Referat elmi rəhbər: Kazımova Xəyalə Tələbə: Atakişiyeva Xəyalə Bakı-2023 plan


Azərbaycanda maliyyə elminin yaranmasına dair nəzəri baxışlar



Yüklə 60,15 Kb.
səhifə2/4
tarix21.12.2023
ölçüsü60,15 Kb.
#188888
növüReferat
1   2   3   4
Atakişiyeva Xəyalə 221S Maliyyə

2. Azərbaycanda maliyyə elminin yaranmasına dair nəzəri baxışlar
Maliyyə elminin müstəqil elm kimi meydana gəlməsi böyük bir tarixi yol keçmişdir. Bu onu göstərir ki, bu elm hələ çox qədim zamanlarda yaranmış, öyrənilmişdir. Maliyyə nəzəriyyəsinə aid ilk elmi əsərin müəllifi yunan mütəfəkkiri Ksenefont (e.ə.430-355) hesab edilir. Onun maliyyə nəzəriyyəsinin inkişaf yolunun Aristotel tərəfindən inkişaf etdirildiyi iddia edilir. Aristotelin əsərlərində bütövlükdə maliyyə sistemi, eləcə də dövlət maliyyə sistemi haqqında baxışlar öz əksini tapmışdır. Ksenefontun “Afina politiyası” əsəri isə qədim Afina dövlət maliyyə sisteminin tam mənzərəsini əks etdirir.
Maliyyə elminin meydana gəlməsinin sürətlənməsi üçün qədim İran dövlətinin maliyyə-pul sisteminin təhlili böyük əhəmiyyət kəsb edir. Qədim İran dövlətinin maliyyə fəaliyyətinin öyrənilməsində Ə.Firdovsinin (934- 1020) “Şahnamə” əsəri xüsusi yer tutur.
Azərbaycanda Maliyyə elmi ilə ilk məşğul olan böyuk Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusi olmuşdur. (1204-1274). N.Tusi dövlət maliyyəsinə, vergi sisteminə dair nəzəri fikirlərini iqtisadi islahatların aparılmasi zəruriliyini qeyd etmişdir. O, “maliyyə haqqında” əsərində uzun illər idarəçilik təcrübəsinə malik olan ölkələrdə maliyyə və vergi sisteminin ölkənin idarə edilməsində böyük rol oynayan müsbət cəhətlərindən istifadə edilməsini məsləhət görmüşdür. O, öz dövrünün maliyyə vergi münasibətlərini yaxından öyrənməklə, bu münasibətlərin dirçəlişinə kömək edən təkliflərlə çıxış edir.
N.Tusinin daha çox diqqət yetirdiyi məsələ dövlət xəzinəsinin gəlir və xərclərindən səmərəli istifadə edilməsindən ibarət olmuşdur. N.Tusi dövlətin maliyyə və vergi sistemində elə dəyişikliklər aparılmasını təklif edirdi ki, bu ilk növbədə istehsalçıların marağının artırılmasına xidmət etsin. Buna görə də o, yaşadığımız dövrdə mövcud olan 40-dan çox vergi növünün tətbiqini və onların toplanmasındakı özbaşnalığı nəzərə alaraq müxtılif adlarda və formalarda yığılan vergilərin toplanmasına etirazını bildirdi. Onun maliyyə və vergi islahatları sahəsində təklifləri ölümündən sonra həyata keçirilən islahatlarda nəzərə alınmışdır. Maliyyə və vergi sisteminin yenidən təşkil edilməsi haqqında qanunlarda vergilərin sayının azaldılması, dərəcə və miqdarının müəyyən edilməsi və toplanması vaxtına əməl edilməsi kimi məsələlər öz əksini tapmışdır.
Qeyd edildiyi kimi, maliyyə nəzəriyyəsinin inkişaf tarixində orta əsr Qərb elmi fikrinin də böyük əhəmiyyəti olmuşdur. F.Akvinskidən başlanan bu istiqamət sonralar T.Men, Con Lokk, David Yum, U.Petti və başqaları tərəfindən inkişaf etdirilmişdir. Şərqin dünyaşöhrətli mütəfəkkirlərindən Əli Fərabi, İbn Sina, Əbu Reyhan Biruni, N.Gəncəvi, N.Tusi, İbn Xəldunun iqtisadi fikir tarixində böyük xidmətləri olmuşdur. Azərbaycanda orta əsrlərin iqtisadi fikirlərini öyrənərkən əksər hallarda keçmişimizə müasir dövrün tələbləri ilə yanaşılmışdır.
1991-ci ildə Azərbaycan Respublikası 70 ildən artıq bir dövrü əhatə edən bir iqtisadi sistemdən imtina etmişdir. Keçmişdə Azərbaycan SSR-nin maliyyəsi Sovet maliyyə sisteminin tərkib hissəsi olmuş, o dövrün bütün xüsusiyyətlərini özündə əks etdirmişdir.
1991-ci ildən dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının maliyyə sistemi əsaslı dəyişikliyə uğramışdır. Müasir dövrün tələblərinə cavab verən struktur formalaşmış, onun dinamik inkişafı təmin edilmişdir. Mükəmməl büdcə, maliyyə, kredit, bank sistemi yaradılmışdır.


Yüklə 60,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin