10. SİNƏDƏ AĞRILAR: Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.
11. GÖZ AĞRISI: Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır. Onu səhər və axşam yatmazdan qabaq gözünüzə damcıladın, gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bundan sonra bir-neçə damcı qara zirə yağı qarışdırılmış 1 xörək qaşığı bal yeyin.
• Qara zirə yağının kimyəvi tərkibi cədvəli:
№
|
Aktiv maddələr
|
Miqdarı
|
1
|
Züllallar
|
21%
|
2
|
Karbohidratlar
|
35%
|
3
|
Yağlar
|
35-38%
|
4
|
Doymuş yağ turşular
|
18.1%
|
|
- miristin C13H27COOH
|
0.5%
|
|
-palmitin C15H31COOH
|
13.7%
|
|
-palmitolein C15H29COOH
|
0.1%
|
|
-stearin C17H35COOH
|
2.6%
|
5
|
Doymamış yağ turşuları, əvəzolunmazdır (ancaq qida ilə orqanizmə qəbul edilir)
|
81.9%
|
|
- olein C17H33COOH
|
23.7%
|
|
- linolen C17H29COOH
|
57.9%
|
|
- linol C17H31COOH
|
0.2%
|
|
- araxidon C17H31COOH
|
1.3%
|
6
|
Vitaminlər
|
|
|
Tiamin – B1
|
15 mq/q
|
|
Riboflavin – B2
|
1 mq/q
|
|
Piridoksin – B6
|
5 mq/q
|
|
Niasin – B3 (nikotin turşusu)
|
57 mq/q
|
|
Falosin – B9 (fol turşusu)
|
610 mq/q
|
7
|
Minerallar
|
|
|
Kalsium
|
1859 mq/q
|
|
Dəmir
|
105 mq/q
|
|
Mis
|
18 mq/q
|
|
Sink
|
60 mq/q
|
|
Fosfor
|
5265 mq/q
|
8
|
Efir yağlarının tərkib hissələri
|
|
|
Karvonlar
|
21.1%
|
|
Alfa penin
|
7.4%
|
|
Saponinlər
|
5.5%
|
|
Beta peninlər
|
7.7%
|
|
P-siminlər
|
46.8%
|
Həmçinin, qara zirə yağının tərkibinə: D2 və D3 (kalsiferollar), A (karotinlər), E (tokoferol), K (filoxinon), B5 (pantoten turşusu), B12 (siankobolamin), C (askorbin turşusu), H (biotin), P (bioflavonoidlər qrupu - rutin), Vanadium, Yod, Kalium, Kobalt, Maqnezium, Molibden, Natrium, Kükürt, Flüor, Xlor, Xrom, Selen kimi orqanizmə lazım olan vitamin-mineral kompelksi daxildir. Qara zirə yağının tərkibində: alakloidlər-damassenin, nigelin-, asetilxolin, katexinlər, kampesterin, kitosterin, stiqmasterin, alfa-spinasterin, triterpen saponinləri, kumarinlər, timoxinon, niqelon, fermentlər (həzmi tənzimləyən maddələr)–lipaza; sitokinlər, ümümi təsirli enzimlər, flavanoidlər, mineral duzlar, monosaxaridlər: qlükoza, ramnoza, ksiloza; arqinin, arabinoza və s. Qara zirə yağının tərkibindəki xolin, inozit qaraciyərdə piylərin əmələ gəlməsinin qarşısını alır və böyrəklərlə, böyrəküstü vəzlərin normal funksiyasını təmin edir. Qara zirə yağının tərkibindəki inozit həmçinin, boyatmaya təsir edir və qanda xolesterinin miqdarını azaldır. Bir çox alimin fikrinə əsasən qara zirə yağının tərkibi tam öyrənilməyib, buna sübut olan hədisdə də yazılıb ki, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Qara zirə toxumunda saam-dan (ölümdən) başqa hər bir xəstəliyin şəfası vardır” (əl-Buxari, Muslim, ət-Tirmizi, İbn Məcəh, Əhməd İbn Hənbəl).
• Qara zirə yağının effektləri
Xolesterin mübadiləsini yaxşılaşdırır, bununlada ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır.
Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qur əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir.
Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir.
Böyrək və sidik kisəsində daşları əridir.
Ana südünü artırır.
Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir.
Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır.
Immunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununlada yoluxucu aqressiyanı dərhal neytrallaşdırır.
Yerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.)
Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır.
Qara zirənin tərkibindəki siklooksigenaza aşağıda qeyd olunan effektlərə malikdir:
- iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;
- iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;
-trombositlərin aqreqasiyasının və adgeziyasının, bununla da trombların yaranmasının qarşısını alır;
- ahtisklerotik və damargenəldici təsirlərə də malikdir;
- hemostatik balansı formalaşdırır;
- bağırsaq florasının təbii simbiozunu bərpa edir, bunulada disbakteriozu aradan qaldırır
• Kosmetik təsiri
Qara zirə haqqında olan hədisi incəliyərək, alimlər təəccüblü nəticələrə çıxıblar: qara zirə çəngələbənzər vəzə - timusa təsir edir, onu stimullaşdırır və bununlada immuniteti artırır. İmmunitet – insan orqanizminin müdafiə sistemidir. O, insanı bütün daxili və xarici zərərli cisimlər, hüceyrələrdən qoruyur. İmmunitet, insanı xüsusədən də, müxtəlif viruslar və xəstəlik yaradan mikroblardan qoruyur. Qara zirə isə sağlamlığın əvəzolunmaz bərpaçısıdır, o, insanın immun sistemini möhkəmləndirir, enerji və güc verir. Bu faktı 1986-cı ildə misir alimləri əl-Hadi və Kandil tərəfindən aparılan tədqiqatlar təsdiqləyib. İmmun sistemi zəif olan xəstələrəgündə iki dəfə 1 qramm qara zirə toxumu verilib, müalicə 4 həftə davam edib. Tədqiqat bitdikdən sonra orqanizmdə T-limfositlərin, T-killerlərin və immun sisteminin başqa qoruyucu hüceyrələrin sayı 72% artıb. Bu hüceyrələr müdafiə ilə yanaşı xəstəlikıərdən sağalmanı və qoruyucu sistemin geclənməsini təmin edir. 1997-ci ildə Ər-Riyaddakı tədqiqat mərkəzinin bioloji və tibbi şöbələrində həkim Hak tərəfindən aparılan tədiqatda qara zirənin QİÇS-li xəstələrə təsiri öyrənilib. Bir daha müalicədən sonra xəstələrin qanında T-limfositlərin və T-killerlərin artması müşahidə olunub. Münxendə işləyən alman həkim-immunoloqu Piter Şleiker ABŞ-da bəzi tibbi müssisələrlə əməkdaşlıq edirdi və daha sonra iki kitab yazmışdır. Bu kitablarda, o, qara zirəylə müxtəlif xəstəliklərin müalicə üçün reseptlər yazmışdır. Digər bir alim Peter Şlexer isə apardığıp tədqiqatda 600 xəstə üzərində qara zirənin effektlərini bir daha yoxlayıb. Nəticə belədir: 70% allergiyalı xəstələrdə sağalma. Həmçinin, qara zirə yağı qripli, zökəmli xəstələrin müalicəsində də müvəffəqiyyətlə istifadə olunub.
• Sidik-Cinsiyyət Sisteminin Xəstəlikləri
Dostları ilə paylaş: |