Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
Pedaqogika imtahan cavabları

Avtokratik məsləhətçi tipinə aid lider komanda üzvləri ilə görüşlər təşkil 
etsə də, öz fikir və ideyalarını bölüşmür, dialoq və müzakirə görüntüsü 
yaradır, məsələləri öz bildiyi kimi həll edir. Demokratik məsləhətçi lider 
uzun iclas və müzakirələr təşkil edir, müxtəlif məsələlərin, problemlərin 
müzakirəsini aparır, lakin qərar qəbul edə bilmir. Heyət üzvləri sonda 
qəbul olunan qərardan məmnun qalmır, lider komanda üzvlərində 
səmərəsiz və qətiyyətsiz təəssüratı yaradır.
Situativ lider problemləri yarandıqca həll edir, idarəetmədə müxtəlif rol 
və üslublardan yararlanır, yəni peşəkarlığına əsaslanaraq vəziyyətin 
tələblərinə uyğun hadisələri idarə edir. Onlar problemin həllinə 
başlamazdan, qərar qəbulundan əvvəl vəziyyəti dəyərləndirirlər. Onlar 
qətiyyətli və ya avtokratik lider üslubunu seçir və həmkarlarına bu və ya 
digər məsələnin, problemin həlli yolunu göstərirlər.


Kouç-lider həyat üçün məqsəd və vəzifələr müəyyənləşdirir, lakin fəaliyyət 
istiqamətlərini komanda üzvləri ilə müzakirə edir, fəaliyyətin icrasında 
məhdud sərbəstlik, azadlıq verir. O, komanda üzvlərini istiqamətləndirir və 
dəstəkləyir.  
Emosional intellekti inkişaf etmiş lider empatiya hissinə malikdir, 
həssasdır, özünün və çalışdığı həmkarlarının emosiyalarını tanıyır. Liderin 
özünün və başqalarının emosiyalarını tanımaq, anlamaq və idarə etmək 
peșə, vəzifə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirməyə əlverişli imkan 
yaradır. Emosional intellekti inkişaf etmiş lider qərar qəbulunda bundan 
istifadə edir, şəxsi və komanda üzvlərinin peşə inkişafını dəstəkləyirlər. 
Güclü emosiyalar təhsil işçiləri üçün xüsusi əhəmiyyət kəsb edir. 
 
65.Təhsildə dəyişikliklərin idarə edilməsi yollarını qiymətləndirin. 
Bütün sahələrdə gedən sürətli inkişaf təhsildə də yenilik və dəyişiklikləri 
labüdləşdirmişdir. Dəyişikliklər insan, təşkilat və cəmiyyətlərdə baş verir. 
Sadalananların birində olan dəyişiklik mütləq digər sahələrə də siraət edir. 
Dəyişikliklərə uyğunlaşmaq təhsilin keyfiyyətini yüksəltmək günün tələbidir. 
Pedaqoji kollektiv üzvlərinin Maslounun iyerarxiyasında olduğu kimi əsas 
tələbatları 
mövcuddur. 
İyerarxiya 
komanda 
üzvlərinin 
dəyişiklikləri 
dəstəkləməsi, prosesdə fəal iştirakı və səmərəli dəyişikliklərin əldə olunmasına 
motivasiya edən addımlar kimi nəzərdən keçirilə bilər.
Birinci addım komfort və ya əsas iş tələbatlarıdır. Buraya müvafiq iş yeri, əmək 
haqqı, resurslara əlçatanlıq və planlaşma aiddir. 
Pedaqoji kollektiv, komanda üzvləri növbəti mərhələyə keçdikdə özlərini rahat 
hiss etməli və əsas tələbatlarını ödəməlidirlər. Təhlükəsizliklə bağlı növbəti 
mərhələ işçi ilə müəssisə arasında bağlanmış müvəqqəti və ya daimi müqavilə 
ola bilər. Bu mərhələdə işçi-müəllim komandaya üzv olur və fəaliyyətindən, 
işindən zövq alır. 
Üçüncü mərhələ anlamadır. O, komandanın ayrı-ayrı üzvlərinin vahid peşəkar 
heyətdə mənsubiyyət hissini dərk etməsi ilə reallaşır. 
Növbəti mərhələdə müəllim çalışdığı təhsil müəssisəsinin tələbatlarını dərk 
edəcək, hədəf və strategiyaların həyata keçirilməsini tənzimləyəcək, 
müəssisənin ideyalarının təbliğatçısı olacaq. 


Sonuncu mərhələ özünüaktuallaşdırmadır. Bu mərhələnin reallaşdırılması 
komanda üzvlərində özünəhörmət hissi, özünüqiymətləndirmə bacarığı olduqda 
mümkünləşir. 
Təhsil 
müəssisəsində, 
peşəkar 
mühitdə 
özünəhörmət 
səlahiyyətlərin ötürülməsi dəyərləndirmə, mentorluq vasitəsilə hüquq və 
imkanların genişlənməsi ilə yaranır. Belə halda komanda üzvləri müəssisənin 
tələbatlarını anlayır, strategiya və hədəfləri reallaşdırırlar. 
Dəyişikliklərin idarə olunması üçün aşağıdakılar tələb olunur: 
• Hədəf və həvəs, ruh yüksəkliyi; 
• Diqqətli və hərtərəfli planlaşma; 
• Qərar qəbulu bacarığı; 
Səmərəli ünsiyyət;
• Dəyişikliklərə cəlb olunan və ya dəyişikliklərin təsirinə məruz qalan 
insanlarla həssas davranış və idarəetmə; 
• Münaqişələrin inamlı idarə olunması. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin