3. ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ: Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için.Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.
4. BAŞ GİCƏLLƏNMƏSİ: Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaqların altına və boynun ardına qara zirə yağından sürtmək.
5. QULAQ AĞRISI: Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.
6. DOĞUŞ ZAMANI FAYDASI: Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.
7. ÜRƏK YANDIRMALARI:Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.
8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ: Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.