Ġki qardaĢın darı əhvalatı Bir yaz başı böyük qardaş Nəsib kiçik qardaşı ilə birgə darı
əkərkən deyir ki, məhsulumuz yaxşı olsa, yarısını kasıb-kusuba
verərik. Məhsul yığımı vaxtı çatır, məhsul yığılır və iki əmbizə
olur. Sərxan Nəsibə darı əkilməzdən əvvəl məhsulun yarısını ka-
sıb-kusuba verəcəyi haqqında sözünü ona xatırladır. Nəsib deyir:
– İşin qurtarıb? Bir sözdür də, demişəm.
Həmin gecə güclü yağış yağır və yuxarı tərəfdən axan sel
yamacda qurulmuş darı əmbizləri silib-süpürür. Qardaşlar həyətə
çıxırlar ki, görsünlər əmbizləri sel necə aparır. Bu vaxt şimşək
çaxır və həyət işıqlanır. Nəsib: Bu nə şimşəkdir çaxır? – deyə so-
ruşur. Kiçik qardaş cavab verir: Bu Allahın işığıdr, həyəti işıqlan-
dırır ki, harda darı qalıb, onu da su yuyub aparsın (S: 28; T:2).