Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə36/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

İl bilge qadun

.(6, 169; 207)



Qarqar

. Məşhur tayfa adını bildirən 



qarqar

 sözünə 


«İliada»da toponim kimi bir neçə dəfə rast gəlmək olur: 

Hera isə çıxdı İda dağındakı təpələrin



Qarqar

 adlı zirvəsinə. (213)

Uca 


Qarqar

 zirvəsində qucaqlayıb arvadını

Yuxu ilə eşqə uyub şirin-şirin yatdı Zeves. (215)

Bir az sonra yetişdilər suları bol pak İdaya,



Qarqarın

 dik zirvəsində oturmuşdu Şimşəksaçan.  (222)

Poemaya əlavə edilmiş qeydlərdə 

Qarqar


 sözü «İda dağının bir 

yüksəkliyi» kimi izah edilmişdir (7,623) Qarqarlar artıq sübut edilmiş 

çox qədim və çox geniş yayılmış türk tayfalarındandır. Azərbaycanda 

da geniş məskən salmışlar və izləri bu günə qədər qalmaqdadır. 

Onlar albanlardan sonra Azərbaycanın ən böyük tayfası olmuşlar. 

Təkcə Cənubi və Şimali Azərbaycan, Şimali Qafqaz ərazilərində deyil, 

Mərkəzi   Asiyada   da   geniş   yayılmış   bir   tayfa   olmuşlar. 

Türkmənistanda iki Qarqar çayı, Qazaxıstanda Qarqar rayonu vardır 

(ətraflı məlumat üçün bax: 3,358-359). V əsrdə ölkəmizdə Qarqar 

110


əlifbasının yaradıldığı məlumdur. Qarqarlar şimala, qərbə və şərqə 

Azərbaycan ərazisindən yayılmışdır.  Anadolunun qərbində Homerin 

təsvir etdiyi İda dağında Qarqar zirvəsi onların bu ərazilərdə daha 

qədimdən məskunlaşdığını göstərir.

Gəldi İda təpəsinə, heyvanı bol 

Qarqaraya

 –

Bura onun meşəsiydi, ətir saçan qurbangahı   (114) – 



Misralarından (Zevs haqqında) aydın olur ki, Qarqara yalnız boş 

zirvə, təpə deyil, həm də yaşayış məskənidir. Tərcümədə  

İda 

təpəsi


 ifadəsi düz deyil,  əsərin rusca mətnində 

Qarqar təpəsi 

işlənib, İda dağın adıdır:  

On ustremləl  ix na  İdu, zverey  mnoqovodnuö materğ,

K Qarqaru xolmu, qde roha  eqo i altarğ  blaqovonnıy.

(7, 111)  

İda. 

«İliada»da tez-tez adı çəkilən



 İda

 Troyanın qarşısın-

dakı   uca   dağın   adıdır.   Troya   onun   ətəyindəki   düzənlikdə 

salınmışdır. Tədqiqatçıların fikrincə, qədim yunan dilində iki sait 

arasındakı 

d

 səsi qədim türklərdəki 



ş

 səsinə uyğun gəlir. Odur ki 



ida/idi

 sözü 


işi, yış, yiş

 kimi təsəvvür edilir ki, bu da «meşə», 

«meşə ilə örtülmüş dağ» mənasını verir.  (8,22; 5,139) Poemada 

İda dağı həqiqətən bol sulu, meşəli bir dağ kimi təsvir edilmişdir.



Skamandr, Skandiya, Askaniya, Skey, Pelask, Ksanf 

sözləri




  Skamandr  

sözü «İliada»da əksərən hidronim, bəzən də 

toponim kimi işlənmişdir  – Troyanın  yaxınlığından  axıb  dənizə 

tökülən böyük çayın adıdır:



 Skamandr çayı, Skamandr sahili



Skamandr vadisi,

 

bol girdablı Skamandr

Bunlardan əlavə



Skamandr çəməni, Skamandrın kahini

 ifadələri də vardır: 



Skamandr vadisinə

 dalğa-dalğa axışdılar

Gəlib durdu saysız qoşun 

Skamandr çəmənində

. (35) 


Skamandr sahilində

 əyləşdirdi bir qayada.(70)

Dolopion 

Skamandrın kahiniydi

. (71)


Onlar gəlib qovuşdular İlionun yaxınında

111


Simoyentlə 

Skamandr çaylarının

 qovşağına. (86)



Skamandr 

sözünün kökündə

 SK – sak 

sözü vardır; sözün 

tərkibindəki

  -man «


adam» deməkdir.: sak adamı, başqa sözlə, 

saklar; 


der

  –  


dərin/terin

  - «dərin və böyük (çay)» (6,553-554) 

deməkdir.   Söz   bütövlükdə   «sakların   böyük   və   dərin   çayı» 

ümumi   mənasına   malikdir.   Deməli,   Troya   şəhərinin   əraziləri, 

əslində, sak yurdudur. Çünki bu söz çay, sahil, düz, çəmən və s. kimi 

müxtəlif obyektlərin adı ilə bağlı özünü göstərir. Bir beytdə ərazinin 

sak ərazisi olduğu daha aydın ifadə edilmişdir:

Bu sərpuşu bir zamanlar  Yeleonda gənc Avtolik

Ormenoğlu  Amentorun  divarını yarıb, ondan

Oğurlamış

Skandiyada

 Amfidamant adlı şəxsə vermiş… 

(148)

Buradakı 



Skandiya

  sözünü 



Sakandiya 

kimi oxumaq olur 

ki, bu da 

sak-an-diya

 şəklində üç sözdən əmələ gəlmişdir:  

-an 

cəm şəkilçisi,  



-diya

 yer mənasındadır. 

Atrey oğlu Menelay da iti, uzun nizəsilə

Məşhur ovçu 



Strofid Skamandrini

 həlak etdi. (70) –

Beytində isə, göründüyü kimi, 

Skamandr 

ovçu adına əlavə kimi 

işlənmişdir: 

Strofid Skamandr – sak Strofid 

deməkdir.

«İliada»da  

Skey qapısı, Skey

 

darvazası

 ifadələrinə də rast 

gəlirik:

Bu arada Hektor çatdı məşhur 



Skey qapısına

Hektor bürcdən uzaqlarda vuruşmağa cürət etmir,



Ancaq 

Skey qapısından

 palıdadək ayrılırdı. (133)

Möhkəm 

Skey darvazası

 qarşısında qalmışdı tək.(325)

Bu misralardakı  

Skey  

sözü də  



sak

  sözündən və  



–ey,-ay 

şəkilçisindən (nominativlik bildirir) ibarətdir. Aydın olur ki,  



sak 

sözü bu ərazidə   ümumi  isim kimi geniş işlənmə imkanı olan 

sözdür: 

sak çayı, sak düzü, sak qapısı, sak çəmənliyi

 və s. 


Bunu xüsusi ad kimi dərk etmiş, böyük hərflə yazmışlar. Lakin 

112


hiss olunur ki, 

Skamandr

 sözü elə xüsusi ad kimi də troyanlar 

arasında   məşhurdur.   Hektor   öz   körpə   oğluna  



Skamandr 

adı 


qoymuşdur: 

Hektor ona 



Skamandr

 ad qoymuşdu, ancaq hamı



Astinankt 

çağırırdı atasının şərəfinə(99)

(Buradakı  

Astinankt  

sözü  ilə midiyalıların son padşahının 

adı – 

Astiaq


 adı  arasında yaxınlıq var).

Hətta aydın olur ki, saklar daha geniş ərazilərə yayılmışlar. 

Bilavasitə Troya ətrafı ilə yanaşı, xeyli aralıda da saklar yaşayır 

və sak yurdu vardır: 

Uzaq diyar 

Askanyadan 

frikyalı qoşunları

İki başçı – Foriks ilə mərd Aksani gətirmişdi. (44)

Buradakı  



Askaniya

  sözü  

Sakaniya

  demək   olub,   «sak 

yurdu» mənasındadır. 



Aksani

 isə 

kas

  sözündən düzəlmə daha 

maraqlı addır.

Poemada   bir   neçə   dəfə   işlənmiş  

 

pelask  

sözü 


(yun.

Pelasqoi 

–Kiçik Asiyada qəbilə, 13,398,) də vardır və bu söz 

sak


 sözünü artıq etnonim kimi mühafizə etməkdədir:

 kəmiş və sonda  sözünü mühafizə etmiş türk tayfa adıdır: 

Nizə-mizraq döyüşündə mahir olan 

pelaSKların -

Bol məhsuldar-bərəkətli  Larisadan gələnlərin… 

Və ya:

PelaSKlardan 

Lefin oğlu mərd  Kippofoy  qoç Patroklun 

Topuğuna möhkəm qayış salıb… sürüməyə başlamışdı.

(263)


Bunlar maraqlıdır. Lakin bunlardan da maraqlısı 

Skamandr

 çay adının həm də 



Ksanf

 adlanmasıdır:  

     

Hefestlə də düşmən oldu gur dalğalı dərin bir çay



Ki, allahlar 

Ksanf

 deyir ona, insan – 



Skamandr

.(300)


113

Protiv Qefesta  - potok bıstrovodnıy, qlubokopuçinnıy,

Ksanfom 

ot veçnıx boqov  nareçennıy, ot smertnıx – Ska-

mandrom. (287)

Ksanf

 sözünün işləndiyi bir neçə nümunə:



Ksanf

 çayı bu sözlərdən coşdu yaman. (314)

Sən də 

Ksanf

 sahilində ağacları

Odlayaraq alovlarla hücum elə sərt 

Ksanfa.

 (318)


Homer  qeyd  edir ki,  ölümsüzlər  – allahlar  bu çayı  

Ksanf

fanilər – ölərilər, insanlar isə 



Skamandr

 adlandırırlar. Homerin bu 

qeydi bizim üçün çox sevindiricidir.  

Ksanf


  sözünün kökündə  

kas 

sözü var. Kaslar və saklar isə bir kökdəndir. Bizim üçün Homerin 

izahatı   ona   görə   son   dərəcə   əhəmiyyətlidir   ki,   vaxtilə   irəli 

sürdüyümüz bir fikri tam təsdiq edir: «Kaslar və saklar eyni tayfadır, 

adları da eynidir – yalnız adda metateza baş vermişdir. Kaslar həm 

də 


kaşu 

(elamca) adlanır, saklar həm də 

şaka

 adlanır;  



kas, kaş

 – 


sak, şak

  eyni sözün müxtəlif tələffüz formalarıdır. Bunlardan ilkini 

kaslar olmuşdur. Arxa sıra kar «k»  səsi daha qədim sayılır. Həm də 

Azərbaycan ərazisində  bu adla tanınmış  ən qədim tayfa kaslar he-

sab olunur. Deməli, kasların ilkin parçalanması ən azı tunc dövrünə 

aiddir…» (3,325) Homerin 



Ksanf

 sözünü allahlara aid etməsi o de-

məkdir ki, bu sözün tarixini insanlarla bağlamaqda çətinlik çəkmişdir, 

çünki çox qədimdir. Lakin  

Skamandr

  sözü Homerin müasiri olan 

saklarla bağlıdır. 

Dardaniya, dardanlar. 

«İliada»da troyalılar özlərini həm də 



dardanlar 

adlandırırlar. Hektor qoşunlara belə müraciət edir:  «Ey 

Troya,   ey   Likiya   oğulları,   ey   dardanlar!».   (161)  Yaxud   Axillesin 

sözləri:     «Yumru   döşlü   troyalı,   dardanyalı   qadınları   uca   səslə 

hönkürməyə məcbur etmək». (277)  «Hər dəfə o qaçıb  

Dardan 

qapısına

  – bürcə sarı… qorunmağa çalışırdı».(329) Priam bəzən 

poemada 

Dardanid

 

Priam

 (361) adlandırılır və s.

Cəsur Eney   Axilleslə rastlaşaraq döyüş meydanında ona öz 

nəslini belə tanıdır:  İlk babamız Dardan ulu Zevsdən törəmişdir. O, 

Dardaniyanın banisidir. Onda hələ İlion yox idi, hamı İdanın ətə-

yində yaşayırdı. Dardanın bir oğlu oldu – Erixtoni.  Erixtoninin oğlu 

114


Tros Troyada hakim  oldu. Trosun üç oğlu vardı:  İl. Assarak, Qani-

med (yəqin ki, 



Qənimət

).  Qanimedi  allahlar tez apardı, gözəl idi, 

özlərinə saqi etdilər. İlin bir oğlu oldu – Laomedont. Laomedont 

Titonda hökmdar idi. Onun dörd oğlu vardı: Priam, Kliti, Giketaon, 

Lamp. Assarakın oğlu Kapi, Kapinin də oğlu Anxiz.  Mən Anxizdən 

törəmişəm, Hektor isə Priamdan. (304)

«İlk babamız Dardan ulu Zevsdən törəmişdir» - sözlərindən 

aydın olur ki, dardanların bu yerlərə nə vaxt gəldiyi bilinmir,  Ho-

merə məlum deyil. Müvafiq elmi fikirlər var: «Antik müəllif  Apol-

lodor   Troyanın yaranmasını əfsanəvi Dardan ilə bağlayaraq yazır 

ki, Atlantın qızı Elektra ilə Zevsdən Yasion və Dardan doğulmuşlar.. 

Dardan Tevkrin çarlıq etdiyi ölkəyə gəlir, onun qızı Batiya ilə evlənir 

və burada Dardan adlı şəhər salır. Tevkrin ölümündən sonra  ölkə 

Dardaniya adlanır. Onun İl və Erixtoni adlı  oğulları dünyaya gəlir. 

Erixtonidən doğulan Troy çarlığı ələ aldıqdan sonra   bütün ölkə 

Troya adlanmağa başlayır».(5, 55)   «Bu rəvayət troyalıların e.ə. 

3000-2500-cü  illərdə Kiçik Asiyaya  gəlmiş trakların nəsilləri olduğu 

haqqında K.Blegenin fikri ilə üst-üstə düşür». (5, 55)  Aydın olur ki, 

troyalılar indi (hadisələrin cərəyan etdiyi dövrdə) artıb çoxalmışdır 

və   Dardaniya   Troyanın   vilayətlərindən   birinə   çevrilmişdir.   Ç.Qa-

raşarlı Qazaxıstanda Dardan dağ adı,  qırğızlarda şəxs adı olduğunu 

və  


dardan

  sözünün   türkcə     «özünü   böyük   sanan»,   «lovğa» 

mənalarında işləndiyini müəyyən etmişdir.(5, 56) 

Bati. 

Bu sözə aşağıdakı misralarda rast gəlirik:

Troyanın qarşısında xeyli uzaq bir düzəndə

Xeyli uca bir təpə var, dörd bir yanı rahat yoldur.

Fani insan bu təpəyə 

Bati

 adı vermiş, ancaq

Ölümsüzlər – qoçaq-zirək 

Marinanın

 qəbri deyir.(43)



Bati/Batı

  adı   türklərdə   geniş   yayılmış   şəxs   adlarındandır. 

Batiya antik qaynaqlarda   (9,65) Dardan hakimi Dardanın arvadı 

hesab olunur. Qazax qadın adı  

Batiya

, kişi adı məşhur  



Batı xan 

antroponimlərini xatırlamaq olar.



Kimmerlər

.   Bu   sözü

 

  ilk   dəfə   Homer   ədəbiyyata 



gətirmişdir:

Kommerilər

 

məmləkəti



 hər vaxt sisli-dumanlıdır.(492) 

115


Üzüb dərin Okean-çay sularını bütün günü

Kommerilər 

yaşadığı bir şəhərə gəlib çatdıq.

Yunan   dilindən   söz   rus   dilinə   tərcümədə   daha   düzgün 

işlənmişdir: 

Skoro prişli mı  k qlubokotekuhim  vodam Okeana;

Tam 


kimmeriən

  peçalğnaə  oblastğ. Pokrıtaə veçno 

Vlajnım tumanom i mqloy  oblakov…

Yunan   dilində  



Kimmerioi,   Kimmerii

  şəkillərindədir. 

(13,283) Kimmerlər saklar və skiflərlə bir kökdən olub, ən qədim 

türk  tayfalarındandır.  



Qam  (kahin)  ər

  mənasında   olan  

kimmer 

sözünün daşıyıcıları geniş ərazilərdə yayılmış, Azərbaycanda dərin 



izlər qoymuşlar. (3, 301-305)

Troya   şəxs   adlarını   diqqətlə   nəzərdən   keçirdikdə,   yunan 

tələffüzü ilə təhrif edilməsinə baxmayaraq, onların bir çoxunun 

türk mənşəli olduğunu üzə çıxarmaq olur.



Priam  

–   (yun.  

Priamos

,13,426)   Troyanın   son   çarı 



olmuşdur.   Onillik müharibə nəticəsində onun vaxtında axeylər 

Troyanı   dağıtmış,  əhali   müxtəlif   istiqamətlərə   köçüb   getməli 

olmuşdur.   Mənbələr göstərir ki, Priamın xalqına e.ə. XIII əsrdə 

uzaq şimalda – Skandinaviya ərazilərində, Misirdə və s. yerlərdə 

rast  gəlmək olur. Tədqiqatçılar  bunun  Troyanın  süqutu ilə eyni 

vaxta düşməsini məntiqi hesab edirlər. 



Priam

  sözü türk dillərindəki  



börü

, o cümlədən şor, saqay 

türklərinin dillərində işlənən  

pürü  

– «qurd, börü» (10,1398)   və 



am  

-«ana» (11,271) sözlərindən olub, «ana qurd» mənasını verir. 

Qədim qazax eposunda   «Priyamın hekayəsi» adlı hissə olduğu 

göstərilir   və   Priyam   Turan   ölkəsinin   qəhrəmanı,   Əfrasiyabın 

bahadırı kimi təsvir edilir. (5, 54)

Hektor 

– çar Priamın oğlunun, Troya ordusunun ən qüdrətli 

sərkərdəsinin adıdır. Yalnız allahların qərarı ilə Axilles ona qalib gələ 

bilir.


Zahirən   bu   söz   türk   sözünə   oxşamır.   Lakin   söz   başındakı 

«h»

 səsini atsaq və samitləri yumşaltsaq,  



gd-r 

sammitləri ilə bu 

sözü  «igid ər» kimi oxumaq mümkündür.

116


Eney 

– ən cəsur Troya qəhrəmanıdır. Axillesi qorxuya salan 

bir    igiddir, Hektorla əminəvəsidir. Şair onu «Xalq içində allah kimi 

çox sevilən mərd Eney»,  «Troyanın müşaviri nəcib Eney»  (73) kimi 

səciyyələndirmişdir. Homer tarixi hadisəni realist bir şəkildə təsvir 

etmiş, Eneyi müharibədə salamat saxlamışdır:

Eneyin Axilleslə birbaşa döyüşə atıldığını, lakin Axillesin hələ ölü-

mə   məhkum   olmadığını   görən   Poseydon     allahların   məclisində 

həyəcanla deyir:

Ey allahlar, gəlin xilas eyləyək biz mərd Eneyi,

Peleyoğlu əgər onu öldürərsə, Şimşəksaçan 

Əsla bundan razı qalmaz… Tale belə hökm edir ki,

Dardan nəsli gərək tamam kəsilməsin bu dünyadan.

Ulu Zeves adi, ani qadınlardan olan bütün

Oğulları arasında hamıdan çox sevir onu.

Priamın nəslindənsə nifrət edir Kronion.

Bundan sonra Troyada əvvəl igid Eney özü,

Sonralar da övladları hökmranlıq edəcəkdir. (305) 

(Kronion   Zevs   eyni   zamanda   Şimşəksaçan   da   adlanır). 

Məsələ   Poseydonun   dediyi   kimi   olur.   Eneyin   müharibədən 

sonrakı   taleyi   uğurlu   olmuşdur.   Qədim   mənbələrə   əsasən 

müəyyənləşdirmişlər ki, məğlubiyyətdən sonra Eney öz qəbiləsi 

ilə  –  Dardan qaçqınları ilə İtaliya ərazisinə keçərək etruskların 

təşəkkülünə   səbəb   olmuşdur.   Yerlilərin   başçısı   Latin   öz   qızını 

Eneyə ərə vermiş, troyalılarla Latinin camaatı birləşərək bir döv-

lət yaratmışdır. Yeni yaranmış xalqı  Latinin adı ilə 



Latın xalqı 

adlandırmışlar. Troyanın süqutundan başlayaraq on altı nəsil öt-

dükdən sonra Eneyin 17-ci nəsli olan Romul  öz adamları ilə gə-

lib  Palantiyada qala salmış və öz şərəfinə ona  



Roma

  demişdir. 

Etrusk yazılarında Dardan tanrılarından bəhs edilir. Etrusk ərazi-

lərindən üzərində Eneyin təsviri olan qab tapılmışdır. Roma impe-

ratorları öz babaları Eneylə fəxr etmiş, Yuli Sezar  Eneyi öz əcdadı 

saymış və Eneyin oğlu Yulun adını daşımışdır. (bax: 5,64-65) Bun-

ları ona görə bir qədər təfərrüatı ilə qeyd edirik ki,   türk mif və 

əfsanələrinin  qərbə  necə  yayıldığı  ilə oxucu  bir   daha   tanış  ola 

bilsin. 

117


Türklərin   həmin   dövrdə   İtaliya   ərazilərinə   köçməsi   barədə 

başqa tarixi məlumatlar da vardır. Bu axının bir mühüm səbəbini də 

Troyanın süqutu dövründə Kiçik Asiyada baş vermiş dəhşətli aclıqla 

izah   etmişlər.   Tarixdə   bununla   bağlı   iki   mühüm   köç   haqqında 

məlumat verilir:  «E.ə.XII yüzilliyin başlanğıcında (biz onun tarixini 

dəqiq müəyyənləşdirə bilmirik)   Xett imperiyasının məhvini təqribən 

xalqların   iki   köçü   ilə   əlaqələndirirlər.  Onlardan   biri   1225-ci   ildə 

Merneptax   dövründə,     o   birisi   isə   1192-ci   ildə     III   Ramses 

dövründə Misir  sərhədinə köçürmədən ibarət olmuşdur. İkinci köç-

dən az sonra və ya  dərhal ondan sonra, görünür,  Troyanın süqu-

tu baş vermişdir (yunan mənbələrinə görə).

Hər iki köç xalqların  tərkibinə görə  tamamilə müxtəlif idi  və 

müxtəlif səbəblərdən baş vermişdi.   Merneptaxın dövründə Kiçik 

Asiyada elə   dəhşətli aclıq yayılmışdı ki, tirrenslərin də (başqa sözlə 

etruskların)  bir qisminin turuşlar adı ilə birinci dalğada hərəkətinə 

səbəb olmuşdu. Yerdəyişmə iqtisadi səbəblərlə bağlı idi. Mühacirlər 

dəniz yolu ilə Kiçik Asiyadan qərbə yönəlmişdilər (onların bir hissəsi 

İtaliyaya düşə bilərdilər)…»  (16,16-17)

Eney

  sözünü   yunan   dilindəki  



aenea

  («əbədi»)   və   latın 

dilindəki  

aeneus

  («möhkəm», «uçulmaz») sözləri ilə müqayisə 

etmişlər.(5, 55). Lakin fikrimizcə, bu söz türk dillərində çox geniş 

şəkildə   işlənən   «qurd   balası»   mənasında  

əniy

  sözündəndir. 

Böyük türk xaqanlığını yaratmış Bumın kağanın tayfası da   çin 

dilində bu sözlə 



a-şina

 – «nəcib qurd» adlanırdı. (rus dilindəki 

henok

,   türk   dillərindəki  



ənik,

  çin   dilindəki  



şena

  sözləri 

eyniköklüdür; bax: 14, 97-114)

Paris  

–   Priamın   oğludur.   Onun   Aqamemnonun   qardaşı 

Menelayın   arvadı   gözəl   Yelenanı   qaçırıb   Troyaya   gətirməsi 

müharibə üçün bəhanə sayılır. Odur ki hərdən qınaq mənbəyidir: 

«Ey   saçını   qız   tək   hörüb,   qızlardan   göz   ayırmayan   lovğa 

qoçaq…»  (163)

Paris

  - «bars» (pələng) sözündəndir. Türk dillərində  



Bars 

buğa,   Bars   beg,

  xakas   dilində   isə  



Paris

  adları   məlumdur. 

(6,,84-85)

Troya qəhrəmanlarından 



Alber 

adının «alp ər»

 

mənasında 



olduğu, 

Askan

 şəxs adının  «azqın» sözü ilə bağlı  olub «dəcəl, 

qəzəblənmiş,   qızmış,   tərs,   sözə   baxmayan»   mənalarında   iş-

118


ləndiyi izah edilmişdir..(5,56-57) Priamın bacısının adını bildirən 

Aytilla

  adı     qırğız  antroponimiyasındakı  

Aytilla

  ilə  müqayisə 

edilmişdir. (5, 58) Bu söz bəlkə də böyük hun sərkərdəsinin adı-

nın   -

Attila 

sözünün   əcdadıdır.   Afrodita   troyalıların   dilində 



Bayana

 şəklində qeydə alınmışdır. 

Bayana 

türk mifologiyasında 

himayəçi   qadın   tanrısı   sayılır   və   «bəy   ana»   kimi   izah   edilir. 

(12,82-85)

Bunlardan   başqa,   poemalardakı  

Alt 

(Priamın   qaynatasının 

adı, 313), 

İtil

 (597), 

Pir

  (246), 



Elat

 (tərcümədə 

Yelat


 verilib, 90) 

kimi şəxs adlarının, 



Tayget 

dağ adının (tərcümədə 

Qayget

  gedib, 



439), 

Aksi 

çay adının (44)  türk mənşəli olduğunu söyləmək müm-

kündür.


  Ümumən Homerin «İliada» və «Odisseya» poemalarındakı 

onomastik leksikanın ətraflı tədqiqinə xüsusi ehtiyac vardır. Biz isə 

Homer dövründə «Dədə Qorqud»u yaradan oğuz türk tayfalarının 

axeylilər və başqa hindavropalılar ilə qonşuluq şəraitində yaşadıqla-

rını, yaxın  əlaqə və münasibətdə olduqlarını göstərmək üçün bir 

neçə nümunəni nəzərdən keçirməli olduq. Bunlar göstərir ki, bir kök-

dən olan insan  eyni real hadisələr, eyni mif və əfsanələr əsasında 

dastanlar yaradır və həmin dastanları tədricən öz səciyyəsinə müva-

fiq şəkildə cilalayır.  


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin