Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə109/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   105   106   107   108   109   110   111   112   ...   136
Azsayli xalqlarin folkloru II kitab

(S: 32; T: 2).  
  
RƏVAYƏT 
 
Nadir Ģahın Dağıstana yürüĢü 
Nadir şah 10 min qoşunla Dağıstana hücum edir və bura-
dakı  yeganə  şiə  müsəlmanların  yaşadıqları  Misgincə  kəndinə 
gəlir.  Burada  onun  bir  qardaşı  yerli  əhali  tərəfindən  öldürülür. 
Onunla bərabər Dağaıstana gəlmiş bacısı nəyin bahasına olursa 
olsun qardaşının intiqamını almağa çalışır. Nadir şah bacısını bu 
işdən  çəkindirməyə  çalışsa  da,  o  öz  istəyində  qalır  və  yerli 
əhalidən bu qisası alır (S: 32; T: 2).  
 
TOY ADƏTLƏRĠ 
 
Oğlan,  yaxud qızın evlənməsi valideynlərin məsləhəti ol-
madan  baş  tutmazdı.  Oğluna  kiminlə  evlənməsi  təklifi  adətən 
valideynlərindən  gəlirdi.  Əgər  oğlanın  öz  gözaltı  etdiyi  qız 
vardısa, bu ailədə müzakirə edilirdi. Ailə razılaşdıqda, evlənmə 
tədbirləri başlanardı. Əvvəlcə qadınlar qızgördüyə (“ruş akun”) 
gedər,  daha  sonra  razılıq  üçün  təkrar  gedər,  qız  üçün  üzük  və 


 
 
152 
baş  yaylığı  aparardılar.  Müəyyən  müddət  sonra  oğlanın  yaxın 
qohumları  nişan  bazarlığı  aparar,  xonça  mərasimi  (“qırartun”) 
keçirilər, şirni paylama (“qimin pay”) olardı. Qız toyu çox yığ-
cam keçirilər, toy keçirilərkən ora bazarlıq (geyim və şirniyyat) 
aparılardı. Oğlan toyundan qabaq qız evində onun cehizi siyahı-
ya  salınar  və  ağsaqqalllar  bunu  imzalayardılar.  Gəlin  köçməz-
dən qabaqkı gecə qızgildə ayrılıq aşı bişirilərdi. Sonradan yaxın 
qohumları qızı öz evlərinə qonaq çağırardılar. 
Oğlan toyu aşıqsız olmazdı. At və güllə atma yarışı keçiri-
lərdi.  Bu zaman qayalıqda düzülmüş boşqablar  hədəfə alınardı. 
Hər vurulan boşqaba görə mükafat verilərdi. 
Toylarda ancaq yaşlı kişilər iştirak edirdilər. Ən çox dol-
ma, bozbaş, kabab və bəzən də çoban aşı bişirilərdi. 
Gəlin naxırın kəndə qayıdan vaxtı gətirilərdi. Ər evinə gə-
tirilən  gündən  3-4  gün  sonra  qonşu  qadınlar  gəlini  bulağa  apa-
rardılar. 
Ailədə  yeni doğulan körpəyə  3 gün müddətində  ad qoyu-
lar və bu, ailə daxilində xüsusi qeyd olunardı. Uşağın ilk dişini 
çıxarması da ailədə təmtəraqla qeyd olunardı. Bununla əlaqədar 
hədik bişirilər və qonum-qonşuya dağıdılardı (S: 32; T: 2).  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin