12
vasitəsi kimi effektivliyini sübut edən marketinq prinsipləri əsasında formalaşdırıldı
(Axundov Ş.Ə. 2013: s.591)
.
Dünya bazarlarında rəqabətin daha da kəskinləşməsi ilə xarakterizə olunan
cəmiyyətin həyatının iqtisadi sahəsinin müasir inkişaf şəraitində həm texnoloji, həm də
təşkilati istehsal modelləri, həddindən artıq məlumata doyma və ümumilikdə iqtisadi
fəaliyyət daha da mürəkkəb və şaxəlidir.
Həmçinin, dünya iqtisadiyyatının daha da
beynəlmiləlləşməsi, beynəlxalq ticarətin genişlənməsi, kapital və işçi qüvvəsinin daha
dinamik və kütləvi hərəkəti sayəsində marketinqin beynəlxalq aspektləri əhəmiyyətli
dərəcədə yenilənir.
Zamanla formalaşan xarici iqtisadi əlaqələr müəssisə və təşkilatların iqtisadi
fəaliyyətinin getdikcə görünən bir hissəsinə çevrilir. Hazırda bütün ölkələr üçün xarici
ölkələrdən
olan tərəfdaşlarla iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıqda iştirak
etməyə maraq günbəgün artmaqdadır. Bu şəraitdə istehsal sektorunda,
kiçik
müəssisələrdə və dövlət qurumlarında işləyənlərin sayının artması dünya bazarı,
quruluşu, ticari əməliyyatların təşkili və texnikası haqqında obyektiv məlumatlara
ehtiyac duyulur.
Xarici bazarlarla əlaqədar açıqlığın artması və bu bazarlarla əlaqələrini
yaxşılaşdırmaq istiqamətində bir çox müəssisə
üçün beynəlxalq marketinqin
öyrənilməsi və tətbiq edilməsi zəruri xarakter daşıyır.
Ayrı- ayrı şirkətlər və təşkilatlar üçün beynəlxalq marketinqin yaranması üçün
əsas şərtlər aşağıdakılardır:
● beynəlxalq sferada dövlətlərin müstəqilliyi;
● beynəlxalq və milli qanunvericiliyin olması;
● tələbin təklifdən artıq olması, bazarın mal və xidmətlər ilə doyması;
● milli pul sistemlərinin mövcudluğu;
● inkişaf etmiş bazar infrastrukturu;
● əhalinin həyat səviyyəsinin, bir sıra quruluşların yaxşılaşdırılması və buna görə
istehsal edilən xidmətlərə tələbatın artması;
13
● təşkilatların və şirkətlərin xarici satış bazarlarının genişləndirilməsi və mənfəəti
artırmaq istəyi;
● kooperativ istehsalın inkişafı və xidmətlərin göstərilməsi.
“Beynəlxalq marketinq” ifadəsi mütəxəssislər arasında kifayət qədər geniş yayılsa
da, vahid şəkildə qəbul edilmiş tərifi hələ də mövcud deyil. Beynəlxalq marketinqin
inkişafında bir neçə mərhələ var:
● ənənəvi ixrac - malların xaricə daha çox dəstək olmadan satılması;
● ixrac marketinqi - ixracatçı istehsalının bazarın tələblərinə uyğunlaşdırılması
və malların bütün yoluna
nəzarət edilməsi;
● beynəlxalq marketinq - ixracatçı tərəfindən bütün marketinq alətlərindən
istifadə edərək bazarın dərindən araşdırılması;
● qlobal marketinq - marketinq fəaliyyətinin müəssisənin bütün funksional
sahələrini əhatə etməsi.
Dostları ilə paylaş: