606) Essensial krioqlobulinemik vaskuliti zamanı hansı kliniki zədələnmələr inkişaf edir?
A) Ağciyərlərin zədələnməsi, trombemboliyalar, dərialtı düyünlər
B) Əllərdə tofuslar, qızdırma, mərkəzi və periferik sinir sisteminin zədələnməsi
C) Reyno sindromu, oynaq zədələnmələri, dəri zədələnmələri, polineyropatiyalar
D) «Növbələşən axsqlıq», aşağı və yuxarı ətrafların işemiyası, böyrək zədələnmələri
E) Damarların aterosklerotik dəyişiklikləri, artrit, görmə qabiliyyətinin itirilməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
607) Essensial krioqlobulinemik vaskuliti zamanı hansı autoimmun xəstəliyin inkişafı müşahidə olunur?
A) Qudpasçer sindromu
B) Marfan sindromu
C) Sistemli qırmızı qurdeşənəyi
D) Şeqren sindromu
E) Antifosfolipid sindrom
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 558-559
608) Essensial krioqlobulinemik vaskulitin laborator dəyişikliklərinə hansılar aiddir?
A) Krioqlobulinlərin tapılması, yüksək titrlə IgM RF, ANF, EÇS artması
B) Antineytrofil sitoplazmatik antitellər (ANSA), RF, hipokomplementemiya
C) Krioqlobulinlərin tapılması, yüksək titrlə Anti-Ro/SS- A, IgD
D) EÇS artması, histonlara qarşı anticismlərin tapılması, yüksək titrlə AFL
E) D-dimerlərin tapılması, qaraciyər fermentlərin artması, IgG RF
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
Dostları ilə paylaş: |