ƏDƏBİYYAT
1.H o m e r. İliada. Odisseya. Bakı, «Yazıçı»,1986 («İliada»
M.Rzaquluzadə, «Odisseya» Ə.Ziyatay tərəfindən tərcümə
edilmişdir).
2.Kitabi-Dədə Qorqud. Bakı, «Yazıçı», 1988.
3.Q. K a z ı m o v.Azərbaycan dilinin tarixi (ən qədim
dövrlərdən XIII əsrə qədər), Bakı, «Təhsil», 2003.
4.C. W. Blegen. Troy and the Troyans, N. Y., 1963.
5.Ç i n g i z Q a r a ş a r l ı. Qədim yunan, roman, kelt və
german dillərində türkizmlər. Bakı, «Elm», 2005.
6.Drevnetörkskiy slovarğ. Leninqrad, «Nauka»,1969.
7.Q o m e r. İliada. Odisseə. Alma-Ata, «Mektep», 1986. Pere-
vod s drevneqreçeskoqo Qnediça, V.Jukovskoqo.
8.L. A. Q i n d i n. Naselenie qomerovskoy Troi. M., «Nauka»,
1993.
119
9. A p o l l o d o r. Mifoloqiçeskaə biblioteka. L., «Nauka»
1972,
10.V .V. R a d l o v. Opıt slovarə törkskix nareçiy. IV-2.
11.G. V. S e v o r t ə n. Gtimoloqiçeskiy slovarğ törkskix
əzıkov. «Nauka», M., 1974.
12.N. K u d a ç i n a. K gtimoloqii slova «bay» v altayskom
əzıke. «Sovetskaə törkoloqiə», 5, 1980.
13.Vl. K r u z e. Qomerovskiy slovarğ. S.Peterburq, 1880
14.Q. K a z ı m o v.Dil. Tarix. Poeziya. Bakı, «Nurlan», 2005.
15.Ə l i S u l t a n l ı. «Kitabi-Dədə Qorqud» və qədim yunan
dastanları, Bakı, «Elm», 1999.
16.M. R i m ş n e y d e r. Ot Olimpii do Ninevii vo vremena
Qomera». Perevod s nemeükoqo L.P.Suzdalğskoy, «Nauka», 1977.
17.Ə. D ə m i r ç iz a d ə. Azərbaycan ədəbi dili tarixi.Birinci
hissə, Bakı, «Maarif», 1979.
18.Kitabi-Dədə Qorqud. Bakı, «Yazıçı», 1988.
19.M i r ə l i S e y i d o v. Azərbaycan mifik təfəkkürünün
qaynaqları. Bakı, «Yazıçı», 1983.
20.A. J u b a n o v. Strunı stoletiy. Oçerki o jiznğ i deətelğnos-
ti i tvorçestve kazaxskix narodnıx kompozitorov, Alma-Ata, 1972.
21..M. S e y i d o v . Azərbaycan – erməni ədəbi əlaqələri,
Baku. «Elm», 1976.
22.V. V. B a r t o l ğ d. Kniqa moeqo Deda Korkuta, Bakı,
1999.
23.Q. R ə c ə b l i . «Dədə Qorqud» oğuzlarının ilk vətəni
haqqında. «Dede Korkut – 1300». Materialı nauçnoy konferenüii,
posvəhennoy 1300 letiö gposa «Dede Korkut» (28-29 sentəbrə
1999 qoda). Baku, 1999.
24.X ə l i y ə d d i n X ə l i l l i. Dədə Qorqud oğuznamələrinin
yaranma tarixi və digər oğuznamələrlə paralellərin dövrü və
səbəbləri. Bakı, «Nurlan», 2007.
Homer’s Poems and ”Kitabi-Dede Qorgud”
Professor Gazanfar Kazimov
120
In his article professor Kazimov investigates the Troyan events
of the 50s of the XIII century B.C. and topic relations between the
poems of “Iliad” and “Odyssey” and “Kitabi-Dede Qorgud”.
Such chapters of “Dede Qorgud” as “How does Basat kill
Depegoz”, “Gam Bore’s son Bamsi Beyrek”, “Salur Qazan’s house
theft” and in some other chapters in the depiction of political events,
in composition and structures, in the ways of depiction, in religious
world outlook one can find a very close coincidence between “Iliad”
and “Odyssey” and “Dede Qorgud”.
These once again show that though “Kitabi-Dede Qorgud” later
was brought to Islam isues, and some modernizations were done in
poem, this work is a good example of military democratic period, and
it is the monument of Homer’s period and of his age. Both Homer’s
poems and “Kitabi-Dede Qorgud” took their beginning from the same
root. It becomes clear that Indo-europeans and turks lived together
and side-by-side and created original masterpieces of art on the basis
of the same social events.
The second major reason is that the investigation of Troya
toponyms, etnonyms, hidronyms, and antroponyms show that they
are of turk origin. And it once more proves the thesis that the Troya is
a turk town, and the troyans are turk tribes.
121
Поэмы Гомера и эпос «Книга моего
Деда Коркуда»
В статье подвергнуты анализу сюъетные параллели
меъду огузским героическим эпосом «Китаби-Деде Коркуд» и
эпыческими поэмами Гомера – «Илиадой» и «Одиссей», по-
вествующыми о событиях и героях Троянской войны 60-50-х
гг. ХЫЫЫ в. до н.э,, приключениях Одиссея. В результате
этого исследования установлены существенные переклички
гомеровских поэм с огузским эпосом в опысании
общественных явлений, в композыцыонном построении фабу-
лы и сюъета, в изобразительных средствах и способах, в рос-
тках соцыального уклада и политического строя, в ре-
лигиозных верованиях. Более того, историко-лингвистический
анализ топонимов, этнонымов, гидронимов и антропонимов,
связанных с Троей, выявил несомненное тюркское их проис-
хоъдения, подтвердив отмеченный в спецыальной литературе
факт: Троя был тюркский город, троянцы были тюркскими
племенами.
Таким образом, несмотря на то, что «Книга моего деда
Коркуда» в эпоху раннего средневековья претерпела опре-
деленную исламизацию, неоднократно испытывала впос-
ледствии осовременывание, этот героический эпос, носящий
явный отпечаток эпохи военной демократии, является памят-
ником времён Гомера, ровесником эпыческих поэм великого
древнегреческого старца. Не подлеъит сомнению тот факт,
что общими источниками этих орыгинальных образцов
высокого искусства были одни и те ъе мыфы и легенды, фоль-
клорные материалы, социальные уклады, общественно-
политыческие события, предопределенные общностью
совместной ъизнедеятельности индоевропейцев и тюрков.
122
«AVESTA», AZƏRBAYCAN
VƏ
DOKTOR ŞƏFİZADƏNİN ELMİ QÜDRƏTİ
Deyirəm, Azərbaycanı gözəgörünməz qüvvələr dünyanın ən
xoşbəxt bir ölkəsi kimi yaradıb, amma onun sakinləri onu bədbəxt
bir ölkəyə çeviriblər. Əvvələn ona görə ki, onun müstəqilliyini
qoruya bilməyiblər və onu səkkiz bölük eləyiblər. İkincisi, onun
minilliklər boyu yaratdıqlarına, dünya sivilizasiyasının inkişafı üçün
birincilik statusuna malik olan mənəvi mədəniyyətinə sahib dura
bilməyiblər, bu mədəniyyətə yad olanlar və ya ondan bəhrələnsə
də, bilavasitə yaradıcısı olmayanlar onu qapıb onun əlindən alıblar,
ona heç nə qoymamağa çalışıblar. Bu elə bu gün də belədir və onu
görməzliyə salırlar. Lakin bunu görənlər də var. Amma görənlərin
haray salmağa, bağırmağa maddi-fiziki enerjisi yoxdur, enerjisi
olanları isə bu cəhət əsla düşündürmür, çünki onlar əksəriyyət
etibarilə elə o yad qapağanlar nəslindəndir və nəyə isə ümid edir-
lər. Bəlkə ümid edirlər ki, elə Azərbaycan xalqının çox qədim mə-
dəniyyət tarixi üzərinə bir daş qoyub, onu altdan-altdan sorub
başqa bir xalqın mədəniyyət tarixini uzatmaq olar? Ağlım kəsmir.
Dişi, dırnağı ilə olsa da, öz tarixini üzə çıxarmağa, həqiqəti ortaya
qoymağa çalışanlar var və millətin əlində heç nə olmasa da, artıq o
ayılır, öz haqqını başa düşür.
Söhbət dünya sivilizasiyasının təşəkkülündə birincilik hüqu-
quna malik olan «Avesta»dan, «Avesta» təlimlərindən, onun
yaradıcısı olan Zərdüştdən, ulu mağlardan gedir.
Bilirəm ki, əlinə keçənlər bu yazının yuxarıdakı abzasını
oxuyacaqlar. Lakin söhbətin «Avesta»ya gəldiyini gördükdə, ya-
zını bir tərəfə atıb deyəcəklər: «mənasız söhbətdir». Amma biz
davam edirik, çünki ola bilər ki, bekar adamlar olsun, oxusun.
Biz «Azərbaycvn dilinin tarixi (ən qədim dövrlərdən XIII
əsrə qədər)» kitabında «Avesta»ya çox cüzi toxunmuşuq, lakin
verdiyimiz bir-iki cümlə ilə də olsa, Zərdüşt təliminin mahiyyəti
barədə qəti fikir söyləmiş və Zərdüştün vətəni haqqında
«Akademik» tarixin müəllifinin – Zərdüştü və onun minilliklər ar-
xasından boylanan «Avesta»sını Azərbaycandan bilə-bilə təcrid
123
etmək istəyən, vətən tarixinin lider təhrifçilərindən İqrar Əliyevin
«heç bir dəlil» «…Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni
saymağa imkan vermir» fikrinin əksinə olaraq yazmışıq:
«Zərdüştilik, zərdüşti təlim, oda sitayiş bilavasitə Azərbaycanla
bağlıdır. Bu təlim müxtəlif etnoslar arasında yayılmışdır. Əksər
tədqiqatçılar Mada mağlarını iranmənşəli hesab etməmişlər. Oda,
atəşə sitayiş isə daha çox Azərbaycanla bağlı yaranmışdır. Buna
görə də Azərbaycanı bu təlimin, xüsusən də onun yaradıcısı Zər-
düştün vətəni hesab etmişlər». (1, 258)
Biz burada bir qədər yumşaq danışsaq da, kitabda Midiya
mağlarını dünyanın və Azərbaycanın ən qədim tayfası, həm də
irandilli deyil, türk tayfalarından ən güclüsü hesab etmiş və bunun
sübutu üçün çoxlu dəlillər gətirmişik: «Mən şəxsən düşünürəm ki,
Mada tayfalarından biri olan mağlar şimallı-cənublu Azərbaycanın,
şimallı-cənublu Muğanın ən qədim əhalisidir (müklər onların bir
qoludur) və bunlar – mağ kahinləri çox qədim tarixə malik
olmaqla, ilk səmavi allahların yaradıcılarıdır. Zaqros dağlarından
İkiçayarasına enən şumerlər də onların şagirdləridir. Manna da,
Mada da onların adı ilə bağlıdır. Onlar daim müstəqilliyə can atmış,
öz yüksək ağlı, kahin qüdrəti ilə buna əksərən nail olmuşlar».(1,
250) «Bu saxta, satqın və riyakar, xalqın tarixnə xəyanətlə dolu
«tarixlər» meydana çıxana qədər bizim tarixçilər və başqa elm sa-
hələrini təmsil edən görkəmli ziyalılarımız, alim və yazıçılarımız ulu
babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız oldu-
ğuna şübhə etməmişlər». (1, 251)
«Beləliklə, mağların vətəni Azərbaycandır. Mağlarla bağlı bü-
tün izlər də Azərbaycandadır. Mağların fəaliyyəti son dərəcə
qədim və geniş olduğundan magiya bütün dünyaya yayılmışdır.
İndi dünya dillərində işlədilən «magiya» sözü bu kökdəndir. Biz
bu kökü dünyaya tanıda bilmirik. Demək, Azərbaycan ərazisi ən
qədim yaradıcı insanların məskəni olmuşdur. Şumerlər çoxallahlı
idilər. Çoxallahlılıq magiyadan sonrakı hadisədirsə, deməli, mağ
mədəniyyəti daha qədimdir və mağlar şumer mədəniyyətinin
inkişafına təkan verə bilmişlər».(1, 263)
Tarixçilərə yaddaş: «Biz ilk dəfə olaraq başqa bir məsələni də
qeyd etmək istəyirik. Bizim fikrimizcə,
mağ
və
qam
sözləri bir kök-
dəndir və
qam
sözü
mağ
sözündə samitlərin metatezası əsasında
124
yaranmışdır.
Mağ
sözü ilkin və qədimdir. Qamlar mağların sonrakı
nəsilləridir. Çox qəribədir ki,
Qamata
(Qaumata, e.ə.522-də
öldürülüb) adı
qam
sözü ilə başlayır. Qaumata – «qam ata»
deməkdir və buna şübhə yoxdur. Digər tərəfdən, Herodot
Qa(u)matanın mağ olduğunu qeyd edir. (Qa(u)mata sözünü
tərsinə oxuduqda
Ata mağ
alınır). Deməli, hələ e.ə.VI əsrdə
mağ
sözü metatezaya uğramış şəkildə işlənirmiş. Lakin artıq yeni
minillikdə
qam
sözü tədricən üstünləşmiş,
q>k
keçidi ilə
kahin
sözünün də formalaşmasına səbəb olmuş,
k>ş
keçidi ilə
şaman
sözünü yaratmışdır. Deməli, «Kitabi-Dədə Qorqud»da Qam Ğan
oğlu xan Bayındır öz kökünü ulu əcdadları Mada mağlarından al-
mışdır».(1, 263-264)
Biz
mağ
sözünün etimologiyasına xüsusi diqqət yetirmiş,
Bağıstan, Manna, Maday, Muğan
kimi əzəmətli qədim
toponimlərin də bu köklə bağlı olduğunu, sözün əslinin
b>m
keçidi
ilə
ba
(sonralar
bağ
şəklində) sözündən (
bağlamaq, bağlı, allah,
kahin, rəis, bəy
mənalarında) yarandığını izah etmişik (Ətraflı
məlumat üçün bax: 1, 264-272).
Kitabda mağlar haqqında xeyli araşdırmalarımız var. Kitabın
əsas tədqiqat obyekti mağlar olmadığından biz bu tayfa və bəşər
tarixində onun misilsiz xidmətləri barədə geniş danışa bilməsək də,
tarixin dərinliklərindən bu tayfa və onun xidməti barədə duyub
qeyd etdiklərimizin doğru olduğuna şübhəmiz yoxdur. Bu günlərdə
əlimizə keçən bir kitab – doktor Baloğlan Şəfizadənin «Zərdüşt,
Avesta, Azərbaycan…» kitabı bizi bu sahənin ən müasir tədqiqi ilə
əfsunladı, sinəmizi fəxarətlə doldurdu. Yalnızlıq, təklik, kimsəsizlik
qorxusu ilə yaşadığımız bir dövrdə bu kitab bizdə belə bir təəssürat
doğurdu ki, xeyr, Azərbaycan xalqını, onun tarixini, mədəniyyətini
sevənlər yox, onun yolunda özünü fəda etmək, qurban vermək
istəyənlər və buna hazır olanlar var. Amma hədsiz təəsüf ki, kitab
vaxtında əlimizə keçməyib. Bu da yeni «ictimai quruluşun» bəlala-
rından irəli gəlmişdir – gərək minbir əziyyətlə xalqının tarixinə dair
yazdığını öz ailənin boğazından kəsmək və ya bir başqasına ağız
açmaqla az bir tirajla çap edib, dostuna-tanışına çatdıra biləsən.
Mən isə Baloğlanla cəmi bir neçə aydır, tanış olmuşam.
125
Biz tanış olduq və bir-birimizə kitab verdik. Sonra mənə aydın
oldu ki, nə mən ona, nə də o mənə lazım olan kitabı vermişik. Mən
onun mənə lazım olan kitabını xeyirxah dostum filologiya elmləri
doktoru Hüseyn İsrafilovun köməyi ilə əldə etdim. Daha doğrusu,
dilimizin və tariximizin xeyirxahı və həqiqi tədqiqatçısı olan bu insan
Şəfizadənin kitabını gətirib mənim yazı stolumun üstünə qoyduq-
dan sonra mən o kitabla tanış oldum. Tanış oldum və oxuyub
heyrətə gəldiyim üçün, gec də olsa, ürək sözlərimi yazmalı oldum.
Rəy üzərində işləyərkən, az qalırdım, Baloğlan Şəfizadənin yaz-
dıqlarının hamısını bura köçürüm. Çünki, elə bil, bu kitabı o yox, mən
yazmışam.
Şəfizadə əsas problemləri bir neçə səhifəlik girişdə aşağıdakı
kimi sıralamışdır:
a) «Avesta»nın zamanı, məkanı və milli mənsubiyyəti hələ
də qəsdən sual altında saxlanılır;
b) Zərdüştiliyin vətəni bəzən bilə-bilə, bəzən də bilmədən
başqa ərazilərdə axtarılır;
s) «Avesta»nın dili konkret bir xalqa aid edilə bilmir və bir
sıra hallarda «qədim İran dialekti» adlandırılır; hind-Avropa
dillərinin başlanğıcı sayılır;
ç) «Avesta» əlifbası orta fars əlifbasından törəmə hesab
olunur;
d) «Avesta»nın dini və dünyəvi fəlsəfəsi başqa xalqların
adına çıxılır, Azərbaycan və Azərbaycan tayfaları qəsdən nəzərə
alınmır.
Problemlər çoxdur. Ona görə ki «Avesta» yer üzündə ilk
sivilizasiya sayılan şumer mədəniyyətindən də əvvəldir və bəşər
mədəniyyətinin başında durur.
Bu cür problemlərin bilavasitə Azərbaycan mühiti ilə bağlılığı
o qədər laqeyd izah edilmişdir ki (başqaları heç, guya lap «özümü-
zünkü» sayılanlar tərəfindən də), nəticədə «…abidəyə heç olmasa,
türk xalqlarının da ortaq olduğu etiraf edilməmişdir».(2, 5) Bizim
akademiya gərək bu vaxta qədər «Avesta»nın bütün mümkün
əlyazmalarını, ən mükəmməl fotosurətlərini, ən mükəmməl
nəşrlərini ortaya çıxarmış ola idi, halbuki bu vaxta qədər cəmi
yeddi yaşt (1990) və «Qatlar»dan müəyyən parçalar nəşr
edilmişdir.(1924,1984) Abidəyə böyük yanğı və ürək qanı ilə yana-
126
şan müəllif tamamilə doğru yazır ki: «Zərdüştün Urmiyalı –
Azərbaycan türkü olması və «Avesta»nın ən qədim hissəsi olan
«Qatlar»ın indiki Azərbaycan, Nəhavənd, Rey, Həmədan, İsfahan
adlanan ərazidə - «Pərəsada yarandığının «Qatlar»da etiraf
edilməsi bizi vadar etməlidir (yazıla bilərdi: «etməli idi ki» -
Q.K
.),
digər xalqlardan daha çox Azərbaycan türkləri bu abidəyə sahib
durub, onu tədqiq eləsin». (2, 5)
Bunları və bunların bu vaxta qədər, az da olsa, yerinə yetiril-
mədiyini görən müəllif son dərəcə böyük və şərəfli bir işə qədəm
qoymuş, avestaşünaslığın bu günə qədərki nailiyyətlərinə, X.Barto-
lomeonun «İran dialektinə aid vəsait» (almanca, Seçmə «Avesta»
mətnləri ilə, Leypsik, 1883) adlı əsərində toplanmış lüğət
materiallarına, Azərbaycan türklərinin məişətində, Azərbaycan
folklor və mifologiyasında Zərdüştilik izlərinə, Altay və Sibir
şamançılıq leksikasına yeni gözlə baxaraq, abidənin mühüm bir
hissəsini müasir Azərbaycan dilinə çevirmiş, onun yaranma, ya-
yılma əraziləri, dili, vətəni, Zərdüştiliyin dini və fəlsəfi əsasları,
bütün dinlərin ilkin törəmə mənbəyi olması, tədqiqindəki saysız
saxtalaşdırmalar, mənimsəmələr və dünya mədəniyyətinin, qohum
türk dillərinin inkişafında böyük rolu barədə misilsiz bir tədqiqat
əsəri ortaya qoymuşdur. Müəllif araşdırmalar əsasında belə bir qəti
qənaətə gəlmişdir ki, «…abidənin yazıldığı dil şərq xalqlarının
əcdadlarının danışdıqları prototürkcədir».(2, 6) Avropanın elminə
və «Avesta» mətninin öz materiallarına əsasən yenə belə bir qə-
naətə gəlmişdir ki, «…yer üzündə ilk sivilizasiyanın başlanğıcı: dil,
din, kitab, əlifba, məktəb, fəlsəfə və ictimai fikir məhz bu kitabın
mətni ilə bağlıdır».(2, 6) «Bu bir ədəbi abidə kimi bütün türk dün-
yasının klassikasının ən ulu qaynağıdır. Dili isə Azərbaycan türkcə-
sinin ən arxaik variantındadır – prototürkcədir. Deməli, müasir türk
xalqlarının hal-hazırkı işlək dillərinin ən qədim variantı Azərbaycan
türklərinin ulu babaları olan mağların danışdığı və yazdığı dildir».
(2, 6) Bunlar oxucuya fantaziya kimi görünə bilər, lakin, əslində,
müəllifin həqiqi tədqiqatdan irəli gələn düzgün qənaəti kimi, son
dərəcə məntiqidir. Bizim «Dil tarixi»ndə gəldiyimiz nəticələrə
tamamilə müvafiqdir. Miqrasiyalardan danışmasa da, əsərinin
ümumi ruhu İnsanın Ön Asiyadan Yer üzünə yayıldığını,
127
türklərin Azərbaycana gəlmə deyil, Yer üzünə, o cümlədən
Altaya Azərbaycandan yayıldığını əsaslı şəkildə sübut etmiş olur.
Aydındır ki, «Avesta»nı diqqətlə öyrənmədən Azərbaycan
xalqının və digər türk xalqlarının tarixini, dil, ədəbiyyat, din və
fəlsəfə tarixini düzgün təsəvvür etmək olmaz. Odur ki müəllif
«Avesta» problematikası və Azərbaycan türklərinin mədəniyyəti»
adlı birinci fəsildə «Avesta»nın yaranma, inkişaf tarixi və milli
mənsubiyyəti, ilk əzəmətli bir kitab kimi dünya mədəniyyətinə
təsiri və s. çox ciddi problemlərin tədqiqi ilə məşğul olmuşdur.
«Avesta»nın yaranma tarixi bizə fantastik görünə bilər – 12
min il əvvəl. Odur ki müəllif əsəri Yer kürəsinin, Ayın, Günəşin, bizim
qalaktikanın və bəşərin inkişaf mərhələləri barədə elmin sübut
etdiyi, lakin bizə fantastik görünən tarix barədə məlumatla başlamalı
olmuşdur.
Yerin səthi – 3,9 milyard il, kainat – 15 milyard il, Günəş -
4,5 milyard il əvvəl əmələ gəlib. Bu müddəti nəzərə aldıqda insanın
doğuluşu müddəti ildırım çaxması kimi ani bir zamanla ölçülə bilər
– Homo sapiensin yaşı 100 min il. İnsanın mənşəyi barədə müəllif
başqa qənaətdədir: «…geoloji il hesablamalarına görə insan bizim
planetə o qədər də qədimdə gəlməyib».(2, 9) Bu «gəlməyib»
sözünü həqiqi mənada «gəlib» kimi başa düşsək, belə çıxır ki,
insan təkamül nəticəsi deyil, bizim planetə gəlmədir. Müəllifin
sonrakı söhbətlərindən aydın olur ki, fikri həqiqətən də belədir və
bu fikir ona «Avesta»nın özündən gəlir: «Qatlar»da yer üzündə ilk
insan nəslinin yaşamağa başlamasından açıq-aşkar bəhs olunur.
Bu nəslin Yer üzünə Ay vasitəsilə hansısa bir qalaktikadan göndə-
rildiyindən söhbət gedir».(2, 238) Belə fikirlər var. Lakin şəxsən
biz İnsanı Yer kürəsinin öz övladı hesab edirik.
Müəllif insanın Yer üzündə yaşadığı dövrü elmin hesablama-
ları əsasında dörd dövrə bölmüşdür: Tarixə qədərki dövr - bu
dövrdə o daha çox yer üzündə olan canlıların bir növü idi və məhz
bu dövrdə o, oddan istifadə etməyə başlayıb. Erkən əkinçilik və
maldarlıq dövrü adlanan ikinci tarixi dövrdə o, heyvanlardan və
bitkilərdən istifadə etməyə başlayıb. Erkən urbanistik dövrdə
şəhərlər əmələ gəlib, istehsal və əmək bölgüsü güclənib. Nəhayət,
müasir sənaye dövrü – artıq sivilizasiyanın daha çox ziyanları ilə
128
müşayiət olunan dövr. (2, 9) Bu bölgünün özü də insanın təkamül
yolu ilə inkişaf etdiyini göstərir.
Bu bölgü «Avesta»nın həqiqi tarixini müəyyənləşdirmək, oxu-
cuda aydın təsəvvür yaratmaq üçün verilmişdir. Müəllifin fikrincə,
birinci növbədə öz məzmunu, həm də antik müəlliflərin məlumatı
göstərir ki, «Avesta» ikinci dövrün – əkinçilik və maldarlıq
dövrünün məhsuludur, ona görə də onun tarixini antik müəlliflər
Herodotdan 6 min il əvvələ aid etmişlər. Diogen Laertskinin verdiyi
məlumata görə, Zərdüşt Troya müharibəsindən beş min il əvvəl
yaşamışdır. Şəfizadə «Avesta» tədqiqatçılarından Abayevə
əsaslanaraq, «Avesta»nın ən qədim hissəsi olan «Qatlar»ın şəhər
mədəniyyətindən əvvələ, əkinçilik və maldarlıq dövrünə aid ol-
duğunu göstərir. Abayev yazır: «Şəhər mədəniyyətinə Qatların
məzmununda işarə belə yoxdur. Onun hər misrasında ibtidai
çoban məişəti səslənir ki, bu da antiistorizmin zirvəsindədir».
Bu qeydlər əsərin tarixini XII-IX minilliklərə aparır ki, bunlar
tam ağlabatandır.
Hegel Zərdüştün işıq nəzəriyyəsini əsas tutaraq, tarixin Şərq-
dən başladığını qeyd etmişdir: «Asiyada ilahi işıq parladı və
bundan sonra dünyanın tarixi başlandı». Lakin müəllifin qeyd etdiyi
kimi, Hegel bu tarixi farslarla bağlamaqda səhv edirdi, çünki Zər-
düştün işıq-idrak nəzəriyyəsi meydana çıxanda o ətrafda
əhəmənilərin hələ izi-tozu da yox idi.
İnsan şüurunun inkişafını nəzərə aldıqda müəllif bəzən
bədbin fikirlər söyləyir. Bu, yəqin ki, «Avesta» müdrikliyinə alu-
dəçilikdəndir: «Fikrimizcə, ayrılıqda şüur faktlarının kamilliyi
qədimdə müasir səviyyədən bəzən xeyli üstün olub».(2, 9-10)
Doğrudur, indi bəzi insanlarda canavar davranışını nəzərə
aldıqda müəllifə haq vermək olar, lakin müasir texnika –
kompyuter texnikası, elə silah növləri, sənaye müəllifin nəzərdə
tutduğu insanların şüuru ilə yarana bilməzdi.
Şəfizadə «Avesta» ilə bağlı bütün məlumatları nəzərdən
keçirməklə, onun ilkin və sonrakı həcmini də müəyyənləşdirməyə
çalışmışdır. Plini «Avesta»nın ilkin mətninin 2 milyon misra
olduğunu qeyd etmişdir. İskəndər onu yandırdıqdan sonra yeddidə
bir hissəsi – Sasanilər dövründə 345 700 misra qalmışdır. Şəfizadə
129
bu rəqəmi yeddiyə vuraraq 2 419 900 rəqəmini almışdır ki, bu da
antik müəlliflərin qeydlərinə müvafiqdir.
Təbii ki, çox uzaq keçmişə aid olan belə bir əsər miflərlə bağlı
olmalı idi və müəllif də bu cəhəti xüsusi araşdırmışdır: «Avesta»nın
mətnlərindəki məlumatların miflərdən alınmasını və özündən son-
rakı müqəddəs kitablara keçməsini dünya alimləri təsdiq edirlər».
(2, 15) Buna görə də miflərə bütün başqa elmlərlə yanaşı, tarixin
də başlanğıcı kimi baxmaq lazım gəlir: «Fikrimizcə, mif ilkin epik
abidələrin övladıdır».(2, 16) Zərdüşt və «Avesta» mifologiyası
bütün dünya mifologiyasına təsir etmişdir. «Buddizm və Mərkəzi
Asiya xalqlarının ənənəvi inamları» əsərində göstərilir ki, Zərdüşt və
«Avesta» mifologiyası «…qədim uqorfinlərin, keltlərin, slavyanların,
Qafqaz xalqlarının, Orta və Mərkəzi Asiya xalqlarının mifoloji
görüşlərinə təsir göstərmişdir».(3, 53)
Tarixin başlıca təhriflərindən biri odur ki, bu yerlərdə hələ
farslar və İran dövləti olmadığı halda, «Avesta» mifologiyası «İran
mifologiyası» kimi qələmə verilmişdir, onun yaradıcıları olan
türklər bir sıra alimlər tərəfindən dilə gətirilməmişdir. Lakin zər-
düştiliyin köklərinin çox qədim olduğunu, dünyanın müxtəlif ərazi-
lərinə tədricən Azərbaycandan yayıldığını göstərən alimlər də
çoxdur. A.O.Makovelski çox aydın söyləmişdir: «…zərdüştiliyin
əsas sahibi, gördüyümüz kimi, etnik cəhətdən türk qəbilələrindən
təşkil olunmuş midiyalılardır…» (4, 142) Əsər boyu Şəfizadə bu
cür «İran» faktorunun yanlış olduğunu göstərə-göstərə
irəliləmişdir. Bu, onun faktlardan aldığı qəti qənaətidir ki, yazır:
«Ancaq deməliyik ki, «Avesta» və Zərdüşt mifologiyası nəinki
türklərlə ortaqdır, fikrimizcə, türklərə məxsusdur». «Avestaşü-
naslıq elmi Zərdüştün türk olduğunu qəbul edir».(2, 16)
Müəllif «Avesta»nın başına gətirilən müsibətləri xatırladaraq
yazır: «…bəşər tarixi saxtalaşdırmalarla doludur və bu proses indi
də davam edir. Ancaq şübhəsizdir ki, tarixən bu cinayətlərin ən
faciəlisi türk xalqlarının ən ulu başlanğıclar kitabı olan «Avesta»nın
başına gətirilmişdir». (2, 24) Belə bir əzəmətli kitabın axırına
çıxmaq mümkün olmadığını görüb onu yandırmışlar. Volter
İstəxrdəki od məbədini yandırdığına görə İskəndəri «nifrətəlayiq
sərxoş» adlandırmışdır. (5, 554)
130
«Mifoloji məktəb adlanan axının nümayəndələri belə mülahi-
zələrdən çıxış edirlər ki, iki hadisənin zahiri uyğunluqları onların
tarixi əlaqələrindən xəbər verir». (6, 17) Şəfizadə bu cəhəti
yuxarıda sadaladığı xalqların mifoloji düşüncə uyğunluğunda və
onların hər birinin «Avesta» miflərindən qidalanmasında görür. Biz
bu yaxınlarda Homerin poemaları ilə «Kitabi-Dədə Qorqud»u mü-
qayisəli öyrənməklə onların yaradıcısı olan xalqların arasında belə
tarixi-mədəni birliyin olduğunu gördük. (7, 29-78) Bu şəkildə
«Avesta» ilə qədim hind vedalarının birliyi də sübut olunur. Brün-
hüfdən sonra onun müqayisəli məktəbinin davamçısı Rott sübut et-
mişdir ki, «Avesta» və Veda mifləri eyni mətndən şaxələnmişdir».
Şəfizadə Zərdüştiliyin baş allahı sayılan Ahuramazdanın Gü-
nəşin mifik obrazı olduğunu qeyd etməklə bu adın əslinin bərpası-
na da çalışmışdır. Müəllifin fikrincə, bu söz iki kökdən:
Dostları ilə paylaş: |