-Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent qrupundan WordArt əmri icra olunur. Bu halda WordArt qalereyasından seçim imkanları əyani şəkildə ekrana çıxır;
-Bu qrupda yazı formalarının mümkün variantları əks olunur;
-Nəzərdə tutulan WordArt mətni daxil edilir;
-WordArt qalereyasından təqdim olunan yazı üslublarından biri seçilir və onun üzərində mausun sol düyməsi kliklənir.
Sənədə lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrator (Иллюстрации/Şəkil) və Text (Текст/Mətn) lent qruplarından hər hansı obyekt əlavə edilən kimi ya avtomatik olaraq, ya da həmin obyekt qeyd olunan kimi əlavə olaraq Format (Формат/Format) kontekst tabı meydana gəlir və aktivləşir. Bu isə həmin obyektin formatının dəyişdirilməsinə xidmət edir. Seçilmiş obyektin növündən asılı olaraq lent üzərində Drawing Tools/Format (Средства Рисования/Формат, Rəsmçəkmə Alətləri/Format) və ya Picture Tools/Format (Работа с рисунками/Формат, Şəkil Alətləri/Format) kontekst tabları gəlir. Bunlar bir-birindən qismən fərqlənir.
Belə ki, Drawing Tools/Format (Средства Рисования/Формат, Rəsmçəkmə Alətləri/Format) kontekst tabı fiqurların əlavə edilməsi üçün-İnsert Shapes (Вставка фигур/Fiqurlar Əlavə et), seçilmiş fiqurun daxilinin, konturunun, effektinin üslublarını dəyişmək üçün- Shape Styles (Стили фигур/Fiqur üslubları), seçilmiş WordArt obyektinin üslublarını dəyişmək üçün WordArt Styles (Стили фигур WordArt/ WordArt üslubları), mətn qutusundakı və ya fiqur daxilindəki mətnin istiqamətini təyin edən- Text (Текст/Mətn), seçilmiş obyektlərin mətnə nəzarən və ya bir-birinə nəzərən nizamlanmasını, onların qruplaşmasını və dönmə formalarının nizamlanmasını Arrange (Упорядочить/Nizamla) və obyektin uzunluq və en ölçülərini təyin edəт-Size (Размер/Ölçü) lent qrupuna Picture Tools/Format (Работа с рисунками/Формат/Şəkil Alətləri/Format) kontekst tabı isə seçilmiş şəklin fon rəngini nizamlayan-Adjust (Изменение/Nizamla), seçilmiş şəklin sərhədlərinin, effetinin, düzən formasının üslublarını tənzimləyən- Picture Styles (Стили рисунков/Şəkil üslubları), seçilmiş şəklin mətnə nəzərən və ya bir-birinə nəzərən nizamlanması, onların qruplaşmasını və dönmə formalarının nizamlanmasını-Arrange (Упорядочить/Nizamla), seçilmiş şəklin uzunluq və en ölçülərini, onun kənarlarından kəsilmələrini təyin edən-Size (Размер/Ölçü) lent qrupuna malikdir.
Word 2010 proqramında sənədlərə müxtəlif düsturların əlavə edilməsi üçün əlavə modul-Microsoft Equations 3.0 quraşdırılmışdır. Elm, iqtisadi mətnlərin tərtibatı zamanı düsturları daxil edilməsinə mütəmadi olaraq tələbat yaranır. Word 2010 mətn prosessorunda düsturların yaradılması və işlənməsi üçün yeni vasitələr təklif olunmuşdur.
Word 2010 mətn prosessorunda sənədə düsturların daxil edilməsini 2 üsulla həyata keçirmək olar: Microsoft Equations 3.0 proqram modulu vasitəsilə və Microsoft Equations modulundan istifadə etmədən.
Birinci üsulda Microsoft Equations obyektini ənədə əlavə etmək üçün aşağıdakı addımlar icra olunur:
1. Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent qrupundakı Object (Объект/Obyekt) düyməsinin kliklənməsi zamanı açılan siyahıdakı eyni adlı əmr icra olunur;
2. Açılan Object (Объект/Obyekt) pəncərəsinin Create New (Создать/Yenisini yarat) pəncərə əlavəsinin Object Type (Тип объекта/Obyekt tipi) siyahısından Microsoft Equations 3.0 elementinin seçilməsi və OK düyməsinin kliklənməsi yerinə yetirilir;
3. Düsturları daxil etmək üçün alətləri saxlayan Equations pəncərəsi açılacaqdır;
4. OK düyməsinin kliklənməsi ilə ekranda equations alətlər paneli əks olunur.
Bu alətlər panelinin düymələrindən istifadə edərək düstur üçün açılmış sahəyə düstur əlavə edilir.
İkinci üsulda isə Word 2010 proqramının öz vasitələrilə düsturu sənədə daxil etmək olar: bunun üçün İnsert (Вставка/ Əlavə et) tabının Symbols (Символы/Simvollar) lent qrupundakı Equations (Формула/Düstur) əmr düyməsindən istifadə olunur.
Dostları ilə paylaş: |