Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
QARA ZİRƏ İSLAMDA
Peyğəmbərimiz (s.ə.s) demişdir: “Qara zirəni özünüz üçün (sağlamlığınız üçün, müalicə məqsədi ilə) vacib edin, çünki onda “saamdan”başqa hər bir xəstəliyin şəfası vardır. O vaxt kimsə soruşdu: “Bəs saam nədir?” Rəsulumuz (s.ə.s.) belə cavab verdi: “Ölüm”. (Aişənin (ə.s.) sözlərindən Əhməd İbn Hənbəlin hədislər toplusundan. Abdulla İbn Ömər, Abu Hüreyra (ə.s.) İbn Məcəhin hədislər toplusundan. Abu Hüreyra (ə.s.) ət-Tirmizinin hədislər toplusundan.).
Bu hədis göstərir ki, qara zirənin gündəlik istifadəsi buyrulub, hətta sağlam insana belə profilaktik məqsədlə.
Rəsulumuz deyib: “Hər xəstəliyin dərmanı var. Əgər dərman uyğundursa xəstə Uca Allahın hökmü ilə sağalacaq”. (Cabir İbn Abdulla, Müslimdən olan hədislət toplusu).
Peyğəmbərimiz (s.ə.s) demişdir: “Həmd ancaq Allaha məxsusdur. Yalnız Ona həmd edər, Ondan yardım və bağışlanma diləyirik. Nəfislərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah-təala hər bir xəstəliyin müalicəsinidə təyin etmişdir, bu haqqda ancaq bəziləri məlumatlandırılıb, bəziləri isə bu barədə tam cahildirlər”. (İbn Məsud (ə.s.) Əhməd İbn Hənbəlin hədislər toplusunda).
Bir rəvayətə görə, Rəsulumuz İbrahim əl-Xəlil (s.ə.s.) soruşdu: “Allahım! Xəstəlik nədəndir?” Uca Allahımız cavab verdi: “Məndəndir”. İbrahim əl-Xəlil (s.ə.s.) yenə soruşdu: “Dərmanı kim yaradıb?”. Allah cavab verdi: “O da məndəndir.”. Bu zaman İbrahim əl-Xəlil (s.ə.s.) dedi: “Bəs onda həkimin vəzifəsi nədir?”. Allah-təala belə cavab verdi: “Bu insan vasitəsi ilə dərmanı çatdırılır.”.
Əgər dərman lazımi keyfiyyətdə deyilsə xəstəlik başqa dərdə çevrilir və yaxud dərman az miqdardadırsa xəstə sağalmayacaq. Əgər xəstə hiss edirki xəstəliyi sağalacaq, onun ürəyi ümidlə yaşayacaq. Əgər ümidi güclü olsa, onda bədənin gücü də artacaq və xəstəlik gedəcək. Məhs buna hər bir həkim nail olmalıdır. Burada bir daha görürük ki, Allaha inanmaq ona sığınmaq insanı yaşatmağa qadirdir.
Abdulla İbn Ömərin söylədiyinə görə Rəsulumuz (s.ə.s) demişdir: “Müalicə olunduğunuz üsullardan ən yaxşısı həcəmətdir (qan buraxma) və qara zirədir”.
Ənnasın sözlərindən: “Rəsulumuz (s.ə.s.) xəstə olan zaman qara zirəni su ilə, yaxud balla içirdi ”.
QARA ZİRƏ
Qara zirəni və yağını müalicə əlacı kimi istifadə etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. İnsan orqanizmi doymamış yağ turşularını istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur.
Dostları ilə paylaş: |