Plan: Orfoepiya üzrə işlər



Yüklə 23,07 Kb.
səhifə3/5
tarix14.10.2022
ölçüsü23,07 Kb.
#65104
1   2   3   4   5
İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər

Vurğu ilə işlər. Şifahi nitqin dəqiq, aydın, anlaşıqlı və tə­sirli olmasında vurğu da böyük əhəmiyyətə malikdir. Bildi­yi­miz kimi, vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vur­ğu və həyəcanlı vurğu.
2002- ci il tədris proqramına əsasən heca vurğusu haqqında nəzəri-praktik məlumat V sinif­də fonetikanın tədrisi ilə əlaqədar verilir. Kurikuluma əsaslanan dərslikdə isə vurğu haqqında nə nəzəri, nə də praktik məlumat verilməmişdir. Görünür, dərslik müəllifləri yuxarı siniflərdə məntiqi və həyəcanlı vurğudan danışanda heca vurğusunu da xatırladacaqlar. Hər halda bir çox sözlərin vurğusunu dəqiqləşdirə bilməyən şagirdlər üçün gələcəkdə problemlər yaranacaqdır. Bizə belə gəlir ki, mətn üzrə iş prosesində vurğu və vurğu qəbul etməyən hissəciklər şagirdlərə mənimsədil­məlidir. Əks halda şəkilçili sözlərin vurğu cəhətdən düz­gün tələffüzü bünövrəsinin düzgün qoyulmasından danışmaq mənasızdır.
Dilimizə başqa dillərdən keçmiş bəzi sözlərin vurğusunu müəyyənləşdirməkdə şagirdlər əvvəldən çətinlik çəkiblər. Hazırda KİV vasitəsilə uşaqların nitq mexanizminə bir Anadolu türkcəsinin vurğu sistemi daxil olmaq üzrədir. Təlim prosesində bu məsələlər diqqətdən yayınsa, gələcəkdə praktik problemlər yaranacaqdır.
Məntiqi vurğu haqqında nəzəri-praktik məlumat sintaksi­sin tədrisi ilə əlaqədar verilir və danışanın məqsədinin müəy­yən­­ləşdirilməsində bu tip vurğunun böyük rolu vardır. Məntiqi vurğu haqqında məlumat cümlə üzv­lə­rinin sıralanması və sintaqmlardakı fasilələrlə əlaqədar şə­kil­də öyrədilsə, daha yaxşı müvəffəqiyyət əldə edilər. Məntiqi vurğu cümlədə hər hansı sözü xüsusi bir tonla nəzərə çatdırmaq üçündür.
Vurğunun şifahi nitqdəki rolunu şagirdlərə əyani şəkildə çatdırmaq üçün də görkəmli söz ustalarının xarakterik lent yazılarını sinifdə təhlil etmək çox faydalı olardı.
Ədəbi tələffüz vərdiş­lə­rinə tək­mil şəkildə sahiblənmək bir neçə günə həll edilə bilən mə­sə­lə deyil və bu sahədə müntəzəm iş aparılmalıdır. Şagirdlər səs-hərf dəyişmələrini, intonasiyanı, fasilə və sintaqmları, vurğuları fərqləndirən şərti işarələri bilməli, bədii və ya elmi mətnləri şərti işarələrlə qeyd et­məyə alışdı­rıl­ma­lıdırlar.

Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin