Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə113/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   109   110   111   112   113   114   115   116   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 


 
 
157 
MOLOKANLAR 
 
Molokan əlifbasi
1
 
(kiril əlifbası əsasında) 
 
А а  Б б 
В в 
Г г 
Д д 
Е е 
Ё ѐ 
(а) 
(бэ) 
(вэ) 
(гэ) 
(дэ) 
(е) 
(ѐ) 
Ж ж  З з 
И и 
Й й 
К к 
Л л 
М м 
(жэ)  (зэ) 
(и) 
(и крат-  (ка) 
(эль)  (эм) 
 
Н н 
 
О о 
 
П п 
кое) 
Р р 
 
С с 
 
Т т 
 
У у 
(эн) 
(о) 
(пэ) 
(эр) 
(эс) 
(тэ) 
(у) 
Ф ф  Х х 
Ц ц 
Ч ч 
Ш ш  Щ щ  Ъ ъ 
(эф)  (ха) 
(цэ) 
(че) 
(ша)  (ща) 
(твѐр- 
дый  
Ы ы  Ь ь 
Э э 
Ю ю 
Я я 
  знак) 
(ы) 
(мягкий 
знак) 
(э обо- 
ротное) 
(ю) 
(я) 
 
 
 
 
İsmayıllı rayonunun İvanovka kəndində XIX əsrin əvvəl-
lərindən başlayaraq bu günə qədər yaşamaqda davam edən əsas 
əhali rusdilli molokanlardır. XVIII əsrin 60-cı illərində Rusiya-
nın  Volqaboyu  əyalətlərində  dərzi  Semyon  Uklein  tərəfindən 
əsası qoyulmuş molokanlıq mənəvi xristianlığın mühüm bir qo-
lu  sayılan  Pravoslav  kilsəsi  tərəfindən  küfr  kimi  qiymətlən-
dirilmiş  və  onun  davamçıları  Rusiyanın  ucqar  əyalətlərinə,  o 
cümlədən Qafqaza sürgün olunmuşlar. Onlara “molokan” deyil-
məsinin bir neçə izahı vardır: 
1. Bibliyada olan ifadələri körpəyə süd lazım olduğu kimi 
qəbul etmək lazımdır. 
2.  Onlar  pravoslavlardan  fərqli  olaraq  pəhriz  vaxtı  süd 
içərdilər.  
3. Onları  əvvəlcə  Krımdakı Moloçnaya çayının yaxınlığı-
na sürgün etmişdilər. 
                                                
1
 Molokan  əlifbası  və  molokanlar  haqqında  məlumat  AMEA  Folklor  İnsti-
tutunun doktorantı Əliyev Dadaş tərəfindən təqdim olunmuşdur. 


 
 
158 
4.  II Yekaterinanın  fikrincə, sürgün vaxtı  az tələf  olurdu-
lar (rusca “malo kanuli”).  
5.  Onların  qida  rasionunun  əsasını  süd  və  süd  məhsulları 
təşkil edirdi. 
Molokanların təlimi insanlar arasında bərabərlik, dövlətin 
qayda-qanunlarına sözsüz əməl etməyi tələb edirdi. Molokanlar 
kilsə, ikona, xaç və müqəddəsləri qəbul etmirdilər. Sürgün olun-
muş  molokanlar  hər  yerdə,  o  cümlədən  Azərbacanda,  xüsusən 
də, İsmayıllıda yerli əhali ilə çox tez dil tapdılar. Əməksevərliyi 
və işə vicdanla yanaşmaları onlara rəğbət hissi yaratdı.  
Bu  gün  İvanovkada  yaşayan  molokanlar  bir  neçə  dini 
məzhəbə bölünsələr də, XIX əsrdəki rus milli  mühitinə məxsus 
özəlliklərini  qoruyub  saxlamaqdadırlar.  Molokan  icmalarının 
gündəlik  həyatı  ayinlərlə  zəngindir.  Ancaq  burada  molokanlıq 
təliminin  təsiri  çox  güclüdür.  Ayinlərdə  din,  ailə,  nigah,  əmək 
və qida kultları xüsusi yer tutur. Molokan folkloru köklü şəkildə 
bağlı olduğu rus folklor mühiti ilə əlaqələrini zəiflətsə də, milli 
ruh və dilə aid özəlliklərini saxlamaqla, bu mühitdən tam təcrid 
olunmadıqlarını  burada  biruzə  verməkdədir.  Molokanlar  nəinki 
özlərinin folklor ənənələrini qorudular, həm də yeni mahnı, ata-
lar sözləri, çastuşka, tapmaca və s. nümunələr yaratdılar. Onla-
rın  mahnılarında  sevinc  və  kədər,  gələcəyə  inam  və  nostalgiya 
hissləri hakimdir. Molokanların folklorunun toplanması və araş-
dırılması ümum  Azərbaycan  folklorunun  öyrənilməsi qismində 
anlaşılsa da, bu prosesdə onlar rusdilli folklorun yaradıcısı kimi 
də  özlərini  təsdiqləyə  bilmişlər.  Molokanlara  məxsus  folklor 
nümunələrində  Azərbaycan  məişətinin  elementlərinin  görün-
məsi  əslində  ona  işarədir  ki,  bu  folklor  multikultural  dəyərlərə 
əsaslanmaqla ərsəyə gəlir və davam edir
1
.  
                                                
1
 Bu məlumatlar İvanovka kənd tam orta məktəbin müəllimi Jabina Nadejda, 
İvanovka kəndi üzrə icra nümayəndəsi Jabina Olqa, İvanovka kənd tam orta 
məktəbin  müəllimi  Uryupin  Mixail,  molokan  dini  icmasının  presviteri 
Prokofyev  Vasili,  dini  icmanın  üzvü  Jabin  Mixail  tərəfindən  təqdim  olun-
muşdur. 


 
 
159 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin