Psixiatriya


) Şizofreniyanın neqativ simptomlarına aşağıdakılardan hansı aid deyil?



Yüklə 1,11 Mb.
səhifə13/381
tarix02.01.2022
ölçüsü1,11 Mb.
#43892
1   ...   9   10   11   12   13   14   15   16   ...   381
psixiatriya

29) Şizofreniyanın neqativ simptomlarına aşağıdakılardan hansı aid deyil?

A) Emosional təcridolma

B) Ədavət

C) Abstrakt təfəkkürün pozulması

D) Kütləşmiş affekt

E) Apato-abuliya


Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
30) Şizofreniyalı xəstə tipik antipsixotik, risperidon və olanzapinlə müalicə cəhdlərinə zəif cavab vermişdir. Psixiatr klozapindən istifadə etməyi məsləhət görür. Aşağıdakı faktorlardan hansı bu preparatın istifadəsinə əks göstərişdir?

A) Zəif tardiv diskineziyanın olması

B) Haloperidol qəbulu zamanı əvvəllər müxtəlif ekstrapiramidal simptomların olması

C) Əvvəllər klozapindən istifadəsi zamanı xəstədə aqranulositozun olması

D) Əvvəllər etaperazin qəbulu zamanı haloktareyanın olması

E) Əvvəllər təkrarlanan depressiv simptomların olması


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
31) 55 yaşlı şizofreniyalı qadın son 25 ildə haloperidolla müalicə olunub, daimi çeynəmə, üz-gözünü büzüşdürmə və dodaqları marçıldatma hərəkətləri müşahidə olunub. Neyroleptiksiz psixotik simptomlar artır. Aşağıda qeyd olunan preparatlardan hansı bu qadın üçün daha münasibdir?

A) Haloperidol-dekanoat

B) Trifluperazin

C) Klozapin

D) Neuileptil

E) Moditen-depo


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
32) Sosial münasibətlərə marağı itmiş, affekti kəskin enmiş, ünsiyyətə həvəsi ölmüş, xarici görkəminə fikir verməyən və xroniki sayıqlama ideyaları təzahür etdirən şizofreniyalı xəstənin vəziyyəti üçün aşağıdaki antipsixotik preparatlardan hansı daha münasibdir?

A) Xlorpromazin

B) Zuklopentiksol (klopeksol)

C) Haloperidol-dekanoat

D) Olanzapin

E) Tioridazin


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
33) Neyroleptiklərlə müalicə almış 45 yaşlı qadında çimərlikdən sonra üzündə, çiyin və əllərində qeyri-bərabər piqmentasiya əmələ gəlmişdir. Aşağıda göstərilən antipsixotik preparatlardan bu vəziyyət üçün ən münasibi hansıdır?

A) Klozapin

B) Etaperazin

C) Olanzapin

D) Xlorpromazin

E) Haloperidol-dekanoat


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
34) Şizofreniyalı xəstənin əvvəllər, antipsixotik preparatların vaxtsız qəbulu ilə şərtlənən çoxsaylı kəskinləşmələri olub. Aşağıda göstərilən antipsixotik preparatlardan qeyd olunan vəziyyət üçün ən münasibi hansıdır?

A) Olanzapin

B) Trifluperazin

C) Xlorpromazin

D) Haloperidol-dekanoat

E) Klozapin


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   381




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin