Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə180/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   176   177   178   179   180   181   182   183   ...   246
elmi-eserler-2022-2-cap

Akif Hümbət oğlu Əliyev
148 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
10. Aminturşular, zülallar.
İlk üç nümayən-
dənin misalında aminturşuların tərkibi, quruluşu, 
izomerliyi və alandırılması. Aminsirkə turşusunun 
metal, əsasi oksid, əsas və mineral turşularla reak-
siyaları. Aminturşuların öz molekulları arasında 
peptid rabitəsi (-CO-NH-) əmələ gətirməsi. Zülal-
ların tərkibinə daxil olan 3-4 sadə aminturşunun 
quruluş formulu. Zülalların dörd cür quruluşu, de-
naturasiyasının quruluşdan asılı olması və rəngli 
reaksiyaları haqqında qısa məlumat. 
Nümayişlər:
etanol, qliserin, formalin, sirkə 
turşusu, qlükoza, nişasta, sellüloza, zülal nümunə-
lərinin göstərilməsi. Etanolun dehidratlaşması və 
qliserinin təyini reaksiyalarının nümayişi. 
Laboratoriya təcrübələri: 
Etil spirti, qlü-
koza və şəkərin suda həll edilməsi. Çörək və 
kartofda nişastanın təyini. Zülal nümunələrinin 
(lələk, yun, ipək və s.) yandırılması. 
11. Üzvi və qeyri-üzvi birləşmələrin gene-
tik əlaqələri
(mövzuya aid yoxlama yazı işi və 
ya test tapşırıqların həlli). 
Mövzuların tədrisinə aid nümunələr. 
Dərs 
mövzularına aid nümunələrdə dərs materialının 
məzmunu və məzmunun şərhi metodikası, həm-
çinin məzmuna aid aparılacaq əsas kimyəvi eks-
periment növləri təqdim olunur. Bu məqalədə 
imkan daxilində yalnız 1-ci və 2-ci dərslərin 
məzmunu şərh olunur. Jurnalın sonrakı nömrə-
lərində 
Proqrama 
daxil edilmiş bütün mövzula-
rın şərhi metodikası veriləcəkdir.
 
Mövzu 1.Üzvi kimyaya giriş.
Mövzuya aid aşağıdakı məsələlər şərh edi-
lir: üzvi maddələrin sintezinə tarixi baxış, onla-
rın çoxsaylı olmasının səbəbləri, tərkib və xas-
sələrinə görə qeyri-üzvi maddələrdən fərqlən-
məsi, vahid quruluş formulu ilə ifadə olunması, 
üzvi maddələri təşkil edən atomların arasındakı 
rabitə növü, üzvi maddələrdə izomerlik və ho-
mologiya anlayışları. Dərs mövzusunun şərhinə 
üzvi kimyanın inkişaf tarixini yada salmaqla 
başlayırıq. Hazırda məlumdur ki, “üzvi maddə” 
və “qeyri-üzvi maddə” ifadələri nisbi anlayışlar-
dır. Maddələrin belə bölgüsü XIX əsrin əvvəlin-
də yaranmışdır. XVIII əsrin ikinci yarısında 
alimlər maddələri üç qrupa bölürdülər: mineral 
maddələr, bitki mənşəli maddələr və heyvan 
mənşəli maddələr. XIX əsrin nüfuzlu kimyaçı 
alimi isveçrəli Y. Berselyus 1827-ci ildə maddə-
ləri iki qrupa bölməyi təklif etmişdir: mineral 
(qeyri-üzvi) maddələr və orqanik (üzvi) maddə-
lər. O, belə bölgü apararkən üzvi maddələrin 
qeyri-üzvi maddələrdən əmələ gələ biləcəyinə 
inanmırdı. Onun inamına görə üzvi maddələr 
yalnız xüsusi həyati qüvvənin (substansiyanın) 
təsiri ilə canlı orqanizmlərdə yarana bilər. Lakin 
elə həmin əsrdə 40 il ərzində alimlərin bir sıra 
üzvi maddələri qeyri-üzvi maddələrdən alması 
ilə (F. Völer – turşəngi (oksalat turşusunu) və 
sidik cövhərini (karbamidi), Q. Kolbe – sirkə 
turşusunu, M. Bertlo – asetilen və yağları,
A. Butlerov – şəkəri). Y. Berselyusun fikirləri 
puça çıxarıldı və onun doğru fikirdə olmadığı 
sübut edildi. Əlbəttə, bunun əksi də, yəni üzvi 
maddələrdən qeyri-üzvi maddələrin alınması 
çoxlu reaksiyalarla dəfələrlə sübut edilmişdir. 
Üzvi maddələrin sayının qeyri-üzvi birləşmələrə 
nisbətən dəfələrlə çox olmasının səbəbləri əsa-
sən energetik baxımdan izah olunur. Bunu ay-
dınlaşdırmaq üçün əvvəlcə karbohidrogenlərin 
əmələgəlmə energetikasını araşdıraq. Bu məq-
sədlə ən sadə alkan olan metanın etana çevril-
məsi zamanı nə qədər enerji sərf olunduğuna 
baxaq. Təcrübələrlə sübut edilmişdir ki, metan 
molekulunda bütün C-H rabitələrinin möhkəmli-
yi eynidir. Hesablanmışdır ki, bir C-H rabitəsinin 
qırılmasına 435 kC/mol enerji sərf olunur. Mə-
lumdur ki, metandan iki hidrogen atomunun ay-
rılması üçün 870 kC/mol enerji sərf olunacaqdır: 
2CH

→ 2CH


+ 2H
∙ 
- 870 kC/mol 
Burada tək elektronlu hissəciklər olan 
CH


metil radikalı, H
∙ 
isə hidrogen radikalı adla-
nır. Bu radikallar sərbəst yaşaya bilmir, biri-bi-
rilə birləşərək molekullara çevrilir. Bu proseslər 
enerji ayrılması ilə gedir: 
H
∙ 
+ H
∙ 
→ H

+ 437,6 kC/mol
CH


+ CH


→ C

H

+ 370,8 kC/mol
Deməli, metandan etan əmələ gəlməsi 
üçün cəmi 61,6 kC/mol enerji sərf olunacaqdır. 
Analoji olaraq hesablanmışdır ki, metan və etan-
dan propan və hidrogen əmələ gəlməsi üçün cə-
mi 58 kC/mol, propan və metandan butan və hid-
rogen əmələ gəlməsi üçün cəmi təqribən 52 kC 
mol enerji sərf olunur. Sonrakı karbohidrogenlə-
rin əmələ gəlməsi zamanı da sərf olunan enerji 
miqdarları biri-birindən azca fərqlənir. Deməli, 
nəticə çıxarmaq olar ki, az enerji sərf olunmaqla 
çoxlu sayda karbohidrogenlər alınır. Bu səbəb-
dən də təbiətdə üzvi maddələrin sayı qeyri-üzvi 
maddələrə nisbətən dəfələrlə çoxdur. Təbii və 
sintetik yollarla alınan üzvi maddələrin sayı ha-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin