72.Təlim prosesində gündəlik fəaliyyətin tənzimlənməsinin əhəmiyyətini
əsaslandırın.
Məktəbdə fəaliyyətə başladığı ilk gündən müəllimin əsas məqsədi şagirdləri təlim
məqsədləri, tapşırıqların şərtləri, gözlənilən təlim nəticələri ilə tam aydın şəkildə
təmin etmək, dərslərin asan və səmərəli təşkili üçün gündəlik qaydalar
hazırlamaqdır.
Qarşılıqlı əlaqələrin düzgün idarə olunması üçün qaydalar Ciddi, ədalətli,
mehriban münasibətlərin qurulması müəllimin şagirdlərlə ünsiyyətinin uğurlu
alınmasına zəmin yaradır. Şagirdlərin də müəllimdən öz gözləntiləri vardır. Onlar
müəllimdən qaydaları tətbiq edərkən ədalətli və qətiyyətli davranmağı, yəni
yaxşı nəticə göstərən şagirdin tərif və ya dərsin sonunda bir sözlə belə olsa,
qiymətləndirilməsini gözləyirlər. Belə halda qaydalara məhəl qoymayanlar isə
danlanmaq və məzəmmətlə üzləşməlidirlər. Normativlərə biganə yanaşan
şagirdlərlə fərdi şəkildə söhbət aparmaq çox vaxt daha güclü təsir göstərir və
problemin aradan qaldırılmasını labüdləşdirir. Bütöv sinif qarşısında
qarşıdurmadan yayınmaq mütləqdir. Məktəbdə yeni fəaliyyətə başlayan müəllim
üçün sinifdəki şagirdlər arasında olan münasibətləri anlamaq çətinlik törədə
bilər. Şagirdlərin davranış normaları və sosial münasibətləri haqqında
məlumatlar öyrənənləri və onların gözləntilərini daha asan anlamağa kömək
göstərir. Məsələn, sinifdə müxtəlif tip-hiperaktiv, nadinc, diqqəti yayınan və
digərləri ilə davranış problemləri yaşayan şagirdlər ola bilər. Müəllimin belə
uşaqların təlim marağını artırmaq, mövcud problemləri aradan qaldırmaq üçün
müəyyən strategiyaları olmalıdır. Bu məqsədlə gənc mütəxəssis məktəbdəki
digər müəllimlərin təcrübəsindən bəhrələnə və yararlana bilər.
Dostları ilə paylaş: