Pediatriya


) Meningitin yaranmasında risk qrupunu daha çox hansı yaş qrupu



Yüklə 22,32 Kb.
Pdf görüntüsü
səhifə23/105
tarix16.12.2023
ölçüsü22,32 Kb.
#183184
1   ...   19   20   21   22   23   24   25   26   ...   105
2022-03-03 12-11-32

130) Meningitin yaranmasında risk qrupunu daha çox hansı yaş qrupu 
təşkil edir? 
A) 17 yaşdan yuxarı 
B) Yenidogulmuşlar və 6-9 aylıq uşaqlar 
C) Yeniyetmələr 
D) 30-40 yaş 
E) 20-30 yaş 
Ədəbiyyat:Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin 
diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.15 
131) Hansı simptom meningitin təsdiqləmə simptomuna aid deyil? 
A) Babinski 
B) Trusso 
C) Brudzinski 
D) Rossolimo 
E) Kerniq 
Ədəbiyyat:Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin 
diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.15 
Bölmə 4. Erkən yaşlı uşaqların patologiyası
132) ABO antigen sistemi üzrə yeni doğulmuş körpədə hemolitik xəstəlik nə 
zaman müşahidə olunur? 
A) O (I) qan qruplu uşaqlarda 
B) O (I) qan qruplu anadan doğulan A (II) qan qruplu uşaqlarda 
C) Yalnız vaxtında doğulmuş sağlam uşaqlarda 
D) Yalnız təkrar hamiləlikdən olan uşaqlarda 
E) Müsbət rezuslu atadan olan uşaqlarda 
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003. 


133) Anadangəlmə toksoplazmozun kəskin dövrünün ən etibarlı əlaməti 
hansıdır? 
A) Mikrosefaliya 
B) Toksoplazmoz əleyhinə İgM tərkibli anticisimlərin aşkarlanması 
C) Hepatomeqaliya 
D) Görmə sinirinin atrofiyası 
E) İgG tərkibli anticismlərin yüksək titri 
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 
2002. 
134) Anadangəlmə hipotireoz üçün nə xarakterik deyil? 
A) Uzun müddət davam edən sarılıq 
B) Böyük əmgəyin vaxtından əvvəl bağlanması 
C) Hipotermiyaya meyllilik 
D) Makroqlossiya 
E) Qəbizlik 
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003. 
135) Mukovissidoz diaqnozunu aşağıdakılardan hansı təsdiq edir? 
A) Sümük iliyinin müayinəsi 
B) Nazik bağırsağın biopsiyası 
C) Döş qəfəsinin rentgenoqrafiyası 
D) Tərdə elektrolitlərin təyini 
E) Sidik çöküntüsünün mikroskopiyası 
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского 
возраста» 2000г. 

Yüklə 22,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin