Piyəruna sıxani


ĠVANOVKA KƏND “SLAVYANOÇKA”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə119/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   115   116   117   118   119   120   121   122   ...   136
Azsayli xalqlarin folkloru II kitab

ĠVANOVKA KƏND “SLAVYANOÇKA”  
FOLKLOR QRUPU
3
 
 
Hamıya yaxşı məlumdur ki, İvanovkanın özünəməxsus tə-
biəti,  ab-havası,  kulinariyası,  adət-ənənəsi  və  ən  nəhayət  folk-
loru  vardır.  Hələ  Nikolay  Nikitinin  bu  kəndə  rəhbərlik  etdiyi 
vaxtda  (yəni  XX  əsrin  70-ci  illərində)  kəndin  xor  ifaçılarından 
ibarət  özfəaliyyət  kollektivi  var  idi.  Daha  əvvəllərdə  isə  bütün 
icma qarmonu və balalaykası olanların başına yığışaraq öz mah-
nılarını  oxuyar,  həm  də  bu  sədalar  altında  rəqs  edərdilər.  Ni-
kolay Nikitinin sədrliyi zamanı isə bu kollektiv daha da təkmil-
ləşərək xor kollektivinə  çevrildi. Qrupun  əsas  məqsədi öz milli 
                                                
1
 Bu məlumatı İvanovka kənd tam orta məktəbin müəllimi Jabina Nadejda və 
İvanovka kəndi üzrə icra nümayəndəsi Jabina Olqa təqdim etmişdir. 
2
 Bu məlumatı İvanovka kənd sakini Serebrennikova Olqa təqdim etmişdir. 
3
 Bu məlumat AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil. ü.f.d. Atəş 
Əhmədli tərəfindən təqdim olunmuşdur. 


 
 
173 
adət-ənənələrini qoruyub saxlamaq, milli kulinariyasını, geyim-
lərini,  arxaikləşmiş  mahnılarını,  bir  sözlə,  “öz  kimliyini”  gələ-
cək  nəsillərə  ötürməkdir.  Azsaylı  xalq  kimi  malakanlarda  özəl 
adətlər də  yaşanmaqdadır. Əgər kimsə  digərinə  salam  verdikdə 
başında  papağı  varsa,  mütləq  papağı  başından  çıxarıb  salam 
verməlidir. Əgər papağı çıxarmamış salam  verirsənsə, onda sa-
lam qəbul olunmur. Başqa bir misal: 
Bir məhəllədən, yaxud küçədən olan evlənməli oğlan baş-
qa bir  məhəllənin qızını ala  bilməz,  ya da qız  başqa  məhəlləyə 
ərə gedə bilməz. Və yaxud, qız evinə elçiliyə gedən oğlan tərəfə 
qız  öz  əlilə  toxuduğu  dəsmalı  verərdisə,  onda  bu  qızın  razılıq 
əlaməti demək idi. Bundan əlavə gəlinin paltarı 7 metrlik parça-
dan tikilərdi. 
Digər bir misal: 
Əri  ölmüş  qadının  evində  yaxın  qohumları  və  ya  qonşu 
arvadlar  mərhum  dəfn  olunandan  sonra  “ayrılıq”  hissi  ifadə 
edən mahnılar oxuyurlar. 
 
 
 


 
 
174 
Malakanlarda “çastuşka” deyilən maraqlı bir adət də var-
dır.  Əgər  oxuyub-oynayanda  müxtəlif  səslər  çıxarılırsa  (misal 
üçün, “uuh, aah” və s. səslər), deməli, bu səslər əhval-ruhiyyə-
nin qalxması – daha da ürəkdən şənlənmək, “qəlbdən gələn səs-
ləri” biruzə vermək deməkdir. 
İvanovka  folklor qrupu daha da təkmilləşərək 1995-ci  il-
dən  etibarən  “Slavyanoçka”  adı  ilə  tanınmağa  başladı.  Bundan 
sonra  qrup  mütəmadi  məşqlər  edir,  üzərində  daha  ciddi  çalışır. 
Nəticə  isə  ona  dayanaqlıdır  ki,  qrup  rayonda  keçirilən  bütün 
əlamətdar  günlərdə,  bayramlarda,  tədbirlərdə  yaxından  iştirak 
edir. Maraqlıdır ki, qrup  ənənəni  saxlamaqla  yanaşı  müasirliyə 
də  inteqrasiya  olunmağa  can  atır.  Məsələn,  “Slovyanoçka”nın 
repertuarına daxil olan əksər mahnıların mətnlərini ata-babadan, 
yəni  şifahi  olaraq  ağızdan-ağıza  keçmə  sözlər  təşkil  edirsə,  di-
gər halda bu repertuarda elə mahnılar da yer almışdır ki, onların 
da mətni müasir dövrdə düzülüb-qoşulmuş sözlərdən ibarətdir.  
Qrupun  indiyə  qədər  qazandığı  bir  çox  nailiyyətləri  var-
dır. İvanovka kənd icma nümayəndəsi Olqa Timofeyevna Jabi-
na və H.Əliyev adına orta məktəbin direktoru Mixail Nikolaye-
viç  Uryupin  İvanovkaya  gələn  qonaqlara  davamlı  olaraq  bu 
haqda  məlumat verirlər. “Slavyanoçka” qrupunun rəhbəri Qali-
na Kazakova isə qrup haqda daha geniş bilgilərə malikdir və hər 
dəfə  öz  fəaliyyətlərindən  həvəslə  söz  açır.  Bir  neçə  il  bundan 
öncə qrup Astara rayonunda keçirilən Azsaylı xalqların folklor 
kollektivlərinə baxış müsabiqəsinə qatılmış və orada layiqli yer 
tutmuşdur.  Qrup  dəfələrlə  paytaxtda  keçirilən  mədəni-kütləvi 
tədbirlərə  dəvət  almış  və  öz  məzmunlu  repertuarı  ilə  tamaşaçı 
kütləsinin “qəlbinə yol tapa” bilmişdir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin