VI.3.Real qaz halının ideal qaz qanunlarından fərqlənməsi
Yuxarıda göstərdik ki, makroskopik nöqteyi-nəzərdən ideal qazlar Mendeleyev – Klapeyron tənliyinə dəqiq tabe olan qazlardır. Qeyd etmək lazımdır ki, bu tənlik kifayət qədər seyrəkliyə malik olan real qazlar üçün daha dəqiq nəticə verə bilər (yəni kiçik təzyiqlərdə).
Təcrübi tədqiqatlar göstərir ki, ideal qazlar üçün verilmiş hal tənliyi, normal şəraitdə belə bəzi qazlar üçün 2-3% xəta verir. Yüksək təzyiqlərdə isə bu xəta daha böyük olur. Buna səbəb, ideal qazlar üçün (VI.7) tənliyini çıxdıqda, molekullar arasındakı qarşılıqlı təsir qüvvəsinin və qaz molekullarının tutduğu həcmin nəzərə alınmasıdır.
Praktiki hesablamalar aparmaq üçün elə vasitələr tapmaq lazımdır ki, ideal qazlar üçün hal tənliyini real qazlara da tətbiq etmək mümkün olsun. Bu yolla, real qazlar üçün hal tənliyi Van-der-Vaals tənliyi:
(VI.10)
şəkilində yazılır. Burada və – qazın təbiətindən asılı əmsallar olub, molekullar arasındakı qarşılıqlı təsiri və molekulların həcmini ( ) nəzərə alır. Bu əmsallar aşağıdakı ifadələrindən hesablana bilər:
burada , , – uyğun olaraq krtik temperatur, təzyiq və həcmdir.
Cədvəl VI.1
Dostları ilə paylaş: |