156
Qrupa rəhbərlik bir neçə dəfə əvəzlənsə də hazırda bu
rəhbərliyi Seymur Rəsulov davam etdirir. Bütün bunlarla yanaşı
qrupun çalışmalarına qeyri-ixtisas sahibləri də öz töhfəsini əsir-
gəmir. Bu baxımdan Sumağallı kənd orta məktəbinin rəhbərliyi
və müəllim heyəti repertuarlarını hazırlamaqda qrupa yaxından
köməklik göstərirlər. Özəlliklə, məktəbin direktoru Mahmud Şi-
rinov bir çox kompozisiyalara quruluşlar verir, bəzi hallarda isə
o, bu kompozisiyaların müəllifi olur.
“Ləzgi folklor qrupu”nun repertuarında müstəqil şəkildə
hazırlanmış rəqs-pantomimo (tamaşa-rəqs) tamaşaları da yer al-
mışdır. Bu səpkidə tamaşalar onları daha da hazırlıqlı olmağa
ruhlandırır. 2003-cü ildə azsaylı xalqların özfəaliyyət qruplarına
baxış müsabiqəsi üzrə Astara şəhərində keçirilən tədbirə qatılmış
qrup məzmunlu çıxışlarına görə tamaşaçıların rəğbətini qazan-
mışdır. Qrup Uşaq gənclər təşkilatları üzrə Zaqatala şəhərində
təşkil olunmuş baxış müsabiqəsində də iştirak etmişdir. Qrupun
repertuarına əsasən aşağıdakı rəqslər daxildir: “Çobanların sa-
vaşı”, “Qara qüvvələr”, “Qızlar rəqsi”, “Görüş”, “Ləzginka” və s.
Dostları ilə paylaş: