Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 11. TƏLİM PROSESİNDƏ TƏKRAR VƏ MÜMARİSƏLƏRƏ VERİLƏN TƏLƏBLƏR



Yüklə 135,86 Kb.
səhifə32/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 11. TƏLİM PROSESİNDƏ TƏKRAR VƏ MÜMARİSƏLƏRƏ VERİLƏN TƏLƏBLƏR

PLAN:

1. Mümarisələrə verilən psixoloji tələblər

2. Təlim prosesində təkrar və mümarisələrə verilən tələblər
1. Təlim prosesində şagirdlər proqramın tələblərinə müvafiq zəruri bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Başqa sözlə, təlim materialının mənimsənilməsi baş verir. Burada təkrar və mümarisə öyrənmənin, bilik, bacarıq və vərdişlərə yiyələnmənin mühüm vasitəsi kimi özünü göstərir. Adətən, təkrarlar düşünülmüş xarakter daşıdıqda, bir növ mümarisəyə çevrildikdə öyrənmənin, mənimsəmənin səmərəliliyini təmin edə bilir.

Təkrarın xarakteri öyrənmədə həlledici rol oynayır. Yeksənək aparılan təkrar şagirdin diqqətinin yayınmasına, materiala qarşı marağının sönməsinə, asanlıqla yorulmasına gətirib çıxarır. Bunlar isə öyrənmənin səmərəliliyinə mənfi təsir göstərməyə bilməz. Ona görə də, yaxşı öyrənmək üçün materialı müxtəlif tərzlərdə təkrar etmək tələb olunur.

Bu və ya digər materialın daha yaxşı öyrənilməsi üçün onu yalnız bir dəfə təkrar etmək kifayət deyildir.Bəzi şagirdlər bir materialı təkrar edib öyrəndikdən və onunla əlaqədar cavab verdikdən sonra həmin materialla əlaqədar işi başa çatmış hesab edirlər. Öyrənilmiş materialın vaxtaşırı təkrar olunması, yada salınması unutmanın qarşısını alan əsas şərt kimi qiymətləndirilir. Təkrarı müntəzəm apar- maq, təkrar etmək, əvvəlki bilikləri hafizədə yenidən canlandırmaq daha səmə- rəlidir.

Hər cür təkrar öyrənmənin, mənimsəmənin səmərəliliyini təmin edə bilməz. Bunun üçün o, mümarisə səviyyəsinə qalxmalıdır. Mümarisə şüurlu, məqsədə- yönəlmiş təkrar olub yerinə yetirilən işin, fəaliyyətin təkmilləşməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına gətirib çıxarır. Ona görə də, təlim prosesində mümarisələrin düzgün təşkili həmin prosesin səmərəliliyi üçün başlıca şərtlər- dəndir.

Deməli, yalnız şüurlu, məqsədəyönəlmiş təkrarı mümarisə adlandırmaq olar. Təlim mümarisələri və onların təşkili yalnız o zaman səmərəli nəticə verə bilər ki, onların tətbiqində bir sıra tələblərə, xüsusilə psixoloji tələblərə əməl edilsin. təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və düzgün bilik, bacarıq və vərdişlərə yiyə- lənmələrinə səbəb olur.

Təlim mümarisələrinin məhsuldarlığı, birinci növbədə həmin mümarisələrin icrası zamanı şagirdlərin qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisənin məqsədi onlara aydın olmalıdır. Mümarisənin məqsədi aydın olmadıqda və ya ümumi xarakter daşıdıqda onun icrası da mexaniki xarakter daşıyır və lazımi səviyyə vermir.

Psixoloji tədqiqatlar göstərmişdir ki, bu və ya digər anlayışı və ya qaydanı mənimsəmək üçün tətbiq edilən mümarisələr elə olmalıdır ki, ümumi və əsas əlamətlə formal, ikinci dərəcəli əlamətləri fərqləndirməyə imkan versin. Müma- risələrin xarakteri təlim materiallarının mənimsənilməsi, bilik, bacarıq və vərdiş- lərin formalaşmasında mühüm rol oynayır. Təlim materiallarının fərqləndirilməsi tətbiq olunan mümarisənin xarakteri ilə sıx bağlıdır.

Bu və ya digər təlim materialını, qayda və anlayışları mənimsəyərkən müva- fiq şifahi və yazılı mümarisələrdən istifadə olunması, həmin materialın mənim- sənilməsini, zəruri bacarıq və vərdişlərin yaranmasını asanlaşdırır.Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır. Bu müxtəliflik təkcə mümarisənin xarakteri ilə bağlı cəhətlərlə məhdudlaşmır.

Adətən, şagirdlərə həmiş eyni tipli tapşırıq və mümarisələri icra etməyi tapşırdıqda bu cür tapşırıq və mümarisələr onların tezliklər yorulmasına səbəb olur. Ona görə də, şagirdlər tapşırıq və mümarisələri mexaniki olaraq icra edirlər. Faktlar göstərir ki, mümarisə materiallarının formaca və məzmunca yekrəng olması şagirdlərdə zəif təəssürat yaradır, əhvallarını zəiflədir, ona görə də şagird- lərin yerinə yetirdikləri mümarisəyə maraqları da zəifləyir. Mümarisəni icra etməyə marağın olmaması onun nəticəsinə də mənfi təsir göstərəcəkdir.

Mümarisələrin müxtəlifliyi təkcə onların məzmunca zəngin olmalarında ifadə olunmur. Mümarisələrin təlim fəaliyyətini təşkil edən tapşırıqların xarakterində də müxtəliflik özünü göstərməlidir. Mümarisələrin şagirdlərin fikri fəallığını yüksəlt- məyə şərait yaratması başlıca şərtlərdəndir. Mümarisə elə təşkil edilnəlidir ki, şagird onu mexaniki deyil, şüurlu şəkildə icra edə bilsin.

Psixoloji tədqiqatlar göstərmişdir ki, qrammatik mümarisələr zamanı şagird- dən yalnız müəyyən bir kateqoriyanı sadəcə olaraq tapıb altından xətt çəkmək tələb olunursa, verilmiş mətndə həmin sözlər asanlıqla müəyyənləşdirilirsə, bu zaman şagird daha çox mexaniki hərəkət edir.

Lakin mümarisə zamanı şagirddən, məsələn, sifəti tapmaqla onu nə üçün sifət hesab etdiyi barədə izahat da tələb olunduqda bütün bunlar şagirdlərin fəallığını artırır, zəruri əməliyyatlar sisteminə, fikri iş priyomlarına yiyələnmələrinə səbəb olur. Məhz buna görə də, mümarisələri elə təşkil etmək lazımdır ki, şagirdlər onları icra etməklə, nə üçün başqa cür deyil, məhz bu cür hərəkət etdiklərini anlasınlar, öz fikri işlərinin gedişini dərk etsinlər.Bəzən mümarisələr formal və mühüm əlamətlərin müqayisəsinə, onların fərqləndirilməsinə kömək edəcək xarakterdə qurulur, mümarisədə müxtəlif xarakterli materiallardan istifadə edilir. Lakin bu mümarisələr lazımi miqdarda tətbiq olunmadığı üçün zəruri bilik, bacarıq və vərdişlərin yaranmasına və inkişafına səbəb ola bilmir. Ona görə də mənimsəmənin səmərəliliyi və bilik, bacarıqların formalaşması üçün tətbiq olunan mümarisələrin miqdarı da kifayət qədər olmalıdır.

Bu və ya digər qayda və ya anlayış üzrə şagirdlərdə zəruri və düzgün bilik, bacarıq və vərdişlər aşılamaq üçün mümarisələri şagirdlər həmin materialı tam mənasında dərk edənə qədər davam etdirmək lazım gəlir. Tətbiq olunan mümarisə- lərin miqdarı öyrənilən materialın xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün də bir halda az, başqa vaxt isə çox mümarisədən istifadə etmək lazım gəlir. Bu mühüm cəhət nəzərə alınmadıqda mənimsəmə də lazımi səviyyədə olmur. Təlim mümarisələrinin qarşısında mühüm tələblər durur. Şagird icra etdiyi mümarisənin nəticələrilə tanış olmadıqda, bu zaman nə kimi səhvə yol verdiyini anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir və düzgün bilik, bacarıq və vərdişlərin yaranmasını təmin etmir.

Öz işinin nəticəsi ilə tanış olmayan, əgər səhv etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird bəzən dəfələrlə eyni səhvi təkrar edir və səhv vərdişə yiyələnir. Bu cür səhv vərdişi ləğv etmək isə yeni vərdişə yiyələnməkdən çətindir. bəzən də şagird hər dəfə yeni səhvlərə yol verir. Nəticə ilə tanışlıq olmadığı üçün öz səhvini düzəltməyə də cəhd göstərmir.Belə tərzdə şagirdin icra etdiyi mümarisələr mexaniki təkrardan başqa bir şey olmur. Əksinə, şagird icra etdiyi mümarisələrin nəticəsi ilə tanış olduqda, səhvinin nədən ibarət olduğunu anladıqda sonradan bu cür səhvlərə yol verməməyə çalışır, deməli, öz fikri işinin gedişini dərk etmək və izləmək imkanı əldə edir.Tətbiq olunan mümarisələrdə öyrənilən materialın xarakteri, onun asanlıq və ya çətinlik dərəcəsi, şagirdlərin imkanları nəzərə alınmalıdır. Ümumiyyətlə, mümarisələr elə təşkil edilməlidir ki, onlar şagirdlərin fikri fəaliyyətini istiqamət- ləndirə bilsin, onların lazımi bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə kömək etməklə bu sahədə müvafiq fikri əməliyyatlar sisteminə-fikri iş priyomlarına yiyələnmələrini də təmin etsin.




Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin