Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 10. ÖYRƏNMƏ VƏ MƏNİMSƏMƏNİN PSİXOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 135,86 Kb.
səhifə30/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   26   27   28   29   30   31   32   33   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 10. ÖYRƏNMƏ VƏ MƏNİMSƏMƏNİN PSİXOLOJİ MƏSƏLƏLƏRİ

PLAN:

  1. Öyrənmənin mahiyyəti və quruluşu

  2. Öyrənmənin mexanizmi

  3. Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər

  4. Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər

  5. Mənimsəmənin psixoloji səciyyəsi

  6. Mənimsəmə və onun komponentləri




  1. Öyrənmə - insanın həyatda qazanılmış xüsusiyyətlərdən, xüsusilə də onu gələcəyə istiqamətləndirən hərəkətlərdən yaranan davamlı, məqsədəuyğun bir prosesdir. Heyvanlarda öyrənmə - orqanizmə təsir edən müəyyən stimula əsasən əmələ gələn reaksiyaların orqanizm tərəfindən mənimsənilməsi nəticəsidir. İnsanların öyrənmə prosesinin mexanizmi ilə heyvanların öyrənmə prosesinin mexanizmi arasında bəzi zahiri oxşarlıqlar vardır. Lakin heyvanlardan fərqli olaraq insanların öyrənmə prosesində ümumiləşdirmə, mücərrədləşdirmə əməliyyatları iştirak edir. insanlarda öyrənmə müəyyən situasiyada müəyyən hərəkət və fəaliyyətlə şərtləşən bilikərin mənimsənilməsi prosesidir. Öyrənmənin Pavlov modeli aşağıdakı cəhətləri müəyyənləşdirməyə bizə imkan verir.

1/ Ətraf aləmin bioloji əhəmiyyətə malik olan cisim və hadisələrinin yeni xüsusiyyətlərinə malik olan cisim və hadisələrinin yeni xüsusiyyətlərinə yiyələnmə öyrənmənin mahiyyətini təşkil edir.

2/ Öyrənmənin məzmununu birdəfəlik və ya müəyyən fasilədən sonra beyinə təsir edən cisim və hadisələrin siqnalları arasında yaranan sinir rabitələri təşkil edir.

3/ Sinir rabitəsinin yaranmasının əsas şərtləri bioloji əhəmiyyət kəsb edən şərti qıcıqlandırıcıların şərtsiz qıcıqlandırıcılar ilə möhkəmləndirilməsi və təkrarıdır.

4/ Öyrənmənin əsasını isə stimulların generalizasiyası, onların möhkəmlən- dirilməsi zamanı sönməsi təşkil edir. Öyrənmənin bu mexanizmi informasiyanın analiz, sintez edilməsinə imkan verir.



2. İnsanlarda koqnitiv səviyyələrdə (idraki) öyrənmənin mexanizmini aşağıdakı şəkildə müəyyənləşdirmək olar:

* Öyrənmənin mahiyyətinin insan fəaliyyəti üçün əhəmiyyətə malik olan cisim və hadisələrin yeni keyfiyyətlərinin müəyyənləşdirilməsi təşkil edir.

* Öyrənmənin məzmunu köhnə biliklə yeni bilik arasında- beyində vaxtilə əks etdirilmiş cisim və hadisələrin xüsusiyyətləri ilə indiki anda əks etdirilən xüsusiyyətlər arasında sinir rabitələrinin yaranması ilə müəyyən edilir.

* Öyrənmənin əsas şərtləri yeni mənimsənilən xüsusiyyətin faydalı olması, insanın tələbatını ödəyə bilməsi, həm də həmin faydalı amilin özünü bir dəfə deyil, bir neçə dəfə göstərməsi-möhkəmləndirməsindən ibarətdir.

* Öyrənmənin əsasını isə xarici aləmdən beyinə daxil olan informasiyaların analiz və sintez edilməsi, ümumiləşdirilməsi, mücərrədləşdirilməsi və onların nitqlə əlaəqləndirilməsi təşkil edir.

Beləliklə, koqnitiv səviyyədə sensor öyrənmə biliklərə yiyələnmə şəklində təzahür edir. Öyrənmənin sensor, motor və sensomotor öyrənmə növləri vardır:



  1. Əgər öyrənmənin əsas məqsəd və nəticəsi analiz və sintezdən, yeni siqnalların mənimsənilməsi, diferensiasiyası və sistemləşməsindən asılıdırsa belə öyrənmə sensoröyrənmə hesab edilir.

  2. Əgər öyrənmənin məqsəd və nəticələri müxtəlif hərəkətlərin seçilməsi, əlaqələndirilməsi, sistemləşdirilməsindən asılıdırsa belə öyrənmə motor öyrənmə adlanır.

  3. Əgər öyrənmə prosesində hər iki amil səviyyəli rol oynayırsa, bu zaman sensomotor öyrənmə özünü göstərir.

3. Öyrənmənin müvəffəqiyyətini təmin edən amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillərdən biri diqqət və ustanovkadır. Şagirdlərə təsir edən informasiya axını içərisindən tələb edilən bilik və məlumatları müəyyənləşdirmək, seçmək diqqətin bilavasitə iştirakı olmadan mümkün deyildir. İnformasiyaları müəyyənləşdirmək, təhlil etmək və onlardan istifadə etmək prosesində insan şəxsiyyətinin tam optimal formada təzaher etməsi halını psixoloqlar ustanovka (yönəlişlik) adlandırmışlar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin