Положение мяса животных


BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI



Yüklə 0,81 Mb.
səhifə40/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   36   37   38   39   40   41   42   43   ...   75
BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI

Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi bundan çəkindirmişdir. Ənəs – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Asanlaşdırın çətinləşdirməyin, sevdirin nifrət etdirməyin”. Buxari. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində çox ifratçılıq (şişirtmək) məhv etdi”. Nəsəi 4/49, İbn Məcə 3/29, Əhməd 1/215, əl-Albani Səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İfrata varanlar məhv oldular”. Müslim 2670, Əbu Davud 4608.

İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Dində çox ifrat – sözləri ümumidir və özündə bütün növ ifratçılığı əhatə edir. Bu da istər etiqadda, istərsə də əməllərdə olsun”. “İqtida” 1/328. Hafiz İbn AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir imsənin kəsdiyi hər bir şeyi yemək icazəlidir və hesab etmək lazımdır ki, o Allahın adını zikr edərək kəsmişdir. Çünki müsəlman haqqında əksi sübut olunana qədər yaxşıdan başqa heç bir şey düşünmək olmaz”. “Neylul Əvtar” 4/327.

Ətin halı onu kəsənin halından aslıdır. Əgər heyvanı kəsən kimsə müsəlmandırsa və onu İslamdan çıxardacaq (açıq-aydın) bir küfr, şirk əməli yoxdursa, həmçinin onun kəsdiyi heyvanın üzərində Allahın adını zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək olar. “Əhkamul Zəbh” 57.

Əhli Sünnə Vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl etməsi halında – tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan – dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsəni də küfrə aparan bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər. Çünki küfrün əsası qəstli olaraq yalanlamaq, küfrdən qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz. Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə öləcək olarsa işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab edər, dilərsə onu bağışlayar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah kimə bir əməl qarşılığı savab vəd etsə Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında cəza vəd etsə Allah onda ixtiyar sahibidir (istəsə ona əzab verər, istəsə onu bağışlayar)”. Əbu Yəla “Musnəd” 3316, İbn Əbi Asim “Sünnə” 960, əl-Albani “Səhih Hədislər Silsiləsi” 2463. Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur.Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qalxmasından sonra təkfir eərlər. Qəti plaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəkilindəki Sələfi qaydalarının işığında Sələfi Saleh hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir.

Şeyx Saleh Əli Şeyx – hafizahullah - deyir ki: “(Bu alim namazı tənbəllik ilə tərk edəni (buraxanı) kafir sayanlardandır) Bir kimsənin sadəcə namazı tərk etdiyinə görə Dindən çıxdığı hökmü verilməz. Lakin ümumi olaraq deyilir ki: Kim namazı tərk edərsə - Kafirdir. O, ki qaldı fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu qərarı qazı versin. Çünki Qazı ondan bütün şübhələri dəf edir, onu tövbə etməyə çağırır o, namaza başlayana qədər”. “Şərh 40 Hədis” 21. Burada daha bir fayda da vardır: Qazı namaz qılmayan bir müsəlmanı namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafiri namaza yox, İslama dəvət edirlər. İmam Təhavi – rahmətullahi aleyhi - deyir ki: “Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə ondan sonra biz ona namaz qılmasını əmr edərik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki o, namaz əhlindən sayılır”. “Muşkukl Əsar” 4/228.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “(Əgər söhbət müəyyən şəxsdən gedirsə) Qadağandır bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq bu əməllərinə görə. Çünki bunun öz şərtləri və maneələri vardır. Buna görə də müəyyən şəxsi hansı ki, qazancı rüşvətdəndir lənətləmirik. Çünki ola bilər ki, elə şeylər vardır ki, o lənətin ona gəlməsinin qarşısını alır məs: cahillik və şübhə. Həmçinin şirk də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkarlığından dəlillər çatmayıb. Alimlərin bu məslədə biganəliyi qadağan edir müəyyən bir şəxsə kafir deməyə… Ölüdən bir şey istəmək şirkdir, lakin müəyyən bir şəxsi bu əməlinə görə müşrik adlandırmaq qadağandır ta ki, hüccətin ona çatdığı bizlərə bəlli olana qədər”. “Şərh Kitabu Tovhid” 29-30.

İbn Teymiyyə – rahmətullahi aleyhi - filan sözü deyən kafir olur – sözü barəsində deyir ki: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani Kərimin əzab vəd edən ayələrinə aiddir: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə əhli sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki ola bilər onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məs: Etdiyi əməlin haram olmasını eşitməyib, tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun, həmçinin ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlilləri yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzürlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhf nəticəyə gələn hər bir müsəlmanın səhfini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin və bütün İslam alimlərinin görüşüdür. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması görüşünü dəstəkləmşlər”. “Məcmuu Fətava” 23/345-346. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən – Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqə - və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim. Əgər mən sizin dediklərinizi desəm mən kafir olaram. Çünki sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçılarına ünvanlanmışdır. Onların cəhalətlərinin əsli əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla cavab vermərik”. “Raddu aləl Bəkri” 2/493.

Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi - deyir ki: “Biz AbdulQadirin qübbəsindəki bütə sitayiş edən kimsələri, həmçinin Əhməd Bədəvinin qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhf olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir etmirik. Bizi təkfir etmədiyi və bizimlə savaşmadığı halda Allaha şərik qoşmayan şəxsləri bizə hicrət etmədi deyə necə kafir adlandıra bilərik? Subhənəllah! Bu bizə qarşı olan böyük iftiradır”. Dəhlan “Siyanətul İnsan” 449. Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – ondan: “Bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla döyüşlür deyə soruşan bir kimsəyə verdiyi cavabıda deyir ki: “İslamın rükunları beşdir. Bunların ilki Şəhadət Kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqraq etdiyi halda təmbəllik səbəbilə tərk edərsə, biz o, kimsə ilə rükunu tərk etdiyindən ötrü döyüşsək də, onu öldürsək də əsla təkfir etmərik. Fərziyyətini inkarsız təmbəllik səbəbilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edirik. O, da şəhadət kəliməsidir”. “əd-Durus Səniyyə” 1/70.

Müsəlman bir kimsənin kəsdiyi əti yemək olmaz demək, eynilə onu təkfir etmək deməkdir. Buna görə də bir kimsəni küfrdə ittiham etmək, müşrik, kafir, fasiq, bidətçi və s. demək təhlükəli məsələlərdəndir və bu məsələdə şübhələr aradan qaldırılmadıqca və maneələr dəf edilmədikcə bir kimsəyə hüccət qaldırmaq olmaz. Lakin hüccəti də dünənki fasiq, günahkar qaldırmamalıdır. Bunu edən Qazı olmalıdır.



Günümüzdə olan təkfir əhli sağa-sola istədiklərini kafir, münafiq, fasiq adlandırırlar. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq adını qaldırır. Sünbhənəllah! Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allah ona xəbər vermədikcə heç kəsin münafiq olduğunu bilmirdi. Əbu Bəkr, Ömər – radıyallahu anhum - kimi səhabələr münafiqləri tanımırdılar. Ömər – radıyallahu anhu – kimi səhabə Huzeyfə b. Yəmən – radıyallahu anhu - ya deyərdi: “Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlar arasında mənim adımı zikr edibmi?”. Huzeyfə: “Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda bir şey söyləməyəcəyəm” deyə cavab verdi. “Fəthul Bəri” 1/109. İnsanların qəlblərinə girin oradan xəbər verməyi ilk dəfə onların babaları Zul Xuveysrə qoymuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: “Ey Muhəmməd! Allahdan qorx, adil ol!” demişdir. Buxari, Müslim.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin