Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təhsil müəssisələrində metodik işin təşkili prosesinin təsvirini verin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   53   54   55   56   57   58   59   60   ...   69
Pedaqogika imtahan cavabları

60.Təhsil müəssisələrində metodik işin təşkili prosesinin təsvirini verin. 
Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri, metodik cəhətdən yetkin və səriştəli 
müəllim kadrları tələb edir. Belə mütəxəssislər olmasa, məktəbin fəaliyyətini 
pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin 
keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Pedaqoqların 
elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə kömək edən amillərdən biri 
də məktəbdə müəllimlərlə aparılan metodik işlərdir. Hazırda məktəbdə metodik 
işlərin iki forması – fərdikollektiv formaları geniş yayılmışdır. Fərdi iş 
formasına müəllimin öz planı əsasında qabaqcıl pedaqoji təcrübəni öyrənməsi, 
səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və metodik mövzulara həsr 
olunmuş radio və televiziya verilişlərini müntəzəm surətdə dinləyib özü üçün 
nəticə çıxarması, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodik ədəbiyyatı 
mütaliə etməsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında iştirakı, 
pedaqoji və metodik mövzularda layihə hazırlaması və s. daxildir. Metodik işin 
kollektiv forması isə ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin, 
günüuzadılmış 
qrup 
tərbiyəçilərinin, 
fənlər 
üzrə 
müəllimlərin 
metodbirləşmələrində birgə fəaliyyətdir. Metodik işin fənlər üzrə kollektiv 
formalarında müxtəlif xarakterli işlər aparılır. Nümunə üçün aşağıdakıları 
göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları materiallarının 
məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib 
ümumiləşdirilməsi, “açıq dərs”lərin planlaşdırılması, təşkili və təhlili, psixologiya, 
pedaqogika və metodikaya aid elmi yenilikləri müəllimlər arasında yaymaq, 
müvafiq mövzunun və ya fənnin tədrisi zamanı özünü göstərə biləcək 
çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər görülməsi, yeni nəşr edilmiş 
dərslik və ya metodik vəsaitin müzakirəsi və s.
Məktəb sosial təsisat olmaqla yanaşı, cəmiyyətin və şəxsiyyətin təhsil tələbatı 
kimi dövlətin də, təhsil tələbatını eyni dərəcədə ödəmək məqsədi daşıyan ictimai 


dövlət sistemidir. Müasir şəraitdə onun təşkilinin formaları, prinsipləri son 
dərəcə rəngarəng olsa da, mövqeyi, tərbiyə və təhsil sahəsində apardığı xətləri 
eynidir: demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma və 
fərdiləşdirmə, Məktəbi idarə etmək və ona rəhbərliklə bağlı müvafiq sənədlərin 
düzgün hazırlanması və aparılması da mühüm əhəmiyyət kəsb edir. Məktəb 
sənədləri xarakterinə görə iki qrupa bölünür: tədris-pedaqoji və maliyyə-

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin