A) Eritrositlərin normoxromiyası və normositozla
B) Leykositozla
C) Eritrositlərin hipoxromiyası və mikrositozla
D) Trombositozla
E) Eritrositlərin hiperxromiyası və makrositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
381) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) qan
zərdabında nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Kalsiumun
B) Kaliumun
C) Natriumun
D) Zülalların
E) Qlükozanın
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
382) Vaxtından əvvəl doğulan uşaqlara verilən qida qarışığında (100 ml-də)
zülalın miqdarı nə qədər olmalıdır?
A) 1,5 – 2,0 q.
B) 3,5 – 4,0 q.
C) 3,0 – 3,2 q.
D) 1,9 – 2,3 q.
E) 2,5 – 3,0 q.
Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
383) Yenidoğulanların fizioloji sarılığına xarakter olmayan əlamət
hansıdır?
A) Bilirubinin səviyyəsinin 205 mkmol/l həddində olması
B) Bilirubinin səviyyəsinin sutkada 85 mkmol/l –dən çox artmaması
C) Sarılığın həyatın 2-3-cü günü əmələ gəlməsi
D) Sarılığın dalğavari gedişi
E) Qeyri-düz hiperbilirubinemiya
Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
Dostları ilə paylaş: