• Dəyişikliklərə cəlb olunan və ya dəyişikliklərin təsirinə məruz qalan
insanlarla həssas davranış və idarəetmə;
• Münaqişələrin inamlı idarə olunması.
Dostları ilə paylaş: