www.vivo-book.com
228
Məni sanki ildırım vurdu; yerimdə quruyub qalmışdım,
gözlərimə, qulaqlarıma inanmırdım. Nolar, belə çıxır ki, o
məni sevir! O, mister Astleyin yox, mənim yanıma gəlib! O,
tək-tənha, qız xeylağı mənim oteldəki otağıma gəlib, belə
çıxır ki, hamının yanında özünə ləkə gətirib, – mən də onun
qarşısında durub, hələ başa düşmürəm!
Beynimdə bir dəli fikir çaxdı.
– Polina! Mənə bircə saat vaxt ver! Burda bircə saat
gözlə… qayıdacağam! Bu… bu lazımdı! Görərsən! Burda
ol, burda ol!
Bunu deyib, onun təəccüb və sual dolu baxışlarına
cavab vermədən otaqdan qaça-qaça çıxdım; o, arxamca nəsə
qışqırdı, amma qayıtmadım.
Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz
fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə
real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü,
ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz,
labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi
mümkünsüz olan bir şey kimi qəbul eləyirsən!
www.vivo-book.com
229
Ola bilsin, burda daha nəsə, öncəduyumların müəyyən
uyğunluğu, hansısa qeyri-adi iradə qüvvəsi – öz fantaziyanla
zəhərlənmə, yaxud daha nəsə var, – bilmirəm; amma bu
axşam mənim başıma möcüzəli hadisə (ömrümdə heç vaxt
unutmayacağım) gəldi. Bu hadisə riyazi cəhətdən tamamilə
əsaslansa da, bununla belə – məndən ötrü indiyədək möcüzə
olaraq qalır. Bir də bu inam onda və artıq belə çoxdan
mənim qəlbimdə niyə belə möhkəm yuva qurdu? Deyəsən,
doğrudu, mən bu barədə götür-qoy eləyirdim, – sizə təkrar
deyirəm, – başqa hadisələrin sırasında ola biləcək (amma
belə çıxır ki, həm də olmayacaq) hadisə kimi yox, belə bu
cür artıq baş verməsi mümkünsüz olan hadisə kimi!
Saat on birə on beş dəqiqə işləmişdi; mən vağzala heç
zaman hiss eləmədiyim möhkəm ümid və həyəcanla girdim.
beləsini. Oyun zallarında camaat səhərkindən iki dəfə az
olsa da, hələ yetərincəydi.
Saat on birdə oyun masalarının arxasında əsl fədakar
oyunçular qalır, onlardan kurorta yalnız onun üçün gəliblər,
ətrafda baş verənlərə o qədər də fikir vermirlər, bütün
mövsüm ərzində də heç nəylə maraqlanmırlar, yalnız
|